Month: December 2025

  • Kommunal xidmətlərin vahid informasiya sistemi bu tarixdə istifadəyə veriləcək

    “Bizim təsərrüfat subyektlərində süni intellekt mövzusunda addımlar atılmaqdadır. “Azəristiliktəchizat”da rəqəmsallaşma istiqamətində planlar mövcuddur. Hazırda yüksəksəviyyəli nümayəndələr həm “Azəristiliktəchizat”la, həm də Energetika Nazirliyi ilə Avropada ezamiyyətdədirlər”.

    Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda konfransda çıxışı zamanı energetika nazirinin müavini Elnur Sultanov deyib.

    “Bununla yanaşı, SOCAR-da çox diqqətədəyər hadisələr baş verir. Bilirsiniz ki, rəqəmsallaşma məhsuldarlığı artırmaqla bərabər, kiberhücumlara zəiflik mənasına da gəlir. Yəni effektivliyin qarşılığında eyni zamanda kiberhücuma məruzqalma çağırışları ilə üz-üzə qalmış oluruq. SOCAR-da bu istiqamətdə mərkəzləşdirilmiş təhülkəsizlik əməliyyatlar sistemi də qurmaqdadır. “Azərişıq”da təsərrüfat subyektləri nöqteyi-nəzərindən xüsusi olaraq kommunal xidmətlərin vahid informasiya sisteminin qurulması haqqında danışmaq istərdim. İlkin layihə hazırdır və hədəf modelin 2029-cu ildə həyata keçirilməsi nəzərdə tutulur. Digər bir məsələ “Azərişıq” çərçivəsində iş axınlarının rəqəmsallaşdırılması və bunun ötəsində bəzi iş axınlarının artıq vizuallaşdırılmasıdır ki, bu da xüsusi rəqəmsallaşmanın xüsusi bir mərhələsi olaraq qeyd edilə bilər”, deyə Elnur Sultanov bildirib.

    Nazir müavini qeyd edib ki, “Azərenerji”də artıq 143 obyekt SCADA – rəqəmsal sistemə qoşulub:

    “Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri günəş elektrik stansiyası, digərləri isə 110, 220, 330 və 500 kilovoltluq yarımstansiyalardır. Eyni zamanda burada 40-a yaxın sistemdə mikro-SCADA yaradılıb və ana sistemə, makro-SCADA-ya qoşulub ki, nəticə etibarilə son beş il ərzində fiber-optik kabel məsafəsi 850 kilometrdən 5000 kilometrə qədər artırılıb”.

  • Müğənni Dəniz Əsədova növbəti dəfə hakim qarşısına çıxarılacaq

    Barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə həbs qətimkan tədbiri seçilən müğənni Dəniz Əsədovanın cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

    Oxu.Az-ın məlumatına görə, cinayət işinin araşdırılması Bakı Ağır Cinayətlər Məhkəməsində aparılacaq.

    Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir necə maddəsi ilə ittiham irəli surülüb.

    Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.

    Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

    İş üzrə dövlətə 1.6 milyon manat ziyan vurulub.

    Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.

    O, vəkil Asim Abbasovu təhqir etməsi və böhtan atdığı səbəbindən Binəqədi Rayon Məhkəməsinin hökmü ilə yeddi ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.

  • Misin qiyməti tarixi maksimuma çatıb

    Misin qiyməti tarixi maksimuma çatıb.

    Median.Az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

    Məlumata görə, rəngli metalın qiyməti 1,3% artaraq, 11 771 dollar səviyyəsinə çatıb ki, bu da rekord sayılır.

    Bildirilir ki, qiymət artımı Çin hökumətinin 2026-cı il üçün əsas iqtisadi prioritet qismində daxili tələbatın gücləndirməsinə dair bəyanatları fonunda baş verir.

  • Yaponiyada güclü zəlzələ: Üç metr hündürlükdə sunami gözlənilir

    Yaponiyanın şimalında 7.6 bal gücündə zəlzələ baş verib.

    Bu barədə ölkənin Meteorologiya İdarəsi məlumat yayıb.

    Seysmoloqlar Yaponiya sahillərində 3 metr hündürlükdə sunami dalğaları gözləyirlər.

  • Состоялась церемония официальной встречи Президента Ильхама Алиева в Братиславе – ФОТО

    8 декабря в столице Словакии Братиславе состоялась церемония официальной встречи Президента Азербайджанской Республики Ильхама Алиева.

    Как сообщает АЗЕРТАДЖ, в честь главы нашего государства в Президентском дворце был выстроен почетный караул.

    Президент Словацкой Республики Петер Пеллегрини встретил Президента Азербайджанской Республики Ильхама Алиева.

    Прозвучали государственные гимны Азербайджана и Словакии.

    Начальник почетного караула отдал рапорт Президенту Азербайджана.

    Президенты обошли строй почетного караула.

    Члены азербайджанской делегации были представлены президенту Петеру Пеллегрини, а члены словацкой делегации – Президенту Ильхаму Алиеву.

    Главы государств сделали совместное фото.

    Президент Ильхам Алиев подписал Книгу почетных гостей.










  • Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub – FOTO

    Dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

    Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

    Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.

    Dövlət başçıları birgə foto çəkdiriblər.

    Prezident İlham Əliyev xatirə kitabını imzalayıb.










  • Минздрав выявил нарушения в известной бакинской клинике

    Министерство здравоохранения Азербайджана провело внеплановую проверку в частной клинике Premium Clinic в Баку.

    Как сообщает Median.Az со ссылкой на Teleqraf, было выявлено, что клиника оказывала медицинские услуги без лицензии, в том числе гинекологические процедуры и стационарное лечение, а также без необходимых сертификатов. Эти действия нарушают требования статей 215.1 и 215.4 Кодекса об административных проступках. В связи с этим был составлен административный протокол, который направили в Насиминский районный суд.

    Суд постановил оштрафовать Premium Clinic на 6 000 манатов.

    Отметим, что учредителем и директором клиники является Мубариз Нагиев. Ранее, в октябре, клиника привлекла внимание общественности после смерти женщины, обратившейся туда за лечением.

  • Nazirlik məşhur klinikada yoxlama keçirdi: Lisenziyası olmadığı üzə çıxdı

    Səhiyyə Nazirliyi Bakıda fəaliyyət göstərən “Premium Clinic”də plandankənar yoxlama keçirib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, özəl klinikada yoxlama keçirilən zaman lisenziyadankənar (ginekoloji iş, stasionar) və sertifikatsız tibb fəaliyyətinin təşkil olunması aşkar edilib.

    Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrinin tələblərini pozduğu üçün klinika barədə inzibati protokol tərtib edərək Nəsimi Rayon Məhkəməsinə göndərib.

    Məhkəmənin qərarına əsasən, “Premium Clinic” 6 000 manat məbləğində cərimələnib.

    Qeyd edək ki, “Premium Clinic”in təsisçi direktoru Mübariz Nağıyevdir. Sözügedən klinika oktyabr ayında oraya müalicə üçün yollanan qadının ölümü ilə gündəmə gəlmişdi.

  • Su anbarında qanunsuz balıq ovlayan şəxs SAXLANILDI

    Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ə.Cəfərov saxlanılıb.

    Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Tapdığı 5 627 manatı qaytarmaq üçün televiziyaya gedən qadına HÖKM OXUNDU

    Dayanacaqdakı sahibsiz çantadan 5 627 manat götürən qadına hökm oxunub.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi 1964-cü il təvəllüdlü N.Məmmədovanı Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda oğurluq) maddəsi ilə təqsirli bilib.

    Bildirilib ki, hadisə bu il mayın 27-də saat 22 radələrində “Şamaxinka” kimi tanınan ərazidə qeydə alınıb.

    Qeyd edilib ki, hadisədən əvvəl paytaxtda mənzillərin birində təmizlik işçisi vəzifəsində çalışan qadın Müşfiqabad qəsəbəsində avtobus gözləyərkən çantasını dayanacaqda unudub. Daha sonra dayanacaqda olan N.Məmmədova həmin çantaya baxıb və içindəki 5 627 manat pulu götürərək Xırdalana gedib. Faktın üstü bir gün sonra açılıb və polis cinayət işi başladıb.

    Məhkəmədə N.Məmmədova özünü günahkar bilməyib:

    “Saat 21:40-da klinikalardan birinin qarşısındakı dayanacağa yaxınlaşaraq avtobus gözləyirdim. Bu zaman qara rəngli əl çantasının unudulduğunu gördüm. Hətta orada olan iki uşaq çantanın mənə məxsus olub-olmaması barədə soruşdu, mənə aid olmadığını dedim. Çanta sahibinin uzaqlaşdığını başa düşərək onu açıb içərisinə baxdıqda əksəriyyəti 100 və 50 manatlıq əsginaslardan ibarət rezinlə bağlanmış topa şəklində pulların olduğunu aşkar etdim. Həmin anda sayını bilmədiyim pulu götürərək itməməsi və oğurlanmaması üçün öz əl çantama qoydum. Sonra avtobusa minib oradan uzaqlaşdım.

    Bir müddət sonra baldızımın evinə çatdım və orada pulu sayaraq 5 627 manat olduğunu bildim. Baldızım həmin pulun haradan əldə edildiyi ilə maraqlandıqda ona vəziyyəti danışdım. O isə mənim telekanallardan birinin vasitəsilə elan verib pulun sahibinə qaytarılmasının lazım olduğunu dedi. Artıq gec olduğuna görə polisə getməyi deyil, telekanal vasitəsilə elan verib pulun sahibinin tapılması və qaytarılması yolunu seçdik. Bu məqsədlə 2025-ci il mayın 28-də pulu özümlə götürərək baldızımla birlikdə Yasamalda yerləşən “Azad Azərbaycan” telekanalına getdim. Binaya yaxınlaşıb məlumat verdikdən sonra Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin əməkdaşları telekanalın binasına yaxınlaşaraq bizi polis şöbəsinə dəvət etdilər. Nəsimi RPİ-nin İŞ-də 53 ədəd 100 manatlıq, iki ədəd 50 manatlıq, 12 ədəd 10 manatlıq, 21 ədəd 5 manatlıq və iki ədəd manatlıq əsginaslardan ibarət ümumilikdə 5 627 manat nağd pulu sahibinə təqdim etdik. Mən cinayət törətməmişəm və məhkəmədən barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

    Zərərçəkmiş qadın isə ifadəsində N.Məmmədovadan şikayəti olmadığını və barışdığını deyib:

    “Müşfiqabad qəsəbəsində ev tikdirirəm, amma pulum çatmadığına görə işlər yarımçıq dayanmışdı. Buna görə təmizlik işləri gördüyüm evin sahibindən 5 000 manat borc pul almışdım ki, aparıb ustaya verim, təmir işlərini davam etdirsin. 600 manat isə aylıq məvacibim, üstündəki 27 manat isə gündəlik çörəkpulum idi. Bütün pullar mənə qaytarıldığı üçün heç bir şikayətim yoxdur”.

    Nəsimi Rayon Məhkəməsinin hökmü ilə N.Məmmədova oğurluq əməlində təqsirli bilinib. Ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və üzərinə elektron qolbaq yerləşdirilib.