Month: December 2025

  • Ağdaşda kişi meyiti aşkarlanıb

    Ağdaş rayonunda kişi meyiti aşkarlanıb.

    Hadisə Şəkili kəndində qeydə alınıb.

    Belə ki, 1960-cı il təvəllüdlü kənd sakini Şahin Məmmədovun meyiti yaşadığı evin damında tapılıb.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az

  • İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini dekabrın 8-də Bratislavada Devin qəsrində olublar.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısına Morava və Dunay çaylarının qovuşduğu məkanda yerləşən qədim qəsr barədə məlumat verildi.

    Bildirildi ki, Slovakiyanın rəmzlərindən biri olan Devin qəsri bu ölkənin milli mədəniyyət abidələri siyahısına daxildir. Yazılı mənbələrdə Devin adına ilk dəfə 864-cü ilə təsadüf edən salnamələrdə rast gəlinir. Qəsr 822-907-ci illərdə mövcud olmuş Böyük Moraviyanın tarixində mühüm rol oynayıb. XXIII əsrdə Devin macarların kral və sərhəd qalası olub. 1809-cu ildə Napoleonun ordusu qalanı minalayaraq, partladıb. 1896-cı ildə qalanın dağılmasının rəmzi olaraq burada abidə ucaldılıb. Birinci Dünya müharibəsindən sonra qala qalıqlarının üzərində olan dağ massivində ilk mağaralar aşkarlanıb. Ərazidə ümumilikdə fasilələrlə bir əsrdən artıqdır ki, arxeoloji araşdırmalar aparılıb. Minilliklər boyunca Devin qalası qədim insanların məskəni, eyni zamanda, tacirlər və döyüşçülər üçün toplanış yeri olub.










  • Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib – FOTO

    Dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həmdan Bin Rəşid Əl Maktum Fondunun ali sədri Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum arasında görüş keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakıda keçirilən “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” konfransında iştirakdan məmnunluğunu bildirən Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum süni intellekt üzrə tədbirlərin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, təhsil və sosial sahədə icra edilən proqram və layihələrin önəmindən danışıb.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hər iki qurum arasında əməkdaşlıq perspektivlərinin vacibliyini diqqətə çatdırıb.

    Şeyx Rəşid bin Həmdan bin Rəşid Əl Maktum Heydər Əliyev Fondunun İslam dünyasında və digər ölkələrdə təhsil, sosial dəstək layihələri üzrə “Həmdan-ICESCO” mükafatına layiq görülməsi münasibətilə bir daha təbriklərini çatdırıb.

    Leyla Əliyeva Heydər Əliyev Fondunun fəaliyyəti dövründə təhsil və sosial sahələrə hər zaman önəm verdiyini qeyd edib, Fondun “Həmdan-ICESCO” mükafatı ilə təltif olunmasına görə minnətdarlığını ifadə edib.

  • “Qəbələ” – “Turan Tovuz” oyununun davamı sabah keçirilməyəcək

    Misli Premyer Liqasının XIV turunda əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyununun davamı sabah keçirilməyəcək.

    Peşəkar Futbol Liqasından (PFL) verilən məlumata görə, turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib.

    Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib. Matçın keçirilmə tarixi ilə bağlı PFL-in İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

    Qeyd edək ki, sözügedən qarşılaşma hesab 0:0 olarkən qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb.

  • DÇ-2026-nın İran – Misir oyunu LGBT-yə həsr olunacaq

    2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ) qrup mərhələsinin İran – Misir qarşılaşması LGBT-yə həsr olunacaq.

    Median.Az Sports.ru-ya istinadən xəbər verir ki, DÇ-nin püşkatmasından əvvəl Sietlin Təşkilat Komitəsi 26 iyun tarixində planlaşdırılmış turnir oyununun LGBT-yə həsr olunacağını elan edib.

    Elan zamanı həmin tarixdə hansı milli komandaların oynayacağı məlum deyildi. Püşkatmadan sonra bəlli olub ki, həmin gün Sietldə İran və Misir milli komandaları üz-üzə gələcəklər.

    Misirdə homoseksual əlaqələr qadağandır. İranda homoseksual əlaqələrə görə maksimum cəza ölümdür.

    Oyunun Məsləhət Komitəsi bildirib ki, tədbir planlaşdırıldığı kimi keçiriləcək.

    Qeyd edilir ki, tədbir yerli komitə tərəfindən təşkil olunub və FIFA ilə əlaqəsi yoxdur.

    Xatırladaq ki, turnir gələn yay 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

  • Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq

    Sabah paytaxtın Nərimanov rayonunda qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    “Nərimanov rayonunda yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 09.12.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Xətai prospektinin, T.Şıxəliyev, N.Quliyev və Ə.Dəmirçizadə küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq”, – deyə məlumatda qeyd olunub.

  • Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 8-də davam etdirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Ardınca zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

    Zərərçəkmiş Nuran Qasımov ifadəsində Laçında düşmənin ərazilərimizə hücumu nəticəsində ayağından xəsarət aldığını söyləyib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında hadisə zamanı ondan başqa yaralananların olduğunu da deyib.

    Zərərçəkmiş Əlimuxtar İbrahimov ifadəsində özündən əvvəl ifadə vermiş N.Qasımovla birlikdə xəsarət aldığını bildirib. O, dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında diqqətə çatdırıb ki, həmin vaxt ondan başqa da bir neçə şəxs xəsarət alıb.

    Zərərçəkmiş Pənah Əliyev ifadəsində Laçında düşmən təxribatı nəticəsində başından xəsarət aldığını deyib. O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında hadisə zamanı bir neçə şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirib.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Əsgər Bəylərov Laçında düşmən təxribatı nəticəsində qapalı kəllə-beyin travması aldığını söyləyib.

    Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Ülvi Rəhimov Laçında düşmənin hücumu nəticəsində qolundan yaralandığını söyləyib.

    Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Elvin Səlimov Laçında düşmənin ərazilərimizə hücumu zamanı baş nahiyəsindən və əlindən xəsarətlər aldığını söyləyib.

    Zərərçəkmiş Samir Məmmədov da Laçında düşmən təxribatı nəticəsində yaralandığını deyib.

    Məhkəmə prosesi digər zərərçəkmiş şəxslərin ifadələrinin elan olunması ilə davam etdirilib. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış bir qrup şəxs əvvəlki proseslərdə məhkəməyə müraciət ünvanlayaraq iclaslarda üzrlü səbəbdən iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildirən ərizələr göndəriblər. Ötən məhkəmə iclaslarında tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

    Sənədlərin elan olunması zamanı təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatətlə çıxış edib. O, cinayət işi ilə bağlı bəzi sənədlərlə, o cümlədən sorğularla tanış olmaq istədiyini söyləyib.

    R.Vardanyanın müdafiəçisi Emil Babışov vəsatətin təmin olunmasını məhkəmədən xahiş edib.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, ittiham tərəfi təqsirləndirilən şəxsin müdafiəçisinin və ya onun özünün sözügedən sənədlərlə tanış olmasına etiraz etmir.

    Məhkəməyə sədrlik edən Z.Ağayev vəsatətlə bağlı bildirib ki, müdafiə tərəfi bu həftə ərzində həmin sənədlərlə tanış ola bilər və onlara buna dair zəruri şərait yaradılacaq.

    Məhkəmənin növbəti iclası dekabrın 9-na təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

  • Qusarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

    Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı BMW markalı nəqliyyat vasitəsinin sürücüsü R.Rəşidov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.

    Müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

    R.Rəşidovun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

  • Президенты Азербайджана и Словакии выступили с заявлениями для прессы

    8 декабря в Братиславе Президент Азербайджанской Республики Ильхам Алиев и президент Словацкой Республики Петер Пеллегрини выступили с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    Dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər.

    Bu barədə AZƏRTAC məlumat yayıb.