Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.
Bu barədə iranlı nazir özünün “Telegram” kanalında paylaşım edib.
Azərbaycanda 30 ildən artıq olar fərdi qaydada qəssab kimi fəaliyyət göstərən şəxs oğurluq etdiyinə görə saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 12 avqust 1967-ci il tarixdə Kəlbəcər rayonunun Qalaboyun kəndində doğulmuş Kənan Əlişovun (ad şərti) Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Kənan Əlişov Siyəzən rayonunun Dərə Zarat kəndində yerləşən, kənd sakinləri arasında “Köhnə yataq” kimi tanınan ərazidə idarə etdiyi “Chevrolet Colorado” minik markalı avtomobillə 15 baş xırdabuynuzlu heyvan oğurlayıb. Ssözügedən əraziyə heyvan almağa gedən qəssab “Köhnə yataq”da sahibsiz 2 erkək, 6 dişi keçi, 1 erkək quzu, 6 qoyun olduğunu görüb. O, 15 baş xırdabuynuzlu heyvanı təkbaşına 30-40 dəqiqə ərzində avtomobilinə yükləyərək yaşadığı ünvana aparıb. Cinayətin üstü açıldıqdan sonra Kənan Əlişov oğurladığı heyvanları zərərçəkmiş F.Q.-ya qaytarıb.
Məhkəmənin hökmü ilə Kənan Əlişova 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Dövlət Statistika Komitəsi (DSK) yanında Statistika Şurasının yeni tərkibi təsdiqlənib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, şuraya İqtisadiyyat Nazirliyi Aparatının Makroiqtisadi proqnozlaşdırma və təhlil şöbəsi müdirinin müavini, statistika sektorunun müdiri Ceyhun Rafiq oğlu Həsənov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibinin müavini, Hüquq və sosial tərəfdaşlıq şöbəsinin müdiri Samir Allahverən oğlu Hüseynzadə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hüquq məsələləri üzrə meneceri Cəlal Rövşən oğlu Abdullayev üzv kimi qəbul ediliblər.
Двое сотрудников Исполнительной власти (ИВ) Гёйгёльского района освобождены от должностей, ещё один принят на работу.
Как передаёт Median.Az со ссылкой на iqtisadiyyat.az, соответствующие распоряжения подписал глава ИВ района Вугар Новрузов.
Главный консультант отдела общественно-политических и гуманитарных вопросов Шаиг Ганбарли был освобождён от должности по собственному желанию. На его место назначение пока не произведено.
Кадровые изменения затронули также обслуживающий персонал. Распоряжением главы района с должности ведущего специалиста-водителя (личного водителя руководителя ИВ) был уволен Сахавет Ахадов. Его место занял Теймур Гасымов.
Напомним, что 12 ноября указом Президента Ильхама Алиева В.Новрузов был освобождён от должности главы ИВ города Нафталан и назначен руководителем Исполнительной власти Гёйгёльского района.
Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) iki əməkdaşı vəzifəsindən azad edilib, daha bir nəfər isə işə götürülüb.
Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı Vüqar Novruzov müvafiq əmrlər imzalayıb.
Belə ki, RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şaiq Qənbərli öz ərizəsi ilə vəzifəsindən azad olunub və onun yerinə təyinat olmayıb.
Bundan əlavə, icra hakimiyyətinin xidmət heyətində də kadr islahatı aparılıb. Başçının əmri ilə baş mütəxəssis-sürücüsü (icra başçısının sürücüsü) vəzifəsində çalışan Səxavət Əhədov işdən çıxarılıb, onun yerinə isə Teymur Qasımov təyinat alıb.
Xatırladaq ki, V.Novruzov noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Грузия не будет взимать пошлины за первый транзит азербайджанских нефтепродуктов в Армению.
Об этом сообщило Министерство экономики и устойчивого развития Грузии.
Ранее СМИ сообщали, что Грузия якобы запросила за возможный транзит нефти из Азербайджана в Армению плату в размере 92 доллара за тонну.
“5 декабря текущего года правительство Грузии от партнеров получило запрос на осуществление разового транзита топлива из Азербайджана в Армению через территорию Грузии. По решению премьер-министра Грузии Ираклия Кобахидзе “Грузинской железной дороге” было дано поручение немедленно в разовом порядке осуществить железнодорожную перевозку груза полностью бесплатно”, – говорится в информации.
В ведомстве отметили, что Грузия была и остается стратегическим и надежным партнером Армении и Азербайджана, а также поддерживает мир и стабильность в регионе, добавили в ведомстве.
Напомним, партия российской пшеницы прибыла на армянскую пограничную железнодорожную станцию “Айрум” (армяно-грузинская граница) вечером 5 ноября, а казахстанская – 8 ноября. Это были первые за 35 лет прямые железнодорожные перевозки из России через Азербайджан или по ее территории в Грузию и далее в Армению (так как пшеница из Казахстана также проследовала через территорию РФ).

Gürcüstan Azərbaycandan Ermənistana neft məhsullarının ilk tranzitini ödənişsiz (pulsuz) həyata keçirəcək.
Median.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.
Bildirilir ki, bu, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarıdır və tərəflər bununla bağlı məlumatlandırılıblar.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi açıqlayıb ki, ölkə Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə görə rüsum almayacaq.
“Bu il dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin”, – deyə nazirlik qeyd edib.
Nazirlik əlavə edib ki, Gürcüstan Azərbaycanın və Ermənistanın strateji və etibarlı tərəfdaşı olub və belə olaraq da qalır, eləcə də regionda sülhü və sabitliyi dəstəkləyir.
Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın Azərbaycandan Ermənistana mümkün neft tranzitinə hər ton üçün 92 dollar rüsum tələb etdiyi ilə bağlı xəbərlər yayılmışdı.
Xatırladaq ki, Rusiya buğdasının partiyası Ermənistanın “Ayrum” sərhəd dəmiryolu stansiyasına (Ermənistan-Gürcüstan sərhədi) noyabrın 5-də axşam, Qazaxıstan buğdası isə noyabrın 8-də çatıb. Bunlar Rusiyadan Azərbaycan və ya onun ərazisindən keçməklə Gürcüstana, daha sonra isə Ermənistana 35 il ərzində ilk birbaşa dəmiryolu daşınmaları idi (çünki Qazaxıstandan gələn buğda da Rusiya ərazisindən keçirdi).
Сегодня в Бакинском апелляционном суде состоялся судебный процесс по апелляционной жалобе на решение об избрании меры пресечения в отношении советника председателя партии “Народный фронт Азербайджана” (ПНФА) Мамеда Ибрагима, задержанного в результате операции, проведенной Службой государственной безопасности (СГБ).
Апелляционная жалоба не была удовлетворена, решение об избрании меры пресечения в виде ареста оставлено в силе.
Отметим, что Ибрагим обвиняется по статье 278.1 (действия, направленные на насильственный захват власти, насильственное изменение конституционного строя государства) Уголовного кодекса АР. В отношении Мамеда Ибрагима избрана мера пресечения в виде ареста сроком на 2 месяца и 15 дней.
Напомним, что Мамед Ибрагим был привлечен к следствию по уголовному делу бывшего главы Администрации Президента Рамиза Мехтиева.
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, M.İbrahimə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində iki ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, M.İbrahim Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Xaricdə yaşayan və özünü bloqer kimi təqdim edən Qabil Məmmədov vasitəsilə vətəndaşlara hədə-qorxu gələrək onların pulunu ələ keçirməkdə ittiham olunan Qönçə Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclas şahid ifadəsi ilə davam edib:
Şahid Sultanova Lalə ilkin istintaqda verdiyi ifadəni təsdiqlədiyini bildirib:
“Mən ixtisasca hüquqşünasam. Vaxtilə çalışdığım yerdən Ramiz Mehdiyevin sifarişi ilə işdən azad olunmuşam. Bundan sonra xeyli müddət işsiz qaldım, sonra gedib rayondakı torpaq sahəmdə sarımsaq əkməyə başladım. Allah heç kimə hüquqşünas işləyib, sonra gedib sarımsaq əkməyi nəsib eləməsin. Arada fərdi hüquqşünaslıq fəaliyyəti ilə də məşğul olurdum. Qönçə xanıma maşın işi ilə bağlı hüquqi kömək etmişəm. Gülayə Qönçə xalaya və mənə dələduzluq etmişdi, biz şikayət etdik ondan rəsmi qurumlara. Dedik ki, ictimailəşdirsək, pulumuzu ondan ala bilərik. Bu məqsədilə Gülayənin şəkilini Qabilə göndərdi ki, kanalında danışsın, göstərsin, bəlkə məsələ həllini tapar”.
Növbəti proses yanvarın 17-nə təyin edilib.
Qeyd edək ki, ki, 55 yaşlı Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara faiz müqabilində sələm vermək fəaliyyəti ilə məşğul olub.
Q.Məmmədova 13 nəfərə 92 min 760 min manat pulu sələmə verib, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.
İstintaq materiallarında qeyd edilib ki, Q.Məmmədova ondan faizlə pul götürən Gülayə Quliyeva və Fəridə Fərzəliyevaya borclarından əlavə pul hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.
Təqsirləndirilən şəxs zərərçəkmişləri tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.
Zərərçəkmiş xanımlar şikayətlərində bildiriblər ki, Qönçə Məmmədova onları sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videoları Qabil Məmmədova göndərilib.
Bundan sonra sövdələşməyə əsasən, Qabil Məmmədov özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar barədə rüsvayedici ifadələr işlədib.
Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib. Digər zərərçəkmiş F.Fərzəliyevanın şikayətinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etmədiyindən, Qabil vasitəsilə onu rüsvay edib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb.
Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən araşdırılıb.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qönçə Məmmədova özünü qismən təqsirli hesab edib. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib.
Bu işlə bağlı Qönçə Məmmədova ilə birgə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan edilməyib.
Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.
Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı, 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.
//oxu.az