Month: December 2025

  • Prezident: “Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması xalqımızın legitim tələbidir”

    “Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində yer alıb.

    “Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.

    Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.

    2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır”, – müraciətdə bildirilir.

  • Ильхам Алиев: Армения периодически уничтожала наше богатое наследие в Западном Азербайджане

    Азербайджанский народ, обладающий древней историей государственности и культуры, за последние два века неоднократно сталкивался с лишениями, депортациями и геноцидами. После переселения армян на исконные земли Азербайджана – в результате резни и незаконного переселения азербайджанцев в 1905-1907, 1918-1921, 1948-1953 и 1987-1991 годах сотни тысяч наших соотечественников покинули родной край и нашли убежище в Азербайджане.

    Насильственное переселение проживавших на территории Армении азербайджанцев из горных регионов в места с более жарким климатом, присвоение годами нажитого ими имущества, захват, разрушение и присвоение образцов материальной культуры – это исторические факты, которые сегодня доказаны достоверными документами.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Ильхама Алиева к участникам проходящей в Баку международной конференции “Культурное наследие и право на возвращение”.

    “Армения периодически уничтожала богатое материальное и нематериальное культурное наследие азербайджанцев, проживавших в Западном Азербайджане (ЗА), их святыни, кладбища с целью стереть следы азербайджанского народа со своей территории. Крайне важно предпринять необходимые шаги для оценки в международно-правовой плоскости преступлений против человечности, совершенных армянами в отношении азербайджанцев, и получить поддержку международной общественности в этом вопросе”, – говорится в обращении.

  • Prezident: “Ermənistan Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsini məhv edib”

    “Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905-1907, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüzminlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.

    Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən “Mədəni irs və qayıdış hüququ” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində yer alıb.

    “Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir”, – deyə müraciətdə bildirilir.

  • В Нефтчале сын избил 70-летнего отца

    В одном из домов на территории 6-го микрорайона города Нефтчала мужчина избил своего отца.

    По информации Oxu.Az, Руслан Мамедов (1979 г.р., имя изменено) поссорился дома со своим отцом, 1955 года рождения. В ходе конфликта он нанес родителю удары руками и ногами, причинив различные телесные повреждения.

    На место происшествия прибыли сотрудники полиции, Руслан Мамедов был задержан.

    По данному факту возбуждено уголовное дело, которое впоследствии было направлено в суд.

    На заседании Нефтчалинского районного суда в связи с примирением отца и сына уголовное дело было прекращено.

  • Neftçalada oğul 70 yaşlı atasını döydü

    Neftçala rayonunda oğul atasını döyüb.

    Hadisə Neftçala şəhəri, 6-cı məhəllədəki evlərdən birində baş verib.

    Şəhər sakini, 1979-cu il təvəllüdlü Ruslan Məmmədov (ad və soyad şərtidir) yaşadığı evdə 1955-ci il təvəllüdlü atası ilə mübahisə edib. Mübahisə nəticəsində Ruslan atasını yumruq və təpik zərbələri ilə döyüb, ona müxtəlif bədən xəsarətləri yetirib.

    Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisəni törətməkdə şübhəli bilinən R.Məmmədov saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılaraq iş məhkəməyə göndərilib.

    Neftçala Rayon Məhkəməsində keçirilən prosesdə ata ilə oğul arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.
    //oxu.az

  • Скончался Кэри-Хироюки Тагава – легендарный Шанг Цзун из Mortal Kombat

    На 76-м году жизни умер актер Кэри-Хироюки Тагава, наиболее известный по роли злого колдуна Шанг Цзуна в культовом фильме Mortal Kombat 1995 года.

    Об этом пишет deadline.com.

    Актер скончался 4 декабря 2025 года в своем доме в Санта-Барбаре от осложнений после инсульта.

    Образ Шанг Цзуна, созданный Тагавой в фильме 1995 года, считается фанатами каноничным и практически безупречным. Актер блестяще передал высокомерный и зловещий характер хозяина турнира, а его коронная фраза “Твоя душа принадлежит мне!” стала визитной карточкой.

  • “Mortal Kombat”ın ulduzu vəfat etdi

    Məşhur aktyor Keri-Xiroyuki Taqava 76 yaşında vəfat edib.

    Median.Az deadline.com-a istinadən verir ki, yaponəsilli ABŞ-li kino ulduzu Santa Barbaradakı evində dünyasını dəyişib.

    Məlumata görə, əfsanəvi aktyorun ölümünə insult keçirməsi səbəb olub.

    Taqava daha çox 1995-ci ildə çəkilmiş məşhur “Mortal Kombat” filmində Şanq Tsun rolu ilə böyük şöhrət qazanıb.

  • Prezident İlham Əliyev beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən həmin müraciətin mətnini təqdim edir:

    “Sizi “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusuna həsr olunmuş III beynəlxalq konfransda ürəkdən salamlayıram.

    Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905-1907, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır.

    Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.

    Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir.

    Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir. Çünki qayıdış hüququ insan hüquqlarının təməl prinsiplərindən biridir. Bu hüququn təmin edilməsi təkcə doğma yurda fiziki dönüş deyil, həm də toplumun mənəvi bütövlüyünün, mədəni irsinin və tarixi yaddaşının bərpası deməkdir.

    Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbi olmaqla, ümumbəşəri dəyərlərə hörmət, düşmənçilik səhifəsinin qapanması, xalqlar arasında qarşılıqlı anlaşma üçün zəruridir.

    Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır.

    2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın bir araya gəlməsi, Birgə Bəyannamənin imzalanması və sülh sazişi layihəsinin paraflanması hər iki xalqın gələcək birgəyaşayışının təmin olunması üçün ümid və inam yaradır.

    İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaqdır.

    Artıq beynəlxalq platformaya çevrilən bu ənənəvi beynəlxalq konfransın işinə uğurlar arzulayır, keçiriləcək müzakirələrin mədəni irsin qorunmasına və qayıdış hüququ barədə anlaşmaya, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə qayıdışına töhfə verəcəyinə, barışıq və sülhə aparan yolda mühüm addım olacağına əminliyimi bir daha vurğulayıram”.

  • Самолет FlyDubai совершил вынужденную посадку в Баку

    5 декабря командир воздушного судна Boeing 737 авиакомпании FlyDubai, выполнявшего рейс по маршруту Москва – Дубай, обратился с запросом на совершение вынужденной посадки в Международном аэропорту Гейдар Алиев.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу воздушной гавани, причиной послужило резкое ухудшение состояния здоровья одного из пассажиров.

    “Самолёт благополучно приземлился в Международном аэропорту Гейдар Алиев в 05:30 по местному времени.

    Пассажиру незамедлительно была оказана первая медицинская помощь. В настоящее время специалисты продолжают необходимые медицинские процедуры в связи с состоянием пассажира.

    Международный аэропорт Гейдар Алиев обеспечивает полную операционную координацию в соответствии с международными требованиями, продолжая уделять приоритетное внимание безопасности полётов и благополучию пассажиров на всех рейсах”, – говорится в заявлении.

  • Dubaya uçan təyyarə Bakıya təcili eniş etdi – SƏBƏB

    5 dekabr tarixində “FlyDubai” aviaşirkətinə məxsus “Boeing 737” tipli hava gəmisinin komandiri Moskva-Dubay marşrutu üzrə yerinə yetirilən reys zamanı sərnişinlərdən birinin səhhətində yaranmış qəfil pisləşmə səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş üçün müraciət edib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

    Məlumata görə, təyyarə yerli vaxtla saat 05:30-da Bakı hava limanına uğurla eniş edib.

    Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib və hazırda onun vəziyyəti ilə bağlı zəruri tibbi prosedurlar davam etdirilir.

    Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiyanı təmin edərək uçuş təhlükəsizliyini və sərnişinlərin rifahını ən yüksək səviyyədə qorumaqda davam edir.