Month: December 2025

  • Səhiyyə Nazirliyi nəzdində yeni mərkəz yaradılıb

    Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi (“Security Operations Center” – SOC) fəaliyyətə başlayıb.

    Bu barədə nazirlik məlumat yayıb.

    Açıqlamada qeyd edilib ki, Mərkəzin yaradılması səhiyyə sahəsində rəqəmsallaşma prosesinin təhlükəsizliyinin təmin edilməsi, habelə xüsusi əhəmiyyətli məlumat infrastrukturunun mühafizəsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi baxımından mühüm strateji addımdır:

    “SOC mərkəzi 24/7 fasiləsiz növbəli rejimdə fəaliyyət göstərərək tibbi informasiya sistemlərinin, pasiyent məlumatlarının və rəqəmsal səhiyyə xidmətlərinin kibertəhlükəsizliyinin təmin edilməsində aparıcı rol oynayacaq. Proaktiv monitorinq, kiberhücumların və informasiya təhlükəsizliyi insidentlərinin erkən aşkarlanaraq operativ şəkildə aradan qaldırılması mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir.

    Mərkəzin əsas məqsəd və vəzifələrinə tibbi məlumatların konfidensiallığının və bütövlüyünün qorunması, tibb müəssisələrinin fəaliyyətinə mane olan kiberhücumların qarşısının alınması, nazirliyin tabeliyində olan informasiya sistemlərinin mərkəzləşdirilmiş monitorinqi və insidentlərə operativ reaksiya mexanizmlərinin tətbiqi daxildir.

    Səhiyyə sahəsində məlumat təhlükəsizliyinin təmin edilməsi vətəndaşların etimadının və milli təhlükəsizliyin mühüm tərkib hissəsidir. SOC mərkəzinin fəaliyyəti çərçivəsində “Data Loss Prevention” (DLP), “Identity & Access Management” (IAM) kimi müasir təhlükəsizlik həllərinin tətbiqi yekunlaşma mərhələsindədir və milyonlarla pasiyentin məlumatları ciddi nəzarətdə saxlanılır”.

  • СМИ: Переговоры в США могут привести к разговору Зеленского с Путиным

    Вчерашние переговоры в США могут привести к первому за более чем пять лет телефонному разговору президентов Украины и России Владимира Зеленского и Владимира Путина.

    Об этом сообщает Fox News со ссылкой на источник.

    По словам собеседника телеканала, организация прямых телефонных переговоров между президентами Украины и РФ стала бы “дипломатической победой” для американского лидера Дональда Трампа.

    Путин и Зеленский в последний раз говорили по телефону 26 июля 2020 года.

    Источник также сообщил, что Зеленский, вероятно, испытывал беспокойство перед встречей с Трампом в его резиденции Мар-а-Лаго во Флориде.

    “Зеленский обычно очень нервничает перед подобными разговорами с президентом Трампом. Он долго концентрируется и изучает записи, которые готовят для него Департамент международной политики и Министерство иностранных дел”, – рассказал собеседник Fox News.

  • KİV: Zelenski ilə Putin son beş ildə ilk dəfə zəngləşə bilərlər

    ABŞ-də dünən keçirilən danışıqlar Ukrayna Prezidenti Volodimir Zelenskinin beş ildə ilk dəfə rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığına rəvac verə bilər.

    Məlumatı “Fox News” yayıb.

    Kanalın mənbəsinin sözlərinə görə, Ukrayna və Rusiya prezidentləri arasında birbaşa telefon danışıqlarının təşkili Ağ Ev rəhbəri Donald Tramp üçün “diplomatik qələbə” olardı.

    V.Putin və V.Zelenski sonuncu dəfə 26 iyul 2020-ci ildə telefonla danışıblar.

  • Günəşdə güclü partlayışlar olub

    Günəşdə sondan əvvəlki M sinfinə məxsus olan partlayışlar olub.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

    Məlumata görə, dekabrın 29-na keçən gecə Günəşdə M sinfinə məxsus üç partlayış qeydə alınıb. Bundan əlavə, Günəşdə daha üç C sinfinə aid alışmalar da baş verib.

    Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

  • Bir zamanlar “Ferrari” ölkəsi olan Nauru indi pasport satır

    Sakit Okeanda cəmi 21 kvadrat kilometr ərazini əhatə edən Nauru, bir vaxtlar adambaşına düşən gəlirinə görə dünya miqyasında xəbər başlıqlarına çıxırdı. 
     
    Median.Az bildirir ki, fosfat zənginliyi sayəsində çiçəklənən ada illər ərzində iqtisadi və ekoloji böhranlarla üzləşib. Dəniz səviyyəsinin yüksəlməsi, sahil eroziyası və kiçilən yaşayış mühitləri ölkəni bürüyüb.

    20-ci əsrin əvvəllərində kəşf edilən fosfat yataqları Naurunun taleyini tamamilə dəyişdirdi. Britaniya və Almaniya tərəfindən idarə olunan mədənlər uzun illər adanın iqtisadiyyatı üçün əsas gəlir mənbəyi olub. Müstəqillikdən sonra fosfat ehtiyatlarına nəzarəti ələ keçirən administrasiya tez bir zamanda fövqəladə sərvət toplayıb.
     
    1980-ci illərə qədər beynəlxalq mətbuat Naurunu “dünyanın ən kiçik və ən zəngin demokratiyası” kimi təsvir edirdi. Adambaşına düşən gəlir neft ixrac edən ölkələrin gəlirini üstələyirdi.
     
    “Ferrari” və “Lamborghini” kimi idman avtomobillərinin idxal edildiyi və alış-veriş səfərlərinin şəxsi təyyarələrlə edildiyi bildirilirdi. Lakin məhdud fosfat ehtiyatları bu çiçəklənmə dövrünün də məhdud olması demək idi.
     
    Fosfat tükəndi, ada iqtisadiyyatı çökdü
     
    1990-cı illər ilə fosfat ehtiyatları sürətlə azalmağa başladı. Gəlirlərin azalması, planlaşdırılmamış xərclərlə birlikdə iqtisadi strukturun dağılmasına səbəb oldu. 2000-ci illərin əvvəllərində dövlət borclarını ödəyə bilmədi və ölkə xarici yardımdan asılı vəziyyətə düşdü.
     
    Mədənçilik fəaliyyətləri adanın səthinin təxminən 80%-ni yaşayış üçün yararsız hala gətirdi. Əhali sahil əraziləri ilə məhdudlaşır. Dəniz səviyyəsinin yüksəlməsi, fırtına dalğaları və sahil daşqınları onların yaşayış sahələri üçün birbaşa təhlükəyə çevrilib. 
     
    Tədqiqatçılar Sakit Okeanda dəniz səviyyəsinin qlobal orta səviyyədən yuxarı qalxdığını vurğulayırlar. Ada əhalisinin əhəmiyyətli bir hissəsi evlərini və kənd təsərrüfatı torpaqlarını itirmək riski ilə üzləşir.
     
    İqlim böhranı ilə mübarizə aparmaq üçün vəsait toplamaq üçün 105.000 dollarlıq pasportdan istifadə olunur. 
     
    Nauru hökuməti iqlim böhranını həll etmək üçün investisiya yolu ilə vətəndaşlıq proqramına başlayıb. Proqram çərçivəsində 105.000 dollar ödəyən şəxslər Nauru pasportu almaq hüququna malikdirlər. Hazırkı məzənnə ilə təxminən 150 min Azn-ə bərabər olan rüsumun ölkə əhalisinin 90%-ni daha yüksək və daha təhlükəsiz bölgələrə köçürəcək yeni yaşayış məntəqələri üçün istifadə edilməsi planlaşdırılır.
     
    Nauru pasportu Birləşmiş Krallıq, Honkonq, Sinqapur və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla 89 ölkəyə vizasız giriş imkanı təqdim edir. Hakimiyyət orqanları ağır cinayətlər tarixçəsi olan şəxslərin proqrama qəbul edilməyəcəyini və yoxlama prosesinin beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində aparılacağını açıqlayıb

  • Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər.
     
    Median.Az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mərkəzin fəaliyyətinə dair məlumat verib. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan müəssisədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum uşaqlar və digər həssas əhali qruplarına aid şəxslərin yaradıcı potensialı inkişaf etdirilir.
     
    2021-ci ildə açılışı olan Mərkəzin Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olduğu, burada təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, xalçaçılıq, bədii oyma, kulinariya, səhnə ifaçılığı və s. üzrə təlimlərin təşkil edildiyi bildirilib. Ötən dövrdə müəssisədə, onun İsmayıllı və Bərdədəki filiallarında 900-dən çox şəxsin təlimlərə və sosial-psixoloji dəstək xidmətlərinə cəlb olunduğu qeyd edilib.
     
    Leyla Əliyeva və Alena Əliyeva tərəfindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarına hədiyyələr təqdim edilib.
     
    Onlar Mərkəzdə həssas qruplara aid benefisiarların hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Leyla Əliyeva və Alena Əliyevaya Mərkəz və filiallarında hazırlanmış əl işlərindən hədiyyələr verilib.
     
    Hazırda Mərkəz və filiallarında 280-dən çox benefisiarın xidmətlərdən yararlandığı diqqətə çatdırılıb. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin bu il Yaponiyada keçirilən “Osaka, Kansai Ekspo 2025” Ümumdünya sərgisində uğurla təmsil olunduğu, cari ildə Mərkəz tərəfindən daha 150-dən çox inklüziv tədbirin keçirildiyi bildirilib.
     
    Sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert proqramı nümayiş etdirilib. Proqram çərçivəsində 2 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İnklüziv Kamera Orkestri və İnklüziv ansamblının müşayiəti ilə Mərkəzin təlimçi və benefisiarları musiqi nömrələri ilə çıxış ediblər. Xalq artisti Zülfiyyə Xanbabayeva və Natiq Şirinov da həssas qruplardan olan istedadlarla eyni səhnəni bölüşüblər.
     
    Sonra qonaqlara mərkəzdə hazırlanan əl işlərinin satışı portalının hazırlanması ilə bağlı pilot layihəyə dair məlumat verilib. Portal vasitəsilə həssas qruplara aid şəxslərin yaradıcılıq nümunələrinin daha geniş auditoriyaya təqdim ediləcəyi, bu layihənin həmin şəxslərin rifahına dəstək məqsədi daşıdığı bildirilib.
     
    Leyla Əliyeva və Alena Əliyeva Mərkəzin təlimçi və benefisiarları ilə səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər.

  • Putin: Kiyev sülh istəməsə, Rusiya məqsədlərinə hərbi yolla nail olacaq – YENİLƏNİB

    Qərb Ukraynaya əlverişli təhlükəsizlik şərtləri, ölkənin bərpası və Rusiya ilə münasibətlərin normallaşdırılmasını təklif edir, lakin Kiyev münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

    Apa-nın Moskva bürosunun məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Qoşun Qruplaşmasının komanda məntəqəsində hərbçilərlə görüşü zamanı bildirib.

    Putin vurğulayıb ki, Rusiyanın Ukrayna qoşunlarının hazırda nəzarətində olan ərazilərdən, o cümlədən Donetsk vilayətinin bəzi hissələrindən könüllü şəkildə çıxarılmasında marağı faktiki olaraq yoxdur.
    “Əgər Kiyev münaqişəni sülh yolu ilə həll etmək istəməzsə, Moskva Xüsusi Hərbi Əməliyyatın məqsədlərinə hərbi yolla nail olacaq”, – deyə Rusiya Prezidenti qeyd edib.

    Putin həmçinin Rusiya–Ukrayna sərhədi boyunca bufer zonanın yaradılması prosesinin yaxşı templə davam etdiyini bildirib.

  • Bakıda yanıq xəsarətləri alan kişi səkkiz gün sonra öldü

    Bakıda yanıq xəsarətləri alan kişi xəstəxanada ölüb.

    Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə dekabrın 19-da Sabunçu rayonu ərazisində baş verib.

    63 yaşlı Əli Şirin oğlu Əliquluyev elektrik qısaqapanması nəticəsində yanıq xəsarətləri alaraq Xəzər rayonu, Buzovna qəsəbəsindəki xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq o, dekabrın 27-də dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Leyla Əliyeva Uşaq İncəsənət Festivalından paylaşım edib

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər.

    Median.Az xəbər verir ki, bu barədə Leyla Əliyeva “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Göygölə güclü qar yağıb, avtomobillərin hərəkətində çətinliklər yaranıb – FOTO

    Göygöl rayonunda axşam saatlarından etibarən yağan yağış qara çevrilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, güclü qar səbəbindən Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

    Hazırda yolda hərəkət qismən təmin olunur, lakin bəzi avtomobillər yolda qalıb. Qar yağması davam edir.