Month: December 2025

  • MİDA mənzillərini qanunsuz satanlar saxlanıldı

    Bakı şəhərində MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar.

    Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar.

    Fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

  • Rusiyadan Azərbaycana halal adı altında donuz ətli konservlər gətirilib – FOTO

    Rusiyada fəaliyyət göstərən “Qlavprodukt” şirkətinin Azərbaycana göndərdiyi mal əti konsrvlərində donuz əti DNT-si aşkar edilib.

    Bu barədə “All Exclusive” “Telegram” kanalına istinadən “İnsayder” nəşri məlumat yayıb.

    Məlumata görə, şirkətin halal adı altında bişmiş mal əti konservləri Rusiya Silahlı Qüvvələrinə və Azərbaycan da daxil olmaqla bir neçə müsəlman ölkələrinə göndərilib.

    Məhsulun genetik analizinin nəticələrindən sonra qanunsuzluqar aşkar olunub.

    Xəbərdə bildirilir ki, sözügedən şirkət bu ilin iyulunda keçmiş kənd təsərrüfatı naziri Aleksandr Tkaçeyevə yaxın qurumun nəzarəti altına keçib.

    Sentyabr ayında aparılan analizə əsasən, “Family Budget” markalı 500 qramlıq bişmiş ət konservlərində donuz ətinin DNT-si aşkar edilib. Bu “Qlavprodukt”un Oryol vilayətindəki törəmə şirkəti olan “Oryolprodukt” ASC tərəfindən istehsal edilib.


  • Bəzi hallarda hamilələrə əlavə məzuniyyət günləri veriləcək

    Hamilələrə bəzi hallarda əlavə məzuniyyət günləri veriləcək.

    Oxu.Az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bir sıra qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Belə ki, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.

    Qeyd edək ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

    Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

    Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

    a) normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);

    b) doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);

    c) iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü).

  • Azərbaycanda bir vəkilə xəbərdarlıq edildi – Digəri cərimələndi

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib, bir vəkilə xəbərdarlıq tətbiq edilib, biri isə cərimələnib.

    Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.

    Bildirilib ki, kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

    Sonra iclasın gündəliyinə uyğun olaraq bir vəkilin dövlət qulluğuna qəbul olunması ilə əlaqədar vəkillik fəaliyyətinin dayandırılması, bəzi vəkillərin vəkil kabinetinin yaradılması və digər vəkil qurumlarına keçməsi barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

    İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə 3 vəkilə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb, 1 vəkilə xəbərdarlıq tətbiq edilib, 1 vəkil isə cərimələnib.

  • Bakıda vətəndaşın evini 30 il zəbt edən məcburi köçkün cərimə edildi

    Bakıda vətəndaşın mənzilini 30 il zəbt edən keçmiş məcburi köçkün cərimə edilib.

    Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verib. Cəbrayıl rayonunun Aşağı Maralyan kəndindən ailəsi ilə birlikdə məcburi köçkün düşmüş Azər Xəlilov (ad və soyad şərtidir) Bakıya gəlib. O, 1995-ci ildə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1595-ci keçid, 11 saylı evin 57 saylı mənzilini zəbt edib, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlayıblar.

    Mənzilin sahibi onlardan evdən çıxmaq tələb etsə də, ailə həmin evi boşaltmayıb. Nəticədə mənzilin qanuni sahibi 1995-ci ildən bu günə qədər kirayələrdə yaşayıb.

    2017-ci ildə mənzil sahibi bununla bağlı Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə vətəndaşın mənzil hüququnu tanıyıb və məcburi köçkün ailəsinin həmin mənzildən çıxarılması barədə qərar qəbul edib. Amma ailə yenə də mənzili boşaltmayıb və səbəb kimi köçməyə evinin olmadığını bildirib.

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ailəyə Biləsuvar rayonu ərazisində mənzil təklif etsə də, ailə həmin evə köçməkdən imtina edib. Ailə başçısı bildirib ki, ya ailəyə Lökbatan qəsəbəsində ev verilməlidir, ya da Cəbrayıl rayonunun Aşağı Maralyan kəndində tikilən evlər hazır olandan sonra vətəndaşın mənzilini boşalda bilər. Ailə başçısı məhkəmə qərarının icrasından imtina edib.

    Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru hadisə barədə protokol tərtib edir və iş məhkəməyə göndərilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə A.Xəlilov 500 manat cərimə edilib.
    //oxu.az

  • В некоторых случаях гражданам могут увеличить продолжительность отпуска

    В некоторых случаях гражданам могут увеличить продолжительность отпуска.

    Как сообщает Oxu.Az, указанный вопрос был рассмотрен на сегодняшнем заседании комитета Милли Меджлиса по региональной политике в рамках предложенных изменений в ряд законодательных актов.

    Согласно проекту поправок, нерабочие праздничные дни, день национального траура и день голосования, которые выпадают на период трудового отпуска, не будут считаться днями отпуска и не будут оплачиваться. Однако продолжительность отпуска будет продлена на количество таких дней. В случаях, когда праздники Гурбан и Рамазан совпадают с другими нерабочими праздничными днями и этот период приходится на время трудового отпуска, совпадающие дни будут учитываться как один день.

    По действующему законодательству, нерабочие праздничные дни, приходящиеся на период трудового отпуска, не включаются в календарные дни отпуска и не оплачиваются.

  • Bəzi şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq

    Bəzi şəxslərin məzuniyyət günlərinə əlavələr olunacaq.

    Sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bir sıra qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır. Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.

    Mövcud qanunvericiliyə görə, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
    //oxu.az

  • СМИ: Турция может открыть сухопутную границу с Арменией в течение полугода

    Турция рассматривает возможность открытия сухопутной границы с Арменией в течение следующих шести месяцев.

    Об этом пишет агентство Bloomberg со ссылкой на источники.

    “Турция рассматривает возможность открытия своей сухопутной границы с Арменией в течение следующих шести месяцев, что откроет путь к возобновлению торговли на Кавказе”, – сообщает агентство.

  • KİV: Türkiyə altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər

    Türkiyə növbəti altı ay ərzində Ermənistanla quru sərhədinin açılmasını nəzərdən keçirir.

    Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat verib.

    Vəziyyətlə tanış olan mənbələr vurğulayıblar ki, bu hadisə Qafqaz regionunda ticarətin canlanmasına yol açacaq.

  • Bir neçə abonentin borcuna görə binaya istiliyin verilməsi niyə dayandırılır? – RƏSMİ AÇIQLAMA (Video)

    Fətəli xan Xoyski küçəsində yerləşən binaların bəzilərinə istilik verilmir.

    Sakinlərin sözlərinə görə, buna səbəb binanın digər sakinlərinin istilik borclarını ödəməmələridir.

    Həmçinin bu binada yerləşən istilik xətləri də köhnədir.

    Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-dən bildirilib ki, sakinlərin borcu kütləvi olduğu halda binaya istiliyin verilməsi məhdudlaşdırılır.

    Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında: