Month: December 2025

  • Ağdərədə mal-qara otaran şəxs minaya düşdü

    Dekabrın 3-də Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina partlayışı baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında deyilir.

    Qeyd olunub ki, 1970-cı il təvəllüdlü kənd sakini Nazim Kamran oğlu Pənahəliyev minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.

    Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

    ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

  • Bəzi hərbi qulluqçulara dair boy ölçüsü tələbi 170 sm-dən 160 sm-ə endirilib – QƏRAR

    Azərbaycan Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Dəyişikliyə əsasən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli cədvəli – “Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər”in “c) Təlim (xidmət) üçün seçilən hərbi qulluqçular, bəzi hərbi uçot ixtisasları üzrə təlim üçün seçilən və hərbi xidmət keçən hərbi qulluqçular” yarımbəndinin “Dərin sularda işləyən dalğıc, akvanavt, komando təməl və komando ixtisas (snayper, paraşütdən tullanma, axtarış-xilasetmə, minaaxtaran və s.) göndərilən hərbi qulluqçular” sütununun “Boy (sm-lə)” sətrinin 17-ci qrafasında “170” rəqəmləri “160” rəqəmləri ilə əvəz edilib.

  • “Aristokrat” klinikasında qanunsuz stomatoloji tibb fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA (Video)

    Bir neçə gün əvvəl “Aristokrat” Tibb Mərkəzində qanunsuz stomatoloji tibb fəaliyyəti ilə bağlı videomaterial təqdim edilib.

    Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Baku TV-nin sorğusuna cavab verib:

    “Aristokrat” Tibb Mərkəzində qanunsuz stomatoloji tibb fəaliyyəti ilə bağlı müraciətinizə cavab olaraq bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR-in Qanununun 16-cı maddəsinə əsasən, AEM tərəfindən aidiyyəti özəl tibb müəssisəsində 2 dekabr 2025-ci il tarixində plandankənar (növbədənkənar) yoxlama keçirilib.

    Xidməti yoxlama zamanı aşkar edilmiş nöqsanlar rəsmiləşdirilib, hüquqi və fiziki şəxslərin barəsində inzibati tənbeh tədbiri seçilərək, sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına görə (Araz Məmmədzadə) hüquqi şəxsə (“Aristokrat Tibb Mərkəzi” MMC-yə) inzibati xətalar məcəlləsinin 215.4 maddəsi ilə, sertifikasiya şəhadətnaməsi olmadan “stomatoloji” praktik tibb fəaliyyəti ilə məşğul olan fiziki şəxsə (Araz Məmmədzadəyə) İnzibati Xətalar Məcəlləsinin 215.1 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Tərtib olunmuş protokollar yoxlama materialları ilə birlikdə növbəti icraata göndərilib.

    Əlavə olaraq bildirilir ki, müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş işçi heyətinin rəsmi siyahısına əsasən, Sadiq Şükürovun adına rast gəlinməyib, uyğun olaraq da stomatoloji otaqlara baxış keçirilən zaman yuxarıda adı qeyd edilən şəxsin yoxlama müddətində praktik tibb fəaliyyətləri ilə məşğul olması müşahidə edilməyib.

    AEM vətəndaşlara müraciət edərək xatırladır ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında rast gəlinən qanunsuz fəaliyyət, şikayət və ya pozuntular barədə aşağıdakı vasitələrlə məlumat verə bilərlər”.

    Həmin videomaterialı təqdim edirik:

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

    6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    8. Heydər Əliyev prospekti, köməkçi yol, metronun “Koroğlu” stansiyası istiqamətində;

    9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    12. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    17. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    18. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    19. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində sıxlıq müşahidə olunur.

  • Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” Qanunu təsdiqlədi

    Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalayıb.

    Median.Az bu barədə President.az-a istinadən xəbər verir.

    Dövlət başçısı, həmçinin “Dövlət xidmətləri haqqında” Qanunu təsdiq edib.

    Qanunun 6.4-cü maddəsi (Dövlət xidmətinin göstərilməsinə yalnız həmin xidmət üzrə məlumatlar DXER-ə daxil edildikdən sonra yol verilir) 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

  • Bakıda daha bir minib-düşmə yeri yaradıldı

    AYNA tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir.

    Bu barədə AYNA məlumat yayıb.

    Bildirilib ki, növbəti belə yer Səbail rayonunun Zərifə Əliyeva küçəsi, giriş 57 ünvanında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.

    Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.

    Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.

  • Bakıda kondisionerə görə dava edən iki kişi sığınacaqdan çıxarıldı

    Bakıda reabilitasiya müəssisəsində dava olub.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabunçu rayonu Zabrat-Pirşağı yolunda yerləşən Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində qeydə alınıb.

    Yaşayış yerləri olmadığı üçün burada qalan iki şəxs arasında kondisionerə görə dava düşüb. Belə ki, 67 yaşlı Nicat Rüstəmov gecə saatlarında kondisionerin səsindən onun nasaz olduğunu düşünüb və cihazı söndürüb. Onun otaq yoldaşı isə yuxudan oyanıb, Nicatın kondisioneri söndürməsinə əsəbiləşib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı qarşı tərəf Nicata “erməni” deyib. Bu söz onun xoşuna gəlməyib və otaq yoldaşının sinəsində oturaraq sifətinə iki-üç dəfə yumruq zərbəsi vurub. Nəticədə zərərçəkənin burnu sınıb və digər xəsarətlər alıb.

    Bu əməlinə görə Nicat Rüstəmov barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

    Təqsirləndirilən Nicat Rüstəmov ifadəsində otaq yoldaşını sırf “erməni” sözünə görə vurduğunu və əməlindən peşman olduğunu deyib. Onun sözlərinə görə, bu hadisəyə görə hər ikisini sığınacaqdan xaric ediblər.

    Zərərçəkən şəxs isə Nicatla barışmaq fikrində olmadığını və ona, ağır olmasa da, cəza verilməsini istəyib.

    Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Nicat Rüstəmov barəsində bir il bir ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

  • В Индонезии число жертв наводнений превысило 800 человек

    Число погибших в результате наводнений и оползней на острове Суматра в Индонезии возросло до 811 человек, еще 623 человека числятся пропавшими без вести.

    Об этом сообщило агентство Xinhua со ссылкой на данные индонезийских властей.

    Ранее сообщалось, что число жертв превысило 700 человек.

    Национальное поисковое и спасательное агентство Индонезии сообщило, что стихийное бедствие было спровоцировано ливнями, которые продолжаются в регионе уже больше недели. Селевые потоки повредили жилые здания, дороги и инфраструктуру, затруднив доступ спасателей в наиболее пострадавшие районы.

  • İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 800 nəfəri keçib

    İndoneziyanın Sumatra adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 811 nəfərə çatıb, daha 623 sakin itkin düşüb.

    Bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

    Daha əvvəl ölənlərin sayının 700 nəfəri keçdiyi bildirilirdi.

    Xatırladaq ki, təbii fəlakətə bölgəyə aramsız yağan leysan səbəb olub. Yaşayış binalarına, yollara və infrastruktura ciddi ziyan vuran daşqınlar xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çıxışına imkan vermir.

  • İcra başçısı psixoloqu işdən çıxardı

    Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Niyazi Əliyev vəzifəsindən azad edilib.

    İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayonun icra başçısı Süleyman Mikayılov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Niyazi Əliyev bir müddət əvvəl tutduğu vəzifədən azad olunub. Onun yerinə hələlik təyinat yoxdur.