Month: December 2025

  • Rusiya məhkəməsi Yekaterinburqda saxlanılan azərbaycanlını həbs etdi

    Rusiya məhkəməsi Yekaterinburq şəhərində polis və xüsusi təyinatlı qüvvələrin saxladığı azərbaycanlı Vidadi Mustafayevi həbs edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Vidadi Mustafayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

    Vidadi Mustafayev ona böhtan atıldığını bildirib.

    O, torpaq satışında fırıldaqçılıqda şübhəli bilinir.

  • Завершено следствие по делу Алтая Гёюшова: обвиняемый скрывается за границей

    Завершено следствие по уголовному делу в отношении Алтая Гёюшова.

    Официальное обращение Генеральной прокуратуры было опубликовано на İTV.

    Согласно информации, Гёюшов был вызван в следственное управление надзорного ведомства 21 ноября, однако не явился, после чего в его отношении было начато заочное производство.

    Сегодня расследование по его делу завершено. Сообщается, что начиная с 10 декабря, как самому Алтаю Гёюшову, так и выбранному им защитнику будут созданы условия в следственном управлении Генеральной прокуратуры для ознакомления с материалами уголовного дела без ограничения по времени.

    А.Гёюшова предупредили, что если он не явится к следствию, уголовное дело может быть направлено в суд в порядке заочного производства, и в его отношении может быть вынесен заочный приговор.

    Отметим, что в его отношении было принято решение о привлечении в качестве обвиняемого по статье 281.2 (публичные призывы, направленные против государства, совершенные неоднократно или группой лиц) Уголовного кодекса Азербайджанской Республики.

    Поскольку он скрывается от следствия за пределами Азербайджана, он был объявлен в розыск в связи с предъявлением ему обвинения.

  • Altay Göyüşovun cinayət işi üzrə istintaq başa çatıb

    Altay Göyüşovun barəsində başlanılmış cinayət işi üzrə istintaq başa çatıb.

    Bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.

    Məlumata görə, o, noyabrın 21-də Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılsa da, gəlməyib və barəsində qiyabi icraat başlanılıb.

    Onun barəsində istintaq bu gün tamamlanıb. Həm Altay Göyüşova, həm də onun seçəcəyi müdafiəçisinə dekabrın 10-dan etibarən cinayət işi ilə tanış olmaq üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsində şərait yaradılacağı bildirilib.

    Altay Göyüşova xəbərdarlıq edilib ki, əgər o istintaqa gəlməsə, cinayət işi qiyabi icraatda məhkəməyə göndərilə və barəsində qiyabi hökm çıxarıla bilər.

    Qeyd edək ki, Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

    O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub.

  • Bakı Vağzalından qatarların hərəkətinə məhdudiyyət qoyulacaq? – Körpüdə çatlar yaranıb… (VİDEO)

    Bakının Nəsimi rayonunda yerləşən və qatarların hərəkəti üçün nəzərdə tutulan körpülərdən birində təhlükəli çatlar əmələ gəlib.

    Söhbət “Trump Tower” və “Excelsior” otellərinin yaxınlığında yerləşən körpüdən gedir. Artıq mütəxəssislər sözügedən körpüdə sürüşməyə görə araşdırmaya başlayıblar.

    Sürüşmənin davam edib-etmədiyini müəyyən olunması üçün çat olan hissələrə kağız parçası yapışdırılıb. İddia olunur ki, sürüşmə davam edərsə, Bakı Dəmiryol Vağzalından qatarların regionlara gediş-gəlişinə müəyyən vaxta qədər məhdudiyyət qoyula bilər.

    Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları (ADY) Qapalı Səhimdar Cəmiyyətinin (QSC) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya bildirilib ki, Bakı sərnişin-Keşlə sahəsinin 2 km-də yerləşən körpünün konstruksiyasında, yükdaşıma elementlərində heç bir problem yoxdur. Körpü tikilərkən həmin ərazinin abadlaşdırılması çərçivəsində aidiyyəti qurum tərəfindən o cümlədən aqlaylama işləri görülüb.

  • Yüzlərlə saxta sahibkarlıq subyekti qeydə alınıb: Baş Prokurorluq əhaliyə MÜRACİƏT ETDİ (Video)

    Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilib. Həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurulub.

    Bu barədə Baş Prokurorluq müraciət edib.

    Bildirilib ki, belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar:

    “Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyəti təsdiq edən məlumatları tanımadıqları adamlara bildirməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər”.

  • Azərbaycan Kubokunda 1/4 finalın daha bir iştirakçısı bəlli oldu

    Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

    “Şamaxı” doğma meydanda “Baku Sportinq”i qəbul edib. Görüşün taleyini bir qol həll edib. Abdullahi Şuaybu 69-cu dəqiqədə fərqlənib. 1/4 finala vəsiqə qazanan Şamaxı təmsilçisi bu raundda “Qarabağ” – “Karvan-Yevlax” cütünün qalibi ilə qarşılaşacaq.

    Hazırda davam edən “İmişli” – “Sabah” matçında isə əsas vaxt 1:1 hesabı ilə başa çatdığından əlavə vaxt oynanılacaq.

    Günün son matçında “Qarabağ” öz meydanında “Karvan-Yevlax”ı sınağa çəkəcək. Oyun saat 19:00-da start götürəcək.

    Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra “Turan Tovuz” və “Zirə” 1/4 finala vəsiqə qazanıb. Ölkə kubokunda 1/8 final mərhələsinin oyunlarına dekabrın 4-də yekun vurulacaq.

  • В Азербайджане меняются правила увольнения работников

    В Азербайджане меняются правила увольнения работников.

    Как сообщает Oxu.Az, данный вопрос был рассмотрен на сегодняшнем заседании комитета по региональной политике Милли Меджлиса в рамках проекта изменений, предлагаемых к ряду законов.

    Согласно предлагаемым поправкам, работник может быть уволен, если уклоняется от прохождения обязательного медицинского осмотра или не выполняет рекомендации врачебных комиссий, основанные на результатах проведенных обследований. Также основанием для увольнения может стать выявление в медицинском заключении противопоказаний к выполнению трудовых функций.

    Кроме того, сотрудники, работающие на должностях и профессиях, где запрещено трудоустройство лиц с вирусом иммунодефицита человека (ВИЧ), могут быть уволены в случае отказа от периодического обязательного медицинского осмотра. Основанием для расторжения трудового договора также может стать уклонение от обучения по охране труда и проверки знаний в установленном порядке или создание препятствий при расследовании нарушений трудовых обязанностей.

    Важно отметить, что отстранение работника от должности должно быть документально оформлено в каждом конкретном случае с предоставлением соответствующих доказательств (медицинских заключений, объяснений работников, справок и других официальных документов). Работодатель имеет право отстранить сотрудника от работы до устранения обстоятельства, послужившего основанием для отстранения.

    Срок отстранения работника в каждом конкретном случае определяется работодателем с учетом характера ситуации, соответствующего периода устранения этого обстоятельства или его продолжения, а также действий (или бездействия) работника, связанных с обстоятельствами, зависящими от него.

    Работодатель вправе досрочно отменить свой приказ (распоряжение, решение) об отстранении работника от должности.

  • Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir

    Azərbaycanda işçilərin işdən azad olunması qaydalarına dəyişiklik edilir.

    Sözügedən məsələ parlamentin Regonal siyasət komitəsinin bugünkü iclasında bir sıra qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Belə ki, işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, habelə icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə işdən azad edilə bilər.

    Həmçinin insanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı müvafiq mütləq tibbi müayinədən imtina etdikdə, müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda, əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə işdən çıxarıla bilər.

    Bundan başqa, işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. İşəgötürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal aradan qaldırılanadək işçini işdən kənarlaşdıra bilər.

    İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, müvafiq dövrdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə (hərəkətsizliklərə) uyğun olaraq işəgötürən tərəfindən müəyyən edilir.

    İşəgötürən işçinin işdən kənarlaşdırılması barədə əmrini (sərəncamını, qərarını) vaxtından əvvəl ləğv edə bilər.
    //oxu.az

  • Donetsk vilayətində Ukrayna döyüşçüləri mövqeyə nəzarəti bərpa etdilər

    Donetsk istiqamətində Ukraynanın xüsusi təyinatlıları rus işğalçıları qrupunu məhv edərək mövqeyə nəzarəti geri qaytarıblar.

    Qaynarinfo xəbər verir ki, Xüsusi Əməliyyat Qüvvələrinin məlumatına https://t.me/ukr_sof/2284 görə, birbaşa əməliyyat zamanı SSO döyüşçüləri düşmənlə yaxın məsafədən döyüşə giriblər.

    Hərbçilərin bildirdiyinə görə, ilk təmas dərhal nəticə verib — bir işğalçı zərərsizləşdirilib. Daha iki rusiyalı hərbçi mövqeni yandan dolanmağa cəhd göstərsə də, vaxtında aşkar edilərək məhv edilib.

    “Daha irəliləyiş zamanı SSO qrupu bir işğalçını da məhv edib. Onun cəsədi yoxlanarkən, həmin şəxs əvvəlcədən altına yerləşdirdiyi qumbaranın partlaması baş verib. Döyüşçülərimiz operativ reaksiya göstərərək itki verməyiblər. Eyni zamanda örtük altqrupu da düşmənin dəstək qrupuna daxil olan bir rusiyalı hərbçini “mənfi” edib”, – deyə SSO məlumat verib.

    Əməliyyatın nəticələri: 5 işğalçı məhv edilib, mövqeyə nəzarət bərpa olunub, düşmənə məxsus sənədlər, rabitə vasitələri və digər mühüm trofeylər ələ keçirilib.
    Xatırladaq ki, bundan əvvəl Ukrayna dəniz piyada bölmələri Dnepropetrovsk vilayətinin Mejevsk icmasına daxil olan İvanivka kəndinin uğurlu təmizlənməsi zamanı 19 rus hərbçisini əsir götürmüşdülər.

    Həmin şəxslərin hamısı Rusiya Silahlı Qüvvələrinin 90-cı tank diviziyasının tərkibindəki 228-ci hücum alayında xidmət edirdilər. Videolarda işğalçılar bu bölməyə aidiyyəti olduğunu təsdiqləyir və ad-soyadlarını açıqlayırlar. Eyni əməliyyat zamanı dəniz piyadaları 53 işğalçını məhv ediblər.

    Eyni zamanda NATO-nun yüksək vəzifəli rəsmisi bildirib ki, rus qüvvələri Pokrovsk şəhərinin 95 faizindən çoxuna nəzarət edir. O qeyd edib ki, hazırda Ukrayna şəhərdən qoşunlarını təşkilatlanmış şəkildə geri çəkir.

    Rəsmiyə görə, əgər Pokrovsk tam ələ keçirilsə, Rusiya şəhərdən logistika mərkəzi kimi istifadə edəcək və Donetsk vilayətində digər şəhərlərə hücum üçün dayaq meydançası kimi quracaq.

  • Anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetməyə hökm oxundu

    Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetmə S.A-nın cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

    Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Müttəhim yetkinlik yaşına çatmadığı üçün ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

    Qeyd edək ki, Goranboy rayon prokurorluğunun yaydığı məlumata görə, iyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri – 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-ci il təvəllüdlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə məlumat daxil olub.

    İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü S.A-nın aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
    //oxu.az