Month: December 2025

  • Azərbaycan XİN BƏƏ və Laosu Milli Gün münasibətilə təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) Milli Günü münasibətilə təbrik edib.

    Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

    “Dost Birləşmiş Ərəb Əmirliklərinə Milli Gün münasibətilə təbriklərimizi çatdırır, onun Xalqına və Hökumətinə ən xoş arzularımızı bildiririk.

    Milli Günün mübarək, BƏƏ!”, – paylaşımda qeyd olunub.

    XİN, həmçinin digər paylaşımla Laosun da Milli Gününü təbrik edib:

    “Laos Xalq Demokratik Respublikasının Xalqını və Hökumətini Milli Gün münasibətilə səmimi təbrik edirik. Milli Gününüz mübarək, Laos!”.

  • Ракета Vega-C вывела на орбиту южнокорейский спутник KOMPSAT-7

    Европейская ракета-носитель Vega-C вывела на орбиту южнокорейский спутник KOMPSAT-7 для наблюдения за Землей.

    Трансляция велась компанией – оператором космических запусков Arianespace.

    Запуск был осуществлен в понедельник в 14:21 по местному времени (21:21 по бакинскому времени) с космодрома Куру во Французской Гвиане. Спутник был выведен на солнечно-синхронную орбиту на высоте 576 км. Отделение спутника от ракеты-носителя произошло через 44 минуты после старта.

  • “Vega-C” raketi Cənubi Koreyanın KOMPSAT-7 peykini orbitə çıxarıb

    Avropanın “Vega-C” raket daşıyıcısı Cənubi Koreyanın Yeri müşahidə peyki KOMPSAT-7-ni orbitə çıxarıb.

    Yayımı “Arianespace” kosmik buraxılış operatoru aparıb.

    Buraxılış bazar ertəsi yerli vaxtla saat 14:21-də (Bakı vaxtı ilə saat 21:21) Fransa Qvianasındakı Kuru kosmodromundan həyata keçirilib. Peyk 576 km yüksəklikdə Günəş-sinxron orbitə yerləşdirilib. Peyk buraxılışdan 44 dəqiqə sonra raketdən ayrılıb.

  • Cəlilabadda ovçuluq təsərrüfatında yanğın söndürüldü

    Cəlilabad rayonunda bataqlıq ərazisində yerləşən ovçuluq təsərrüfatında baş verən yanğın söndürülüb.

    Yanğın nəticəsində 5 hektar sahədə quru ot və qamışlıq sahə yanıb.
    Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.

  • Azərbaycanda pul bazası noyabrda 3 %-dən çox artdı

    Bu il dekabrın 1-nə Azərbaycanda pul bazası 22 milyard 128,4 milyon manat təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 3,4 % çoxdur.

    Bununla belə, ölkədə pul bazası ilin əvvəlinə nisbətən 5,8 %, son 1 ildə isə 7,5 % artıb.

  • Bəzi ərazilərə qar yağır – FAKTİKİ HAVA

    Azərbaycanın bəzi yerlərində dekabrın 2-si saat 16:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Belə ki, Şahbuz, Göygöl, Şəmkir, Gəncə, Qax, Quba, Qusar, Şabranda arabir yağış yağır. Kəlbəcər, Laçın, Daşkəsən, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunur.

    Naxçıvan, Şərur, Culfa, Sədərək, Quba, Qusar, Yevlax, Sabirabad, Hacıqabulda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

  • Novruzla Ramazan eyni gündə qeyd ediləcək – 11 gün iş olmayacaq

    Gələn il Novruz və Ramazan bayramları eyni günlərdə qeyd olunacaq.

    Nazirlər Kabinetinin Qərarına əsasən, həmin bayramlarla əlaqədar 11 gün qeyri-iş günü olacaq.

    Belə ki, 2026-cı ilin martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. 21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.

    Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri – 27 və 30 mart da qeyri-iş günləri olacaq.

    Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.

  • Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

    Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 2-də davam etdirilib.

    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

    Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

    Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

    Zərərçəkmiş Elşən Babayev dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıraraq bildirib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan tankəleyhinə mərminin yaxınlıqlarında partlaması nəticəsində Tural Əmirov və Elçin Salmanov həlak olub, o və Yusif Həsənov isə yaralanıblar.

    Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elvin Məmmədov qeyd edib ki, Xocalı rayonunun Sərdarkənd kəndi ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və Kamran Həsənov yaralanıb. Əlavə edib ki, həmin vaxt düşmən minaatan, snayper və digər silahlarla atəş açırdı.

    Zərərçəkmiş Xalid Şükürlü ifadəsində bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. Həmin hadisə zamanı Sadiq Məmmədov və Nicat Əhmədzadə də yaralanıblar.

    Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Taleh Hümbətzadə qeyd edib ki, Xocavənd rayonunun Yenikənd kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Hadisə zamanı Cavid Şavqatlı da xəsarət alıb.

    Zərərçəkmiş Fazil Əmirli Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıraraq bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin açdığı atəşlər nəticəsində o, Seyfəddin Cabbarov və Kamran Nəcəfov yaralanıblar.

    Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran İlqar Qasımov deyib ki, Xocalı rayonu istiqamətində düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində o və Hüseyn Hüseynov xəsarət alıblar.

    Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib.

    Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin olunub.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

  • Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib

    Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Müvqafiq qərarla 2026-cı il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.

  • “Məlhəm” Hospitalda yoxlama: Qanunsuz mayalanma aparılıb, direktor cəzalandırıldı

    Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Məlhəm Beynəlxalq Hospital”da plandankənar (növbədənkənar) yoxlama aparıb.

    Qaynarinfo-nun məlumatına görə, yoxlama zamanı xəstəxanada lisenziyada nəzərdə tutulmayan ginekoloji xidmət – ekstrakorporal mayalanma (IVF) üzrə fəaliyyət göstərilməsi faktı aşkar olunub.

    Aparılan yoxlamanın nəticəsinə əsasən, “Məlhəm Beynəlxalq Hospital” MMC-nin direktoru və qanuni təmsilçisi Əlizadə Fuad Qədim oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə F. Əlizadə qeyd olunan maddə üzrə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə olunub.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada göstərilməyən tibbi xidmətlərin həyata keçirilməsinə görə fiziki şəxslər 300–500 manat, vəzifəli şəxslər 800–1 000 manat, hüquqi şəxslər isə 6 000–8 000 manat məbləğində cərimə edilir.