Month: December 2025

  • XİN-in Naxçıvandakı idarəsi ləğv edildi

    Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi ləğv edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərarda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Naxçıvan Muxtar Respublikasındakı İdarəsi” sözləri çıxarılsın.

    Nazirlər Kabineti bu qərarla “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 may tarixli 383 nömrəli Fərmanının 3.3-cü bəndinin icrasını təmin edib.

  • Bakıda 13 yaşlı qızın müəmmalı ölümü: Məktəblinin telefonunda gördükləri ailəni şoka saldı (Video)

    Paytaxtın Binəqədi rayonunda bədbəxt hadisə baş verib.

    Hadisə rayonun Rəsulzadə qəsəbəsində qeydə alınıb.

    Məlumata görə, 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Daha sonra mərhumun telefonunda gördükləri ailəyə daha bir şok yaşadıb.

    “Gecə hamı yatandan sonra telefonda qorxulu videolara baxırmış. Mən bunu bilmirdim. Polis araşdırandan sonra məlum oldu. Cin, şeytan, qəbiristanlıq kimi dəhşətli görüntülərə baxdığı müəyyən edilib. Hətta dəftərinin birinə cinə bənzər qorxulu bir rəsm də çəkib”, – mərhumun atası bildirib.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Azərbaycan millisi turnirinin qalibi oldu

    Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən “FIFA Tri Nations Women”s Football Series 2025” turnirindəki ikinci oyununu da qələbə ilə başa vurub.

    Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığmasını 2:1 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıb.

    Yığmanın qollarını Sevinc Cəfərzadə (19) və Esra Manya (84) vurublar.

    Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.

  • Azərbaycanın yük maşınları ilə bağlı Gürcüstandan rəsmi açıqlama

    Mediada yayılan məlumata görə, Azərbaycanın tütün daşıyan yük maşınları Batumi və Tbilisidəki gömrük məntəqələrində 20 gündən çoxdur ki, süni şəkildə gözlədilir.

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, belə bir hadisə baş verməyib və yalnız bir nəqliyyat vasitəsi gecikib.

    “Yoxladım və belə bir hadisə baş verməyib. Bildiyim qədəri ilə yalnız bir nəqliyyat vasitəsi saxlanılıb. Bu da konkret bir səbəbdən baş verib. Hər hansı potensial çətinlikləri dostcasına müzakirə etməyə hazırıq”, – deyə Kobaxidze qeyd edib.

    Azərbaycan səfirliyi hadisəni təsdiqləyib və məsələni həll etmək üçün Gürcüstan tərəfi ilə işlədiklərini bildirib.

  • Putin: “Rusiya Avropa ilə müharibə istəmir, amma buna hazırdır”

    “Ukrayna rəhbərliyi sanki başqa bir planetdə yaşayır – onlar ölkələrinin iqtisadi vəziyyətindən və ön cəbhədəki mövqelərindən xəbərsizdirlər”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuata açıqlamasında bildirib. Rusiya Prezidenti ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə görüşməzdən əvvəl medianın suallarını cavablandırıb.

    Dövlət başçısı Rusiya ilə Avropa ölkələri arasındakı münasibətlərə də toxunub.

    “Avropa hələ də Rusiyanı strateji məğlubiyyətə uğratmaq xəyalı ilə yaşayır. Onlar özləri qəfildən Rusiya ilə əlaqələri kəsdilər və bu, onların təşəbbüsü idi. Avropanın sülh gündəliyi yoxdur. Onlar müharibənin tərəfindədirlər. Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planına mane olurlar, Rusiya üçün qəbuledilməz təkliflər irəli sürürlər”, – deyə Putin bəyan edib.

    O qeyd edib ki, Rusiyanın Avropa ilə müharibə etmək niyyəti yoxdur, lakin qarşı tərəfin belə bir addımına həmişə hazırdır.

  • İran və Azərbaycan arasında sərhəd məhdudiyyətlərinin aradan qaldırılması müzakirə edilir

    İran və Azərbaycan arasında mövcud sərhəd məhdudiyyətlərinin aradan qaldırılması müzakirə edilir.

    Median.Az “Azad İran”a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bildirib.

    O, İran və Azərbaycan arasında sərhəd məhdudiyyətlərinin aradan qaldırılması və vətəndaşların gediş-gəlişinin asanlaşdırılmasının gündəlikdə olduğunu deyib.

    Səfir koronavirus pandemiyası dövründə Azərbaycan tərəfindən tətbiq edilən sərhəd məhdudiyyətləri səbəbindən İran və Azərbaycan vətəndaşları arasında quru yolu ilə səyahətin məhdudlaşdırıldığını qeyd edib.

    Diplomat iki ölkə arasında səhiyyə, elmi, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi zərurətini vurğulayıb. İranın coğrafi və mədəni yaxınlığının bu əlaqələri möhkəmləndirdiyini söyləyən səfir, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli imkanların mövcud olduğunu açıqlayıb.

  • Onlayn qumar oyunları təşkil edən mütəşəkkil dəstənin 3 üzvü məhkəmə zalında həbs olundu

    Onlayn qumar oyunlarının təşkili, bu fəaliyyətlərdən əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə bağlı ittiham olunan Yusif Baqiyev, Ramil Saadov, Pərviz Məmmədov, Samir Nəsibovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

    APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

    Yusif Baqiyevin vəkilləri vəsatət verərək onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsi ilə bağlı vəsatət veriblər.

    Vəsatət təmin olunmayıb.

    Dövlət ittihamçısı təqsirləndirilən Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində seçilmiş həbslə bağlı olmayan qətimkan tədbirinin dəyişdirilərək barələrində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət verib.

    Dövlət ittihamçısının vəsatəti təmin olunub. Hər üç təqsirləndirilənin – Ramil Saadov, Pərviz Məmmədov və Samir Nəsibovun barəsində həbs qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalında həbs olunublar.

    Məhkəmənin qərarı ilə cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 15-nə təyin edilib.

    Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində internet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əlaqəli qanunsuz əməllər barədə daxil olmuş məlumatlar əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqla Yusif Baqiyev və digərlərinin mütəşəkkil dəstə halında birləşərək qumar oyunlarının təşkili və keçirilməsi nəticəsində xüsusilə külli miqdarda gəlir əldə etməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Belə ki, Yusif Baqiyev 2022-ci ilin əvvəllərindən 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Pərviz Məmmədov, Ramil Saadov və barəsində axtarış elan olunmuş digər şəxslərlə qumar oyunlarında iştirak etmək üçün çoxsaylı şəxslərin cəlb edilməsi, pul dövriyyəsinin təmin edilməsi, müxtəlif şəxslərin adlarına çoxsaylı bank kartları və bank hesablarının açılması məqsədilə mütəşəkkil dəstə halında birləşərək dəstənin üzvləri arasında müvafiq rol bölgüsü aparıb.
    Bundan sonra Yusif Baqiyev və mütəşəkkil dəstənin üzvü olan digər şəxslər qumar oyunları ilə bağlı köçürmələrin təmin edilməsi və cinayət yolu ilə əldə edilmiş gəlirin leqallaşdırılması məqsədilə “Paysis” MMC-nin rəhbəri Samir Nasibovla razılaşaraq, həmin cəmiyyətə məxsus pulköçürmə sistemlərində ayrı-ayrı şəxslərin məlumatı olmadan vəzifə saxtakarlığı yolu ilə onların adına elektron pul kisələri açıb və bu kisələrə onlayn qumar oyunları nəticəsində əldə olunan ümumilikdə 171 milyon manatdan artıq vəsaitin köçürülməsini təmin ediblər.

    Qanunsuz əldə olunmuş həmin pul vəsaitlərinin 41 milyon manatdan artıq hissəsinin müxtəlif bank hesabları vasitəsilə dövriyyəyə buraxılması və əmlakların alınması yolu ilə leqallaşdırılması istintaqın gedişində əldə olunan dəlillərlə sübuta yetirilib.

    İstintaq zamanı mütəşəkkil dəstə üzvlərinin istifadə etdikləri çoxsaylı elektron daşıyıcılar, bank kartları, nağd pul və digər əşyalar maddi sübut kimi götürülüb. Habelə onlara aid bank hesablarının ümumi dövriyyəsinin 171 milyon manatdan artıq olduğu müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Yusif Baqiyev, Ramil Saadov və Pərviz Məmmədova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və 244-1.4 (mütəşəkkil dəstə tərəfindən qumar oyunlarının təşkili və keçirilməsi, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə, Samir Nasibova isə həmin maddələrlə yanaşı 32.5, 244-1.4 (mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda gəlir əldə etməklə qumar oyunlarının təşkili və keçirilməsinə kömək etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

    Yusif Baqiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Pərviz Məmmədov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığı, digər şəxslər – Ramin Saadov və Samir Nəsibov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə məxsus 10 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub, habelə “Paysis” MMC barəsində isə cinayət-hüquqi tədbirlərin tətbiqi üzrə icraat başlanılaraq, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Eyni zamanda, cinayət işindən ayrılmış materiallar üzrə göstərilən qanunazidd əməllərin törədilməsində iştirak etməsi güman olunan və barəsində axtarış elan edilmiş digər şəxslərlə bağlı ibtidai istintaq davam etdirilir.

  • Şahin Şıxlinskini ömürlük həbs gözləyir

    Uraldakı Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinskini ömürlük həbs cəzası gözləyir.

    Şahin Şıxlinski haqqında dövlət məmuruna qarşı zorakılıq tətbiq etmək və iki qətl təşkil etmək ittihamı ilə cinayət işləri açılıb. Müstəntiqlər onun 2001-ci ildən 2011-ci ilə qədər Sverdlovsk vilayətində üzvlərinin qətllərdə və qətl cəhdlərində iştirak etdiyi etnik qrupun lideri olduğunu iddia edirlər.

    Dövlət məmuruna qarşı zorakılıq tətbiqi ilə bağlı işə iyulun əvvəlində baş verən bir hadisə səbəb olub: xüsusi təyinatlılar Şahin Şıxlinskini Yekaterinburqdakı “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında, Sulimova küçəsi 21 ünvanında, oğlu Mutvala ilə birlikdə Mercedes-Benz G-Class avtomobilini park etməyə çalışarkən saxlayıblar.

    Mütvala Şıxlinski bildirib ki, maskalı şəxslər onu həbs edərkən maşınının şüşələrini sındırıblar və ona silah tuşlayıblar. O, şokda olduğunu və səhvən xüsusi təyinatlı qüvvələr zabitini avtomobilin qapısı ilə vurduğunu, nəticədə yerə yıxıldığını və ciddi bədən xəsarəti aldığını bildirib.

    İyulun ortalarında məhkəmə Mutvalanı həbsdə saxladı. O, günahsız olduğunu bildirdi. 66.RU mənbəyi izah etdi ki, Mutvalaya qarşı ittihamlar Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsindən (Həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiqi) Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsinə (Həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiqi) qaldırılıb. Təhlükəsizlik əməliyyatında iştirak edən xüsusi təyinatlı qüvvələr zabiti uzun müddətdir müalicə alır. Mutvalaya qarşı ittihamlar 10 ilə qədər həbs cəzası nəzərdə tutur.

    Ata Şıxlinski də günahsız olduğunu bildirir. O, 2010-cu ildə Şahin Şıxlinskini açıq şəkildə cinayətkar fəaliyyətdə ittiham edən iş adamı Fehruz Şirinovun qətlini təşkil etməkdə ittiham olunur. Müstəntiqlərin sözlərinə görə, Şıxlinskinin əlaltısı Elman Süleymanov Şirinova atəş açmağa cəhd edib, lakin silah səhv atəş açıb və Şirinov və oğlu cinayətkarı tutublar. Süleymanov istintaq və məhkəmə zamanı ifadəsini geri götürüb. Hazırda Azərbaycan diasporunun keçmiş rəhbərini ömürlük həbs cəzası gözləyir.

    İstintaq başa çatıb və iş məhkəməyə göndərilib. İştirak edənlərin məhkəməsi tezliklə başlayacaq.

    Ata və oğulla birlikdə müttəhimlər kürsüsündə Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərov qardaşları, eləcə də Əsgər Rəcəbov da var. Onlar qətl və qətlə cəhddə ittiham olunurlar.
    //unikal.az

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hal-hazırda yollardakı vəziyyət:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    5. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    7. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika” dairəsi istiqamətində;

    8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    9. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    10. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    12. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    13. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    14. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    15. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    16. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    17. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    18. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    19. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində;

    20. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    21. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

    22. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

  • Мирзоян: Ереван продолжит усилия для дальнейшей институционализации мира с Азербайджаном

    Армения продолжит прилагать усилия для институционализации мира с Азербайджаном.

    Об этом, отвечая на вопрос европейского бюро Report, заявил на пресс-конференции в Брюсселе министр иностранных дел Армении Арарат Мирзоян.

    “Конечно, мы будем продолжать прилагать усилия для дальнейшей институционализации мирного процесса. Я имею в виду подписание, а затем ратификацию мирного договора”, – сказал он.

    Глава МИД Армении добавил, что Ереван уже выразил готовность “немедленно начать консультации по определению места и даты подписания мирного соглашения”.

    По его словам, пока нет общего видения между сторонами по этому процессу (срокам подписания мирного договора – ред.), существуют разные интерпретации этого события.

    Мирзоян подчеркнул, что Армения и Азербайджан уже установили мир, а народы двух стран наслаждаются, живя в мирной обстановке.

    “Между тем, обе страны постоянно принимают меры, подтверждающие и укрепляющие установленный мир. Можно упомянуть недавнее решение президента Азербайджана снять запрет на транзит армянских товаров через азербайджанскую территорию, а также заявление премьера Армении, подтверждающее готовность содействовать транзиту азербайджанских товаров в Турцию или турецких товаров в Азербайджан через территорию Армении”, – сказал Мирзоян.

    Он также упомянул недавние взаимные визиты и дискуссии представителей гражданского общества, встречу соответствующих пограничных комиссий на уровне вице-премьеров двух стран.

    “Так что многое происходит одновременно. Но предстоят еще шаги по мирному договору”, – заключил он.