Month: December 2025

  • Bakıda 10 mərtəbəli universitet binasında söküntü – 25 milyona yenisi tikiləcək

    Bakı Dövlət Universitetində (BDU) böyük yenilənmə mərhələsi start götürür.

    Median.Az xəbər verir ki, Baku.ws-in əldə etdiyi məlumata görə, ali təhsil müəssisəsi Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili 1 nömrəli tədris binasının əsaslı təmir olunacaq.

    Layihənin dəyəri 25 milyon manatdan çoxdur. Təmir zamanı köhnə və istismar üçün yararsız hesab olunan bir sıra konstruksiya və elementlərin sökülməsi nəzərdə tutulur.

    Bu işlərdən sonra binanın tam müasir standartlara uyğun şəkildə yenidən qurulması, təhlükəsizliyin artırılması və tələbələr üçün daha komfortlu tədris mühitinin yaradılması planlaşdırılır. Əsaslı yenidənqurma BDU-nun ən çox yüklənən tədris binasının müasir təhsil tələblərinə cavab verməsinə şərait yaradacaq.

  • Дочь Кёнуль Велибейли находится в реанимации: что известно о её состоянии

    Стала известно о состоянии дочери руководителя Бакинского дома национальной одежды Кёнуль Велибейли, погибшей при пожаре в Ясамальском районе – Ляман Гуламовой (2000 г.р.).

    Как заявили Oxu.Az в ответ на запрос в пресс-службе Yeni klinika, лечение девушки продолжается в реанимационном отделении.

    “В настоящее время состояние пациентки стабильно тяжелое. Она подключена к аппарату искусственной вентиляции легких, наблюдается положительная динамика в показателях легочной функции”, – говорится в информации.

    Напомним, что 21 ноября в многоэтажном жилом здании на улице Мирали Сеидова в Ясамальском районе Баку произошел пожар. В результате инцидента погибли три человека, 20 человек отравились дымом.

  • Yanğında həyatını itirən Könül Vəlibəylinin xəsarət alan qızının durumu açıqlandı

    Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

    Bu barədə “Yeni klinika”nın Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2000-ci il təvəllüdlü (qadın) şəxsin müalicəsi reanimasiya şöbəsində davam etdirilir:

    “Hazırda pasiyentin vəziyyəti ağır stabildir. Süni tənəffüs dəstəyi alır, ağciyər göstəricilərində müsbət dinamika izlənilir”.

  • Səfərbərlik Xidmətinin zabitinin kassasiya şikayəti geri götürülüb

    Ali Məhkəmədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinin geri götürüldüyü elan olunub.

    Məhkəmə kassasiya şikayətinin qaytarılması barədə qərar qəbul edib.

    Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

    İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim olunması müqabilində rüşvət tələb edib.

    Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham edilib.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətə azadlıqdan məhrum edilib.

  • Лейла Алиева поздравила своих сыновей с днем рождения – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, основатель и руководитель общественного объединения IDEA Лейла Алиева поздравила своих сыновей Али и Микаила Агаларовых с днем рождения.

    Соответствующей публикацией она поделилась на своей странице в Instagram.

  • Leyla Əliyeva övladları ilə bağlı görüntülər paylaşdı – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkə hesabında əkiz övladları Əli və Mikayılın fotosunu paylaşıb.

    L.Əliyeva övladlarını doğum günləri münasibətilə təbrik edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Изменён порядок перерасчёта трудовых пенсий

    Перерасчёт трудовой пенсии для работающих пенсионеров будет проводиться на основе пенсионного капитала, накопленного в страховой части их индивидуального счёта на дату обращения. Для неработающих пенсионеров перерасчёт будет осуществляться с момента перехода в категорию неработающих, однако выплаты будут производиться не более чем за три года, предшествующие дате обращения.

    Кабинет министров Азербайджана внёс изменения в “Правила назначения, расчёта, перерасчёта, перевода с одного вида трудовой пенсии на другой и её выплаты”.

    Перерасчёт пенсии для лиц, получавших или временно утративших право на надбавку за выслугу лет в размере 50%, после их увольнения будет осуществляться на основании справки установленной формы, предоставляемой соответствующим государственным органом.

  • Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

    Əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək.

    Nazirlər Kabineti bununla bağlı “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

    Qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı (dövlət məvacibi) əsasında yenidən hesablanması müvafiq dövlət orqanının təqdim etdiyi arayış formasına əsasən həyata keçiriləcək.

  • 2 декабря пройдет очередной экзамен для водителей такси

    2 декабря Государственный экзаменационный центр (ГЭЦ) проведет очередной экзамен для водителей такси.

    Как сообщает Median.Az со ссылкой на вышеупомянутую структуру, для участия в тестировании зарегистрировались 1 710 человек.
    Экзамен будет проводиться в две смены в корпусе электронных экзаменов ГЭЦ (Бинагадинский район, улица Сулеймана Сани Ахундова, 108 (рядом с ТЮРКПА), в Бардинском региональном отделении (город Барда, проспект Гейдара Алиева, 100) и в средней школе №12 имени Вагифа Алиева в городе Гянджа.

    Участники имеют возможность ознакомиться с результатами сразу после завершения или по истечении отведенного времени. Результаты также публикуются на сайте ГЭЦ на следующий день.

    Кандидаты смогут распечатать “Пропуск на экзамен” через сервис Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı (“Печать пропусков и результатов электронных экзаменов”) на сайте ГЭЦ. Участники обязаны прибыть в здание экзамена в указанное в пропуске время.

    На экзамен необходимо взять с собой пропуск и оригинал удостоверения личности. При отсутствии одного из документов или несоответствии данных кандидат не будет допущен к тестированию.

    Продолжительность экзаменов составляет 1 час. Во время экзамена водителям такси будет предложено 20 тестовых заданий, охватывающих программу специальной подготовки и нормативно-правовые акты, регулирующие этическое поведение и пассажирские перевозки автомобильным транспортом.

    Каждый правильный ответ на задание оценивается в 1 балл. Неправильные ответы не влияют на конечный результат. Водители такси, набравшие 10 и более баллов, считаются успешно сдавшими экзамен и им выдается свидетельство, действительное в течение семи лет.
    Ознакомиться с памяткой можно по данной ссылке.

  • Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək

    Dekabrın 2-də taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçiriləcək.

    Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

    İmtahanda iştirak etmək üçün 1 710 nəfər qeydiyyatdan keçib.

    İmtahan DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50, TÜRKPA-nın yanı), DİM-in Bərdə Regional Bölməsində (Bərdə ş., H.Əliyev prospekti, 100) və Gəncə şəhər Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahan bir saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr, həmçinin növbəti gün DİM-in saytına yerləşdirilir.

    Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

    Namizədlər imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsininin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmır.

    İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilir. Hər tapşırığın düzgün cavabı bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim edilir.

    “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərsiniz. İmtahan iştirakçılarından xahiş edirik ki, kitabça ilə mütləq tanış olsunlar.