Month: December 2025

  • Pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar

    Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan doqquz nəfər müəyyən olunaraq saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

    Qeyd olunub ki, polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

  • “Вулверхэмптон” повторил антирекорд “Болтона” образца 1901 года

    В английском чемпионате прошли матчи очередного, девятнадцатого тура АПЛ, неожиданно очками разжился записной аутсайдер нынешнего сезона – “Вулверхэмптон”. “Волки” не покорились “дьяволам” из “Манчестер Юнайтед” и заработали третье очко в сезоне.

    Тем не менее после девятнадцати туров у “Вулверхэмптона” – удручающий ноль в графе побед в нынешнем сезоне. “Вулверхэмптон” – первый с 1901 года клуб, который идёт без побед после 19-ти туров в высшей лиге английского футбола, будь то первый дивизион или АПЛ (с 1992 года). Тогда это был “Болтон”.

    В своём следующем матче в рамках чемпионата “Вулверхэмптон” сыграет с “Вест Хэмом”.

  • İngiltərə klubu ağlagəlməz antirekordu təkrarladı

    İngiltərənin “Vulverhempton” klubu mövsümün startından bəri 19 oyunda qələbə qazana bilməyərək, tarixi antirekordu təkrarlayıb.

    Sonuncu dəfə İngiltərə çempionatında belə bir uğursuz nəticə 1901-ci ildə “Bolton” klubuna məxsus olub.

    Qeyd edək ki, dünən Premyer Liqada “Vulverhempton” gözlənilmədən səfərdə “Mançester Yunayted”lə heç-heçə (1:1) edib. Cari mövsümdə keçirdiyi 19 oyunun 16-da uduzan klub üç matçda heç-heçəyə nail olub. “Vulverhempton” üç xalla turnir cədvəlinin aşkar autsayderidir.

  • Qar yağacaq, yollar buz bağlayacaq

    Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. 

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

    Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanıldı

    Dekabrın 30-da ölkə ərazisində qeydə alınan 22, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 175, o cümlədən borclu şəxs qismində axtarışda olan 164 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

  • Lerikdə mikroavtobus dərəyə aşdı, 6 nəfər yaralandı

    Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var.

    “Report”un cənub bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

    Belə ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 6 nəfər yaralı daxil olub.

    İlkin məlumata görə, onlar Bakıdan qayıdan rayon sakinləridir. Xəsrət alanların kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Küləkli hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ

    Bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş formada xidmət aparır. Hazırda güclü küləklə əlaqədar yollarda yarana biləcək çətinliklərin qarşısının alınması məqsədilə respublika əhəmiyyətli avtomobil yollarında qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sürücüləri ilə izahedici söhbətlər aparılır, qəza ehtimalı yüksək olan təhlükəli yol sahələrinə fasiləsiz nəzarət həyata keçirilir.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.

    Müraciətdə qeyd edilib ki, küləkli hava, xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi çətinliklər yaradır. Küləyin təsirindən bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi – aşma ehtimalı dəfələrlə artır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir:

    “Baş Dövlət Yol Polisi İdarəsi səfərə hazırlaşan sürücülərə, yükdaşıma, eləcə də ikitəkərli nəqliyyat vasitələri ilə sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək küləkli hava şəraitini nəzərə almağı, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir.

    Bayram günlərinin xoş təəssüratla yadda qalması üçün bütün hərəkət iştirakçılarını intizama dəvət edir, onlara təhlükəsiz yol arzulayırıq!”

  • İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapıldı

    Dekabrın 30-da itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətubat xidmətindən bildirilib.

    Xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Azərbaycanda manatla geniş pul kütləsi 9 %-ə yaxın artıb

    Bu il dekabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 662,1 milyon manat təşkil edib.

    Median.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2,5 % çox, ilin əvvəli ilə müqayisədə 4,7 % çox, 2024-cü ilin eyni dövrünə nisbətən 8,9 % çoxdur.

    O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 37 milyard 596,2 milyon manat olub ki, bu da aylıq müqayisədə 1,5 %, ilin əvvəli ilə müqayisədə 2,6 %, ötən ilin eyni dövrünə nisbətən 8,5 % çoxdur.

    Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 483 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 1,6 %, ilin əvvəlinə nisbətən 0,6 % az, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % çoxdur.

    Dekabrın 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 17 milyard 233,7 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,9 %, ilin əvvəlinə nisbətən 8,7 %, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.

  • Bakıda güclü külək ağacı yüksək gərginlikli elektrik xəttinin üzərinə aşırıb

    Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb.

    Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.

    Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib.

    Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.