Month: December 2025

  • Мехрибан Алиева поделилась публикацией по случаю Дня солидарности азербайджанцев мира – ФОТО

    Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева поделилась на своей официальной странице в Instagram публикацией в связи с 31 Декабря – Днем солидарности азербайджанцев мира и Новым годом.

    Median.Az представляет данную публикацию:

  • Mehriban Əliyeva Həmrəylik Günü və Yeni illə bağlı paylaşım edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Звезда фильма “Один дома” Маколей Калкин запретил фанатам подходить к нему

    Звезда одного из самых популярных рождественских фильмов “Один дома” Маколей Калкин разработал для своих фанатов правила, в которых обозначены случаи, когда к нему подходить нельзя, передает Median.Az со ссылкой на New York Post.

    “Не подходи ко мне, когда я за обеденным столом. Мне это не нравится. Не подходите ко мне, когда я с детьми”, – просит Калкин.

    Также он добавил, что определенно нельзя идти за ним, когда он следует в туалет.

    Актер призвал вообще не подходить к нему, когда он проводит время со своей семьей. В этом случае “лучше держаться подальше”, отметил Калкин.

    Автор материала подчеркивает, что у звезды рождественской комедии с актрисой Брендой Сонг двое маленьких детей – 3-летний Карсон и 4-летняя Дакота.

    Калкин отметил, что начал устанавливать эти границы, осознав, что в конечном итоге сам контролирует свое взаимодействие с фанатами вне публичных мероприятий.

    Напомним, картина “Один дома” Криса Коламбуса вышла на экраны в 1990 году, она вошла в Книгу рекордов Гиннесса как самая кассовая комедия всех времён. Кевина Маккаллистера, который остался один дома, сыграл Маколей Калкин.

  • “Evdə tək” filminin ulduzu Makoley Kalkin pərəstişkarlarına ona yaxınlaşmağı qadağan etdi

    Ən məşhur milad filmlərindən biri olan “Evdə tək” filminin ulduzu Makoley Kalkin pərəstişkarları üçün qaydalar hazırlayıb.

    Bu barədə “New York Post” məlumat yayıb.

    “Yemək süfrəsi arxasında mənə yaxınlaşmayın. Bu mənim xoşuma gəlmir. Uşaqların yanında olanda mənə yaxınlaşmayın”, – deyə Kalkin bildirib.

    O həmçinin əlavə edib ki, ayaqyoluya onun arxasınca getmək qəti qadağandır.

    Aktyor pərəstişkarlarını ailəsi ilə vaxt keçirən zaman ona yaxınlaşmamağa çağırıb.

    Xatırladaq ki, Kris Kolambusun “Evdə tək” filmi 1990-cı ildə ekranlara çıxıb və bütün zamanların ən çox gəlir gətirən komediya filmi kimi Ginnesin Rekordlar Kitabına düşüb. Makoley Kalkin həmin filmdə evdə tək qalan “Kevin Makkallister” rolunu oynayıb.

  • Ceyranbatan sakinlərini yolsuz qoyan kimlərdir? (Video)

    Ceyranbatan qəsəbəsi, Bağlar massivində yaşayan sakinlər uzun illərdir ki, yol problemindən əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, yolun düzəlməməsinin əsas səbəbi ərazidən keçən 12 metrlik su borusunun su-kanal idarəsi tərəfindən dəyişdirilməməsidir.

    Sakinlər mövcud vəziyyətlə bağlı bunları qeyd ediblər:

    “Biz baş idarəyə müraciət etdik. Oradan bildirildi ki, mümkünsə borunu özünüz alın. Sağ olsunlar, qonşularla hərəmiz 3-5 manatdan yığıb 200 manatdan artıq vəsaitə boru alıb gətirmişik. Bir həftədən artıqdır ki, baş idarəyə müraciət edirik, amma gələn yoxdur. Qəza xidmətinə zəng edirik, telefonu açmırlar”.

    “Bu yolu abadlaşdırmaq üçün ilk növbədə xətləri dəyişməliyik. Küçədə yaşayan sakinlərlə rəsmi qaydada imzalar toplayıb su idarəsinə və qəza xidmətinə müraciət etmişik. Dəfələrlə deməyimizə baxmayaraq, bizi hər gün aldadırlar”.

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, məsələ müvafiq rayon su-kanal idarəsinə yönləndirilib. Araşdırma aparıldıqdan sonra müvafiq tədbirlər görüləcək. Indi sakinlərin edə biləcəyi tək iş tədbirlərin görülməsini gözləməkdir.

  • Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

    31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

    Bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik bağlarının yaranmasında mühüm rol oynayır.

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verilib.

    1991-ci il dekabrın 16-da Azərbaycan xalqınının Ümummilli Lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarında 31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif verilməsi qeyd olunub.

    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların bayram kimi qeyd olunur.

  • 40 özəl təhsil müəssisəsi lisenziyalaşdırılıb

    Bu il ərzində TKTA tərəfindən 40 özəl təhsil müəsissəsi lisenziyalaşdırılıb.

    Median.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-ci il üzrə hesabatında qeyd olunub.

    Bildirilib ki, TKTA 6 məktəbəqədər, 6 ümumi təhsil, 8 əlavə təhsil müəssisəsi təhsil fəaliyyətinin lisenziyalaşdırılması ilə əlaqədar sahə baxışlarında və rəylərin formalaşdırılmasında iştirak edib.

  • 2026-cı At ili bu bürcləri sınağa çəkəcək

    2026-cı ilin Şərq təqviminə görə At ili olacağı bildirilir. Hind astroloqları hesab edirlər ki, bu dövr hər kəs üçün eyni dərəcədə uğurlu keçməyəcək və bəzi bürclər üçün ciddi sınaqlarla yadda qalacaq.
     
    Median.Az xəbər verir ki, Hindistanın tanınmış astroloqlarından biri olan Pandit Anirudh Şarma 2026-cı ilin enerjisinin xüsusilə müəyyən bürclərə təzyiq yaradacağını vurğulayıb.
     
    Astroloqun fikrincə, At ili sürət, risk və qəfil dəyişikliklərlə xarakterizə olunur. Bu enerji hər kəs üçün uyğun deyil və xüsusilə səbir, sabitlik və uzunmüddətli planlara öyrəşmiş bürclər bu dövrdə çətinliklərlə üzləşə bilər. Şarma qeyd edir ki, 2026-cı ildə planetlərin düzülüşü bəzi bürclərin həm şəxsi həyatında, həm də karyerasında gərginlik yaradacaq.
     
    Onun proqnozuna görə, Buğa bürcü üçün 2026-cı il maddi və emosional baxımdan sınaq ili olacaq. At ilinin sürətli və dəyişkən enerjisi Buğaların sabitliyə olan ehtiyacına ziddir. Bu səbəbdən maliyyə qərarlarında tələskənlik, iş mühitində anlaşılmazlıqlar və şəxsi münasibətlərdə gərginliklər yarana bilər. Astroloq Buğa bürcünə aid şəxslərə riskli investisiyalardan uzaq durmağı tövsiyə edir.
     
    Xərçəng bürcü də çətinliklərlə üzləşə biləcək bürclər sırasındadır. Şarmanın sözlərinə görə, 2026-cı ildə Xərçənglər üçün emosional dalğalanmalar artacaq. Ailə daxilində problemlər, keçmişdən qalan məsələlərin yenidən gündəmə gəlməsi və psixoloji gərginlik bu bürcün nümayəndələrini yoracaq. Astroloq bildirir ki, Xərçənglər bu il daha çox öz daxili balanslarını qorumağa çalışmalıdırlar.
     
    Əqrəb bürcü üçün isə At ili xüsusilə karyera sahəsində sınaqlar vəd edir. Hind astroloqu hesab edir ki, 2026-cı ildə Əqrəblər iş mühitində gözlənilməz maneələrlə, gizli rəqabətlə və etibar problemləri ilə üzləşə bilərlər. Səhv atılan addımlar uzunmüddətli nəticələrə səbəb ola bilər. Bu baxımdan Əqrəblərə daha ehtiyatlı və strateji davranmaq tövsiyə olunur.
     
    Oğlaq bürcü də astroloqun diqqət çəkdiyi bürclər arasındadır. Şarmanın fikrincə, At ilinin sərbəst və riskli enerjisi Oğlaqların planlı və nizamlı xarakteri ilə uyğun gəlmir. Bu ziddiyyət nəticəsində iş həyatında gecikmələr, planların pozulması və gözlənilməz məsuliyyətlər ortaya çıxa bilər. Astroloq Oğlaqlara 2026-cı ildə hər şeyi nəzarətdə saxlamağa çalışmaq əvəzinə, dəyişikliklərə uyğunlaşmağı məsləhət görür.
     
    Astroloq sonda qeyd edir ki, 2026-cı il çətinliklərlə yanaşı, düzgün davranış və səbir göstərənlər üçün önəmli dərslər ili də ola bilər. Onun sözlərinə görə, At ili riskləri sevməyən bürclər üçün sınaq xarakteri daşısa da, bu dövrü ağılla və təmkinlə keçirənlər gələcək illər üçün möhkəm təməl qura bilərlər./ yenisabah.az

  • İsveçrənin bəzi dövlət məktəblərində hicab qadağan oluna bilər

    İsveçrənin bir neçə kantonu dövlət məktəblərində qız şagirdlərin hicabdan istifadəsinə qadağa tətbiq edə bilər.

    Median.Az xəbər verir ki, bu barədə “Die Neue Zürcher Zeitung” (NZZ) qəzeti məlumat yayıb.

    Bildirilir ki, bu ilin əvvəlində İsveçrənin bəzi yerlərində yerli müsəlman qadınların ictimai yerlərdə üzlərini tamamilə örtməsi qadağan olunub.

    Son həftələrdə Sürixdə və digər kantonlarda da oxşar təşəbbüslər irəli sürülüb. Sürixdə ölkənin ən böyük siyasi qüvvəsi olan İsveçrə Xalq Partiyası bu məsələ ilə bağlı referendum üçün imza toplamağa başlamağa hazırlaşır.

    Bu qadağanı dəfələrlə pozan 16 yaşına çatmamış məktəbli qızlar məktəbdən xaric edilə, valideynləri isə İsveçrədə yaşamaq hüququndan məhrum oluna bilərlər.

  • Suriyanın yeni əskinaslarının dizaynı təqdim edildi

    Suriya Prezidenti Əhməd əl-Şaraa keçmiş prezident Bəşər Əsəd və atası Hafiz Əsədin portretlərinin əks olunduğu yeni əskinasların dizaynını təqdim edib.

    Median.Az xəbər verir ki, bu barədə Suriya dövlət agentliyi SANA məlumat yayıb.

    Yeni əskinasın üzərində çiçəklər, portağal və zeytun fotoları var.

    Prezident qeyd edib ki, yeni əskinasların tətbiqi ölkənin nominal dəyəri ilə bağlıdır.

    “Suriya üçün bir dövrün sonu yeni bir dövrün başlanğıcı deməkdir. Tut, portağal, zeytun və buğda sünbüllərindən ibarət yeni əskinaslar Suriyanın irsini əks etdirir və dollardan asılılığı azaltmaq üçün nəzərdə tutulub” – Ə əl-Şaraa bildirib.

    Dəyişiklikdən əvvəl 2000 funt sterlinqlik əskinasda Bəşər Əsədin portreti, 1000 funt sterlinqlik əskinasda isə atasının portreti var idi. Qalan əskinaslarda isə Suriyanın mədəni irs yerlərinin şəkilləri olub.