Month: December 2025

  • Dələduzluqda təqsirləndirilən “şəhid xanımı”na HÖKM OXUNDU

    Özünü antiterror əməliyyatında şəhid olan hərbçinin xanımı kimi təqdim edən Mingəçevir sakini Rəsmiyyə Kazımova həmcinsinə qarşı 22 500 manatlıq dələduzluq edib.

    Median.Az-ın “Teleqraf”a istinadən məlumata görə, o, Bərdədən olan şəhidin Mingəçevirdə çox adam tərəfindən tanınmayacağını düşünərək, onun xanımı adı altında bu şəhərdə yaşayan Afət Nəsibovanı aldadıb.

    Həmin qadının etibarından sui-istifadə edən 1987-ci il təvəllüdlü Rəsmiyyə Afətə şəhid xanımı olduğu üçün ona Mingəçevir şəhəri, Qələbə dairəsi yaxınlığında 80 000 manat dəyərində mənzil veriləcəyini və Afətə istəsə, təxminən 20 000 manat ödəniş etməklə həmin evi onun qızına sata biləcəyini, ondan alacağı ilkin məbləğin sənədləşmə üçün xərclənəcəyini bildirib.

    Afət onun dedikləri ilə razılaşıb və istədiyi məbləği ödəyib. Rəsmiyyə Afətə və onun qızına bu barədə heç kimin yanında bir kəlmə də danışmamağı tapşırıb.

    Həmin ərəfələrdə Afət Nəsibova ona zəng vuraraq mütəmadi olaraq evin verilməsi ilə bağlı maraqlanıb. Rəsmiyyə isə Afətin aldadılmasını başa düşəcəyini düşünüb, onu inandırmaq məqsədilə yalandan bazardan açar alıb. O, açarı Afətə təqdim edərək tezliklə köçəcəyi evə aid olduğunu bildirib. Rəsmiyyə Afətə açılış olmamış evə köçməyin qadağan edildiyini deyib.

    Rəsmiyyə inamı itirməmək üçün tez-tez “WhatsApp”da şəhid arvadı olması görüntüsü yaradan paylaşımlar edib, şəhidin şəkillərini status bölməsində yayımlayıb. Maraqlıdır ki, həmin statuslar yalnız Afət Nəsibova üçün açıq olub.

    Rəsmiyyə Kazımova məhkəmədə əməlindən peşman olduğunu, Afət Nəsibovaya dəymiş ziyanın ödənilməsi ilə bağlı aralarında razılığa gələrək barışıq sazişi imzaladığını bildirib.

    Məhkəmə bu əməlinə görə Rəsmiyyə Kazımovanın azadlığını 5 ay 18 gün müddətinə məhdudlaşdırıb.

  • Сбежавшую из Азербайджана женщину разыскали с помощью популярной турецкой передачи

    Установлено местонахождение Наили Шириновой, сбежавшей 23 июля из Азербайджана в Турцию, оставив своего трехлетнего ребенка.

    Об этом Median.Az сообщает со ссылкой на турецкую газету Sabah.

    Отмечается, что ее отец Самед Ширинов отправился в братскую страну для участия в программе “Эсра Эрол”.

    В результате оперативной работы команды телеведущей Эсры Эрол местонахождение Н.Шириновой было установлено за короткое время.

    Выяснилось, что женщина уже пять месяцев проживает вблизи района Дериндже в провинции Коджаэли с мужчиной по имени Бекир Оздемир.

    В ходе программы отцу удалось впервые за долгое время поговорить с дочерью в прямом эфире. Однако Наиля категорически отказалась от личной встречи с отцом.

  • Uşağını qoyub Azərbaycandan Türkiyəyə qaçan Nailə Şirinova Esra Erolun verilişində tapıldı

    İyulun 23-də 3 yaş yarımlıq uşağını tərk edərək Azərbaycandan Türkiyəyə qaçan Nailə Şirinovanın qaldığı yeri tapılıb.

    Median.Az bu barədə “Sabah” qəzetinə istinadən xəbər verir.

    Nailədən ayrı qalan ata Səməd Şirinov Türkiyədə yayımlanan “Esra Erol” verilişində iştirak etmək üçün qonşu ölkəyə aparılıb.

    Verilişin aparıcısı Esra Erol və komandası Səməd Şirinovun qızını aparılan araşdırma nəticəsində tez bir zamanda tapıb.

    Müəyyən edilib ki, Nailə Şirinova beş aydır Kocaeli vilayətinin Derince rayonu yaxınlarında Bekir Özdemir adlı kişinin yanındadır.

    Ata və qız uzun müddətdən sonra ilk dəfə canlı yayımda səsli görüşüblər. Bununla belə, Nailə atası ilə üz-üzə görüşməyi rədd edib.

  • Жительница Баку обвиняет своего знакомого в присвоении более 200 000 долларов (Видео)

    Жительница столицы Лала Талышинская заявляет, что стала жертвой мошенничества на сумму свыше 200 000 долларов.

    Об этом пострадавшая рассказала Xəzər Xəbər.

    По словам Л.Талышинской, Эльвин Мамиев, с которым она познакомилась 12 лет назад, в разное время присвоил в общей сложности более 200 000 долларов ее средств. Пострадавшая также отметила, что ранее уже обращалась в правоохранительные органы по поводу мошеннических действий Э.Мамиева.

    В Министерстве внутренних дел сообщили, что по данному факту в 20-м отделе полиции Насиминского районного управления полиции продолжаются следственные мероприятия.

    По итогам расследования делу будет дана правовая оценка.

    Подробнее – в видеоматериале:

  • Bakı sakinindən İDDİA: Moskvada 200 min dolları mənimsənildi (Video)

    Paytaxt sakini Lalə Talışinskaya 200 min ABŞ dollarından artıq məbləğdə dələduzluğa məruz qaldığını iddia edir.

    Lalə Talışinskaya bu iddia ilə “Xəzər Xəbər”ə müraciət edərək bildirib ki, 12 il əvvəl tanıdığı Elvin Məmiyev müxtəlif vaxtlarda onun ümumilikdə 200 min dollardan artıq pulunu dələduzluq yolu ilə mənimsəyib.

    Zərərçəkmişin sözlərinə görə, Elvin Məmiyevin dələduzluq əməlləri ilə bağlı illər əvvəl də hüquq-mühafizə orqanlarına müraciət edib.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, fakt üzrə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.

    Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Suraxanı sakinlərinə ŞAD XƏBƏR: Bir marşrut üzrə avtobuslar yenilənəcək

    Dekabrın 28-dən etibarən Suraxanı rayonunun Yeni Suraxanı, Əmircan və Bülbülə qəsəbələrini metronun “Koroğlu” və “Ulduz” stansiyaları ilə əlaqələndirən 184 nömrəli marşrut üzrə istismar olunan avtobuslar yenilənəcək.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Bildirilib ki, sərnişinlərin xidmətinə veriləcək 12 böyüktutumlu “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub:

    “Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0.60 AZN müəyyən edilib”.

  • Leyla Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi bayram şənliyindən paylaşım edib (Video)

    Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edib.

    Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezidentin gəlini Alyona Əliyeva iştirak ediblər.

    Leyla Əliyeva “Instagram” hesabında sözügedən tədbirdən paylaşım edib.

    Median.Az həmin paylaşımı təqdim edir:

  • Meteohəssas insanların nəzərinə

    Dekabrın 27-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
     
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib
     
    Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • 2026-cı ildə Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq

    “2026-cı ildə Azərbaycanın Bəhreyn Krallığında səfirliyi açılacaq”.
     
    Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
     
    Nazir bildirib ki, 2026-cı ildə Bəhreyndə səfirliyin fəaliyyətə başlaması planlaşdırılır.

  • Bir sutka artıq 25 saat ola bilər

    24 saatlıq gün həyatın ən sabit reallıqlarından biri kimi qəbul edilir. Saatlar, təqvimlər, iş cədvəlləri və gündəlik qrafiklər bu zamana uyğun olaraq formalaşır. Lakin elmi dünyada uzun müddətdir müzakirə olunan bir fakt var. Yer kürəsinin fırlanması düşündüyümüz qədər dəyişməz deyil. 
     
    Son tədqiqatlar planetin öz oxu ətrafında hərəkətinin çox yavaş, lakin davamlı olaraq yavaşladını və bunun illər ərzində saatları dəyişə bildiyini göstərir.
     
    Alimlər deyirlər ki, Yer kürəsinin fırlanma sürəti həqiqətən tədricən yavaşlayır.
     
    Lakin bu dəyişiklik o qədər yavaş irəliləyir ki, gündəlik həyatımızda hiss olunmur.
     
    Yer kürəsinin öz oxu ətrafında fırlanması sabit deyil. Planet, Ayla cazibə qüvvəsinin qarşılıqlı təsiri səbəbindən çox yavaş, lakin davamlı olaraq yavaşlayır. Okeanlarda qabarma-çəkilmələr Yer kürəsinin fırlanma enerjisinin kiçik hissələrini götürür. Nəticədə, Yer kürəsinin fırlanması yavaşlayır və Ay hər il millimetr uzaqlaşır.
     
    Günəşə görə ölçülən 24 saatlıq gün ilə ulduzlara görə ölçülən gün arasında artıq kiçik bir fərq var.
     
    Üstəlik, bu 24 saatlıq dövr uzun müddətdə sabit qalmır; millisaniyələrlə uzana və qısala bilər. Alimlər bunu əsrlər əvvələ aid atom saatları, astronomik müşahidələr və tutulma qeydləri ilə izləyir.
     
    Əsl sual isə budur: 25 saatlıq gün nə vaxtdır?
     
    Təqvimdə qeyd edilə bilən heç bir tarix yoxdur. Mövcud elmi hesablamalara görə, Yer kürəsində bir günün 25 saata çatması təxminən 200 milyon il çəkə bilər. Buna görə də, bu dəyişiklik insan tarixinə, sivilizasiyalara və ya bu gün istifadə etdiyimiz təqvimlərə əhəmiyyətli dərəcədə təsir edəcək bir zaman çərçivəsində baş verməyəcək. Bundan əlavə, qabarma-çəkilmələr də yeganə amil deyil.
     
    Buzlaqların əriməsi, yeraltı suların yerdəyişməsi və ya planetdə kütlənin paylanmasındakı dəyişikliklər kimi amillər də Yer kürəsinin fırlanmasına çox kiçik dərəcədə təsir göstərə bilər. Lakin bütün bu təsirlər hələ də son dərəcə məhdud və uzunmüddətlidir.
     //sfera.az