Month: December 2025

  • Bu klublar cərimələndi

    Misli Premyer Liqasında çıxış edən klublar cərimələnib.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Buna çempionatın XVI turunda yaşananlar səbəb olub.

    “Kəpəz” “Turan Tovuz”la oyunda meydana kənar şəxslərin daxil olmasına görə 2500 manat ziyana düşüb. Gəncə təmsilçisi azarkeşlərin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ucbatından 7000 manat cərimələnib.

    “Karvan-Yevlax” isə “Neftçi” ilə görüşdə beş oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. Həmin matçdan sonra meydana kənar şəxslərin daxil olması ucbatından bölgə klubu 5000 manat cərimə edilib. “Neftçi” azarkeşləri ilə oyunun sonlarında meydana kənar əşya atıblar və “ağ-qaralar”ı 4000 manat ziyana salıblar. Paytaxt komandasının tərəfdarları qarşılaşma bitəndən sonra isə rəqibin avtobusuna zərər vurublar və dəymiz zərər rəqib tərəfindən qarşılanacaq.

    “Araz-Naxçıvan” isə 2000 manat cərimələnib. Buna “Şamaxı” ilə dueldə Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəlməsi səbəb olub.

    “Sumqayıt” isə “Sabah”la matçda beş futbolçusu sarı vərə ilə cəzalandığı üçün 700 manat ödəcəyəcək.

  • Biləsuvarda ev yandı

    Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.

    Hadisə rayon mərkəzində baş verib.

    Belə ki, Xatirə Əliyevaya məxsuz ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə yanğın olub.

    Evdə yaranan yanğın qısa müddətdə tamamilə evi bürüyüb. Yanğın nəticəsinə evdə xəstə olan iki nəfər yanğından xilas olunsa da, ev tamailə yanıb.

    Hadisə yerinə gələn yanğından mühahizə bölməsinin əməkdaşları, yanğını söndürüb.

    Faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək

    Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir.

    Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Layihəyə əsasən, asbest və tərkibində asbest olan materiallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına əlavə ediləcək.

    Bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çox sahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) və tikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

    Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə 2023-cü ildə 591 ton asbest və 30 238 ton tərkibində asbest olan təbəqələr, 2024-cü ildə isə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan təbəqələr idxal edilib. Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir və təxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədə şifer istehlakı 2,6 milyon m² və ya 1,5 milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyü bazarının 15-20 faizi şiferin payına düşür.

    Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdə asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən asbestin istifadəsinin məhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığın qorunması baxımından mühüm addım hesab olunur.

    Ümumdünya Səhiyyə Təşkilatı asbest və tərkibində asbest olan məhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. Ümumdünya Səhiyyə Təşkilatının təklifi ilə asbestlə bağlı xəstəliklərin qarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərin həyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbul edilib.

    Avropa İttifaqının müvafiq normalarında bu növ tikinti materialları qadağan edilib. Belə ki, asbestlə bağlı sağlamlıq risklərinin qarşısını almaq üçün Avropa İttifaqı asbest və asbest məhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və 2009-cu illərdə müvafiq direktivlər qəbul edib. 1999/77/EC nömrəli Direktivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Avropa İttifaqında asbest liflərinin istifadəsi və xrizotil asbestin yeni sahələrdə tətbiqi qadağan edilib.

    BMT-nin “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası ilə asbest təhlükəli maddə kimi təsnifatlandırılıb.

    “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”nda (ölkəmiz bu konvensiyaya 30 sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulu təhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalq ticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən, məhsul insan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyən prosedurlarla tənzimlənir.

    Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinə əsasən, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.

    Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
    //unikal.az

  • Qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb

    Bu il Azərbaycanda dəmir yollarında qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması ilə qatara ciddi zərər dəyir və heyvan tələf olur.

    “Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir. Milli sərvətimiz olan dəmir yollarını qorumaq hamımızın öhdəliyidir”, – məlumatda qeyd olunub.

  • Türkiyədə terror planlaşdıran şəxs saxlanıldı

    Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində İŞİD üzvü İbrahim Burtakuçin saxlanılıb.

    Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən toplanan kəşfiyyat məlumatlarına görə, Burtakuçinin Türkiyədə İŞİD adından fəaliyyət göstərdiyi, fürsət yaranarsa münaqişə zonalarına səyahət edərək təşkilata qoşulmağa çalışdığı və ilin əvvəlində Türkiyədə İŞİD adından hücumlar həyata keçirməyə hazırlaşdığı aşkar edilib.

    Şübhəlinin həm Türkiyədə daxilində, həm də xaricdə bir çox İŞİD tərəfdarı ilə əlaqədə olduğu müəyyən edilib.

  • “Dəfələrlə xəstəxanalarda olmuşam, gördüyüm mənzərə ürəkaçan olmayıb” – Deputat

    “Xəstəxana və poliklinikalarımızda elektron növbə sistemlərinin tətbiqi gecikir. Dəfələrlə fərqli xəstəxanalarda olmuşam, gördüyüm mənzərə heç də ürəkaçan olmayıb”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Naqif Həmzəyev deyib.

    O bildirib ki, müasir dövrdə kağız və ya köhnə üsullarla növbə təşkil edilməyə çalışılması effektiv deyil:

    “Mygov platformasında səhiyyə xidmətlərinin sayının artırılmasına və səhiyyə müəssisələrində növbə sisteminin tətbiqinə çox böyük ehtiyac var. Ümid edirəm ki, adiyyatı qurumlar bu məsələlərin həllinə dair fəaliyyətlərini artıracaqlar”.
    //unikal.az

  • Bu yolda hərəkət məhdudlaşdırılacaq – Sürücülərin nəzərinə!

    Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 27 dekabr saat 00:00-dan etibarən Əhməd Rəcəbli küçəsindən Fətəli Xan Xoyski küçəsinə qədər olan hissədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə AAYDA-dan məlumat verilib.

    “Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

  • Şənbə günü hava necə olacaq?

    Dekabrın 27-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununu 752 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65% təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlədə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

    Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

  • Valideynlərini itirmiş uşaqlarla bağlı anlayış dəyişdirilir

    Qanunvericilikdəki “valideynlərini itirmiş uşaqlar” anlayışı “valideyn himayəsindən məhrum olmuş uşaqlar” kimi təsbit ediləcək.

    Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

    Mövcud qanunvericiliyə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş” və “valideyn himayəsindən məhrum olmuş” uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib.

    Lakin Ailə Məcəlləsi, eləcə də “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında “valideyn himayəsindən məhrum olmuş uşaq” adı altında vahid bir anlayışdan istifadə olunur.

    Bu xüsusda təklif olunan dəyişikliklərə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda “valideynlərini itirmiş uşaqlar” anlayışı “valideyn himayəsindən məhrum olmuş uşaqlar” anlayışı kimi təsbit ediləcək.

    Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda qeyd olunan zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
    //unikal.az

  • Bu şəxslərin işdən 1 saat tez çıxması təklif olunur

    “Amma tıxac probleminin həlli ilə bağlı üçün daha yeni istiqamətlər mütləq düşünülməliyik. Bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır. Elə müəssisələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkün ola bilər. Məsələn, banklar və başqa sektorlar iş günü çalışmaya bilərlər”.

    Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

    “Bu yaxınlarda yayımlanan bir reportajda dövlət qulluqçularından biri müsahibəsində qeyd etmişdi ki, “mən 8 saat rəsmi işlə işləyirəm, 4 saat isə tıxac üçün işləyirəm”. İnsanların böyük əksəriyyəti işə çatmaq üçün evdən 2 saat əvvəl çıxır, geri qayıdarkən də 2 saat vaxt itirir. Ona görə Bakının tıxac problemi həll olunana qədər vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün müəyyən addımlar ata bilərik. Əgər bir insan sübut edirsə ki, işə gəlmək üçün yolda 2 saat vaxt itirir, heç olmasa ona işdən 1 saat tez çıxmaq imtiyazı nəzərdə tutulmalıdır. Bu, həm insanların işə daha keyfiyyətli yanaşması, həm də ümumi əmək məhsuldarlığı baxımından olduqca faydalıdır. Düşünürəm ki, hazırda Bakının tıxac probleminin həlli doğrudan da çətindir. Avtobusların hərəkəti və digər nəqliyyat məsələləri tənzimlənməlidir”, – deyə deputat bildirib.
    //unikal.az