Month: December 2025

  • Evdə doğuş zamanı körpə ÖLDÜ

    Xaçmazda körpə evdə doğuş zamanı ölüb.

    Hadisə dekabrın 25-də rayonun Yergüc kəndində qeydə alınıb.

    Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Təranə Alik qızı Əliyeva yaşadığı evdə doğuş edib, ancaq körpə ölüb.

    Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda satılan “monqol quzuları” təhlükəsizdir? – AÇIQLAMA

    “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o cümlədən Monqolustandan gətirilən ətlərin keyfiyyət və təhlükəsizliyinə ciddi nəzarət olunur”.

    Median.Az xəbər verir ki, bu barədə Agentlikdən Modern.az-a verilən cavabda bildirilib.

    Qeyd edilib ki, idxal prosesində müfəttişlərin ətlərə nəzarət proseduru ictimaiyyət üçün açıqdır.

    Agentlikdən verilən məlumata görə, ətlərin dövriyyəsi zamanı, yəni daşınması, satışı zamanı da normativ tələblərə əməl edilməlidir, sahibkar buna görə məsuliyyət daşıyır və pozuntu aşkarlandığı halda qanuni tədbir görülür.

    Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında deyib ki, Azərbaycanda artıq bir ildən çoxdur ki, ət defisiti müşahidə olunur.

    “Bu səbəbdən bazarı ətlə təmin etmək üçün müxtəlif ölkələrdən, o cümlədən Monqolustandan ət idxal edilir. Bu ətlər dondurulmuş şəkildə gətirilir, lakin neçə il ərzində dondurulmuş vəziyyətdə saxlanılması barədə dəqiq məlumat yoxdur.

    Azərbaycan vətəndaşları ümumiyyətlə dondurulmuş ətlərə üstünlük vermədikləri üçün bu ətlər bazara nisbətən ucuz qiymətə çıxarılır. Buna baxmayaraq, həmin ətlər normaldır, bütün tələblərə cavab verir, təhlükəsizdir və müvafiq təminata malikdir”.

    E.Hüseynov həmçinin vurğulayıb ki, Monqolustandan gətirilən ətlər dad baxımından yerli ətlərlə müqayisədə geri qalır:

    “İnsanların damaq dadı yerli ətlərə öyrəşdiyindən, Monqolustandan gətirilən ətlər ağızda dadsızlıq hissi yaradır. Lakin buna baxmayaraq, bu ətlər normal qida məhsuludur və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tam nəzarətdə saxlanılır”.

    Qeyd edək ki, ölkəmizə Monqolustandan dondurulmuş qoyun əti idxalı həyata keçirilir. Bu ətin kiloqramı 12-14 manata təklif olunur.

  • Pirotexniki vasitələr satan 20 nəfər saxlanılıb

    Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 20 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb.

    Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

  • İki rayonda heyvan bazarları fəaliyyətə başlayıb

    Salyan və Göygöl rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.

    Bildirilib ki, Agentlik tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən, hər iki bazarın yenidən fəaliyyətə başlamasına icazə verilib.

    Xatırladaq ki, daha əvvəl Bərdə heyvan bazarının fəaliyyətinə icazə verilmişdi. Yaxın günlərdə baytarlıq-sanitariya normalarına uyğun yenidən qurulan daha bir neçə bazarın da fəaliyyətə başlaması məsələsinə baxılacaq.

  • Ağdərədə 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

    Ağdərə rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə rayonun Umudlu kəndində baş verib.

    Kənd sakini, 1970-ci il təvəllüdlü Möhübbət Qayım oğlu Xıdırov kənd ərazisində hündürlükdən yıxılıb.

    Hadisə nəticəsində o, aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparır.
    //oxu.az

  • В Мингечевирском детском неврологическом санатории по инициативе Лейлы Алиевой состоялось новогоднее мероприятие – ФОТО

    По инициативе вице-президента Фонда Гейдара Алиева, основателя и руководителя Общественного объединения (ОО) IDEA Лейлы Алиевой в преддверии Нового года был организован праздник для детей, проходящих лечение в Мингечевирском детском неврологическом санатории.

    В рамках праздничного мероприятия волонтеры ОО вручили детям подарки и провели с ними разнообразные развлекательные игры и активности. Эта инициатива подарила малышам счастье и праздничное настроение в канун Нового года.

    Следует отметить, что по инициативе Л.Алиевой регулярно реализуются масштабные проекты, охватывающие гуманитарную сферу, образование, здравоохранение, социальные и экологические направления как в различных регионах нашей страны, так и во многих странах мира.

    Организация мероприятий для детей в детских домах, интернатах, а также для малышей, нуждающихся в лечении и заботе, особенно в праздничные дни, является одним из основных направлений этих инициатив. Подобные мероприятия проводятся регулярно с целью порадовать детей, лишенных опеки и нуждающихся в особой заботе, чтобы они могли ощутить атмосферу праздника.











  • Leyla Əliyevanın təşəbbüsü ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında Yeni il tədbiri keçirilib (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Yeni il ərəfəsində Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında müalicə olunan uşaqlar üçün şənlik təşkil edilib.

    Bayram tədbirində IDEA İctimai Birliyinin könüllüləri uşaqlara hədiyyələr veriblər, onlarla birlikdə müxtəlif əyləncəli oyunlar və fəaliyyətlər həyata keçiriblər. Bu təşəbbüs balacalara Yeni il ərəfəsində xoşbəxtlik və bayram əhval-ruhiyyəsi bəxş edib.

    Nəzərə çatdıraq ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq reallaşdırılır.

    Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan balacalar üçün tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını yaşamaları məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil edilir.











  • Прогноз погоды в Азербайджане на 28.12.2025

    28 декабря в Баку и на Абшеронском полуострове ожидаются кратковременные дожди, утром в пригороде возможен мокрый снег, порывистый северо-западный ветер к вечеру стихнет.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха в столице и на Абшероне ночью составит 2-4, днем – до 5 градусов тепла.

    Атмосферное давление – 753 мм ртутного столба. Относительная влажность – 80-85%.

    В некоторых районах Азербайджана ожидаются дожди, а в горных и предгорных районах – снег, к вечеру осадки постепенно прекратятся, ночью и утром местами – туман, западный ветер днем усилится.

    Температура воздуха ночью составит от 2 градусов мороза до 3 тепла, днем – 5-8 градусов выше нуля, в горах ночью – 6-11, днем – 0-5 градусов мороза.

    В некоторых горных районах ночью возможно обледенение дорог.

  • Sabah Bakıya sulu qar yağacaq

    Azərbaycanda dekabrın 28-nə olan hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

    Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət 80-85% təşkil edəcək.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

    Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • МВД обратилось к желающим отправиться на освобожденные от оккупации территории в праздничные дни (Видео)

    Праздновать День солидарности азербайджанцев мира и Новый год на родной земле Карабаха придает особое воодушевление празднику. Сотрудники полиции действуют в соответствии с этой радостью и гордостью, работая в усиленном режиме, чтобы обеспечить безопасное пребывание граждан на освобожденных от оккупации территориях в праздничные дни, реализуя все необходимые меры для обеспечения безопасности.

    Об этом говорится в обращении Министерства внутренних дел (МВД) Азербайджана к гражданам.

    Отмечается, что свободное и беспрепятственное передвижение будет обеспечено только лицам, имеющим соответствующее разрешение:

    “На временных полицейских постах необходимо действовать в соответствии с предоставленными инструкциями-уведомлениями и передвигаться только по заранее определенным маршрутам. Запрещено ввозить на территорию легковоспламеняющиеся и взрывчатые вещества, посещать следует только места, предназначенные для отдыха. Необходимо избегать ситуаций, вызывающих общественное беспокойство, граждане своим поведением не должны наносить ущерб атмосфере стабильности.

    Еще раз доводим до вашего сведения, что соблюдение этих правил необходимо как для жизни и здоровья граждан, так и для безопасности региона.

    Ханкенди, Шуша, Лачын, Кельбаджар, Зангилан, Ходжалы – каждый уголок Карабаха является символом солидарности и благополучия. Давайте будем верны традициям этих земель, станем более ответственными, более солидарными, чтобы запечатлеть в страницах нашей жизни воспоминания, полные любви и счастья, без бед и несчастий. С праздником!”