Month: December 2025

  • Azərbaycanda bu il qeydə alınan zəlzələlərin sayı AÇIQLANDI

    Azərbaycanda bu il 5543 zəlzələ qeydə alınıb.

    Bu, Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsinin və RSXM-nin birgə iclasında bildirib.

    Qeyd olunub ki, Azərbaycan və ona bitişik ərazilərdə 8993 zəlzələ qeydə alınıb.

    Habelə 2400 yeraltı partlayış olub.

  • Bakının iki rayonunda qaz olmayacaq

    Sabah Sabunçu və Xətai rayonlarında qaz təchizatında fasilə olacaq.

    Bubarədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, dekabrın 26-sı 2025-ci il saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Kürdəxanı kəndinin, T.Adıgözəlov, M.Sənani, G.Qurbanova və Ə.Məlikov küçələrinin, Xətai rayonu üzrə isə M.Hadi, Şirvani, Qaçaq Nəbi küçələrinin və Əhmədli kəndinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Bu il Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss edilib

    2025-ci ildə rəqəmsal məlumatlar əsasında seysmikliyin analizi aparılıb.

    Bunu Respublika Seysmoloji Xidmət Mərkəzində AMEA-nın Yer Elmləri bölməsinin və RSXM-nin birgə iclasında professor Qurban Yetirmişli bildirib.

    Onun sözlərinə görə, Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss olunub.

    Qurban Yetirmişli qeyd edib ki, maqnitudası 3-dən yuxarı olan 75 yeraltı təkan qeydə alınıb.

  • Ramiz Mehdiyevin kürəkəni məhkəməni uduzdu, tələbi rədd olundu

    “Ramiz Mehdiyev bilirdi ki, mən bu bağı möhtərəm Prezidentin sahibkarlara çağırışına cavab olaraq salmışam. Buna baxmayaraq, göstəriş verdi, 10 hektar fındıq bağımı buldozerin qabağına verdirib məhv etdilər. Məqsəd torpaq deyildi, məqsəd ölkə rəhbərliyindən narazılıq yaratmaq idi…”

    Median.Az xəbər verir ki, bu sözləri Musavat.com-a şabranlı sahibkar Mansur Nəmətulla oğlu İbrahimov deyib.

    Onun sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevlə artıq 8 ilə yaxındır məhkəmələrdə çəkişir:

    “Şimal zonasında kürəkəninin törətdiyi cinayətlərin hər biri Ramiz Mehdiyevin birbaşa himayəsi altında baş tutub. Ramiz Mehdiyev olmasaydı, onun kürəkəni ölkənin şimalında bu cür “at oynatmağa” cürət etməzdi. Bütün bunlar Mehdiyevin dövlət çevrilişi planlarına uyğun, sistemli şəkildə aparılıb. Kürəkəni başına yığdığı mütəşəkkil dəstə ilə şimalda sahibkarları çökdürməklə, sadə insanları işsiz qoymaqla kütləvi narazılıq yaradırdı”.

    Sahibkar bildirib ki, bu gün Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə həbsdə olması həmin dövrdə baş verənlərin mahiyyətini tam çılpaqlığı ilə üzə çıxarıb:

    “Şükür Allaha ki, möhtərəm Prezident “dəmir yumruğu”nu daxildəki ermənilərin başına endirdi. Təəssüf edirəm ki, bu gün də Ramiz Mehdiyevin və onun yanındakıların müdafiəçiləri tapılır. Bununla bağlı müvafiq qurumlara və rəhbər şəxslərə müraciətlər hazırlayıram”.

    Mansur İbrahimov bildirib ki, Ramiz Mehdiyevin vəzifədə olduğu illərdə faktiki olaraq onunla və kürəkəni ilə eyni vaxtda mübarizə aparmalı olub. Bu müddətdə Mehdiyevin kürəkəninin məhkəmələrdə dövriyyəyə buraxdığı “sürtülmüş” iddialar bir-birini əvəzləyib.

    Bu günlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası İlham Əlisəftər oğlu Əliyevin apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Kommersiya Məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayıb.

    Söhbət Ramiz Mehdiyevin hələ yüksək vəzifədə olduğu 2018-ci ildə şabranlı sahibkar Mansur İbrahimovun şirkəti – “Turaz” MMC-nin qəsb edilməsi ilə bağlı qalmaqallı məhkəmə işindən gedir.

    Sahibkarın sözlərinə görə, Ramiz Mehdiyevin kürəkəni tutduğu mövqenin verdiyi toxunulmazlıqdan istifadə edərək Şabranda mütəşəkkil dəstə formalaşdırıb, ona və digər sahibkarlara qarşı açıq basqılar həyata keçirib:

    “Gözlərinə xoş görünən şirkətləri, torpaq sahələrini ələ keçirirdilər. Prezidentin kənd təsərrüfatının inkişafı ilə bağlı çağırışına cavab olaraq Şabranda 10 hektar fındıq bağı salmışdım. Bağ artıq məhsul verməyə hazır idi. Ramiz Mehdiyev Şabran dağlarında yerləşən imarətinə gedərkən həmin ərazidə dayanıb, yerli icra hakimiyyətinə göstəriş verdi və bağım darmadağın edildi. Qanunsuz göstəriş dərhal icra olundu”.

    Mansur İbrahimov iddia edib ki, bu addımlar təsadüfi olmayıb, məqsəd şimal zonasında süni narazılıq yaratmaq, ölkə rəhbərliyinin siyasətinə qarşı ictimai etimadı sarsıtmaq olub. Bununla kifayətlənməyən İlham Əlisəftər oğlu Əliyev qəsb etdiyi “Turaz” MMC adından çıxış edərək, illər boyu sahibkarı məhkəmələrə sürükləyib, qalan əmlakını da əlindən almağa cəhd göstərib. O, Mansur İbrahimova, Şabran bələdiyyəsinə və Şabran rayon notariat kontoruna qarşı iddia qaldıraraq bağlanmış müqavilələrin etibarsız sayılmasını, torpaqla bağlı çıxarışların, plan və ölçü sənədlərinin ləğvini tələb edib. Bununla da illər əvvəl törədilmiş qanunsuzluqları ört-basdır etməyə çalışıb. Lakin məhkəmə bu tələbləri qanunsuz və əsassız hesab edib. Apellyasiya instansiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, birinci instansiya məhkəməsinin işi düzgün araşdırdığı və maddi-hüquqi normaların pozulmadığı qənaətinə gəlib. Nəticədə İlham Əlisəftər oğlu Əliyevin şikayəti təmin edilməyib, Sumqayıt Kommersiya Məhkəməsinin 21 avqust 2025-ci il tarixli qətnaməsi qüvvədə saxlanılıb.

    Bu qərar torpaq sahəsinin və ona dair sənədlərin hazırkı hüquqi statusunu qoruduğunu təsdiqləməklə yanaşı, Ramiz Mehdiyevin kürəkəninin illərdir davam edən iddialarının növbəti hüquqi iflasla nəticələndiyini də göstərir.

  • Azərbaycanda 5 yaşlı uşaq qızdırmadan öldü

    Azərbaycanda Azərrespirator vurisa yoluxan azyaşlılardan biri dünyasını dəyişib.

    Hadisə Ucar rayonunda baş verib.

    Məlumata görə, 5 yaşında Mələk adlı uşaq yüksək hərarətdən həyatını itirib. Azyaşlının evdə halı pisləşdiyi üçün avtomobillə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

  • В Ливане при ударе израильского БПЛА погибли два бойца “Хезболлы”

    Два члена вооруженного крыла радикального движения “Хезболла” погибли при атаке израильского беспилотника в населенном пункте Хош-эс-Сейид Али на севере Ливана.

    Об этом сообщил новостной портал Elnashra.

    По его информации, погибшие бойцы находились в пикапе, по которому были выпущены ракеты. Оба погибли на месте от полученных ранений.

    Пограничный с Сирией регион Хермель в северной части страны служит одним из основных форпостов радикальных отрядов. Последний раз израильские ВВС наносили удары по расположенным там базам 22 ноября.

  • İsrail ordusu “Hizbullah”a PUA-lardan zərbələr endirdi, ölənlər var

    İsrail ordusunun Livanın şimalındakı Hoş əs-Seyid Əli yaşayış məntəqəsinə PUA-lardan endirdiyi zərbələr nəticəsində “Hizbullah” hərəkatının silahlı qanadının iki üzvü öldürülüb.

    Bu barədə “Elnashra” xəbər portalı məlumat yayıb.

    Məlumata görə, ölən döyüşçülər raket zərbələrinə məruz qalan avtomobildə olublar. Hər iki “Hizbullah”çı aldıqları yaralardan hadisə yerində keçiniblər.

    Xəbərdə qeyd olunur ki, ölkənin şimal hissəsində, Suriya ilə həmsərhəd olan Hermel bölgəsi radikal qrupların əsas dayaq məntəqələrindən biridir. İ

  • Qəbələdə qəza – Xəsarət alanlar var

    Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Soltannuxa kəndi ərazisində qeydə alınıb.

    1956-cı il təvəllüdlü Aydın Xasəmmədovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillə 1959-cu il təvəllüdlü Bəxtiyar Gəncimovun idarə etdiyi “Toyota” markalı avtomobillə toqquşub.

    Hadisə nəticəsində hər iki sürücü xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В магазинах Джалилабадского района обнаружена продажа поддельного алкоголя

    В некоторых магазинах Джалилабадского района были обнаружены поддельные алкогольные напитки.

    Как сообщает Median.Az со ссылкой на Агентство продовольственной безопасности Азербайджана (АПБА), нарушения требований нормативных правовых актов обнаружены в трех магазинах:

    – 055 şərab evi, принадлежащем Фузули Гулиеву (Джалилабад, проспект Г.Алиева, дом 9),

    – Məhəllə, принадлежащем Хикмету Гурбанову (Гёйтепе, улица Ф.Байрамова, дом 87),

    – Yaşar, владельцем которого является Акиф Алиев (Джалилабад, проспект Г.Алиева).

    В ходе внеплановой проверки был выявлен контрафактный алкоголь неизвестного происхождения, который немедленно изъяли из продажи. В отношении продукции, не соответствующей нормативным техническим требованиям, принято ограничительное решение.

    По данным фактам составлен административный протокол, взяты образцы для лабораторных исследований. Расследование продолжается.

  • Cəlilabadda saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb

    Cəlilabad rayonundakı bəzi mağazalarda saxta alkoqollu içkilərin satışa çıxarıldığı məlum olub.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Cəlilabad şəhər, H.Əliyev prospekti, ev 9 ünvanında Füzuli Əvəz oğlu Quliyevə məxsus “055 şərab evi” mağazasında, rayonun Göytəpə şəhəri, F.Bayramov küçəsi, ev 87 ünvanında Hikmət Əliağa oğlu Qurbanova məxsus “Məhəllə” marketdə və Cəlilabad şəhəri, H.Əliyev prospektində Akif Ağaxan oğlu Əliyevə məxsus “Yaşar” marketdə keçirilmiş plandankənar yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

    Yoxlama zamanı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

    Faktlarla bağlı inzibati protokol tərtib edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.