Month: December 2025

  • Мужчина захватил в заложники собственную бабушку на востоке Грузии

    Полиция Сигнахи задержала ранее судимого мужчину по обвинению в захвате в заложники члена семьи – 75-летней бабушки.

    Об этом сообщили в пресс-службе ведомства.

    Следствие установило, что 32-летний обвиняемый взял в заложники свою бабушку. Мужчина требовал, чтобы его бывшая жена вернулась из-за границы. В противном случае обещал убить пенсионерку.

    В результате оперативно-следственных мероприятий мужчина был задержан на месте. Жизни и здоровью потерпевшей ничего не угрожает. На момент совершения преступления обвиняемый был освобожден из тюрьмы условно.

    Расследование ведется по статье 144 УК Грузии “Захват в качестве заложника”. Ему грозит до 14 лет тюрьмы.

  • Gürcüstanın şərqində kişi öz nənəsini girov götürdü

    Siqnaxi (Gürcüstan) polisi əvvəllər məhkum olunmuş kişini öz ailə üzvünü, 75 yaşlı nənəni girov götürməkdə ittiham edərək saxlayıb.

    Məlumatı Gürcüstan KİV yayıb.

    İstintaq 32 yaşlı müttəhimin öz nənəsini girov götürdüyünü müəyyən edib. Kişi öz keçmiş arvadının xaricdən qayıtmasını tələb edirmiş. Əks halda o, təqaüdçünü öldürməklə hədələyib.

    Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs hadisə yerində saxlanılıb. Zərərçəkənin həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

    Təqsirləndirilən şəxs cinayətdən az əvvəl şərti olaraq azad edilmişdi.

    Bu dəfə onu 14 ilə qədər həbs gözləyir.

  • Novruz Məmmədovun səhhətində problem yarandı

    Azərbaycanın sabiq Baş naziri və Prezidentin Xarici siyasət məsələləri üzrə keçmiş köməkçisi Novruz Məmmədovun səhhətində problemlər yaranıb.

    Median.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, N.Məmmədov hazırda yaxşılaşır.

    Onun özü də saytımızın əməkdaşı ilə söhbətində vəziyyətinin yaxşılaşdığını bildirib.

    “Özümü nisbətən yaxşı hiss edirəm. Vəziyyətim yavaş-yavaş yaxşılaşır. Yaşlılıqdan irəli gələn problemlərdir”, – deyə Novruz Məmmədov əlavə edib.

    Qeyd edək ki, Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub.

    1964-cü ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Pedaqoji Dillər İnstitutunun Fransız dili fakültəsinə daxil olub və 1970-ci ildə fərqlənmə diplomu ilə məzun olub. O, 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi kimi çalışıb.

    12 aprel 1997-ci ildə Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri təyin edilib. 1995-1997-ci illərdə isə Heydər Əliyevin fransız dili tərcüməçisi olub. 2002-ci ilin yanvarında Prezidentin fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

    21 aprel 2018-ci ildən Azərbaycan Respublikasının Baş Naziri olub və 8 oktyabr 2019-cu ildə bu vəzifədən azad edilib.

  • Kasım-Jomart Tokayev İlham Əliyevə zəng edib

    Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Qazaxıstanın dövlətinin başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və cansağlığı arzulayıb.

    Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Telefon danışığı əsnasında ölkələrimiz arasında dostluq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin genişlənməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulub. Bu xüsusda, Azərbaycan Prezidentinin oktyabrda Qazaxıstana dövlət səfəri, həmçinin Kasım-Jomart Tokayevin ölkəmizə səfəri məmnunluqla xatırlanıb.

    Dövlət başçıları əməkdaşlığımızın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

  • Sabah bəzi yerlərə yağış və qar yağacaq

    Azərbaycanda dekabrın 25-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütununu 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər şərq rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-11° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 0-5° isti olacaq.

  • Müdafiə Nazirliyinin İstirahət Evinin sabiq rəisinin həbs müddəti uzadıldı

    Müdafiə Nazirliyin İstirahət Evinin rüşvət almada təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb və qərar qəbul edilib.

    Qərara əsasən, təqdimat təmin edilib və İlham Haqverdiyevin həbs müddəti 1 ay 20 gün müddətinə uzadılıb.

    Qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində nazirliyin İstirahət Evinin rəisi mayor İlham Haqverdiyevin qanun pozuntusuna yol verdiyi müəyyən edilib və işə hüquqi qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Məhkəmənin qərarı ilə İlham Haqverdiyev barəsində 2 ay 20 gün müddətə həbs qətimkan tədbiri seçilmişdi.

    Təqsirləndirilən İlham Haqverdiyevin Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham edilib.

  • Bakı-Sumqayıt yolunda marşrut avtobusu yanır (Video)

    Bakı-Sumqayıt yolunun Abşeron rayonunun Saray qəsəbəsi ərazisindən keçən hissəsində marşrut avtobusu yanır.

    Sumqayıt-Ceyranbatan marşrutu üzrə 9 saylı marşrut xəttində hərəkətdə olan avtobusda Saray postu yaxınlığında qəfil nasazlıq yaranıb və avtobusda yanğın başlayıb.

    Hadisə yerindən görüntüləri təqdim edirik:
    //oxu.az

  • İrakli Kobaxidze İlham Əliyevi doğum günü münasibətilə təbrik etdi

    Dekabrın 24-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Söhbət zamanı dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

  • Serbiya prezidenti İlham Əliyevə zəng etdi

    Dekabrın 24-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Aleksandar Vuçiç dövlətimizin başçısını ad günü münasibətilə təbrik edərək, ona prezidentlik fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

    Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

    Telefon söhbəti zamanı Prezident İlham Əliyevlə Prezident Aleksandar Vuçiçin görüşləri məmnunluqla xatırlanıb, iki ölkə arasında tərəfdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

    Dövlət başçıları ikitərəfli əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

  • Roma Papasının Azərbaycana səfəri gündəlikdədir

    “Roma Papası XIV Leonun Azərbaycana səfəri məsələsi gündəlikdədir”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda katolik kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete məlumat verib.

    Din xadimi səfərin gələn il reallaşacağı ehtimalının az olduğunu bildirib.

    “Səfərin gələn il baş tutacağına şübhə edirəm. Roma Papası çoxsaylı dəvətlər alıb, belə olan zaman il ərzində cəmi 5-6 xarici səfər həyata keçirir”, – V.Fekete qeyd edib.

    Din xadimi Bakıda tikilməsi planlaşdırılan Müqəddəs II İoann Pavel katolik kilsəsinin açılışında Roma Papasının iştirakı ehtimalı ilə bağlı sualın cavabında “bu böyük hədiyyə olacaq” deyib.

    “Əgər Papa kilsənin açılışına gələrsə, bu, böyük hədiyyə olacaq. Amma bu, artıq onun qrafikinin imkanlarından asılıdır”, – V.Fekete bildirib.