Month: December 2025

  • Десятилетний максимум по числу магнитных бурь побит в 2025 году

    Количество дней с магнитными бурями в 2025 году побило 10-летний максимум, также общее число геомагнитно-возмущенных дней достигло 20-летнего максимума.

    Как передает Median.Az со ссылкой на “Интерфакс”, об этом сообщили в среду в лаборатории солнечной астрономии Института космических исследований (ИКИ) и Института солнечно-земной физики (ИСЗФ) РАН.

    “Число дней с магнитными бурями в 2025 году стало максимальным за 10 лет. Число дней с магнитными бурями и общее число геомагнитно-возмущенных дней в 2025 году значительно превысило показатели прошлого года и стало одним из самых больших за последние два десятилетия”, – говорится в сообщении.

    В лаборатории сообщили, что с начала года магнитные бури наблюдались 69 дней. “Ещё более значительным оказался рост общего числа дней с геомагнитными возмущениями, в которые индекс Kp достигал значения 4 и выше (желтый и красный уровень). Таких оказалось 164 против 94, то есть на 75% больше”, – отметили ученые.

    “По общему же числу геомагнитно-возмущенных дней последний раз более высокие значения (169 дней) наблюдались только в 2005 году, то есть 20 лет назад”, – сказали в лаборатории.

    По словам ученых, причина роста количества магнитных бурь – большое число корональных дыр на Солнце. “Признаков системного снижения числа корональных дыр или уменьшения их размера пока не наблюдается. Можно ожидать, что как минимум первые месяцы наступающего 2026 года будут продолжать находиться под их существенным влиянием, и повышенное число магнитных бурь пока сохранится”, – говорится в сообщении.

  • Son 10 ilin ən çox geomaqnit qasırğası qeydə alınıb

    Bu il geomaqnit qasırğalarının olduğu günlərin sayı 10 illik maksimumu keçib.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb.

    Qeyd olunub ki, 2025-ci ildə 164 belə hal müşahidə olunub. 2005-ci ildə 169 gün geomaqnit qasırğası qeydə alınıb ki, indiki göstəricilər 20 illik maksimuma çatmağa yaxındır.

    Alimlərin fikrincə, belə halların artması Günəşdəki çoxlu sayda koronal dəliklə bağlıdır.

  • Ağcabədidə körpə doğuş zamanı tələf olub

    Ağcabədi rayonunda körpə doğuş zamanı ölüb.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

    Zərdab rayon sakini Ləman Abbas qızı Rəhimova doğuş üçün Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Doğuş zamanı körpə ana bətnində tələf olub.

    Faktla bağlı araşdırma aparılır.

  • İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və bura köçən sakinlərlə görüşüblər.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə zəng etdi

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Şavkat Mirziyoyev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

    Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Özbəkistana, Özbəkistan Prezidentinin isə ölkəmizə həyata keçirdikləri səfərlər və aparılmış səmərəli müzakirələr məmnunluqla xatırlanıb.

    Dövlət başçıları Azərbaycan-Özbəkistan münasibətlərinin qardaşlıq, dostluq və müttəfiqlik prinsiplərinə əsaslandığını qeyd edərək, gələcəkdə də əlaqələrin bütün sahələr üzrə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

  • Президент Ильхам Алиев принял участие в открытии Парка Победы в городе Ханкенди

    24 декабря Президент Азербайджанской Республики Ильхам Алиев и первая леди Мехрибан Алиева приняли участие в открытии Парка Победы в городе Ханкенди.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Gecə 3-də qonşusunun evinə qanunsuz girdi – Bu cəza verildi

    Şəkidə qonşusunun evinə qanunsuz şəkildə daxil olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

    “Qafqazinfo” xəbər verir ki, rayonun kəndlərindən birində yaşayan 1994-cü il təvəllüdlü Sübhan Kərimov (şərti soyadlı) barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib. O, Cinayət Məcəlləsinin 157-ci (Mənzil toxunulmazlığının pozulması) maddəsi ilə təqsirli bilinib.

    Qeyd edilib ki, hadisə bir neçə ay əvvəl gecə saat 03 radələrində baş verib. Həmin vaxt Sübhan sərxoş halda evlərindən 150 metr uzaqlıqda yerləşən Nazlı Məmmədovanın (şərti ad-soyadlı) yaşadığı evə girib. Belə ki, həyət darvazasının bağlı olduğunu görən Sübhan daş hasardan keçərək həyətə, daha sonra evin qapısını sındıraraq mənzilə daxil olub.

    Bu zaman qadın və oğlu yuxudan oyanıb və qonşuluqda yaşayan Sübhanı tanıyıblar.

    Şəki Rayon Məhkəməsinin hökmü ilə ona 6 ay islah işləri cəzası verilib.

  • İcra başçısı “TikTok”dakı videoya görə onu məhkəməyə verdi – 100 manat aldı

    Beyləqanının icra başçısı Əziz Əzizov “TikTok”da onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib.

    İcra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

    Ötən gün Ağdam Rayon Məhkəməsində hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə cavabdeh iştirak etməsə də, bu, qərarın verilməsinə mane olmayıb.

    Məhkəmə Əziz Əzizovun tələbini qismən təmin edib. Ağdam sakini icra başçısı barədə işlətdiyi cümlələrə görə təkzib verəcək. Bundan başqa, cavabdehdən ödənilmiş dövlət rüsumu əvəzində 100 manat alınaraq icra başçısına veriləcək.

    İcra başçısının Ağdam sakininindən üzr gözləməsi isə baş tutmayacaq. Məhkəmə bu tələbi rədd edilib.

    Qeyd edək ki, “TikTok”da paylaşılan videoda icra başçısı barədə “İcra başçısı varlıların icra başçısıdır, kasıbların yox”, “Mən bir dəfə görmədim ki, icra
    başçısı Əziz Əzizov şəhid ailəsinin qapısının qarşısına qrabil töksün. Büdcədə pul azdır?”, “Millətdən, xalqdan yediyiniz pulları hara xərcləyirsiniz?” kimi cümlələr işlədib.

    \Teleqraf

  • Azərbaycanda 230 min manata gəmi satılır

    Gələn il fevralın 24-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətində olan nəqliyyat vasitələrinin satışı ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 287 min 500 manat olan 11 nəqliyyat vasitəsi, o cümlədən, Dövlət Sərhəd Xidmətinə məxsus, istehsal ili 1969-cu il olan “Point Brower D” markalı gəmi çıxarılacaq. Gəminin start qiyməti 230 min manat müəyyən edilib.

    Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılıb.