Month: December 2025

  • Yeni il tətilinin vaxtı dəqiqləşdi – RƏSMİ

    Bəzi təhsil müəssisələrində ayın 29 və 30-u tarixlərinin Yeni il bayramı ilə əlaqədar həftə sonu günləri ilə əvəzlənərək 27 və 28-i tarixlərinə keçirilməsi ilə bağlı məlumat yayılıb. Hətta bəzi məktəblərdə bu barədə valideynlərə əvvəlcədən məlumat verildiyi də bildirilir.

    Median.Az xəbər verir ki, Bizim.media məsələni dəqiqləşdirmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

    Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, iddialar doğru deyil.

    “Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”, – deyə ETN-dən bildirilib.

  • Azərbaycandan qanunsuz insan orqanları alan ukraynalı qadın Polşada saxlanıldı

    Polşada insan orqanlarının qanunsuz satışında ittiham olunan ukraynalı qadın saxlanılıb.

    Bu barədə “Reuters” yerli prokurorluğa istinadən məlumat yayıb.

    Xəbərə görə, adı açıqlanmayan qadın ölkədən qaçmağa çalışarkən ələ keçib. İstintaq orqanının açıqlamasına görə, o, 2020-ci ilin noyabr ayından bəri İnterpol tərəfindən axtarışda olub.

    Saxlanılan şəxs 2017-ci ildən 2019-cu ilə qədər insan toxumalarını və orqanlarını qanunsuz olaraq toplayıb “qara bazar”da satan beynəlxalq mütəşəkkil cinayətkar qruplaşmada iştirak etməkdə təqsirli bilinir.

    O, həmçinin maddi qazanc əldə etmək məqsədilə Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olan 56 adamın böyrəklərini qanunsuz yolla almaqda ittiham edilir.

    Maraqlıdır ki, sözügedən şəxsin orqan qaçaqmalçılığına görə daha əvvəl Qazaxıstanda 12 il müddətinə azadlıqdan məhrum edildiyi də üzə çıxıb. Lakin onun hazırda həbsxanada olmamasının səbəbi açıqlanmayıb.

    Prokurorluq saxlanılan şəxsin Qazaxıstana ekstradisiyası üçün bir həftəlik müvəqqəti həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə vəsatət verib.
    //oxu.az

  • В Абшеронском районе младенец погиб во время кормления

    В города Хырдалан Абшеронского района младенец погиб в результате несчастного случая.

    Как передает Oxu.Az, двухмесячная Равана Мухтарова скончалась в результате удушья во время кормления.

    По данному факту проводится расследование.

  • Abşeronda ikiaylıq körpə boğulub öldü

    Abşeron rayonunda ikiaylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.

    Hadisə rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

    2 ay əvvəl dünyaya gələn Rəvanə Muxtarova yedizdirilərkən yemək qida borusunda qalıb. Körpə boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Владимир Путин поздравил Ильхама Алиева

    Президент Российской Федерации Владимир Путин направил своему азербайджанскому коллеге Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый Ильхам Гейдарович,

    Примите самые искренние поздравления по случаю дня рождения.

    Под Вашим руководством Азербайджан добился общепризнанных успехов в социальной и экономической областях, последовательно укрепляет свои позиции на международной арене.

    Отношения между нашими странами основываются на добрых традициях дружбы, добрососедства и взаимного уважения. Уверен, что и в дальнейшем эти отношения будут развиваться в духе стратегического партнерства и союзничества, что, несомненно, отвечает интересам российского и азербайджанского народов.

    Желаю Вам, уважаемый Ильхам Гейдарович, здоровья, благополучия и успехов. Прошу передать сердечный привет Вашей семье”.

  • Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

    Median.Az President.az-a istinadən təbrik məktubunun mətnini təqdim edir:

    “Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqelərini ardıcıl olaraq möhkəmləndirir.

    Ölkələrimiz arasında münasibətlər möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Əminəm ki, bu münasibətlər bundan sonra da strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcək, bu da şübhəsiz ki, Rusiya və Azərbaycan xalqlarının mənafelərinə cavab verir.

    Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ən səmimi salamlarımı ailənizə çatdırmağı xahiş edirəm”.

  • Военнослужащий ГПС Азербайджана скончался в Турции

    Скончался ветеран 44-дневной Отечественной войны Эльчин Тельман оглу Гурбанов.

    Он умер в больнице в Турции, где проходил лечение.

    Согласно данным, Э.Гурбанов был военнослужащим Государственной пограничной службы (ГПС) Азербайджана.

  • Dövlət Sərhəd Xidmətinin hərbçisi Türkiyədə vəfat etdi

    Vətən müharibəsi qazisi Elçin Telman oğlu Qurbanov vəfat edib.

    O, Türkiyədə müalicə aldığı hospitalda dünyasını dəyişib.

    Qeyd edək ki, E.Qurbanov Dövlət Sərhəd Xidmətinin hərbçisi olub.

  • Компанию оштрафовали за вывод крупной суммы валюты из Азербайджана

    В отношении азербайджанского филиала компании Etay Group İç və Dış Ticaret Limited Şirkəti составлен административный протокол.

    Как сообщает Median.Az со ссылкой на Teleqraf, компании предъявлено обвинение по статье 430.4 (Невозврат иностранной валюты, уплаченной за границей, если соответствующие товары не ввезены в установленные сроки, если работы не выполнены или услуги не предоставлены в обмен на аванс в иностранной валюте) Кодекса об административных проступках.

    Так, 28 сентября 2023 года компания перечислила за границу через банк авансовый платеж в размере 223 650 долларов (380 000 манатов). Однако в течение двух лет с момента перечисления товары, приобретённые за счёт этих средств, в страну не были ввезены.

    В связи с этим на компанию наложен штраф в размере 20% от указанной суммы – 44 730 долларов (76 000 манатов).

  • Azərbaycandan külli miqdarda valyuta çıxaran şirkət cərimələndi

    “Etay Group İç və DIŞ Ticaret Limited Şirkəti”nin Azərbaycandakı filialı barəsində inzibati protokol tərtib edilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb.

    Belə ki, şirkət 223 650 ABŞ dolları (380 000 AZN) məbləğində vəsaiti bank vasitəsilə 28 sentyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürüb. Lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib.

    Bu səbəbdən şirkət həmin məbləğin 20 faizi miqdarında – 44 730 dollar (76 000 AZN) cərimələnib.