Month: December 2025

  • Dollar simvolunun maraqlı mənşəyi və qlobal təsiri

    Dollar işarəsi ($) dünyanın ən tanınmış valyuta simvollarından biridir. Bəs bu universal simvol haradan yaranıb və necə olub ki, qlobal maliyyə gücünün vizual ifadəsinə çevrilib?

    Tarixi mənbələrə görə, dollar simvolu İspan pesosunun qısaldılmış yazılışından yaranıb. “PS” kimi istifadə olunan bu ifadə zamanla “Ps” formasını alıb, daha sonra isə yalnız “S” hərfi qalıb və “P” hərfi onun içindən keçən şaquli xəttə çevrilib.

    Valyuta.az xəbər verir ki, dollar simvolu böyük ehtimalla İspan pesosunun qısaltmasından yaranıb. Digər mənşə nəzəriyyələri mövcud olsa da, onların əksəriyyəti kifayət qədər sübutla dəstəklənmir. ABŞ-ın iqtisadi gücünün artması ilə dollar simvolu sadəcə pul nişanı deyil, güc, kapitalizm, sərvət və etimadın simvoluna çevrilib.

    İspan pesosu və “dollar” adının mənşəyi

    Corctaun Universitetinin siyasi elmlər üzrə dosenti Stefan Eich bildirir ki, “dollar” sözü XVI əsrdə Müqəddəs Roma İmperiyasında dövriyyədə olan iri gümüş sikkə – “Thaler” adından yaranıb. Sonradan bu anlayış İspan İmperiyasında “dollar” formasını alıb.
    XVIII əsrdə İspaniya Şimali Amerikanın böyük hissəsinə nəzarət etdiyindən, əsas dövriyyə valyutası İspan pesosu idi. Onun rəsmi adı peso de ocho reales – yəni “səkkizlik gümüş sikkə” idi.
    Tacirlər və səyyahlar bu valyutanı tez-tez “PS” kimi qısaldaraq yazırdılar. Zamanla bu yazılış “Ps” formasına, daha sonra isə müasir dollar simvoluna ($) çevrildi. 1875-ci ildə ilk ABŞ dollar əskinası buraxıldıqda, “$” işarəsi artıq geniş yayıldı.

    Alternativ mənşə nəzəriyyələri:

    İspan pesosu nəzəriyyəsi ən çox qəbul edilən izah olsa da, dollar simvolunun mənşəyi ilə bağlı başqa fikirlər də mövcuddur.
    Ayn Rand özünün “Atlas Shrugged” əsərində dollar işarəsinin “United States” sözlərinin baş hərflərindən yarandığını iddia edirdi. Guya “U” hərfi zamanla yoxa çıxıb və yalnız “S” üzərindən keçən şaquli xətlər qalıb. Lakin bu fikir zəif sübutlara əsaslanır, çünki dollar simvolu ABŞ yaranmazdan əvvəl mövcud idi.

    Digər məşhur nəzəriyyə Herkules sütunları ilə bağlıdır. Yunan mifologiyasına görə, Herkules İspaniya ilə Mərakeş arasındakı dağları yararaq iki sütun yaradıb. Bu sütunlar üzərindən dolanan “S” formalı lent bəzi İspan sikkələrində təsvir olunub.
    Bundan əlavə, Portuqaliyada və onun müstəmləkələrində istifadə olunan “cifrão” simvolu dollar işarəsinə bənzəyirdi. Bu simvol əsasən onluq ayırıcı funksiyası daşısa da, gələcək valyuta simvollarına təsir göstərmiş ola bilər.

    Dollar işarəsi sadəcə pul vahidi deyil. O, iqtisadi gücün, sabitliyin və kapitalizmin qlobal simvoluna çevrilib. ABŞ XIX əsrdən etibarən iqtisadi supergüc kimi formalaşıb, XX əsrdə isə beynəlxalq maliyyə sistemində dominant mövqeyini möhkəmləndirib.
    1944-cü ildə Bretton Woods razılaşması ABŞ dollarını dünyanın əsas ehtiyat valyutası elan etdi. Bu qərar dolların beynəlxalq rolunu daha da gücləndirdi.
    Dollar həm sərvət və maliyyə ambisiyasını, həm də Amerika həyat tərzini və “Amerika arzusu”nu təmsil edir. Bəziləri üçün bu azadlıq və imkanlar simvoludursa, digərləri üçün kapitalizmin sərt və maddiyyatçı tərəfini ifadə edir.

    Valyuta brendinqi və simvolun gücü

    Valyuta dizaynı yalnız estetik məqsədlərə xidmət etmir. O, maliyyə gücünü və legitimliyi nümayiş etdirən mühüm vasitədir. Pul, əslində, dövriyyədə olan bir simvoldur və onun etibarlılığı arxasında duran siyasi və iqtisadi gücdən asılıdır.
    Bu məqam xüsusilə kriptovalyutalarda aydın şəkildə görünür. Məsələn, Bitcoin simvolunun (₿) dollar işarəsinə bənzəməsi təsadüfi deyil. Bu oxşarlıq dolların güc, sabitlik və etimad assosiasiyasından faydalanmaq məqsədi daşıyır.

  • Svetoforun saniyəölçəninə aldanan sürücülər cərimələnir – XƏBƏRDARLIQ

    Paytaxt yollarında sürücülərin ən çox yol verdiyi və bəzən “adi hal” kimi baxdığı qayda pozuntularından biri svetoforun saniyəölçəni sıfıra yaxınlaşarkən dayanması və yaşıl işıq yanmadan hərəkətə başlayan sürücülərin cərimə riski ilə üz-üzə qalmasıdır.

    Belə olan halda sürücülərə yazılan cərimə nə dərəcədə düzgüngür?

    Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı “Redaktor.az”a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, bəzi sürücülər bu cür səhvlərə tez-tez yol verirlər:

    “Amma biz dəfələrlə bununla bağlı açıqlama və izah vermişik ki, sürücü svetoforda o saniyələrə yox, əsas və əlavə bölmələrin siqnallarına diqqət etməlidir. Yəni o saniyələr sürücüyə sadəcə informasiya verir ki, neçə saniyə qalıb və ya nə baş verəcək. Amma indi bəzən görürsünüz ki, yollarda hərəkətin təşkili ilə bağlı müəyyən dəyişikliklər olur, hansısa istiqamətə daha çox üstünlük verilir. Bu halda svetafor həmin istiqamətə daha çox avtomobil buraxmalıdır. Ona görə də həmin rəqəmin orada heç bir əhəmiyyəti qalmır. Bu cür problemlər yaşanmaması üçün biz sürücülərə həmişə tövsiyə edirik ki, mütləq svetoforun əsas bölməsinin göstəricilərinə əməl etsinlər, ona diqqət yetirsinlər və saniyə saymasınlar”.

    Müsahibimizin sözlərinə görə, məhz bunun nəticəsində, hər il xeyli sayda sürücü cərimələnir və sonra deyir ki, rəqəmlər məni aldatdı:

    “Əslində isə belə olmasa, daha yaxşı olar, yəni sürücü üçün aydın təsəvvür formalaşsın. İndi bir qisim insan deyir ki, bu rəqəmli göstəricilər yaxşıdır, bir qisim isə deyir ki, yox, mən aldandım, mənə ziyan oldu və sair və ilaxır, pis şeydir. Ona görə də burada yaxşı və pisi ayırd etməyi bir kənara qoysaq, sürücü özü başa düşməlidir ki, əsas məsələ svetoforun əsas bölməsinin göstəricilərinə uyğun davranmaqdır. Bəzi insanlar svetoforda sanki tikan üstündə otururlar. Elə bil gözləyirlər ki, tez nəsə dəyişsin, nəsə qaralsın, qızarsın, göyərsin və dərhal hərəkətə başlasınlar. Bu isə olmaz. Bu, çox kobud qayda pozuntusudur və 100 manat cərimə, 3 cərimə balı ilə nəticələnir”.

  • Bu şəxslərə quru sərhədlərindən keçərək xaricə getməyə icazə verilə bilər

    Quru sərhədlərin bağlı qalması fonunda tələbələr və müalicə məqsədilə xaricə gedən şəxslər üçün istisnaların tətbiq edilib-edilməyəcəyi müzakirə mövzusu olaraq qalır. Maraqlıdır, quru sərhədlər bağlı qaldığı halda tələbələr və müalicə məqsədilə gedən şəxslər üçün istisnalar nəzərdə tutula bilərmi?

    Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, quru sərhədlər məsələsi artıq həssas problemə çevrilib və bu vəziyyət təxminən 5 ildir davam edir.

    Onun sözlərinə görə, bu müddət ərzində müəyyən güzəşt və imtiyazların tətbiqi zaman-zaman gündəmə gəlsə də, real addımlar atılmayıb:ğ

    “Düşünürəm ki, xüsusilə xəstələr və tələbələr üçün güzəştlərin olması müsbət hal olardı. Quru sərhədlərin bağlı qalması bu kateqoriyadan olan insanlar üçün ciddi çətinliklər yaradır. Əgər dövlət bu prosesi uzadırsa, paralel olaraq müəyyən pəncərələr də açmalıdır”.

    C.Abbaslı qeyd edib ki, mövcud geosiyasi vəziyyət fonunda quru sərhədlərin tam açılması hələlik aktual görünmür:“Unutmayaq ki, Qarabağ üzrə sülh sazişi hələ imzalanmayıb. Eyni zamanda şimal və cənub qonşularımızla münasibətlər də ideal səviyyədə deyil. Bu baxımdan sərhədlərin tam açılması sual altındadır”.

    Siyasi şərhçi hesab edir ki, tələbələr və xəstələr üçün istisna və imtiyazların tətbiqi təhlükəsizlik baxımından ciddi risk yaratmaz:

    “Bu kateqoriyadan olan şəxslər üçün güzəştlərin verilməsi ümumi vəziyyətə mənfi təsir etməz. Ümid edirəm ki, dövlət bu istiqamətdə addımlar atacaq”.

    Qeyd edək ki, quru sərhədlərin bağlı qalması xüsusilə təhsil və səhiyyə məqsədilə xaricə üz tutan vətəndaşlar üçün uzun müddətdir narahatlıq doğurur./konkret.az

  • Energetik içkilər uşaq və yeniyetmələr üçün təhlükədir – Mütəxəssislərdən XƏBƏRDARLIQ

    Gənclər arasında enerji içkilərinin istifadəsi son illər sürətlə artıb və bu, ciddi narahatlıq doğurur. Marketlərdə ucuz emerji içkiləri asanlıqla əlçatandır. Reklamların və sosial medianın təsiri ilə bu içkilər zərərsiz enerji mənbəyi kimi təqdim olunur. Gənclər gündəlik həyatlarında bu vərdişi sağlamlıqlarını riskə ataraq davam etdirirlər. Enerji içkilərinin tərkibi və reklam strategiyaları gəncləri aldadaraq onları təhlükəli vərdişlərə sövq edir. Bu isə bir yandan ictimai səhiyyə üçün ciddi çağırışdır, digər yandan isə valideynlərin və məktəblərin məsuliyyətini gündəmə gətirir.

    Görünən odur ki, enerji içkiləri sadəcə “zərərsiz enerji” deyil, gənclərin sağlamlığına qarşı səssiz və gizli bir təhlükə olaraq gündəlik həyatımızda yer alır. Bu zaman belə bir sual yaranır; ictimaiyyət bu təhlükəni niyə hələ də ciddi qəbul etmir?

    Tibb elmləri doktoru Adil Qeybulla Avtosfer.az-a açıqlamasında təəssüflə bildirib ki, bu mövzuda kifayət qədər təbliğat getmir: “Təəssüflər olsun ki, energetik içkilərdən istifadə son illər xüsusilə gənclər və uşaqlar arasında getdikcə artmaqdadır. Məktəbli uşaqlar bufetlərdən və mağazalardan bu içkiləri alır. Halbuki onlara satış qadağan olunmalıdır. Energetik içkilərin tərkibindəki kofein və taurin maddələri insan orqanizminin tonuslanmasına hesablanıb, eyni zamanda ürək əzələsini aşırı dərəcədə yorur. Bəzən gün ərzində bir neçə enerji içkisi qəbul edildikdə bu təsir ürək əzələsində daha da artır, döyünməni və gücü yüksəldir, nəticədə ürək əzələsinin resursları azalır. Hətta məlumatlar var ki, ürək əzələsinin gücünü itirməsi, kardiomiopatiyanın inkişafı kimi ağırlaşmalara da səbəb ola bilər. Bununla yanaşı, bəzi şaiyələrə görə, enerji içkilərinə müəyyən alışdırıcı maddələr də qatılır ki, bu da davamlı asılılıq yarada bilər. Bu isə birbaşa təsdiq olunmayıb, amma prosesin mahiyyətinə uyğun bir iddiadır. Hər halda, gənclərin bu içkilərə aludə olması və onlardan vaz keçməkdə çətinlik çəkməsi müəyyən şübhələr yaradır. Elan olunan tərkib özü gənclər üçün təhlükəlidir. Ona görə də hesab edilir ki, gənclər, xüsusilə uşaqlar, bu içkilərdən uzaq durmalıdırlar. Çünki davamlı istifadə arzu olunmayan ciddi nəticələrə səbəb ola bilər”.

    Qida mütəxəssisi İlkin Şirinov isə bildirib ki, enerji içkilərin uşaqlar üçün uzaqdan-yaxından heç bir faydası yoxdur. İstər ucuz, istərsə də keyfiyyətli enerji içkilər olsun, hər ikisi risklidir. Aralarındakı fərq əsasən qablaşdırma və marketinq məsələləri ilə bağlıdır: “Ucuz enerji içkilərində adətən daha çox sintetik kofein, ucuz dadlandırıcılar və boyalardan istifadə olunur. Keyfiyyətli markalarda isə kofein bəzən təbii mənbələrdən əldə edilə bilər. Bu içkilər nisbətən daha balanslı tərkibə malik ola, keyfiyyətə nəzarət və standartlar daha stabil şəkildə həyata keçirilə bilər, formulu isə daha balanslı ola bilər. Lakin nəzarət və istehsal mədəniyyətini bir kənara qoysaq, əsas məsələ ondan ibarətdir ki, məhsulun premium olması onun təhlükəsiz olması demək deyil. Enerji içkilər keyfiyyətindən asılı olmayaraq təhlükə daşıyır. Çünki risk mənbəyi təkcə tərkibin keyfiyyəti deyil, içkilərin öz mahiyyətidir. Yüksək kofein miqdarı ürək döyüntüsünün artmasına, təzyiqin qalxmasına, şəkər yükünün yüksəlməsinə, insulin müqavimətinin yaranmasına, taurin və digər stimulyatorlar isə sinir sistemində yüklənməyə səbəb olur. Bu baxımdan, uşaqlarda və yeniyetmələrdə enerji içkilərinin asılılıq yaratması riski mövcuddur və bu, birmənalı şəkildə özünü göstərir. Bu içkilər yuxu pozuntularına, sinir sistemi problemlərinə, əsəbilik və davranış dəyişikliklərinə səbəb ola bilər”.

    Mütəxəssisin sözlərinə görə, bu gün valideynlərin əksəriyyəti məktəblilərin enerji içkilərdən istifadəsi barədə kifayət qədər məlumatlı deyil. Uşaqlar bu içkiləri rahat şəkildə alır və istifadə edirlər. “Bir dənə ilə heç nə olmaz” kimi yanlış bir fikir formalaşıb və bəzən valideynlər də bu düşüncəni bölüşürlər. Halbuki təkcə bir enerji içkisi belə ürək ritminin pozulmasına, təzyiqin qalxmasına, əsəbilik və aqressiyanın yaranmasına səbəb ola bilər. Davamlı istifadə isə asılılıq yaradır. Ümumilikdə, 18 yaşına çatmamış şəxslər üçün enerji içkilər risklidir. Şəxsi mövqeyimə görə, bu içkilər uşaqlar və yeniyetmələr üçün təhlükə daşıyır. Təəssüf ki, valideynlər və məktəblər çox vaxt bu məsələyə lazımi diqqət yetirmir, onu təhlükə kimi qəbul etmirlər. Əgər bir uşaq səhər dərsə enerji içkisi içərək gedirsə bu, açıq şəkildə valideyn nəzarətsizliyidir”.

    İlkin Şirinov deyir ki, məktəblərdə bu mövzuda maarifləndirici dərslərin və ya söhbətlərin aparılıb-aparılmaması sual altındadır.

  • ADY daha bir regionlararası dəmir yolu marşrutunu istifadəyə verəcək – VİDEO

    “Azərbaycan Dəmir Yolları” QSC regionlararası istiqamət üzrə daha bir marşrutu istifadəyə verəcək.

    ADY-dən verilən məlumata görə, rahat və komfortlu səyahətini təmin etmək məqsədilə Azərbaycanın iki mədəniyyət və turizm mərkəzini birləşdirəcək müasir qatar yaxın günlərdə sərnişinlərin xidmətində olacaq. İctimaiyyətə öncədən ətraflı məlumat təqdim ediləcək.

  • Gəncədə 59 yaşlı qadını avtomobil vurdu

    Gəncədə qadını avtomobil vurub.

    Median.Az-ın “Unikal”a istinadən məkumatına görə, şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan “Mersedec” markalı minik maşını yolu keçmək istəyən 1966-cı il təvəllüdlü S Məmmədovanı vurub. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

  • Kənd toyuğu, yoxsa broyler toyuğu yeyək? – Qida eksperti SİRLƏRİ AÇDI

    Bəzən insanlar arasında görürük ki, bəziləri kənd toyuğunun ətini yeməyə, bəziləri isə broyler toyuğunun ətini yeməyə üstünlük verir.

    Bəs bunların hansı sağlam qida hesab olunur?

    Median.Az-ın məlumatına görə, “Redaktor.az”a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd etdi ki, müsasir dünyada bir çox qidaların tərkibi dəyişdirilir.

    Onun sözlərinə görə, istər heyvan mənşəli, istər bitki mənşəli qidalarda dəyişikliklər var:

    “Təbii ki, bu, toyuqdan da yan keçməyib. Çünki bir çox hallarda insanlarda “kənd toyuğu, yoxsa broyler toyuğu faydalıdır, yoxsa zərərlidir?” sualları ortaya çıxır. Təbii ki, hər birinin həm mənfi, həm müsbət tərəfləri var. İlk növbədə bilmək lazımdır ki, əgər gözəl ekoloji mühitdə, təbii şəkildə saxlanılan kənd toyuğudursa, normal otlarla, təbii taxıllarla qidalanırsa və daha çox hərəkət edirsə, bu toyuqlar qidalılıq dəyərinə görə daha faydalıdır. Eləcə də bu toyuqdakı zülal dəyəri daha faydalıdır və xüsusilə də bu toyuqlarda bir çox hallarda yağlılıq faizi daha az olur.

    Nəzərə alsaq ki, əgər fərqli şəkildə və bir çox toyuqlardan təcrid olunmuş şəkildə saxlanılırsa, bu toyuqlarda istifadə olunan antibiotiklər və digər profilaktik müalicə tədbirləri, istifadə olunan kimyəvi dərmanlar broylerə görə daha az olur. Ancaq nəzərə alaq ki, burada digər bir təhlükəli tərəf də ola bilər: belə toyuqlar bir çox hallarda baytarlıq nəzarətindən keçirilmir və bəzən ekoloji cəhətdən təmiz olmayan yerdə qidalanması, təmiz olmayan sulardan istifadə etməsi insan orqanizminə bir çox bakteriyaların yoluxma riskini artırır. Bəzən olur ki, kimyəvi maddələrin daha çox olduğu yerlərdən toyuq su içirsə, bu, həmin toyuqla qidalanan insanlara da təsir göstərə bilər. Yaxşı olar ki, belə toyuqlar mənşəyi bəlli olan və nəzarətdən keçmiş yerlərdən alınsın”.

    Mütəxəssis vurğualdı ki, broyler toyuqlarında isə fərqli olaraq baytarlıq və sanitar-gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunur:

    “Çünki bir fermada təxminən 20 minə yaxın cücə varsa, bunların hər hansı birinə zərər dəysə, bu, qısa müddətdə bütünlərinə yayıla bilər. Ona görə mütəmadi olaraq sanitar nəzarət aparılır və yemlərinə qatılan xüsusi kimyəvi maddələrlə xəstəliklərin qarşısı alınır. Bu, onların bir çox xəstəliklərdən müdafiə məqsədini daşısa da, qəbul edildikdə insan orqanizminə müəyyən fəsadlar törədə bilər. Broyler toyuqları daha yağlı olur və zülal dəyəri kənd toyuğuna nisbətən azdır. Davamlı olaraq istifadə edildikdə və yaxşı bişirilmədikdə, antibiotiklərə qarşı risklər yarana bilər.

    Yaxşı olar ki, istər kənd, istər broyler toyuğu alınacaqsa, bunlar mənşəyi bəlli olan və düzgün saxlanılan yerlərdən alınsın. Zülal mənşəli olduğuna görə toyuq tez xarab olur; düzgün temperaturda saxlanılmasa, tərkibində sürətlə dəyişikliklər baş verir ki, bu da insan orqanizminə risk yaradır. Uzun müddət açıq havada saxlanılmamalıdır. Əgər paketlənmiş broyler toyuğudursa, üzərində etiket məlumatında istehsalçı şirkət haqqında ətraflı məlumat, kəsim tarixi, son istifadə müddəti və saxlanılma şəraiti qeyd olunmalıdır. Paket zədələnmiş olmamalıdır. Xüsusilə də rəngi parlaq olmalıdır. Əgər rəngində dəyişiklik, göyərmə, ləkələr varsa, parlaqlığı itibsə və xoşagəlməz qoxu gəlirsə, bu, onun xarab olduğunu göstərir”.

    M.Hüseynovan bildirdi ki, həftədə iki-üç dəfə, 150 qram şəklində toyuq qəbul etmək normal hesab olunur:

    “Toyuğu bişirərkən yaxşı bişməsinə diqqət olunmalıdır; içində çəhrayı və ya çiy qism qalması, qanlı olması risklidir. Əgər tam bişməsə, insan orqanizminə müxtəlif bakteriya və viruslar keçə bilər. Çiy ətlə təmas zamanı bişmiş məhsullara eyni əllə toxunmamaq lazımdır.

    Bu gün əksər gənclərimiz bütün restoran və ictimai iaşə obyektlərində daha çox broyler toyuğu istifadə etdiyinə görə ondan daha çox faydalanırlar. Onun hazırlanmasında istifadə olunan dadlandırıcılar, bəzən sintetik mənşəli monosodium glutamatdır, bu, həm asılılıq yaradır, həm də yeni dad reseptorlarının yaranmasına səbəb olur. Bu reseptorlar yarandıqdan sonra ənənəvi, təbii qidalardan zövq almamaq baş verir ki, bu da xüsusilə yeniyetmə və gənclərin kənd toyuğundan imtina etməsinə gətirib çıxarır. Digər tərəfdən, broyler toyuğu daha yumşaq olduğundan yemək asanlaşır, kənd toyuğunda ətin daha sərt olması isə çeynəməyi tələb edir, bu da bəzən imtina etməyə səbəb olur. Hər bir halda, bütün qidaları, xüsusilə toyuq və toyuq mənşəli məhsulları alarkən keyfiyyətli, mənşəyi bəlli olan yerdən alınmalı, düzgün saxlanmalı və düzgün temperaturda bişirilməlidir”.

  • Сирийские войска и СДС достигли перемирия в Алеппо

    Представители сирийских правительственных сил и организации “Сирийские демократические силы” (СДС) достигли соглашения о перемирии в городе Алеппо после столкновений.

    Об этом сообщает The National.

    В Минобороны Сирии заявили, что было принято решение о взаимном прекращении огня.

    Ранее МВД Сирии заявило, что боевики атаковали сирийских военных на КПП в районах Шейх-Максуд и Ашрафия в Алеппо.

    В октябре этого года в тех же районах уже происходили перестрелки между СДС и правительственными силами. После этого Дамаск объявил о всеобъемлющем перемирии с мятежниками.

  • Suriya qoşunları Hələbdə üsyançılarla atəşkəsə nail olublar

    Suriya ordusu və “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nümayəndələri Hələbdə atəşkəs barədə razılığa gəliblər.

    Bu barədə “The National” məlumat yayıb.

    Suriya Müdafiə Nazirliyi bəyan edib ki, qarşılıqlı atəşkəs qərarı qəbul olunub.

    Daha əvvəl Suriya Daxili İşlər Nazirliyi bildirib ki, silahlılar Hələbin Şeyx Maqsud və Əşrəfiyə rayonlarındakı nəzarət məntəqələrində Suriya hərbçilərinə hücum ediblər.

    2025-ci ilin oktyabrında SDQ ilə hökumət qüvvələri arasında atışmalar baş verib. Bundan sonra Dəməşq üsyançılarla hərtərəfli atəşkəs elan edib.

  • Ela Rümeysa Cebeci yeni ifadə verdi: “Satıcı yox, istifadəçi idim”

    Türkiyədə aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində həbs edilən televiziya spikeri Ela Rümeysa Cebeci ilə bağlı yeni detallar Türkiyə mətbuatında dərc olunub.

    Qaynarunfo-nun verdiyi xəbərə görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Cebeci 20 dekabr 2025-ci ildə istintaqa əlavə ifadə verib.

    “Sabah” qəzetinin yaydığı xəbərə görə, Cebeci ifadəsində narkotik maddələrin satışı ilə heç bir əlaqəsinin olmadığını bildirib. O qeyd edib ki, heç vaxt narkotik satıcısı olmayıb və yalnız istifadəçi olub. Cebeci istintaqa mane olmamaq məqsədilə hər iki mobil telefonunun şifrələrini könüllü şəkildə hüquq-mühafizə orqanlarına təqdim etdiyini də vurğulayıb.

    Əlavə ifadəsində Cebeci bildirib ki, əvvəlki ifadələrində narkotikdən istifadə etmədiyini desə də, sonradan həqiqətlərin tam şəkildə ortaya çıxması üçün özü istintaqa müraciət edib. Onun sözlərinə görə, WhatsApp yazışmalarında yer alan bəzi mesajlar kontekstdən çıxarılıb və yanlış şərh olunub. Spiker keçmiş dövrdə narkotik maddə istifadə etdiyini etiraf etsə də, ağır və sintetik maddələrdən istifadə etmədiyini bildirib.

    Cebeci THC tərkibli maddələrin də Türkiyə qanunvericiliyinə görə cinayət hesab olunduğunu bilmədiyini, xaricdə bu cür maddələrin bəzi ölkələrdə sərbəst olması səbəbilə yanlış qərar verdiyini deyib. O, bu vəziyyəti açıq şəkildə səhv kimi qiymətləndirib.

    “Sadettin Saranla romantik münasibətimiz olub…”

    İstintaq materiallarında Cebeci ilə iş adamı Sadettin Saran arasında 2021-ci ilə aid yazışmaların yer aldığı da bildirilir. Cebeci savcılığa verdiyi ifadədə həmin dövrdə Saranla romantik münasibətdə olduqlarını, münasibətin sonradan dostluq səviyyəsində davam etdiyini bildirib. O, bu əlaqənin narkotik istintaqı ilə birbaşa bağlı olmadığını qeyd edib.

    Cebeci əlavə olaraq yenidən qan testinin aparılmasını və saç nümunələrinin götürülməsini tələb edib. Müdafiə tərəfi bu addımın ittihamların xarakterinin dəqiqləşdirilməsi baxımından vacib olduğunu bildirir. Spiker istintaq prosesi zamanı yaşadığı imic zədələnməsi ilə bağlı da daha sonra ətraflı açıqlama verəcəyini deyib.

    Türkiyə mediası yazır ki, İstanbulda aparılan bu istintaq təkcə bir şəxslə məhdudlaşmır və hazırda bir neçə tanınmış sima ilə bağlı araşdırmalar davam edir. Prokurorluq isə proseslə bağlı yalnız rəsmi məhkəmə sənədlərində əksini tapan məlumatların əsas götürülməsini tövsiyə edir.