Month: December 2025

  • Лейла Алиева посетила выставку “Мои моря, мои океаны” (ФОТО)

    23 декабря участники конференции “Защита детей в цифровой среде: современные инструменты и международное сотрудничество” побывали в Центре Гейдара Алиева.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева вместе с гостями посетила выставку “Мои моря, мои океаны”, призывающую к сохранению водных ресурсов.

    Отметим, что в экспозиции, организованной по инициативе Фонда Гейдара Алиева и Общественного объединения IDEA (Международный диалог во имя охраны окружающей среды), представлены работы современных художников, отражающие целый ряд глобальных проблем – от загрязнения и чрезмерного вылова рыбы до утраты биологического разнообразия. В работах вода изображена как источник жизни, обновления и воображения.

    Художники и скульпторы, мультимедийные и междисциплинарные деятели искусства, обращаясь к темам воды, изменения климата, устойчивого развития и морского биоразнообразия, посредством своих картин призывают к защите морей, океанов и общего будущего.

    Затем состоялась двусторонняя встреча вице-президента Фонда Гейдара Алиева, учредителя и руководителя Общественного объединения IDEA Лейлы Алиевой с руководителем иранской делегации, дочерью президента Исламской Республики Иран Захрой Пезешкиан.

    В рамках мероприятия гости вручили Лейле Алиевой подарок. Лейла Алиева также преподнесла гостям подарки.









  • Leyla Əliyeva “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib (FOTO)

    Dekabrın 23-də Bakıda keçirilən “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” konfransının iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qonaqlarla birgə su ehtiyatlarının qorunmasına çağırış edən “Mənim dənizlərim, mənim okeanlarım” sərgisini ziyarət edib.

    Qeyd edək ki, Heydər Əliyev Fondu və IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü ilə təşkil edilən ekspozisiyada müasir rəssamların çirklənmə və həddindən artıq balıq ovundan tutmuş, bioloji müxtəlifliyin itirilməsinə qədər bir sıra qlobal problemləri əks etdirən əsərləri təqdim edilir. Əsərlərdə su həyatın, yenilənmənin və təsəvvürün mənbəyi kimi təsvir olunur.

    Rəssam və heykəltaraşlar, multimedia və çoxsahəli sənətçilər su, iqlim dəyişikliyi, davamlılıq və dəniz biomüxtəlifliyi mövzularına müraciət edərək, bədii işləri vasitəsilə dənizlərimizin, okeanlarımızın və ortaq gələcəyimizin qorunmasına çağırış edirlər.

    Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın İran nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkianla ikitərəfli görüşü olub.

    Tədbir çərçivəsində qonaqlar tərəfindən Leyla Əliyevaya hədiyyə təqdim olunub. Həmçinin Leyla Əliyeva da qonaqlara hədiyyələr təqdim edib.









  • Putinin qohumunun da olduğu yaxta aşıb: ÖLƏN VAR

    Mıtişidəki yaxt klubunda altı nəfəri daşıyan yaxta aşıb.
     
    Sfera.az bildirir ki, onların arasında Rusiya prezidenti Vladimir Putinin qohumu, 76 yaşlı iş adamı Viktor Xmarin də olub. O, hipotermiya keçirib və bədənində qançırlar aşkarlanıb.
     
    Viktor Xmarin kimdir?

    Xmarin “RusHydro”nun baş direktoru Viktor Xmarinin atası, Putinin tələbəlik dostu və sinif yoldaşıdır. 1976-cı ildə Putinin əmisi qızı Lyubov Kruqlova ilə evlənib. O, “Qazprom”un əsas təchizatçısı olub və hazırda illik gəliri 800 milyon rubldan çox olan “Nefteproduktservis” şirkətinə sahibdir.
     
     
    Hadisənin təfərrüatları
     

    Yaxtadakı altı nəfərdən beşi xilas edilib. Lakin 68 yaşlı Viktor Averin – “Solntsevskaya” mütəşəkkil cinayətkar dəstəsinin keçmiş liderlərindən biri – həyatını itirib. Onun cəsədi dalğıclar tərəfindən tapılıb. Averin bu dəstənin qurucularından Sergey Mixaylovun əsas tərəfdaşı olub, lakin heç vaxt məhkum edilməyib.
     
    Qayıqda həmçinin vəkil Viktor Perekatov, iş adamı Şəmistan Əliyev, cangüdən İvan Abramuşin və 18 yaşlı “OnlyFans” modeli Yekaterina Leonova da olub.
     
    İlkin məlumata görə, Averin gəmiçilik lisenziyası olmadan qayığı idarə edib. Onlar Pestovo su anbarı yaxınlığındakı meşəlik ərazini yoxlamağa gedirmişlər. Qəzanın səbəbi kimi iki versiya araşdırılır: ya qayıq buzun üzərində ilişərək aşıb, ya da buz qırılıb və qayıq batıb. İstintaq davam edir.
     

  • Mnatsakanyan Bakıda son söz dedi

    Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 23-də davam etdirilib.
     
    Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
     
    İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
     
    Sədrlik edən Z.Ağayev bildirib ki, məhkəmə iclası təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir.
     
    Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan son söz çıxışını davam etdirib.
     
    O, 2016-cı ilin Aprel döyüşləri, muzdlular və s. barədə ittiham tərəfinin və zərərçəkmiş şəxslərin bildirdikləri ilə bağlı özünün əks fikirlərini səsləndirib.
     
    L.Mnatsakanyan Aprel döyüşlərinin planlaşdırılmasında ittiham edildiyini, lakin bunun belə olmadığını söyləyib. O, Aprel döyüşlərində hər şeyin qondarma rejimin “müdafiə rayonlarında” və “diviziyalarda” baş verdiyini və döyüşləri onların özləri tərəfindən idarə olunduğunu iddia edib.
     
    Təqsirləndirilən şəxs Aprel döyüşləri zamanı mülki obyektlərin zərər çəkməsi barədə danışarkən mülki obyektlərin qəsdən vurulmadığını, hərbi obyektləri hədəf aldıqlarını iddia edib.
     
    O, “müdafiə ordusu”nun (Ermənistan silahlı qüvvələrinin ən böyük birləşməsi – red.) silahları Ermənistan silahlı qüvvələrindən aldığını söyləyib.
     
    Vaxtilə artilleriya briqadasının komandiri olmuş L.Mnatsakanyan artilleriya zərbələri nəticəsində meşələrə zərər vurulmasında və abidələrin dağıdılmasında ittiham olunması barədə də danışıb. Təqsirləndirilən şəxs bu ittihamı da qəbul etməyib və bildirib ki, abidəyə zərəri digər silahlar da vura bilərdi. O, həmin silahları sadalayıb: “Artilleriyadan başqa bu silahlardan da istifadə olunurdu: tanklar, piyadaların döyüş maşınları, minaatanlar, əl qumbaraları və sair”.
     
    Təqsirləndirilən şəxs Tunel və Başlıbel hadisələrində (Tunel və Başlıbel qətliamları – red.) iştirak etmədiyini, yaralanması ilə əlaqədar həmin vaxt müalicə aldığını, fizioterapiya kursu keçdiyini söyləyib və əlavə edib: “O zaman mərkəzi müdafiə rayonunun artilleriyası hələ yeni formalaşırdı”.
     
    Məhkəmə prosesi dekabrın 25-də davam etdiriləcək.
     
    Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
     
    Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

  • Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

    Rusiya Federal Təhlükəsizlik Xidmətinin İqtisadi Təhlükəsizlik idarəsinin keçmiş rəis müavini, istefada olan polkovnik Dmitri Frolov Azərbaycana qaçıb.
     
    Median.Az lent.az-a istinadən xəbər verir ki, Frolov, onun işlədiyi “K” idarəsinin sabiq əməkdaşı Andrey Vasilyev və “Kreditimpeks” bankının səhmdarı Georgi Şkurko barəsində cinayət işinə yenidən baxılmasına başlanılıb.
     
    İstintaqın versiyasına görə, Frolov 2007–2013-cü illər ərzində “Kreditimpeks” rəhbərliyindən ümumi himayə qarşılığında başqa şəxs vasitəsilə təxminən 87 milyon rubl məbləğində rüşvət alıb. Bundan əlavə, Frolov və Vasilyev vəzifə səlahiyyətlərindən istifadə edərək iş adamları Sergey Qlyadelkin və İqor Tkaçana məxsus “Ekostok” və “Yurpromkonsaltinq” şirkətlərindəki paylarının 49%-ni əllərindən alıblar.
     
    Nəticədə iş adamlarına 638 milyon rubl məbləğində ziyan dəyib. Təqsirləndirilən şəxslər günahlarını etiraf etməyiblər. İlkin istintaq zamanı məlum olub ki, FTX-nin keçmiş rəis müavininin İtaliyada təxminən 2 milyon dollar dəyərində villası var. Bu əmlak üzərinə də həbs qoyulmuşdu.
     
    Lakin məhkəmə baxışı zamanı hakim rüşvət ittihamını dələduzluq maddəsinə yenidən tövsif edib. Nəticədə Frolov və Şkurko 4 iyun 2024-cü ildə dələduzluqda təqsirli biliniblər: Frolov 6 il, Şkurko isə 4 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Keçmiş “K” idarəsi rəis müavini hökm elan edildiyi anda azadlığa buraxılıb, çünki həmin vaxta qədər cinayət üzrə müddət bitib.
     
    Şkurko da təcridxanada faktiki olaraq cəzasını çəkdiyinə görə azad edilib. Vasilyev barəsində cinayət işi isə hələ 2021-ci ildə müddətin başa çatması səbəbindən xitam olunub. Hökm ilə birlikdə məhkəmə Frolovun İtaliyadakı villasına qoyulmuş həbs tədbirini də ləğv edib.
     
    Prokurorluq bu hökmə etiraz edib və 2-ci Qərb Dairə Hərbi Məhkəməsi hökmü ləğv edib. Kassasiya Hərbi Məhkəməsi də hökmün ləğvini təsdiqləyərək cinayət işini eyni məhkəməyə, lakin başqa hakim tərkibində yenidən baxılması üçün göndərib.
     
    Lakin ilk iclasda Dmitri Frolov iştirak etməyib. Onun Azərbaycana qaçdığı və Azərbaycan pasportunun olduğu bildirilir. Qeyd olunur ki, o, növbəti proseslərdə məhkəməyə gəlməsə, barəsində axtarış elan oluna bilər.

  • Ukrayna qüvvələri bu şəhərdən geri çəkildi

    Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Seversk şəhərindən geri çəkiliblər. Bu qərar əsgərlərin həyatını xilas etmək üçün verilib.
     
    Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
     
    Seversk ərazisində ağır döyüşlərin davam etdiyi qeyd edilib.

  • Axtarışda olanlardan biri “Araz-Naxçıvan”ın prezidentidir

    Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işi üzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.
     
    Median.Az Teleqraf-a istinadla bildirir ki, “RR Caspi” rəhbəri Ramin Axundov Premyer Liqada çıxış edən “Araz-Naxçıvan”ın prezidentidir.
     
    Ramin Axundov eyni zamanda, bu işdə adı keçən “Səmayə Co”, “Səmayə Logistic” şirkətlərinin rəhbəri, Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun qardaşıdır.
     
    Qeyd edək ki, Ramin Axundov 1976-cı il oktyabrın 15-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinə qəbul olub, Hüquq fakültəsində ali təhsil alıb.

  • Türkiyədə minimum əməkhaqqı 27 faiz artırıldı

    Türkiyədə 2026-cı il üçün minimum əməkhaqqı 28 min 75 tl (1114 manat) olub.

    APA-nın məlumatına görə, bu barədə Türkiyənin əmək və sosial təminat naziri Vedat Işıkhan məlumat verib.

    Nazir bildirib ki, ötən illə müqayisədə minimum əməkhaqqı 27 faiz artırılıb.

  • “Ata Abdullayev amnistiyaya düşmür” – Vəkilindən açıqlama

    Müxtəlif cinayətlərdə təqsirli bilinərək həbs edilmiş bloqer Ata Abdullayevin də Amnistiya aktının təsirinə düşməsi və azadlığa buraxılacağı ilə bağlı məlumatlar yayılıb.

    Median.Az xəbər verir ki, məhkumun vəkili Telman Abdıyev “Qafqazinfo”ya açıqlamasında məlumatı təkzib edib.

    O bildirib ki, Ata Abdullayevin Amnistiya aktına əsasən azadlığa buraxılması mümkün deyil:

    “Mediada yayılan məlumatlar həqiqəti əks etdirmir. Ata Abdullayev ağır cinayət törətməkdə təqsirli bilinib. Onun ittiham olunduğu maddələr-182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) Amnistiya aktının təsiri altına düşmür”.

    Vəkilin sözlərinə görə, Ata Abdullayev artıq cəzasının 2/3 hissəsini çəkib: “Mart ayında onun çəkilməmiş cəzasından şərti olaraq azad edilməsi üçün yerli məhkəməyə müraciət edəcəyik”.

  • Pezeşkianın qızı Bakıda Azərbaycan dilində şeir səsləndirdi – Video

    “Uşaqlar yalnız internet istifadəçiləri deyil, gələcəyin memarlarıdır. Gəlin elə bir dünya quraq ki, rəqəmsal mühit təhlükə yox, inkişaf məkanı olsun”.

    Bu sözləri İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı deyib.

    Z.Pezeşkian tədbirdə Azərbaycan dilində çıxış edib və çıxışını Şəhriyarın məşhur “Salam, Heydərbaba” poemasından bir parça ilə yekunlaşdırıb.

    Həmin görüntüləri təqdim edirik: