Month: January 2026

  • Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib (FOTO)

    Leyla Əliyeva Efiopiya Federativ Demokratik Respublikasında səfərdədir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyevanı Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa Adela qarşılayıb.

    Leyla Əliyevanın şərəfinə Efiopiyanın qədim və zəngin mədəniyyətini əks etdirən ənənəvi qəhvə mərasimi təşkil olunub. Tədbir zamanı qonaqlara bu qədim ritualın detalı haqqında məlumat verilib. Mərasimin sonunda qonaqlara əsrarəngiz ətri və özünəməxsus dadı ilə seçilən təzə dəmlənmiş Efiopiya qəhvəsi təqdim olunub.

    Daha sonra Leyla Əliyeva Efiopiya Elm Muzeyini ziyarət edib. Burada onu Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirin ofisinin rəhbəri və kabinet işləri naziri Alemtsehay Paulos qarşılayıb.

    Məlumat verilib ki, Efiopiya Elm Muzeyi 2022-ci ilin oktyabrında ziyarətçilərin istifadəsinə verilib. Yeddi hektar ərazidə inşa olunmuş və 80 faizi yaşıl sahədən ibarət olan muzey iki möhtəşəm binadan ibarətdir. Bu nəhəng muzey kompleksi elmi-tədqiqat mərkəzi kimi fəaliyyət göstərmək, müxtəlif sahələr üzrə həm qədim, həm də müasir texnologiyaları qoruyub saxlamaq və onları gələcək nəsillərə ötürmək məqsədi daşıyır.

    Efiopiyanın Baş naziri Abiy Ahmedin təşəbbüsü ilə inşa edilən kompleksdə elm və texnologiyaya həsr olunan müasir interaktiv eksponatlar, planetarium və günəş panelləri kimi ekoloji cəhətdən təmiz dizayn elementləri yer alır.

    Muzey xüsusilə gənclər arasında innovasiyanı və rəqəmsal bacarıqların inkişafını təşviq etməyi hədəfləyir, texnoloji tədbirlər və konfranslar üçün mühüm mərkəz rolunu oynayır. Uşaqlar və gənclər arasında böyük populyarlıq qazanan muzeyi indiyədək 7 milyon uşaq ziyarət edib. Bu kompleks Efiopiyanın rəqəmsal transformasiya istiqamətindəki səylərinin əsas elementi olmaqla yanaşı, həm müasir elmi, həm də milli irsi uğurla nümayiş etdirir.







  • Завтра бакинское метро будет работать в усиленном режиме

    В связи с 20 Января – Днем всенародной скорби бакинское метро будет работать в усиленном режиме.

    Об этом сообщает ЗАО “Бакинский метрополитен”.

    Отмечается, что в районах, прилегающих к станциям “20 Января”, “Ичеришехер” и “Эльмляр Академиясы”, где пройдут памятные мероприятия, будут усилены меры контроля. График движения поездов будет скорректирован, а при необходимости на линии выйдут резервные составы.

    Также сообщается, что в 12:00 движение на всех станциях метро будет приостановлено, и память шехидов почтут минутой молчания.

  • Sabah Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək

    20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

    Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

    Bildirilib ki, anım tədbirinin keçiriləcəyi “20 Yanvar”, eləcə də Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında xüsusi nəzarət tədbirləri tətbiq olunacaq. Qatarların hərəkət qrafiki dəyişdiriləcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq.

    Qeyd olunub ki, saat 12:00-da bütün metro stansiyalarında qatarların hərəkəti dayandırılacaq və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılacaq.

  • Вниманию граждан: Минобороны утилизирует непригодные к использованию боеприпасы

    С 19 по 23 января на полигоне вблизи поселка Пирекешкюль Абшеронского района и в учебном центре на территории Агдеринского района с соблюдением правил безопасности будет проведена утилизация боеприпасов с истекшим сроком эксплуатации и непригодных к использованию.

    Об этом сообщили в Министерстве обороны Азербайджана.

    “Призываем население не паниковать из-за звуков взрывов, причин для беспокойства нет”, – говорится в информации оборонного ведомства.

  • Pirəkəşkül və Ağdərədə partlayışlar olacaq – XƏBƏRDARLIQ

    Pirəkəşkül və Ağdərədə 19-23 yanvar tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Qeyd edilib ki, istismara yararsız sursatların təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv olunması prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – deyə MN-dən bildirilib.

  • Cəlilabadda sel körpünü qəzalı vəziyyətə salıb

    Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

    Median.Az xəbər verir ki, kənd sakinlərinin APA-ya verdikləri məlumata görə, ötən ildən güclü yağışlar nəticəsində Vənlik kəndində körpü qəzalı vəziyyətə düşüb. Sonra körpü müvəqqəti olaraq təmir olunub. Ötən gecə yağan aramsız yağış yenidən körpünü istifadə üçün yararsız vəziyyətə salıb. Hazırda üç kəndin – Vənlik, Fərzili və Oğrubulaq kənlərinin sakinləri körpüdən istifadə edə bilmirlər.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, sözügedən körpüdə hazırda yenidən müvəqqəti təmir işləri aparılır. Yaxın zamanlarda isə körpü yenidən qurulacaq.

  • Bəzi ərazilərdə qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb – FAKTİKİ HAVA

    Yanvarın 19-u saat 11:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensiv xarakterlidir.

    Qar örtüyünün hündürlüyü Əlibəy (Zaqatala) və Lerikdə 39, Şahbuzda 35, Kəlbəcərdə 32, Sarıbaşda (Qax) 30, Laçın və Qubadlıda 23, Yardımlıda 20, Kişçayda (Şəki) 19, Xızıda 18, Xaltanda 16, Qrızda 15, Şuşada 13, Şamaxı, Qobustan və Lazada (Qusar) 12, Xınalıqda 10, Xankəndidə 9, Şahdağda 7, Qubada 6, İsmayıllı, Xocalıda 5, Ceyrançöl və Sədərəkdə 4, Füzulidə 3, Qəbələ və Gədəbəydə 1 sm-dir.

    Düşən yağıntının miqdarı Cəlilabadda 38, Astarada 37, Lənkəranda 32, Neftçala və Cəbrayılda 16, Beyləqan və Yevlaxda 14, Mingəçevirdə 13, Ağdam və Tərtərdə 12, İmişli və Zərdabda 10, Xaçmaz və Balakəndə 9, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Bərdədə 8, Oğuz və Naftalanda 7, Kürdəmir, Biləsuvar və Şərurda 6, Ağstafa, Şabran, Sabirabad və Gəncədə 5, Şəmkirdə 4, Goranboy, Tovuz və Göyçayda 3, Şəmkir və Şirvanda 2, Daşkəsən və Naxçıvanda 1 mm-dir.

    Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Neftçalada 20, Goranboyda 19, Naftalanda 18, Biləsuvarda 16 m/s-dək güclənir.

    Şərur, Gəncə, Zaqatala, Qax, Şamaxı, Qrız, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Şəki, Qusar, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

    Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-də 10, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

  • Ожидается сильная геомагнитная буря

    Ожидается сильная геомагнитная буря.

    Об этом сообщает Median.Az со ссылкой на Шамахинскую астрофизическую обсерваторию имени Н.Туси.

    Корональные выбросы массы, вызванные вспышками на Солнце, зафиксированными 18 января, по прогнозу, 20 января достигнут Земли.

    В связи с этим высока вероятность возникновения сильной геомагнитной бури.

  • Şiddətli geomaqnit qasırğası gözlənilir

    Şiddətli geomaqnit qasırğasının baş verməsi ehtimalı var.

    Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Bildirilib ki, yanvarın 18-də Günəşdə qeydə alınan alışma nəticəsində yaranmış tac kütlə atılmalarının 20 yanvarda Yer kürəsinə çatacağı gözlənilir.

    Bununla əlaqədar olaraq güclü geomaqnit qasırğası əmələ gələcəyi ehtimal edilir.

  • Скончался полковник-лейтенант Сакит Нифтиев

    Скончался полковник-лейтенант Сакит Нифтиев.

    Причиной смерти стала сердечная недостаточность.

    Отметим, что С.Нифтиев был ветераном первой Карабахской войны.

    В послевоенные годы служил в армии, а затем был уволен в запас.