Polkovnik-leytenant Sakit Niftiyev vəfat edib.
O, ürək çatışmazlığından dünyasını dəyişib.
Xatırladaq ki, Sakit Niftiyev I Qarabağ müharibəsinin qazisi olub.
O, müharibədən sonrakı illərdə orduda xidmət edib. Sonra isə ehtiyata buraxılıb.
Ödənişli yollarda minik və yük avtomobillərinin maksimal sürət həddi müəyyənləşir.
Sözügedən məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3.5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.
Qeyd olunur ki, Azərbaycanda avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi qaydaları Nazirlər Kabinetinin 2019-cu il 6 mart tarixli 76 nömrəli Qərarı ilə müəyyən edilib. Həmçinin “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən başlayan yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 2023-cü il tarixli 5 sentyabr tarixli 309 nömrəli Qərarı qəbul olunub.
//oxu.az
“İranda yeni rəhbərlik axtarmağın vaxtıdır və Ayətullah Əli Xameneinin 37 illik hakimiyyətinə son qoyulmalıdır”.
Bunu “Politico”ya açıqlaması zamanı ABŞ prezidenti Donald Tramp deyib.
Son üç həftədə ölkə üzrə minlərlə etirazçının öldürüldüyünü deyən Tramp, buna görə də ölkə rəhbərliyini hərbi müdaxilə ilə hədələdiyini xatırladıb. O, əvvəlcə iranlıları etirazları davam etdirməyə çağırsa da, daha sonra qətllərin dayandırıldığı barədə məlumat aldığını bildirib.
Tramp, İranın ali lideri Əli Xameneinin 800-dən çox insanın edam edilməməsi ilə bağlı verdiyi qərarı “ən yaxşı qərar” adlandırıb.
Tramp onu da bildirib ki, rəsmi Tehran ölkəni zorakılıq və repressiya ilə idarə edir, ölkəni məhv edir və minlərlə insanın öldürülməsinə səbəb olur. O vurğulayıb ki, liderlik qorxu və ölümlə yox, hörmətlə olmalıdır.
“Bu adam xəstədir. O ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi insanların yaşaması üçün dünyanın ən pis yeridir. Çünki liderlik zəifdir”, – Tramp əlavə edib.
ABŞ qüvvələri İraqın qərbində Eyn əl-Əsəd hava bazasından geri çəkilib və İraq ordusu tam nəzarəti ələ keçirib.
Bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, 2024-cü ildə Vaşinqton və Bağdad ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdan çıxarılması planları ilə bağlı razılığa gəliblər.
İranda repressiv qüvvələr yaşayış məntəqəsini ağır silahlarla atəşə tutub.
Median.Az globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, İsfahanda kütləvi etirazlar zamanı repressiv hökumət qüvvələrinin yaşayış məntəqələrində müdafiəsiz insanlara havadan atəş açmaq üçün iriçaplı pulemyotlardan istifadə edib.
39 yaşlı Günel Cəfərova boğazgərmə əməliyyatı olunmaq üçün Tik-tok-dan tapdığı “Plastik.estetika”səhifəsinə müraciət edib. Əməliyyatı özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimlinin icra etdiyini öyrənib. Ötən ilin iyununda 9 mkr. Mir Cəlal küçəsində yerləşən “Beauty Derm Estetik”də cərrahi əməliyyat olunub.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Günel Cəfərova iddia edir ki, 7 aydır boynunda şiddətli ağrılar var, əməliyyatın izi kiçilmir, nitqində də problem yaranıb. Şiddətli ağrıların səngimədiyini gördükdə həkimə dəfələrlə zəng edib. Amma, tədbir görülməyib.
O, deyir ki, üzündə və boğazında yaranmış problemin aradan qaldırlması üçün yenidən əməliyyat olunmalıdır. Lakin onun pulu qaytarılmır ki, yeni əməliyyata versin.
İddialara aydınlıq gətirmək üçün “Beauty Derm Estetik” mərkəzinə yollandıq. Bildirildi ki, Esmira İbrahimli işdə deyil.
Esmira İbrahimli ilə də əlaqə saxladıq. O, suallara cavab verməkdən imtina etdi və lazımi orqanlara açıqlama veriləcəyini deyərək dəstəyi asdı.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib. “BEAUTY DERM” Estetik Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur. Şikayətçi adıçəkilən müəssisədə yoxlamanın aparılmasını istəyirsə, konkret faktlara əsaslanan məlumatlarla – xidmətə görə ödəniş qəbzi, tibbi xidmətə dair qeydiyyat sənədləri və s. ilə birlikdə Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət etməlidir.

“OpenAI” “ChatGPT” platformasında istifadəçi söhbət tarixçəsinə əsaslanan reklamları göstərməyə başlayacağını açıqlayıb.
Bu yeniliklə paralel olaraq şirkət ayda 8 dollar qiymətində “Go” adlı yeni abunə paketini təqdim edir.
“Go” paketi mövcud “Plus” və “Pro” seçimlərindən daha əlverişli olub, istifadəçilərə daha uzun yaddaş və daha çox visual yaratmaq imkanı təmin edəcək.
“OpenAI”nin baş direktoru Sam Altman əvvəllər reklam modelinə qarşı ehtiyatlı yanaşsa da, şirkətin növbəti səkkiz il ərzində süni intellekt infrastrukturu üçün 1,4 trilyon dollarlıq büdcə öhdəliyini yerinə yetirmək məqsədilə yeni gəlir mənbələrinə ehtiyacı olduğu bildirilir.
Platformadakı reklamlar “ChatGPT”nin cavablarının altında “sponsorlu” etiketi ilə göstəriləcək. “OpenAI” vurğulayır ki, reklamlar cavabların məzmununa təsir etməyəcək və istifadəçi məlumatları reklamçılara satılmayacaq.
İstifadəçilər istədikdə söhbət tarixçəsinə əsaslanan reklam fərdiləşdirməsini söndürə bilərlər. Bundan əlavə, sağlamlıq, əqli sağlamlıq və siyasət kimi həssas mövzularda reklamlar göstərilməyəcək.
Süni intellekt və reklamın birləşməsi, istifadəçilərin məlumatlarının emalı ilə bağlı mübahisələrə səbəb olub.
“OpenAI” 18 yaşdan kiçik istifadəçilərə reklam göstərməyəcəyini açıqlayıb. Şirkət istifadəçilərin yaşını müəyyən etmək üçün söhbət vərdişlərini analiz edən süni intellekt sistemlərindən istifadə edir.
Bu addım “OpenAI”nin “ChatGPT”ni gündəlik həyatın daha ayrılmaz bir hissəsinə çevirmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Oxşar şəkildə texnologiya nəhəngi “Meta” ötən ilin dekabr ayında süni intellekt vasitəsilə yaradılan söhbətlərdən reklam hədəfləməsi üçün məlumat toplamağa başladığını açıqlamışdı.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Armudpadar kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1989-cu il təvəllüdlü Ağabalayev Ramin Əlisahib oğlu istehsalat sexində qurğunun üzərindən dərinliyi təqribən 6 metr olan texniki əraziyə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə R. Ağabalayevi yıxıldığı ərazidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Gündəlik kolbasa istehlakı tərkibindəki nitratlar, nitritlər və karsinogenlər səbəbindən bağırsaq-xərçəng xəstəlikləri və ürək-damar xəstəliklərinin riskini artırır.
Bu barədə Moskva vilayəti Səhiyyə Nazirliyinin Vidnovski Kliniki Xəstəxanasının Böyüklərin Sağlamlığı və Profilaktika Mərkəzinin rəhbəri Zarema Ten “RİA Novosti”ya danışıb.
“Bağırsaq-xərçəng xəstəliyinin riski gündəlik 50 qram emal edilmiş ət qəbul etdikcə 18% artır”, deyə həkim bildirib.
Zarema Tenin sözlərinə görə, kolbasa istehsalında istifadə olunan nitritlər və nitratlar mədə daxilində nitrozaminlərə çevrilə bilər ki, bunlar karsinogen təsirə malikdir. Həmçinin, siqaretləndikdə və qızardıldıqda əmələ gələn maddələr əlavə təhlükə yaradır. Həkim xatırladıb ki, Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) kolbasa, sosiska və vetçinəni birinci qrup karsinogenlərə daxil edir.
“Bundan əlavə, kolbasa məhsullarının müntəzəm istehlakı infarkt və insult riskini artırır, çünki kolbasadakı doymuş yağlar və trans yağlar “pis” xolesterinin səviyyəsini yüksəldir, aterosklerotik lövhələrin əmələ gəlməsinə səbəb olur və damarların daralmasına gətirib çıxarır”, deyə Zarema Ten əlavə edib.

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında deyilir.
Bununla bağlı NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.