Hacıqabul rayonu ərazisində yerləşən Haramı dağında palçıq vulkanı püskürüb.
APA-nın məlumatına görə, bir neçə saniyə püskürən palçıq vulkanı hündürlüyə qalxan alovla müşayiət edilib. Vulkan püskürməsi Bakı-Qazax magistralından, Hacıqabul ərazisində yerləşən bir neçə kənddən müşahidə olunub.
Month: January 2026
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə yanvarın 31-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki, Oğuz, İsmayıllı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Gəncə, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
-
Gömrükdə götürülmüş 164 milyon manatlıq narkotik məhv edildi
Gömrükdə götürülmüş 164 milyon manatlıq narkotik məhv edilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.Məlumata görə, yanvarın 30-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya üzvlərinin iştirakı ilə gömrük orqanları tərəfindən həyata keçirilən gömrük nəzarəti və əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz dövriyyədən götürülmüş və barəsində məhvetmə qərarı qəbul edilmiş 25 cinayət işi üzrə ümumilikdə 858 kq 631,899 qram narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.
Ümumilikdə məhv edilən müxtəlif növ narkotik vasitələrin 453 kq 924,517 qr heroin, 394 kq 224,36 qr marixuana, 2 kq 245,25 qr tiryək, 5 kq 224,72 qr həşiş, 3 kq 002,052 qr, 22139 ədəd həb və 1056 ədəd ampul psixotrop maddə, həmçinin 4745 ədəd həb və 240 paket güclü təsir edən maddə təşkil edib.
Məhv edilən narkotik vasitələrin qiyməti 164 milyon manat təşkil edir.
-
Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasovla görüşüb.
Bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar və 2025-ci ilin nəticələrini yüksək qiymətləndirərək onu Türkmənistan-Azərbaycan münasibətləri tarixində yeni, parlaq bir səhifə kimi səciyyələndiriblər.
Qeyd olunub ki, ötən il qarşılıqlı yüksək səviyyəli səfərlər, eləcə də mədəni və humanitar mübadilələrin fəal inkişafı ilə yadda qalıb.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun, həmçinin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsləri sayəsində ikitərəfli münasibətlər qardaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Energetika, nəqliyyat (o cümlədən Orta Dəhliz çərçivəsində), ticarət və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirildiyi qeyd edilib.
Görüşdə həmçinin 2026-cı ildə Türkmənistanda və Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq forumlar, görüşlər və digər tədbirlərlə bağlı bir sıra məsələlər müzakirə olunub.
2026-cı ilin payızında Türkmənistanda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü ilə bağlı bildirilib ki, rəsmi Bakının bu formatda ilk dəfə tamhüquqlu iştirakçı kimi təmsil olunması regional əməkdaşlığın və dialoqun daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım olacaq.
-
Azərbaycanda gümüş xatirə sikkələr hazırlanacaq
Azərbaycanın daşınmaz mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələr buraxılacaq.
Bu barədə bu Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında bildirilib.UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Azərbaycanın daşınmaz mədəni irs nümunələrini əks etdirən gümüş xatirə sikkələr hazırlanacaq.
İcraçı orqanlar Azərbaycan Mərkəzi Bankı, Xarici İşlər Nazirliyi (YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası), Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyidir.
-
2026-cı il Gənclər üçün Prezident mükafatları verilib – ADLAR
2026-cı il Gənclər üçün Prezident mükafatı verilib.
Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib:
Ağadadaşov Sərxan Əbülfət oğlu
Ağayev Şahmar Zöhrab oğlu
Həsənova Elmina Qəhrəman qızı
Həsənova Leyla Elçin qızı
İsmayıllı Aynur Telman qızı
İsmayılov Mahmud Azər oğlu
Leysanova Hacıyeva Gülbağda Seyfəl qızı
Məmmədova Lamiyə Famil qızı
Novruzov Səməd Əbülqasım oğlu
Tağızadə Mahir Tahir oğlu.
-
“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı təsdiqləndi
“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
-
Kuryerin velosipedini oğurladı, “Kubinka”da icarəyə verdi
Nəsimi rayonunda kruyer fəaliyyəti işə məşğul olan şəxsin velosipedi oğurlanıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, velosipedi oğurlamaqda şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.İlkin dindirmə zamanı o, törətdiyi əməli etiraf edib. Bundan sonra həmin şəxs təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib və ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə baxılıb.
Təqsirləndirilən şəxs məhkəmə zamanı deyib ki, velosipedi oğurladıqdan sonra Bakının “Kubinka” adlanan ərazisində tanışlarından birinə icarə verib.
Məhkəmənin hökmü ilə ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanılıdğı ümumi 3 gün (fərqli tarixləri əhatə edir) 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
-
Azərbaycanda kitabxanalar bağlanır? – Nazirlikdən reaksiya
Kitabxanların bağlanması anlayışı düzgün deyil.
Modern.az xəbər verir ki, bunu Mədəniyyət nazirinin müavini Fərid Cəfərov “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının təqdimat mərasimində deyib.
O, yeni konsepsiyanın mahiyyətində mədəniyyətin əlçatanlığı əsas tələblərdən biri olduğunu vurğulayıb.
“Burada əsas məsələ dövlətin mədəniyyət sahəsində göstərdiyi xidmətlərin vətəndaşa nə dərəcədə səmərəli və effektiv şəkildə çatdırılmasıdır. Ona görə də xüsusi olaraq xahiş edərdim ki, mətbuatda zaman-zaman səslənən “hansısa müəssisələrin ixtisar edilməsi” və ya “hansısa müəssisələrin bağlanması” kimi ifadələr bu kontekstdə verilməsin. Yanaşma həmin müəssisələrin və ya ümumilikdə sahənin fəaliyyətinin təkmilləşdirilməsi kimi qəbul edilməsidir və ictimaiyyət də bunu bu şəkildə dəyərləndirməlidir” – deyə F. Cəfərov vurğulayıb..
“Çünki söhbət kitabxanların fiziki bağlanmasından və ya fəaliyyətin tam dayandırılmasından getmir. Mədəniyyət Nazirliyinin qarşısında duran əsas məsələ – həm əvvəllər, həm də bu gün idarəetmədə əsas prioritet – həmin sahələrdə dövlət xidmətlərinin fəaliyyətinin necə daha effektiv və təkmilləşdirilmiş şəkildə təşkil olunmasıdır” – o sonda qeyd edib.
Xatırladaq ki, Azərbaycanda bir neçə ildir ki, optimallaşdırma çərçivəsində bir sıra kitabxanalar birləşdirilib.
-
Из Поти в Баку запустили скоростной блок-поезд
Сегодня в грузинском порту Поти состоялась церемония запуска скоростного блок-поезда Поти – Баку с участием руководства ЗАО “Азербайджанские железные дороги” (АЖД) и АО “Грузинские железные дороги”.
Как сообщает Median.Az со ссылкой на АЖД, на мероприятии была обозначена важность запуска нового экспресс-поезда и отмечено, что эта услуга позволит грузовладельцам экономить не только на времени, но и на хранении грузов и порожних контейнеров в терминалах.
Блок-поезд, который будет курсировать по маршруту Поти – Баку, соединит порты Черного моря с портами и терминалами Азербайджана и одновременно станет упрощенной логистической услугой, которая позволит грузовладельцам получать контейнеры из Поти в Баку и обратно в установленные сроки и без каких-либо задержек.









