Month: January 2026

  • Bakıda iki nəfərin hamamda meyiti tapıldı

    Bakıda iki nəfərin hamam otağında meyiti tapılıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Nardaran qəsəbə sakini, 1995-ci il təvəllüdlü Rəşid Rasim oğlu Hüseynov hamam otağında dəm qazından zəhərlənərək vəfat edib.

    Nərimanov rayonu, Xətai küçəsi, ev 33, mənzil 12 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Elyar Calal oğlu Muradov hamam otağında qəflətən ölüb.

    Faktlarla bağlı araşdırma aparılır.

  • Gömrük Komitəsinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

    Qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və külli miqdarda rüşvət almaqda təqsirləndirilən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Jafar Rafie Rezayanın məhkəmə hazırlıq iclası başlayıb.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.

    Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barədə olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət versələr də, məhkəmə vəsatəti təmin etməyib.

    Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

    Növbəti proses fevralın 13-nə təyin edilib.

    Qeyd edək ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin inspektorları Vüsal Hüseynov, Kərim Kərimov, İsmayıl Məmmədalıyev və həmin idarəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Azərbaycan vətəndaşı Etibar Hatəmli və İran vətəndaşı Jafar Rafie Rezayanla cinayət əlaqəsinə girərək öz qulluq mövqelərindən istifadə etməklə aldıqları külli miqdarda rüşvət müqabilində Jafar Rezayanın İranda əldə edib istifadəsində olan sərnişin avtobusunun yük yerində saxladığı ümumilikdə 410 min manat dəyərində tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələri və Azərbaycana məxsus aksiz markası vurulmamış tütün məmulatlarının gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə keçirilməsinə şərait yaradaraq ölkəyə keçirilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Vüsal Hüseynov, İsmayıl Məmmədalıyev, Kərim Kərimov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində həbs qətimkan, Jafar Rezayan barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

  • ВС РФ взяли под контроль два населенных пункта

    Вооруженные силы (ВС) Российской Федерации (РФ) взяли под контроль населенный пункт Бересток в Донецкой области и населенный пункт Терноватое в Запорожской области.

    Об этом сообщили в Минобороны России.

  • Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk və Zaporojye vilayətlərində iki yaşayış məntəqəsini nəzarətə götürüb

    Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk və Zaporojye vilayətlərində iki yaşayış məntəqəsini nəzarət altına alıb.

    Median.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

    Məlumata görə, Rusiya hərbçiləri Donetsk vilayətində Berestok və Zaporojye vilayətində Ternovatoe yaşayış məntəqələrini nəzarətə götürüblər.

  • Baş idarə əməliyyat keçirdi: 34 kiloqramdan çox narkotik aşkarlandı – Video

    Bakıda polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qeyri-leqal dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) məlumat yayıb.

    Tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 41 yaşlı Orxan Ağamalı, tanışı 37 yaşlı Zahid Əliyev və 40 yaşlı Mahir Qasımov saxlanılıblar. Onlardan 34 kiloqram 450 qram müxtəlif xassəli narkotik vasitələr aşkarlanıb.

    Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanılıb. Hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.

  • Арестован иранский футболист, который выступал за несколько клубов Азербайджана

    Иранский футболист Пейман Кешаварзи был задержан в Иране за участие в антиправительственных протестах.

    Как сообщает Median.Az со ссылкой на зарубежные СМИ, выступающий за иранский клуб KIA спортсмен был арестован сотрудниками службы безопасности Министерства разведки в Тебризе.

    После задержания футболист смог один раз коротко созвониться со своей семьёй.

    Отметим, что 29-летний Кешаварзи ранее играл за иранский клуб “Трактор”, а также за клубы Азербайджанской Премьер-лиги “Сумгайыт”, “Кяпаз”, “Сабаил” и “Кярван-Евлах”.

  • Ölkəmizdə bir sıra klublarda çıxış etmiş iranlı futbolçu həbs olundu

    İranlı futbolçu Peyman Keşavarzi Təbrizdə həbs edilib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, hazırda İranın KIA klubunun futbolçusu olan Keşavarzi Kəşfiyyat Nazirliyinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

    Bildirilib ki, futbolçu həbs olunduqdan sonra ailəsinə yalnız bir dəfə qısa telefon zəngi edib.

    Qeyd edək ki, 29 yaşlı futbolçu ölkəmizdə “Sumqayıt”, “Kəpəz”, “Səbail”, “Karvan-Yevlax” klublarında çıxış edib.

  • KİV: Mask şirkətlərini birləşdirir

    ABŞ-li sahibkar İlon Mask kosmik “SpaceX” şirkəti ilə “xAI” və “Tesla”nı birləşdirməyi nəzərdən keçirir.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Nəşrin məlumatına görə, hələlik yekun qərar verilməyib və bu sövdələşmələrin hər hansı birinin “Yaxın Şərqdəki infrastruktur fondları və investorlar tərəfindən əhəmiyyətli dərəcədə maraq doğuracağı” vurğulanır.

    Qeyd olunur ki, bu, Maskın biznes imperiyasını möhkəmləndirmək istəyini göstərir.

    “Bloomberg”in fikrincə, bir sıra investorlar “SpaceX”in elektrik avtomobilləri istehsalçısı “Tesla” ilə birləşmə perspektivini dəstəkləyir.

  • Будет ли работающий в Баку таксист оштрафован за поездку в Сумгайыт? (Видео)

    Уже несколько дней таксисты получают уведомления о том, что их деятельность будет разрешена только в пределах территориальных границ, указанных в их пропускных картах.

    То есть те, кто зарегистрирован для работы в Баку по зональным пропускам, не могут работать в Сумгайыте, и наоборот. Водители недовольны этим правилом, поскольку оно влияет на их заработок.

    Они заявили корреспонденту Азербайджанского телевидения (AzTV), что это решение неверно, поскольку такси, перевозящее пассажиров из одного место в другое, должно возвращаться оттуда также полным.

    В Агентстве наземного транспорта Азербайджана (AYNA) отметили, что нарушители данного правила будут оштрафованы на 50 манатов.

  • Bakıda fəaliyyət göstərən taksi Sumqayıta getsə cərimələnəcək? – Sürücülər qaydadan narazıdır (Video)

    Bir neçə gündür ki, taksi sürücülərinə fəaliyyətlərinə yalnız buraxılış kartında göstərilən ərazi hüdudlarında icazə veriləcəyi ilə bağlı bildirişlər gəlir.

    Yəni zonalar üzrə buraxılışlarda Bakıda işləmək üçün qeydiyyatdan keçənlər Sumqayıtda çalışa bilməzlər və yaxud əksinə. Sürücülər qazanclarına təsir göstərdiyi üçün bu qaydadan narazıdırlar.

    Onlar Azərbaycan Televiziyasına (AzTV) bildirirlər ki, bu qərar düzgün deyil, çünki bir ərazidən digər yerə sərnişin aparan taksi oradan da dolu qayıtmalıdır.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə diqqətə çatdırılıb ki, bu qaydaya əməl etməyənlər 50 manat cərimələnəcəklər.