Month: January 2026

  • Poti-Bakı blok-qatarı yola salındı – Yükdaşıma sahəsində yenilik

    Yanvarın 30-da Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Gürcüstan Dəmir Yolları” SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti-Bakı ekspress blok-qatarının yola salınması mərasimi keçirilib.

    Bu barədə ADY məlumat yayıb.

    Tədbirdə yeni ekspress qatarının işə salınmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu xidmət sayəsində yük sahibləri yalnız vaxtlarına deyil, həm də terminalda yük və boş konteynerlərin saxlanması kimi xərclərə qənaət edə biləcəklər.

    Poti-Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək, eyni zamanda, yük sahiblərinə Potidən Bakıya və geriyə müəyyən edilmiş vaxtlarda, heç bir gecikmə olmadan konteynerlər əldə etməyə imkan verən sadələşdirilmiş logistika xidmətidir.

  • Polis keçmiş məhkumdan dörd kiloqram narkotik vasitə aşkarladı

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbir zamanı əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum olunmuş 62 yaşlı Elmi Məmmədov saxlanılıb.

    Onun əlində olan bağlamaya baxış zamanı 4 kiloqram 300 qrama yaxın marixuana və tiryək aşkarlanıb. E.Məmmədov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İran vətəndaşından satmaq məqsədilə əldə etdiyini bildirib.

    Faktlarla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • Məktəblərdə qış tətili başa çatır

    Yanvarın 31-i ümumi təhsil müəssisələrində qış tətilinin son günüdür.

    Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025-2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən 31-dək olan dövrü əhatə edir.

    Beş gün davam edən tətil məktəbəhazırlıq qruplarına da şamil olunur.

    Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-si olacaq.

  • Bu uşağın valideynləri axtarılır – Video

    YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.

    Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.

  • “Qurtuluş” Reabilitasiya Mərkəzində saxlanılanlar ailələrinə qaytarıldı

    Barəsində cinayət işi başlanılan “Qurtuluş” Reabilitasiya Mərkəzində müalicə alan pasiyentlər istintaqa çağırılıblar.

    Oxu.Az-ın əldə etdiyi məlumata görə, mərkəzdə müalicə adı ilə saxlanılan 11 nəfər istintaqa şikayət edərək, azadlıqlarının qanunsuz məhdudlaşdırıldığını deyib. Prokurorluğun araşdırmaları zamanı həmin şəxslər evlərinə qayıtmaq istədiklərini bildiriblər.

    Həmin şəxslərin ailələrinə qaytarılması təmin edilib.

    Qeyd edək ki, Sumqayıt Şəhər Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, mərkəzin rəhbəri Ceyhun Salmanov və digər iki nəfər saxlanılıb.

  • “Azərbaycanfilm” ləğv ediləcək?

    “Azərbaycanfilm” qalmalıdır, lakin onun mahiyyəti dəyişməlidir.

    Trend xəbər verir ki, bunu ARKA-nın rəhbəri Rəşad Əzizov media nümayəndələri üçün bu gün “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında jurnalistlərin suallarını cavablandırarkən deyib.

    Onun sözlərinə görə, “Azərbaycanfilm” artıq yalnız bir mühit rolunu oynamalıdır və kino sahəsində fəaliyyət göstərən şəxslər bu mühitdən yararlanmalıdırlar:

    “Bu istiqamətdə artıq müəyyən işlər görülür. Bəzi kosmetik xarakterli addımlar atılıb. Yaxın zamanda isə daha geniş islahatlar nəzərdə tutulur və hazırda bir sıra normativ aktlar üzərində işlər aparılır”.

  • Azərbaycan UEFA əmsallar cədvəlində irəliləyib

    Azərbaycanın UEFA əmsallar cədvəlində bir pillə irəliləyib.

    “Qarabağ” UEFA Çempionlar Liqasının Liqa mərhələsində son matçda “Liverpul”a 0:6 hesabı ilə məğlub olsa da, pley-offa vəsiqə qazandığı üçün ölkəmiz 26-cı yerə yüksəlib.

    Aktivində 22.937 xal olan Azərbaycan bu siyahıda Sloveniyanı (22.843) qabaqlayıb. 25-ci yerdə olan Ukraynanın isə 24.412 xalı var.

    Qeyd edək ki, siyahıya 111.797 əmsalla İngiltərə başçılıq edir.

  • Sabah hava yağmursuz olacaq

    Bakıda və Abşeron yarımadasında yanvarın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq.

    Sabah mülayim cənub-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 55-60 % təşkil edəcək.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.

  • Yaxın iki ildə yeni mənzillərin qiymətində hansı dəyişikliklər gözlənilir?

    Bakı şəhərində yeni tikili mənzillər bazarında son illərdə müşahidə olunan yüksək qiymət artımı növbəti illərdə daha mülayim templə davam edəcək.

    Bunu “Report”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib.

    Onun sözlərinə görə, bazar tədricən sabitləşmə mərhələsinə keçir və kəskin bahalaşma dövrü geridə qalır.

    “2025-ci ildə yeni tikililər üzrə orta çəkili qiymət artımı təxminən 15 % təşkil edib. Lakin 2026-cı ildə bu göstəricinin 9,5 %-ə, 2027-ci ildə isə 6,7 %-ə qədər enəcəyi proqnozlaşdırılır. Təklifin artması, yeni layihələrin reallaşdırılması və alıcılıq qabiliyyətinin nisbətən zəifləməsi bazarda artım tempini aşağı salan əsas amillərdir”.

    V.Oruc qeyd edib ki, 2026-cı ildə Bakı üzrə orta qiymət artımı 9,5 % səviyyəsində gözlənilsə də, paytaxtın rayonları arasında fərqlər qalacaq.

    “Ən yüksək dinamika mərkəzə yaxın və infrastruktur baxımından cəlbedici ərazilərdə müşahidə ediləcək. Belə ki, Yasamal rayonunda qiymətlərin 10,9 %, Nərimanovda 10,8 %, Səbaildə 10,5 %, Xətaidə isə 9,4 % artacağı proqnozlaşdırılır. Nizami və Binəqədidə artım müvafiq olaraq 7,7 % və 8,4 % səviyyəsində olacaq. Şəhərin kənar ərazilərində isə artım daha zəif olacaq. Sabunçuda qiymətlərin 6,1 %, Suraxanıda 6,7 %, Xəzərdə 6,2 %, Qaradağda 5,9 %, Pirallahıda isə cəmi 4,2 % yüksələcəyi gözlənilir”.

    Ekspertin proqnozlarına görə, 2027-ci ildə bazarda sabitləşmə prosesi daha da güclənəcək və Bakı üzrə orta qiymət artımı 6,7 % təşkil edəcək:

    “Gələn il də əsas dinamika yenə mərkəzi rayonlarda müşahidə olunacaq. Yasamalda qiymətlərin 7,8 %, Səbaildə 7,5 %, Nərimanovda 7,4 %, Xətaidə 7,1 % artacağı bildirilir. Digər ərazilərdə isə artım 6-7 % intervalında dəyişəcək, Qaradağda 4,6 %, Pirallahıda isə 4 % səviyyəsində gözlənilir”.

    V.Orucun sözlərinə görə, bazar artıq “kütləvi bahalaşma” mərhələsindən çıxaraq “selektiv artım” mərhələsinə keçir.

    “Yəni yalnız keyfiyyətli layihələr, mərkəzə yaxın və infrastrukturu inkişaf etmiş ərazilərdə qiymətlər daha sürətlə yüksələcək, periferik zonalarda isə qiymət artımları məhdud səviyyədə qalacaq. Artıq qiymətlər əvvəlki illərdəki kimi sıçrayışlı şəkildə artmayacaq. Bazar daha balanslı və proqnozlaşdırılan olacaq”, – deyə ekspert əlavə edib.

  • В Баку два человека отравились угарным газом

    В Баку зафиксированы еще два случая отравления с летальным исходом.

    Как сообщает Report, житель поселка Нардаран Рашид Расим оглу Гусейнов (1995 г.р.) скончался от отравления угарным газом в ванной комнате своего дома.

    Также в Наримановском районе столицы Эльяр Джалал оглу Мурадов (1962 г.р.) отравился угарным газом в ванной комнате из-за высокой концентрации угарного газа.

    По данным фактам ведется расследование.