ABŞ Yaxın Şərqdə yerləşən Amerika esmineslərinə yerləşdirilmiş “Tomahawk” qanadlı raketlərindən istifadə etməklə İrana zərbə endirə bilər.
Median.Az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin yaydığı məlumata əsasən, Pentaqon bölgədəki esmineslərdən “Tomahawk” raket zərbələri endirilməsi, həmçinin qırıcı təyyarələr və ABŞ-dəki bazalardan İrana çata bilən bombardmançıların istifadəsi barədə göstəriş verə bilər. Qəzet qeyd edib ki, ABŞ qüvvələrinin əsas hissəsinin Karib dənizində cəmləşməsi səbəbindən hazırda Yaxın Şərqdə Amerika aviadaşıyıcı zərbə qrupu olmasa da, Vaşinqtonun İslam Respublikasına qarşı əməliyyat keçirmək üçün yetərli hərbi potensialı var.
“WSJ” ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsinə istinadla yazıb ki, hazırda Karib hövzəsində 12 ABŞ hərbi gəmisi olduğu halda, Yaxın Şərqdə bu rəqəm altıdır. “NewsNation” jurnalisti Kelli Meyer bildirib ki, ABŞ artıq Cənubi Çin dənizindən Yaxın Şərqə təyyarədaşıyan gəmi hücum qrupu göndərib və həmin qrupun bir həftə ərzində bölgəyə çatması gözlənilir.
Month: January 2026
-
ABŞ İrana bu raketlərlə zərbə endirə bilər
-
Samir Abasov işləmədən “Neftçi”dən maaş alacaq

Misli Premyer Liqasının 12-ci turunda “İmişli”yə məğlubiyyətdən (2:3) sonra “Neftçi”dən istefaya göndərilən Samir Abasovla klub rəhbərliyi arasındakı narazılıq aradan qaldırılıb.
Median.Az futbolinfo.az-a istinadən xəbər verir ki, tərəflər müqavilənin qarşılıqlı razılıqla xitamı məsələsində anlaşılmazlığa son qoyublar.
Məsələ burasındadır ki, “ağ-qaralar” 47 yaşlı çalışdırıcının maaşını ödəməkdə davam edəcək. Belə ki, Abasov hazırda işsiz olsa da, “Neftçi” ilə pozulan müqaviləsinin sonuna qədər hər ay məvacibini alacaq. Yəni “bakılılar” mövsümün sonuna qədər həm hazırkı baş məşqçi Yuri Verniduba, həm də sabiq çalışdırıcı Abasova ödəniş edəcək.
Qeyd edək ki, Samir Abasov “Neftçi”yə 2024-cü ilin oktyabrında təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 6-cı yeri tutub. -
İlham Əliyev qanun imzaladı

Şuşa ərazisində minatəmizləmə fəaliyyətinin aparılması qaydaları dəyişib.
Median.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı barədə “Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, Şuşa şəhərinin ərazisində minatəmizləmə fəaliyyəti aparılarkən abidə aşkar edildikdə aparılan iş dərhal dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verəcəklər. Bu halda işlərin davam etdirilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul ediləcək.
Eyni zamanda tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə minatəmizləmə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) nümayəndəsinin iştirakı ilə aparılacaq. -
“Alim Qasımova muğam oxuyanda düzgün oturmağı qəsdən öyrətmədim” – FOTO
“İfa edərkən oturmağın öz qaydası var”.
Median.Az xəbər verir ki, bu sözləri APA-ya müsahibəsi zamanı xanəndə, qəzəlxan Ağakərim Nafiz deyib.
O bildirib ki, Xalq artisti Alim Qasımov da ifa edəndə düzgün oturmur:
“Çünki bunu ona öyrətməmişəm. Qəsdən öyrətmədim, ona görə ki, o artıq elə şeyləri başqalarından öyrənməyə başlamışdı. O düz oturmur yerdə. Qafqaz xanəndəsi elə oturmaz. O, iranlıların oturma formasıdır. O, oturaq xalqlara aiddir, biz isə tərəkəməyik. Biz diz üstündə oturmalıyıq.
Mən oxumağa başlayanda səfir kreslodan düşüb bizim kimi yerdə oturdu. Mən onlar üçün bir neçə əsər ifa etdim. Çıxanda da mənə dedilər ki, xarici pasportun var? Dedim, var idi, vaxtı yenilənməlidir. Xülasə, pasport iki-üç günə hazır oldu və mənim bununla da xaricə səfərlərim başladı. Amerikaya qədər gedib çıxmışam, amma həmişə qabağımı kəsiblər. Məni burada başa düşən az adam var. Çünki işlətdiyim sözlər bir qədər qəlizdir. Amma İranda məni lap belə hambal da başa düşür”.
-
İcra başçılarının kütləvi ixtisarları gündəmdə: Yeni idarəetmə modeli necə olacaq?

Son vaxtlar Azərbaycanda icra hakimiyyəti institutunun gələcək modeli ilə bağlı müzakirələr genişlənməkdədir. Prezident İlham Əliyevin çıxışlarında da toxunduğu bu mövzuya əsasən, mövcud icra strukturlarının mərhələli şəkildə ləğv edilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan Prezidentin səlahiyyətli nümayəndəlikləri modeli ilə əvəz olunması mümkün variantlar sırasında göstərilir. Bu yanaşma idarəetmənin mərkəzləşdirilməsi və çevikliyinin artırılması baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Yerli KİV-lərin məlumatına görə, artıq bir sıra icra hakimiyyətlərində şöbələr ləğv edilir, birləşdirilir və onların yerində daha az işçi heyəti olan sektorlar yaradılır. Ən diqqətçəkən dəyişikliklərdən biri “Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş”, “İctimai-siyasi və humanitar məsələlər” şöbələri ilə “İnformasiya təminatı və təhlil” sektorunun birləşdirilməsidir. Bu strukturun yerində “Ərazi-təşkilat və ictimai-siyasi məsələlər” adlı yeni şöbə formalaşdırılıb.

AĞ Partiyanın sədri Tural Abbaslı açıqlamasında bildirib ki, bu idarəetmə modelinə keçid istənilən vaxt baş verə bilər:“Prezident İlham Əliyev jurnalistlərlə son görüşündə sözügedən məsələnin mümkünlüyünü qeyd etdi. İstənilən vaxt bu idarəetmə sisteminə keçid mümkündür. Həmin modelin tətbiqindən sonra əsas məqsəd xidmət keyfiyyətinin yüksəldilməsi, regionlarda inkişaf səviyyəsinin artırılması və korrupsiya hallarının aradan qaldırılması olmalıdır”.
Partiya sədri vurğulayıb ki, dəyişiklik yalnız ad və struktur səviyyəsində qalmamalıdır:
“Bir şəxsin əvvəl birinci katib, sonra icra başçısı, yeni qaydada isə səlahiyyətli nümayəndə olması mexanizmin mahiyyət etibarilə dəyişməməsi deməkdir. Burada formadan daha çox məzmunun dəyişməsinə ehtiyac var. İcra strukturları üzərində effektiv nəzarət mexanizmləri formalaşdırılmalıdır. Nəzarət mexanizmləri olmadan idarəetməni şəxslərin fərdi vicdanına buraxmaq düzgün olmaz”.//azxeber.com -
“Vətəndaş qəbulu üçün gəlməyə ehtiyac yoxdur, “whatsapp” kanalı yaratmışıq” – Deputat

“Əziz seçicilər, vətəndaş qəbulu üçün öncədən təyin olunmuş məkana, istidə və ya soyuq havada gəlməyə, əlavə vaxt, enerji və bəzi hallarda yol pulu xərcləməyə ehtiyac yoxdur. Bir aydan çoxdur ki, Milli Məclisdə ilk dəfə olaraq whatsapp kanalı yaratmışıq, 25-ə yaxın müraciət qəbul etmişik”.
Median.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputat Kamal Cəfərov deyib.
O qeyd edib ki, whatsapp kanalı vasitəsilə seçicilərinin şikayətlərini dinləyir:
“Proses çox sadədir. Müraciətinizi səsli və yazılı formada whatsapp üzərindən göndərirsiniz, 3 iş günü ərzində sizinlə razılaşdırılmış vaxta şəxsən özüm sizinlə canlı əlaqə yaradıram, 1 iş günü müddətində isə əgər müraciətiniz hansısa dövlət orqanına göndərilməlidirsə, deputat sorğusunun şəklini çəkib sizə göndəririk. Whatsapp kanalımda eyni zamanda çox maraqlı sorğular keçiririk, effektivlik yüksək səviyyədədir, bu il sorğuların və faydalı məlumatların məzmunun həm keyfiyyət, həm də ictimai maraq baxımından daha da genişləndirəcəyik. Kanala abunə olun, ictimai proseslərin aktiv iştirakçısı olun”.
Deputatın bu yeniliyi birmənalı qarşılanmayıb. Tanınmış jurnalist Pərviz Həşimli mövzu ilə deputata sual ünvanlayıb: Vətəndaşla üz-üzə oturmaq lazımdır. Seçkidə səs istəyəndə de vatsapla istəyəcəksiz?Deputat həmin suala belə cavab verib: “Biz həm fiziki görüşlərə gedirik, həm də bunu da əlavə imkan kimi təqdim edirik. Son bir il ərzində Sabirabad rayonunda 16 kəndində yüzlərlə seçici ilə görüş keçirmişik”.
-
ABŞ Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib? – Səfirlikdən açıqlama
“Mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir”.
Median.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir.
Ətraflı məlumat üçün:
https://travel.state.gov/…/immigrant-visa-processing... -
Şahin Şıxlinskinin cinayət işindən yeni xəbər var
H

Rusiyanın Yekaterinburq şəhərinin Kirovski rayon məhkəməsində Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və digər təqsirləndirilən şəxslərə qarşı cinayət işi üzrə andlıların seçilməsi başlayıb.
Median.Az xəbər verir ki, Şahin Şıxlinski, Səfərov qardaşları və Şücayəddin Rəcəbov müttəhimlər kürsüsündə yer alıblar.
Müttəhimlərin təqsirkar olub-olmadığını məhkəmə andlıları heyəti müəyyən edəcək.//sfera.az -
TRIPP dəmir yolu: Tikinti işləri nə zaman başlayacaq?

TRIPP layihəsi ilə bağlı ABŞ və Ermənistan arasında razılaşma əldə edilib və yaradılacaq şirkətin gəlir bölgüsü müəyyən olunub. Qısa müddətdən sonra dəmir yol xəttinin inşasına başlanacağı gözlənilir.
Bəs görəsən, ən tez nə qədər müddətə bu işlərin yekunlaşması mümkün olacaq?
Siyasi şərhçi Ülviyyə Zülfiqar açıqlamasında bildirib ki, TRIPP layihəsi üzrə ABŞ və Ermənistan arasında razılaşmanın əldə olunması və gəlir bölgüsünün müəyyənləşdirilməsi prosesin artıq siyasi niyyət mərhələsindən icra mərhələsinə keçdiyini göstərir.
Onun sözlərinə görə, bu, yaxın vaxtlarda dəmir yolu xəttinin inşasına başlanılması üçün hüquqi və maliyyə zəmininin formalaşdığını deməyə əsas verir:“Lakin bu, avtomatik olaraq sürətli icra demək deyil. Bu cür iri infrastruktur layihələri geniş hazırlıq tələb edir. Marşrutun dəqiqləşdirilməsi, texniki layihələndirmə və torpaq məsələləri kimi qiymətləndirmələr aylar çəkə bilər. Əgər əlavə problemlər yaranmasa, layihənin əsas mərhələsinin yaxın 1–2 il ərzində tamamlanması mümkün ola bilər, lakin niyyətdən asılı olaraq proses sürətlənə də bilər. Regionda baş verən istənilən məsələ prosesə birbaşa təsir göstərə bilər”.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-nin bu layihədə birbaşa iştirakçı olması beynəlxalq maliyyə institutlarının və özəl investorların prosesə daha inamla qoşulmasına şərait yarada bilər:“Bu isə həm maliyyələşməni sürətləndirər, həm də texnoloji baxımdan layihənin keyfiyyətini yüksəldər. TRIPP layihəsi sadəcə bir dəmir yolu xətti deyil, eyni zamanda regional əməkdaşlıq, iqtisadi inteqrasiya və sabitlik üçün mühüm rol oynayan bir infrastrukturdur”.//sfera.az



