Month: January 2026

  • 17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı

    “Baku City Karting” əyləncə mərkəzində bu il yanvarın 1-də yenitmənin ölümüylə nəticələnən hadisə ilə bağlı cinayət işi başlanılıb.

    Report xəbər verir ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

    Qeyd edək ki, bu il yanvarın 1-də Əhəd Yaqubov küçəsi 15-də yerləşən “Baku City Karting” əyləncə mərkəzində paytaxt sakinləri – 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.

    K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

  • Борт Turkish Airlines экстренно сел в Барселоне из-за угрозы взрыва

    Самолет авиакомпании Turkish Airlines совершил экстренную посадку в аэропорту Барселоны из-за угрозы взрыва на борту.

    Как передает Median.Az, об этом сообщило агентство EFE.

    По информации газеты El Periodico, предполагается, что борт вылетел из Стамбула в каталонскую столицу.

    Как сообщил в X оператор испанских воздушных гаваней, аэропорт в Барселоне работает в обычном режиме.

    “В связи с угрозой на борту самолета активированы протоколы [безопасности], службы безопасности оценивают ситуацию”, – говорится в публикации.

  • Barselonada Türk Hava Yollarına məxsus təyyarədə HƏYƏCANLI ANLAR

    Türk Hava Yollarına (THY) məxsus təyyarədə bomba həyəcanı yaşanıb.

    Bu barədə “El Periodico” nəşri məlumat yayıb.

    Məlumata görə, sözügedən səbəbdən İstanbuldan Barselonaya yollanan təyyarə Kataloniya paytaxtında təcili eniş edib.

    “Barselona hava limanı adi rejimdə fəaliyyət göstərir. Təyyarənin göyərtəsindəki hadisə səbəbindən təhlükəsizlik protokolları işə salınıb və müvafiq xidmətlər vəziyyəti qiymətləndirir”, – deyə xəbərdə bildirilib.

    Məsələyə THY rəsmisi Yahya Üstün də münasibət bildirib: “İstanbul-Barselona reysində təyyarə enişə yaxınlaşarkən bir sərnişinin internetə giriş nöqtəsi yaratdığı və şəbəkəni bomba təhlükəsi adlandırdığı aşkar edilib. Uçuş təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi prosedurlar başladılıb. Təyyarənin təhlükəsiz enişindən sonra müvafiq ölkənin səlahiyyətli orqanları tərəfindən yoxlamalar aparılır. Proses beynəlxalq aviasiya təhlükəsizliyi qaydaları çərçivəsində həyata keçirilir”.

  • İlham Əliyev İqbal Hüseynovu vəzifəsindən azad etdi

    “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

    Qeyd edək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb, 2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb.

  • Türkiyə İranla bağlı hər vəziyyətə hazırdır – Hakan Fidan

    Türkiyənin xarici işlər naziri Hakan Fidan İranda baş verən hadisələrin Türkiyə vətəndaşlarının təxliyəsinə və genişmiqyaslı miqrasiya dalğasına səbəb olmayacağına ümid etdiyini bildirib.
     
    Median.Az xəbər verir ki, İstanbulda keçirilən mətbuat konfransında çıxış edən nazir qeyd edib ki, mövcud vəziyyətlə bağlı bütün mümkün ssenarilər üzrə zəruri konsulluq tədbirləri əvvəlcədən hazırlanıb.
     
    Onun sözlərinə görə, bu planlar Türkiyənin İrandakı diplomatlarını, vətəndaşlarını, iş adamlarını və tələbələrini əhatə edir və zərurət yarandığı halda dərhal icra oluna bilər.

    “İrandakı hadisələrə cavab olaraq lazımi tədbirləri görürük. Bütün ölkələr və potensial ssenarilər üçün konsulluq planlarımız hazırdır. Lakin ümid edirik ki, İrandakı vəziyyət tezliklə sabitləşəcək və böyük bir qarışıqlıq yaşanmayacaq”, – deyə Hakan Fidan vurğulayıb.
     
    Nazir İrandan mümkün miqrasiya dalğası riskinə də toxunaraq bildirib ki, vəziyyətin bu mərhələyə çatmayacağına inanır.
     
    “Türkiyə böyük bir ölkədir və tarixində, o cümlədən yaxın keçmişində qaçqınların qəbuluna dair nümunələr mövcuddur. Ancaq ümid edirəm ki, bu dəfə belə bir addım atmağa ehtiyac qalmayacaq”, – deyə o əlavə edib.

  • Mənzillərdə dəm qazı detoktoru quraşdırılmalıdır – Ekspert

    Hamam otağında dəm qazından ölüm hallarının sayı son vaxtlar artmaqdadır. Bu cür hadisələr yay mövsümündə də qeydə alınsa da, qış aylarında daha intensiv xarakter alır. 
     
    Bəs qış fəslində hamam otaqlarında dəm qazından boğulma hallarının çoxalmasının səbəbi nədir? Bu kimi təhlükəli vəziyyətlərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
     
    Mövzu ilə bağlı  açıqlama verən yanğın təhlükəsizliyi üzrə ekspert Orxan Musayev bildirib ki, əksər hallarda diqqətdən kənarda qalan, lakin birbaşa insan həyatı üçün ciddi risk yaradan əsas məsələlərdən biri tüstü bacalarının texniki vəziyyətidir:

    “Tüstü bacalarının düzgün işləməməsi insan həyatı üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Dəm qazından zəhərlənmə, yanğınlar və digər ağır nəticələr məhz nasaz bacalardan qaynaqlanır. Bu cür hadisələrin böyük hissəsi bacaların vaxtında təmizlənməməsi və texniki problemlər ucbatından baş verir. Bununla yanaşı ən ciddi problemlərdən biri bacaların köhnəlməsidir. Sovet dövründə inşa edilmiş binalarda və köhnə fərdi evlərdə uzun illərdir təmizlənməyən bacalar artıq yararsız hala düşüb. Çatlar, dağılmış kərpiclər və tutulmuş kanallar dəm qazının birbaşa yaşayış sahəsinə dolmasına səbəb olur”.

    O.Musayev əlavə edib ki, təhlükəni artıran digər amillərdən biri də insanların qeyri-peşəkar müdaxiləsidir:

    “Bir çox hallarda ev sahibləri bacaları öz imkanları ilə açmağa və təmizləməyə çalışırlar. Lakin bu, problemi həll etmir, əksinə riskləri daha da artırır. Peşəkar şəkildə aparılmayan təmizləmə zamanı baca zədələnə bilər və nəticədə qaz sızması baş verər. Bu cür işlər mütləq ixtisaslaşmış qurumlar tərəfindən icra edilməlidir”. 
     
    Mütəxəssis dəm qazı zəhərlənmələrini minimuma endirmək üçün dəm qazı detektorlarından istifadə edilməsinin vacib olduğunu da dedi:

    “Dəm qazı detektorları kiçik ölçülü, sadə və batareya ilə işləyən cihazlardır. Qiyməti yüksək olmasa da, həyati əhəmiyyət daşıyır. Qazın ev daxilində toplanmağa başlaması zamanı cihaz səs siqnalı verir və bu da insanlara təhlükəni vaxtında dərk edib tədbir görməyə imkan yaradır. Bir çox Avropa ölkəsində bu detektorların quraşdırılması məcburidir. Böyük Britaniya, Almaniya və Skandinaviya ölkələrində qaz avadanlığı quraşdırılan hər bir mənzildə mütləq detektor da yerləşdirilir. Bu, qanunvericiliklə tənzimlənən tələbdir və illərin acı təcrübəsi nəticəsində qəbul olunub. Həmin qaydalar minlərlə insanın həyatını xilas edib. Təəssüf ki, ölkəmizdə bu təcrübə hələ geniş yayılmayıb. Halbuki, hər bir evdə dəm qazı detektoru olsa, baş verən faciələrin böyük əksəriyyətinin qarşısını almaq mümkün olar. Hər il ölkəmizdə qeydə alınan dəm qazı zəhərlənmələrinin qarşısını almaq realdır. Bunun üçün məsuliyyətli davranmalı, tüstü bacalarının təmizliyinə və təhlükəsizlik tədbirlərinin vaxtında, fasiləsiz icrasına xüsusi diqqət yetirməliyik”.//sfera.az

  • Hava yenidən kəskin DƏYİŞƏCƏK – Bu tarixdən

    Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.
     
    Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
     
    O qeyd edib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
     
    “Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyi gözlənilir.
     
    Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq”

  • Binəqədidə bina YANIR – VİDEO

    Bakının Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən binada yanğın başlayıb.
     
    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
     
    Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
     
    Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.//sfera.az

  • Prezident Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını təsdiq etdi

    Prezident İlham Əliyev Milli Məclisin dekabrın 23-də qəbul etdiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
     
    Median.Az xəbər verir ki, dəyişiklik Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını nəzərdə tutur.
     
    Qanuna əlavə ediləcək yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) enerji effektivliyi informasiya sistemi vasitəsilə enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarəti, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət, informasiya təminatı və maarifləndirmə, effektivlik potensialının qiymətləndirilməsi, binaların enerji effektivliyi üzrə pasportlaşdırılmasının təşkili, habelə məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının siyahısının, enerji effektivliyi üzrə xidmətlərin icraçılarının siyahısının və enerji effektivliyi üzrə xidmətlərin mövcud vəziyyətinə və inkişafına dair hesabatın yerləşdirilməsi təmin edilir.

  • Sosial şəbəkələrdə bu məlumatları paylaşmaq qadağan olundu

    [spoiler][/spoiler]İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyaların əhatə dairəsi genişləndirilib.
     
    Median.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.
     
    Qanuna əsasən, internet informasiya ehtiyatının ve onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:
     
    kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar.