Month: January 2026

  • Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi – FOTO

    Gənclər və İdman Nazirliyi Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev tutduğu vəzifədən azad olunub.
     
    Median Az Teleqraf-a istinadən xəbər verir ki, onunla bağlanmış müqavilə uzadılmayıb.
     
    Qeyd edək ki, E.Quliyev Gəncə-Daşkəsən Regional Gənclər və İdman idarəsinin rəisi vəzifəsində 1 il 3 ay işləyib.

  • Bu ərazilər işıqsız qalacaq

    Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.
     
    Median.Az xəbər verir ki, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) yanvarın 15-də Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.
     
    Bununla əlaqədar 110/35/10 kV-luq “Koroğlu” yarımstansiyasından qidalanan 1 nömrəli 25 MVA transfarmator razılaşdırılmış sifariş əsasında açılacaq.
     
    Eyni zamanda, Milli SCADA sisteminin qurulması məqsədilə Naxçıvanın Qoçüstü məhəlləsi, Cənlibel, 35-ci məhəllə, Sabir, Şaxtatinski, Gəray Əsədov küçələri və 10-11-ci küçələrdə saat 19:30-dan 20:30-dək elektrik enerjisinin verilişi dayandırılacaq.

  • “Harada park etdim?” problemi tarixə qovuşur: “Google”dan yeni funksiya

    “Google Xəritələr” iOS tətbiqində park yerinin avtomatik qeydə alınmasını təmin edən yeni funksiyanı istifadəyə verib. Yenilik sayəsində istifadəçilər avtomobillərini harada park etdiklərini xatırlamaq məcburiyyətində qalmayacaqlar.
     
    Median.Az xəbər verir ki, şirkətin məsul baş məhsul meneceri Rio Akasakanın açıqlamasına görə, yeni funksiya avtomobilin park edildiyi yeri avtomatik olaraq müəyyənləşdirir və bu məlumatı “Google Xəritələr”də saxlayır. Bununla da indiyədək park yerinin əl ilə qeyd olunması zərurəti aradan qalxıb. Qeyd edək ki, park yerinin yadda saxlanması funksiyası” Google Xəritələr”də təxminən on ilə yaxındır mövcud olsa da, əvvəlki dövrdə istifadəçilər bu prosesi manual şəkildə həyata keçirməli idilər.
     
    Yeni sistem “iPhone”ların avtomobillə USB, “Bluetooth” və ya “CarPlay” vasitəsilə qoşulduğu hallarda aktivləşir. Bu zaman “Google Xəritələr” avtomobilin park edildiyini avtomatik olaraq anlayır və park yerinin dəqiq mövqeyini qeydə alır. Saxlanılan park yeri məlumatı 48 saat müddətində tətbiqdə görünür. Funksiya, xüsusilə böyük şəhərlərdə və sıx parklanma sahələrində avtomobil sahiblərinin işini xeyli asanlaşdıracaq.

  • Bu cür diyetalar zərərlidir – Həkim məsləhəti

    Son dövrlərdə arıqlamaq üçün uzun müddət ac qalmağı üstün tutan şəxslərin sayı artıb.
     
    Median.Az xəbər verir ki, qabaqcıl ölkələrdə sağlamlıq mərkəzilərinin apardığı araşdırmalar göstərir ki, bu üsul yalnız müvəqqəti çəki azalmasına səbəb olmaqla qalmır, eyni zamanda sağlamlığa ciddi mənfi təsirlər də göstərə bilir.

    Uzun müddətli aclıq bədən metabolizmini ləngidir və enerji istehsalını azaldır. Nəticədə əzələ kütləsi itir, bədən yağ toplama rejiminə keçir. Eyni zamanda, qlükoza və hormon balansının pozulması, ürək-damar sistemində gərginlik, immun sisteminin zəifləməsi kimi risklər yaranır.
     
    Həkimlər sağlam və davamlı çəki itirmək üçün ac qalmağı tövsiyə etmir. Onlar balanslı və ehtiyac olan miqdarda qidalanmanın və müntəzəm fiziki aktivliyin çəki itirməkdə daha sağlan metod olduğunu bildirirlər. Bu yanaşmaya görə uzun müddət ac qalmaq əvəzinə, gün ərzində kiçik, qidalandırıcı yeməklərin qəbul edilməsi, zülal və lif baxımından zəngin qidaların seçilməsi tövsiyə olunur.
     
    Bununla bərabər hər hansı ciddi diyeta proqramına başlamazdan əvvəl fərdi sağlamlıq vəziyyəti nəzərə alınmalı və mütəxəssis məsləhəti eşidilməlidir. Bu, yalnız çəki itkisini deyil, ümumi sağlamlığı da qorumağa kömək edir.

  • Bakının icra hakimiyyətlərində struktur dəyişiklikləri – Yeni sektorlar yaradıldı

    Bakı şəhərində olan icra hakimiyyətlərində bir sıra struktur dəyişikləri həyata keçirilib.

    Median.Az Manşet.az-a istinadən xəbər verir ki, edilən dəyişikliklərdən sonra icra hakimiyyətlərində bir sıra şöbələr ləğv edilərək sektor adlandırılıb. Ləğv edilən şöbələrin müdir vəzifələri isə icra başçılarının müavinlərinə həvalə edilib. Bundan sonra icra başçısının müavinləri müavin vəzifəsi ilə bərabər şöbə müdiri vəzifəsini də həyata keçirəcəklər. 
     
    Ləğv edilən şöbələr bunlardır: ərazi-təşkilat məsələləri şöbəsi, ictimai-siyasi məsələlər şöbəsi, sosial-iqtisadi inkişafın təhlili şöbəsi, memarlıq və tikinti şöbəsi, rayon təsərrüfat məsələləri şöbəsi.
    Bütün bu şöbələrin rəhbərlərin səlahiyyəti icra başçısının müavininə verilib. Həmin o şöbələrin tabeliyində isə sektor müdiri vəzifəsi təsis edilib. Həyata keçirilən struktur dəyişikliklərində sonra icra hakimiyyətlərində bir sıra kadr islahatları da aparılıb.
    Bununla bağlı məlumatı icra hakimiyyətlərindən təsdiq ediblər.

  • В Азербайджане прекращена деятельность восьми адвокатов

    14 января состоялось очередное заседание президиума Коллегии адвокатов (КА) Азербайджанской Республики.

    Об этом сообщили в КА.

    Открывший заседание вступительным словом председатель коллегии Анар Багиров предоставил подробную информацию о текущей деятельности президиума, проделанной работе и предстоящих задачах.

    Затем в соответствии с повесткой дня был рассмотрен вопрос о приеме в адвокатуру. Была проведена церемония принятия присяги для кандидатов, успешно прошедших письменный и устный этапы квалификационных экзаменов, а также обязательные учебные программы. Кандидаты, принеся присягу о верности нормам адвокатской этики и профессиональному долгу, были приняты в члены коллегии. Им вручили адвокатские удостоверения и пожелали успехов в будущей деятельности.

    Был рассмотрен и положительно решен вопрос о награждении и прекращении деятельности восьми членов КА, назначенных на должность судьи распоряжением Президента Азербайджанской Республики Ильхама Алиева от 25 декабря 2025 года – Наримана Алмамедова, Айтекин Алиевой, Ибрагима Газибекова, Улькер Махсудовой, Асима Мирзазаде, Джавидана Мустафаева, Гюнель Сафарли, Джавида Сулейманова.

    Кроме того, были рассмотрены обращения некоторых адвокатов о переходе в другие адвокатские структуры и о ликвидации адвокатского кабинета, по которым были приняты соответствующие решения.

    В продолжение заседания были рассмотрены заключения Дисциплинарной комиссии адвокатов. Соответствующими решениями президиума за допущенные нарушения к семи адвокатам были применены меры дисциплинарного взыскания, а двум адвокатам предписано строго соблюдать требования законодательства при осуществлении профессиональной деятельности.

    В заключение были обсуждены другие текущие и значимые вопросы, связанные с деятельностью коллегии, и приняты необходимые решения.

  • Azərbaycanda səkkiz vəkilin fəaliyyətinə xitam verildi – SƏBƏB

    Yanvarın 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

    Bu barədə Vəkillər Kollegiyası (VK) məlumat yayıb.

    Bildirilib ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

    Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara vəkil vəsiqələri təqdim edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilən VK-nın 8 üzvü – Nəriman Əli oğlu Alməmmədov, Aytəkin Güləli qızı Əliyeva, İbrahim Mehman oğlu Qazıbəyov, Ülkər Taleh qızı Maxsudova, Asim Vilayət oğlu Mirzəzadə, Cavidan Mustafa oğlu Mustafayev, Günel Adil qızı Səfərli, Cavid Loğman oğlu Süleymanovun mükafatlandırılmaları və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb və müsbət qərar verilib.

    Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi və vəkil kabinetinin ləğv edilməsi ilə barədə müraciətlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

    İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq edilib və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmələri tapşırılıb.

    Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.

  • В Баку 25-летний молодой человек отравился угарным газом

    В доме на улице Сулеймана Тагизаде, 60 в Ясамальском районе Баку произошел несчастный случай.

    Как сообщает Oxu.Az, проживающий там Рустам Исмайылов (2001 г.р.) скончался от отравления угарным газом в ванной комнате.

    По данному факту в Ясамальской районной прокуратуре ведется расследование.

  • Bakıda 25 yaşlı gəncin hamamda MEYİTİ TAPILDI

    Bakıda 25 yaşlı kişi dəm qazından boğulub.

    Oxu.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev 60-da baş verib. Həmin ünvanda yaşayan 2001-ci il təvəllüdlü Rüstəm Şabanlı oğlu İsmayılov hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light (CIF) подешевела на мировых рынках.

    Цена одного барреля азербайджанской нефти марки Azeri Light на мировом рынке снизилась на 0.04 доллара, или 0.06% – до 71.71 доллара.

    Отметим, что предыдущая цена азербайджанской нефти составляла 71.75 доллара.