Month: January 2026

  • Пациенты не могут пройти обследование в частных клиниках по ОМС? (Видео)

    На горячую линию Baku TV поступила жалоба о невозможности воспользоваться полисом обязательного медицинского страхования (ОМС).

    “Мой ребенок прошел операцию в частной клинике. Нам требовались рентген и КТ-обследования каждые несколько месяцев. Поскольку мне было сложно каждый раз оплачивать эту сумму, я хотела воспользоваться обязательным медицинским страхованием. Однако мне сообщили, что направление возможно только в государственную больницу. Объяснили это тем, что если аналогичное обследование проводится в государственном медучреждении, то получить его в частной клинике за счет ОМС нельзя. При этом из моей заработной платы ежемесячно отчисляется определенная сумма в страховой фонд, так почему же я не могу получить направление туда, куда хочу?” – отметила заявительница.

    Комментируя ситуацию, врач Адиль Гейбулла подчеркнул, что в системе ОМС право выбора у пациента отсутствует.

    “В рамках ОМС у гражданина нет такого шанса сказать “я хочу этого врача”. Там, где нет договора, не может быть страхового направления”, – пояснил он.

    Подробнее – в видео:

  • “Vətəndaşın seçim hüququ yoxdur” – Özəl xəstəxanalarda icbari tibbi sığorta niyə işləmir? (Video)

    Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaş icbari tibbi sığortadan yararlana bilmədiyindən şikayət edir.

    “Övladım özəl xəstəxanada əməliyyat olunub. Bizə bir neçə aydan bir rentgen və KT müayinəsi tələb olunurdu. Hər dəfə bu məbləği ödəmək mənə çətinlik yaratdığı üçün icbari tibbi sığortadan yararlanmaq istədim. Lakin mənə yalnız dövlət xəstəxanasına yönləndirilə biləcəyim deyildi. Çünki əgər eyni müayinə dövlət xəstəxanasında varsa, özəl xəstəxanaya verilə bilmirmiş. Mənə maraqlıdır, əməkhaqqımdan müəyyən məbləğdə sığorta fonduna vəsait köçürürəm, bəs istədiyim yerə göndərişi nə üçün götürə bilməyim?”

    Sakinlər arasında aparılan sorğu zamanı da məlum olub ki, göndərişlər əsasən dövlət tibb müəssisələrinədir. Bəs icbari tibbi sığorta özəl tibb müəssisələrinə şamil olunmurmu?

    Məsələ ilə bağlı həkim Adil Qeybulla öz münasibətini bildirərək qeyd edib ki:

    “Vətəndaşın seçim hüququ burada yoxdur. İcbari tibbi sığortada vətəndaşın “mən bu həkimi istəyirəm” kimi belə bir şansı yoxdur. Müqavilə olmayan yerdə sığorta göndərişi ola bilməz. Mən düşünürəm ki, özəl klinikalardakı müalicə-diaqnostika aparatları boş qalmasın deyə, onların imkanlarından yetərincə istifadə edilsin deyə, yaxşı olardı ki, müqavilələr bağlansın və xəstələr oraya göndərilsin”.

  • Скончался Рафаэль Гваладзе

    Скончался Рафаэль Гваладзе, судья Конституционного суда, вышедший на пенсию в прошлом году.

    Как сообщает Qafqazinfo, он умер от болезни в возрасте 78 лет.

    Отметим, что Рафаэль Сергеевич Гваладзе в прошлом году был награжден орденом “За службу Отечеству” 1-й степени распоряжением Президента.

  • Rafael Qvaladze vəfat etdi

    Konstitusiya Məhkəməsinin ötən il təqaüdə göndərilən hakimi Rafael Qvaladze vəfat edib.

    Median.Az xəbər “Qafqazinfo”ya istinadla xəbər verir ki, hakim 78 yaşında xəstəlikdən dünyasını dəyişib.

    Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze ötən il Prezidentin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdi.

  • Bakıda ər arvadının əlini qızdırılmış açarla yandırdı – TƏFƏRRÜAT

    Xəzər Rayon Məhkəməsində əzab vermədə təqsirləndirilən Əşrəf İmanzadənin (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Əşrəf İmanzadə 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

    Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2025-ci il mayın 20-də saat 17 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonunda yerləşən nömrəsiz fərdi yaşayış evinin mətbəxində aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşı D.D.-yə qarşı zorakı hərəkətlər törədib.

    İttihama görə, təqsirləndirilən şəxs həyat yoldaşının onun icazəsi olmadan qapını açaraq xalasını evə buraxmasını cüzi səbəb kimi bəhanə edib, qəsdən qisas almaq və cəzalandırmaq məqsədilə zərərçəkmiş şəxsi söyüb təhqir edib. Daha sonra istintaqla dəqiq müəyyən edilməsi mümkün olmayan dəmir materialdan olan qapı açarını mətbəxdə qaz sobasının üzərində qızdıraraq, zərərçəkmiş şəxsin qışqırıq səsinin eşidilməməsi üçün əlləri ilə ağzını tutub, həmin qızdırılmış açarla onun sağ əlinin üst nahiyələrini qəsdən yandırıb. Nəticədə D.D.-yə fiziki ağrı və psixi iztirablar yetirilib, sağ əlin arxa səthində II dərəcəli termik yanıq xəsarəti əmələ gəlib və sağlamlığın qısa müddətə pozulmasına səbəb olub.

    Bundan başqa, 2025-ci il mayın 22-də saat 18 radələrində Əşrəf eyni ünvanda yerləşən fərdi yaşayış evinin qonaq otağında həyat yoldaşının evi natəmiz saxlamasını bəhanə edərək zorakı hərəkətlərini davam etdirib. O, zərərçəkmiş şəxsi yenidən söyüb təhqir edərək yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrindən döyüb, nəticədə sol gözaltı nahiyəsində və sol bazuda qançırlar əmələ gəlib. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan, lakin güclü fiziki ağrı və psixi iztirablarla müşayiət olunan xəsarətlər kimi qiymətləndirilib.

    İstintaqla müəyyən edilib ki, zorakılıq halları bununla da bitməyib. Belə ki, 2025-ci il mayın 31-də saat 18 radələrində təqsirləndirilən şəxs yataq otağında həyat yoldaşına qarşı yenidən zor tətbiq edib. Evi natəmiz saxlamasını bəhanə edən şəxs onu söyüb təhqir edərək, yumruq zərbələri ilə döyüb. Nəticədə arvadının alt dodağının selikli qişasında qansızma, sağ bazuda qançırlar yaranıb. Bu xəsarətlər də sağlamlığa zərər vurmayan, lakin zorakı hərəkətlərin nəticəsi olan izlər kimi qiymətləndirilib.

    Ümumilikdə, Əşrəf aşkar surətdə hamilə vəziyyətində olan həyat yoldaşına qarşı xüsusi amansızlıqla, qeyri-insani və qəddar üsullarla, dəmir açarı odda qızdıraraq yandırmaq, mütəmadi döyməklə fiziki ağrı və psixi iztirablar vermək şəklində davam edən zorakı hərəkətləri işgəncə və əzab vermə xarakteri daşıyıb.

    Məhkəmədə Əşrəf ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O deyib ki, D.D. ilə 2024-cü il iyulun 24-də rəsmi nikaha daxil olub və həmin vaxtdan birlikdə yaşayıblar. Onun sözlərinə görə, ailə həyatının ilk aylarında münasibətlər normal olub, sonradan isə ər-arvad arasında soyuqluq yaranıb.

    Təqsirləndirilən şəxs ifadəsində 2025-ci il mayın 20-də evə gələndə həyat yoldaşının xalasının evdə olduğunu öyrəndiyini, bu səbəbdən aralarında mübahisə yarandığını və əsəbi vəziyyətdə qapı açarını qızdıraraq arvadının əlini yandırdığını etiraf edib. Həmçinin mayın 22-də və 31-də evin natəmiz olması və ailə məsələləri ilə bağlı yaranan mübahisələr zamanı həyat yoldaşına şillə və zərbələr vurduğunu da bildirib.

  • İki çoban yarım milyon manatdan çox pulu necə mənimsəyib? – Film kimi cinayətin detalları (Video)

    Çobanlar fermanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını satıblar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.

    Ailə təsərrüfatı olan fermanın sahiblərindan biri Firdovsi Baxışov deyib ki, hadisə 2 il bundan öncə baş verib. Fermalarında çalışan Kəmaləddin Hüseynov və onunla əlbir olan qohumu Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları oğurlayıblar. Onlar bunu əsas sahibkarın adından istifadə edərək həyata keçiriblər. Onlar işçiləri aldadaraq guya heyvanları sahibkarın tapşırığı ilə apardıqlarını deyiblər.

    Bundan sonra hadisədən şübhələnən sahibkarlar Salyandakı daha çox sürünün olduğu fermaya gediblər. Məlum olub ki, burada olan bütün heyvanlar da oğurlanıb. Əməllərinin izini itirmək üçün isə fermadakı kameraları sıradan çıxarıblar.

    Çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1377 baş heyvanı sataraq 586 min manatdan çox pulu mənimsəyiblər. Satdıqlari 44 baş müxtəlif cinsli mal, 330 baş keçi, 75 baş çəpiş, 660 baş qoyun, 230 baş quzu, 4 at olub. Bunlardan sadəcə 4 at saxladıqları yerdən tapılaraq geri qaytarılıb.

    Hazırda sahibkarların istəyi onlara dəyən ziyanın ödənilməsidir.

    Sahibkarın şikayəti əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar. Hazırda Salyan rayon prokurorluğunda araşdırma aparılır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  • Həbsdə olan generala ağır itki

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, həbsdə olan general-mayor Elçin Quliyevə ağır itki üz verib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, general-mayor Elçin Quliyevin anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

  • Gəncədə 35 yaşlı kişi dəm qazından boğuldu

    Gəncə şəhərində 35 yaşlı kişi dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb. Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü Mahir Ələsgərov yaşadığı evin hamamında dəm qazından zəhərlənib. M.Ələsgərov xəstəxanaya çatdırılsa da, orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Великобритания закрыла свое посольство в Иране

    Великобритания эвакуировала свое посольство в Тегеране на фоне опасений, что США могут в ближайшее время нанести удар по Ирану.

    Об этом Median.Az сообщает со ссылкой на Telegraph.

    Отмечается, что посол Британии в Иране и все сотрудники посольства покинули дипломатическое представительство.

    Министерство иностранных дел Великобритании заявило, что закрытие посольства носит временный характер.

  • Britaniya İrandakı səfirliyini bağlayıb

    Böyük Britaniya ABŞ-nin İrana yaxın zamanda zərbə endirə biləcəyi ilə bağlı narahatlıqlar fonunda Tehrandakı səfirliyini təxliyə edib.

    Median.Az bu barədə “Telegraph”a istinadən xəbər verir.

    Qeyd olunur ki, Britaniyanın Irandakı səfiri və səfirliyin bütün konsulluq əməkdaşları diplomatik nümayəndəliyi tərk ediblər.

    Böyük Britaniyanın Xarici İşlər Nazirliyi səfirliyin bağlanmasının müvəqqəti xarakter daşıdığını bildirib.