Month: January 2026

  • Məhkəmə oğlunu döyən, arvadına əzab verən şəxslə bağlı qərarı ləğv etdi

    Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada, əzab vermədə və zorlamada təqsirləndirilən İlqar Qafarovun (ad, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub və cinayət işi yeni apellyasiya baxışına təyin edilib.

    İttihama görə, İlqar Qafarov 2023-cü il sentyabrın 15-də, təxminən saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonunda yerləşən evdə olarkən mübahisə zamanı oğlu, 2013-cü il təvəllüdlü N.N.-i qəsdən vuraraq sağlamlığına yüngül zərər yetirib.

    Bundan başqa, təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonunda yerləşən evdə 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında boşandığı arvadı, zərərçəkmiş M.M.-i mütəmadi olaraq döyüb. Həmin il noyabrın 21-də isə ona cinsi təcavüz edib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Qafarov altı il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

  • Abşeronda biryaşlı uşaq ölüb

    Abşeron rayonunda biryaşlı oğlan uşağı ölüb.

    Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 14-də Abşeron Gənclər şəhərciyində qeydə alınıb. 2025-ci il təvəllüdlü A.Osmanzadə yaşadığı evdə həyatını itirib. İlkin ehtimala görə, uşaq xəstə doğulubmuş.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Azərbaycanda türkiyəli tələbələrin meyitləri TAPILDI

    Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 61 ünvanında qeydə alınıb.

    Məlumata görə, vəfat edən Ahmet və Büşra adlı tələbələr Türkiyə vətəndaşlarıdır.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

  • Yanacağın qiymətindəki dəyişiklik gediş haqqına təsir edəcək?

    Yanvarın 17-dən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarda gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik olub. Bu dəyişiklik Azərbaycanda yanacağın qiymətindəki artımın nəqliyyat sektoruna təsirinin bir nümunəsi kimi qiymətləndirilir. Yanacaq xərclərinin yüksəlməsi bu sahədə fəaliyyət göstərən bütün subyektlərə birbaşa təsir göstərir. Xüsusilə taksi xidmətləri və ictimai nəqliyyat üçün yanacaq əsas xərc amillərindən biri olduğundan, qiymət artımı gedişhaqqı tariflərinin dəyişdirilməsini gündəmə gətirir. Buna görə də sərnişinlərin gündəlik xərcləri və nəqliyyat şirkətlərinin maliyyə dayanıqlığı birbaşa təsirlənir. Uzun müddətdə yanacaq qiymətinin artımı nəqliyyat şirkətlərinin investisiya planlarına və göstərdikləri xidmətin keyfiyyətinə də təsir edə bilər. Eyni zamanda sərnişinlərin alternativ nəqliyyat vasitələrinə üstünlük verməsi və ya ictimai nəqliyyatdan istifadənin azalması kimi sosial-iqtisadi nəticələr də gözlənilir. Bu səbəbdən hökumətin tarif siyasəti və yanacaq subsidiyaları məsələsi xüsusilə böyük əhəmiyyət kəsb edir.

    Yanacaq qiymətlərində baş verən artım nəqliyyatda gedişhaqqı tariflərinin dəyişməsinə səbəb olacaq?

    Mövzu ilə bağlı Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, avtoparkların əksər hissəsini elektobuslar, sıxılmış təbii qazla işləyən avtobuslar təşkil edir. Taksi parkının da yenilənmələrdən sonra əsas hissəsi elektomobildir.

    “Bu səbəbdən yanacaq qiymətlərindəki artım gedişhaqlarının minimal dərəcədə dəyişməsinə səbəb ola bilər. İctimai nəqliyyatda baş verən son qiymət artımında da qeyd olunub ki, yalnız tələblərə cavab verən avtobusların tarifləri dəyişib”, – ekspert vurğulayıb.

    R. Ağamirzəyev bildirib ki, bu il “Brutto müqavilə”nin tətbiqi çərçivəsində daha maraqlı proseslər gözlənilir:

    “Cari ildə 15% nağd ödənişlə işləyən avtobusların da nağdsız ödəniş sisteminə keçidini təmin etmək lazımdır. Bu gün güzəşt qrupları tələbələr, təqaüdçülər, müharibə veteranları üçün fərdi bilet paketlərinin və 90 dəqiqəlik pulsuz tranzit imkanlarının tətbiqi ümumi xərclərin optimallaşdırılmasına zəmin yaradır və bu, daha vacibdir”.

    Nəqliyyat eksperti Eldəniz Cəfərli isə bildirib ki, yanacağın qiyməti 5–10% civarında dəyişib.

    “Bu dəyişikliyə görə ictimai nəqliyyatda və taksidə gediş haqqı artmayacaq. Ümumiyyətlə, taksidə gediş haqqı dəyişən tariflə müəyyən olunur və tələb-təklif əsasında formalaşır”, – ekspertqeyd edib

    O əlavə edib ki, taksidə istifadə olunan nəqliyyat vasitələrinin böyük əksəriyyəti hibrid modellərdir və bu, müəyyən xərclərin azalmasına səbəb olur.

    “Başqa sözlə, dizel yanacağı və benzinin qiymətinin 5% yüksəlməsi nəqliyyatda tariflərin artmasına gətirib çıxarmamalıdır”, – deyə E. Cəfərli vurğulayıb.

    ©Trend

  • 2026-cı ildə CV-lər necə dəyişəcək? – Ən vacib 5 trend açıqlanıb

    2026-cı ildə işə qəbul prosesində CV-lərlə bağlı gözlənilən əsas dəyişikliklər açıqlanıb. Mütəxəssislərin fikrincə, müasir CV artıq sadəcə iş təcrübəsinin siyahısı deyil, AI-yə uyğun, məzmunlu və əvvəlcədən hazır olmalıdır.
    Valyuta.az xəbər verir ki, uzun illər rəhbər şəxslər üçün CV hazırlayan Donna Svei bildirir ki, son illərdə namizədlərin seçilmə mexanizmi köklü şəkildə dəyişib. CEO-ların prioritetləri yenilənib, süni intellekt namizədlərin süzgəcdən keçirilməsində əsas rol oynayır, CV-lər isə bir-birinə bənzəməyə başlayıb. Eyni zamanda, qısa siyahıların formalaşdırılması daha sürətli aparılır.
    Ekspertin fikrincə, 2026-cı ildə seçilmək istəyən namizədin CV-si üç əsas tələbi ödəməlidir:
    rəhbərlərin prioritetlərinə cavab verməli,
    avtomatlaşdırılmış (AI əsaslı) sistemlərdən keçməli,
    oxunaqlı və məntiqli olmalıdır.
    Bu çərçivədə 2026-cı il üçün 5 əsas CV trendi ön plana çıxır.
    1. CV-lər CEO prioritetlərinə uyğunlaşdırılmalıdır
    2025-ci ilin sonlarında aparılan sorğulara əsasən, CEO-ların 2026-cı ilə gedərkən diqqət yetirdiyi əsas mövzular artıq CV-lərdə də aydın şəkildə əks olunmalıdır.
    2. Süni intellektin tətbiqi əsas üstünlük sayılır
    CEO-lar üçün əsas sual budur: Bu namizəd AI-ni real biznes prosesinə tətbiq edə və investisiya gəliri (ROI) yarada bilərmi?
    CV-də AI dəstəkli iş axınlarının qurulması, əsas proseslərdə AI tətbiqi və AI idarəetmə çərçivələrinin yaradılması xüsusi üstünlük hesab olunur.
    3. Qeyri-müəyyənlik dövründə qərarvermə bacarığı ön plana çıxır
    Geosiyasi və iqtisadi risklərin artdığı bir dövrdə rəhbərlər belə suallara cavab axtarır: Bu namizəd dəyişkən şəraitdə şirkətin dəyərini qoruya bilərmi?
    Risklərin analizi, marjanın qorunması və tənzimləyici dəyişikliklərə uyğunlaşma CV-də konkret nəticələrlə göstərilməlidir.
    4. İstedadların idarə olunması yeni məna qazanır
    AI dövründə komanda formalaşdırmaq və insan kapitalını gələcəyə hazırlamaq bacarığı rəhbər vəzifələr üçün əsas göstəricilərdən biridir. CV-də liderlik, komanda inkişafı və bacarıqların transformasiyası vurğulanmalıdır.
    5. CV artıq “hazır vəziyyətdə” olmalıdır
    Ekspertlər bildirir ki, 2026-cı ildə CV-ni yalnız vakansiya elanından sonra hazırlamaq gec ola bilər. Namizəd istənilən anda – investor, HR və ya rəhbər tərəfindən baxıla biləcək hazır və aktual sənəd təqdim etməlidir.

  • İki çoban yarım milyon manatdan çox pulu necə mənimsəyib? – Film kimi cinayətin DETALLARI (Video)

    Çobanlar fermanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını satıblar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.

    Xezerxeber.az-ın məlumatına görə, ailə təsərrüfatı olan fermanın sahiblərindan biri Firdovsi Baxışov deyib ki, hadisə 2 il bundan öncə baş verib. Fermalarında çalışan Kəmaləddin Hüseynov və onunla əlbir olan qohumu Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları oğurlayıblar. Onlar bunu əsas sahibkarın adından istifadə edərək həyata keçiriblər. Onlar işçiləri aldadaraq guya heyvanları sahibkarın tapşırığı ilə apardıqlarını deyiblər. 
    Bundan sonra hadisədən şübhələnən sahibkarlar Salyandakı daha çox sürünün olduğu fermaya gediblər. Məlum olub ki, burada olan bütün heyvanlar da oğurlanıb. Əməllərinin izini itirmək üçün isə fermadakı kameraları sıradan çıxarıblar.

    Çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1377 baş heyvanı sataraq 586 min manatdan çox pulu mənimsəyiblər. Satdıqlari 44 baş müxtəlif cinsli mal, 330 baş keçi, 75 baş çəpiş, 660 baş qoyun, 230 baş quzu, 4 at olub. Bunlardan sadəcə 4 at saxladıqları yerdən tapılaraq geri qaytarılıb.

    Hazırda sahibkarların istəyi onlara dəyən ziyanın ödənilməsidir.
    Sahibkarın şikayəti əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar. Hazırda Salyan rayon prokurorluğunda araşdırma aparılır.

    Xezerxeber.az-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik. 

  • İran vətəndaşları quru sərhədlərini keçərək Türkiyəyə gedir

    Onlarla İran vətəndaşı quru sərhədlərini keçərək Türkiyəyə gedib.

    APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
    Bildirilib ki, iranlılar Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyənin Van vilayətinə daxil olublar.

    İki anonim mənbənin məlumatına görə, bir sıra ölkələr öz vətəndaşlarını İranı tərk etməyə çağırdıqdan sonra İrandan Türkiyəyə keçənlərin sayında artım müşahidə olunub.

    Buna baxmayaraq, İran-Türkiyə sərhədindəki sərhəd nümayəndəsi vəziyyətin fövqəladə olmadığını və sərhəd-keçid məntəqəsinə yaxınlaşan iranlıların sayında ciddi artım olmadığını bildirib.
    Qeyd edək ki, İranda bir neçə gündür internet kəsilib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) verdiyi məlumata görə, etiraz aksiyalarında ölənlərin sayı 2571 nəfərdir, minlərlə insan həbs olunub.

  • СМИ: Госдеп приостанавливает обработку виз для граждан 75 стран

    Государственный департамент приостанавливает обработку заявлений на получение виз для граждан 75 стран в рамках борьбы с заявителями, которые “могут стать обузой для государственного бюджета”.

    Об этом сообщает телеканал Fox News со ссылкой на служебную записку ведомства.

    Согласно внутреннему документу, оказавшемуся в распоряжении Fox News, консульским работникам дано указание отказывать в выдаче виз на основании действующего законодательства, пока Госдепартамент проводит переоценку процедур проверки и досмотра. В список стран, на которые распространяются ограничения, вошли Россия, Сомали, Афганистан, Бразилия, Иран, Ирак, Египет, Нигерия, Таиланд, Йемен и другие государства.

    Обработка заявлений будет приостановлена с 21 января. Как указывает телеканал, пауза “продлится неопределенный срок”, пока ведомство проводит пересмотр порядка выдачи виз.

  • KİV: ABŞ Dövlət Departamenti 75 ölkə vətəndaşları üçün vizaların emalını dayandırır

    ABŞ Dövlət Departamenti “dövlət büdcəsi üçün yükə çevrilə biləcək” müraciətçilərlə mübarizə çərçivəsində 75 ölkənin vətəndaşları üçün viza müraciətlərinin emalını dayandırır.

    Bu barədə “Fox News” telekanalı qurumun xidməti qeydinə istinadən məlumat yayıb.

    “Fox News”un əldə etdiyi daxili sənədə əsasən, konsulluq işçilərinə göstəriş verilib ki, Dövlət Departamenti yoxlama və baxış prosedurlarını yenidən qiymətləndirənədək mövcud qanunvericilik əsasında vizaların verilməsindən imtina etsinlər.

    Məhdudiyyətlərin tətbiq olunduğu ölkələrin siyahısına Rusiya, Somali, Əfqanıstan, Braziliya, İran, İraq, Misir, Nigeriya, Tailand, Yəmən və digər dövlətlər daxildir.

    Müraciətlərin emalı yanvarın 21-dən dayandırılacaq. Qurum viza verilməsi qaydalarına yenidən baxana qədər bu fasilə “qeyri-müəyyən müddətə” davam edəcək.

  • Azər Bayramova yüksək VƏZİFƏ VERİLDİ

    Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin edilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

    Sərəncamla bu vəzifə Azər Bayramova həvalə olunub.

    Bununla da iqtisadiyyat nazirinin müavinlərinin sayı 6-ya çatıb.

    Qeyd edək ki, Azər Bayramov 1970-ci il fevralın 1-də Bakı şəhərində anadan olub. 1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə – İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisası üzrə ali təhsil alıb. 2000-ci ildə isə M.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

    O, 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi əmək fəaliyyətinə başlayıb. 1992-1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin Beynəlxalq Vergiqoyma İdarəsinin rəisi, 1997-1999-cu illərdə isə İri Vergi Ödəyiciləri ilə İş Üzrə idarəsinin rəisi, 2000-2004-cü illərdə Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi olub.

    2004-cü ildən maliyyə nazirinin müavini, eyni zamanda Büdcə Gəlirlərinin Proqnozlaşdırılması üzrə Komissiyanın sədri idi.