Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Median.Az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov hər biri 8 il müddətinə azadlıqdan məhrum olunub.
Qeyd edək ki, Sevinc Osman qızı Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Sevinc Mirzəyeva barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən, youtube internet portalında istifadəsində olan “Sevinc Osmanqızı TV” adlı kanalında 17 fevral 2019, 17 oktyabr 2019 və 25 iyul 2020-ci il tarixlərdə yayımladığı video müraciətlərində insanların iradəsinə təsir edib, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar etməsinə, həmçinin bu cür məzmunli video meteralları qeyri məhdud sayda şəxslərin izləyə biləcəyi internet resusları vasitəsi ilə yayılmasına, habelə Manafov Beydulla Ənvər oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 2 sentybr 2023 və 13 yanvar 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri-məhud şəxslərin baxa biləcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına, eləcə də, Qafarov Abid Abdin oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 26 iyun 2024-cü il və 9 dekabr 2024-cü il tarixlərində dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir oğlduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşayiət olunan iğtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri-məhud şəxslərin baxa biləcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.
Xaricdə yaşayan ictimai fəal Abid Qafarov barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən, Abid Qafarov digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 26 fevral 2024-cü il və 28 aprel 2024-ci il tarixlərində təkrarən hakimiyyəti ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsinə, bu cür məzmunlu videomaterialların “AzerFreedom TV” kanallarında yayılmasına, bundan başqa, Mirzəyeva Sevinc Osman qızı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməklə 26 iyun 2024-cü ildə və 9 dekabr 2024-cü il tarixdə Azərbaycanda təkrarən hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi yutub internet portalında “Sevinc Osmanqızı TV” adlı kanal vasitəsilə yayılmasına, bundan əlavə, digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 5 sentyabr 2024-cü il tarixdə hakimiyyətin təkrarən zorla ələ keçirilməsinə yönələn və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi youtube internet portalında “AzerFreedom TV” kanalında yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, xaricdə yaşayan Beydulla Manafova Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 281.2 və 283.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Month: January 2026
-
Sevinc Osmanqızı ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ
-
Daha bir azərbaycanlı repressiya qurbanı oldu
Daha bir azərbaycanlı repressiya qurbanı olub.
Median.Az xəbər verir ki, Həmədan şəhərində 39 yaşlı Azərbaycan rejissoru Cavad Gənci Tehranın Sadeqiyyə rayonunda küçə etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.
O, kino və televiziyada rejissor və rejissor köməkçisi kimi çalışıb, uzun illər pərdəarxası işləyib və film istehsalı sahəsində peşəkar hesab olunurdu./modern -
Vaxt dəqiqləşdi: İrana hücum bu axşam başlayacaq

ABŞ-ın mümkün hücumu baş versə, İran Səudiyyə Ərəbistanı, BƏƏ və Türkiyədəki ABŞ hərbi bazalarına zərbələr endirəcək. Tehran bu ölkələri Vaşinqtonun hərbi müdaxiləsinin qarşısını almağa çağırıb.
Median.az xəbər verir ki, bu barədə İranın yüksək rütbəli rəsmisi Prezident Donald Trampın kütləvi antihökumət etirazları fonunda müdaxilə ilə bağlı təhdidindən sonra bəyanat verib.
Gərginlik fonunda Qətərdə yerləşən ABŞ-ın Əl-Üdeyd hərbi bazasındakı ikinci dərəcəli heyətə axşam saatlarınadək bazanı tərk etmələri tövsiyə olunub. Eyni zamanda, İsrailin Baş naziri Benyamin Netanyahunun təyyarəsinin Təl-Əvivdən naməlum istiqamətə yola düşdüyü bildirilir.
Amerika aviasiyasının artan aktivliyi və “Sion Qanadı” təyyarəsinin planlaşdırılmamış uçuşu mediada ötən il ABŞ-ın İrana endirdiyi zərbələr öncəsi baş verən hadisələrlə müqayisə olunur./konkret.az -
Etirazçılar Berlin səfirliyindəki İran bayrağını endirdilər
Yanvarın 14-də bir qrup iranlı etirazçı İslam Respublikasının Berlindəki (Almaniya) səfirliyinə daxil olub.
Median.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Yayımlanan videogörüntülərdən aydın olur ki, etirazçılar İran bayrağını endiriblər.
Bu addımlarını sosial şəbəkədə iranlı fəallar belə izah ediblər:
“Uşaq qatili olan hazırkı terrorçu rejim qanunsuzdur. O, İran millətini təmsil etmir. Bu səfirliklər də İrana deyil, iranlılara məxsusdur”.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib – şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.
-
Borcluları Qabil Məmmədovla şantaj edən qadının evindən tapılan pullar kimə məxsusdur? – MƏHKƏMƏ
Almaniyada yaşayan və özünü bloqer kimi təqdim edən Qabil Məmmədov vasitəsilə zərərçəkmişlərə hədə-qorxu gələrək onların pulunu ələ keçirməkdə ittiham olunan Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
Median.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili onun mənzilində aparılan axtarış zamanı müsadirə edilən 15 min manatın müttəhimin qardaşına məxsus olduğunu bildirib.Buna görə də vəkil Qönçə Məmmədovanın qardaşının da məhkəmədə əlavə şahid kimi ifadə verməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.
Müttəhimin qardaşı Məmməd Məmmədov şahid kimi ifadəsində vurğulayib ki, bu işdən indiyədək məlumatsız olub.
“Bacım məndən pul istədi ki, ev alacaq, kömək lazımdır. Mən də ona 15 000 manat verdim. Pulu qaytarmadı. Bacım tutulandan sonra bildim ki, pulu evdən götürüblər. Bura da ona görə gəldim ki, bəs mənim pulumu nə vaxt verəcək?”
Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib.
Xatırladaq ki, 55 yaşlı Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb.
Q.Məmmədovanın 13 nəfərə 92 760 min manat pulu sələmə verdiyi məlum olub. O da məlum olub ki, qadın hesabladığı faizlərlə birlikdə borclulardan əlavə 51 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü, onun müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.
İstintaq materiallarında qeyd edilib ki, Q.Məmmədova ondan pul götürən Gülayə Quliyeva və Fəridə Fərzəliyevaya borclarından əlavə pul hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.
Təqsirləndirilən şəxs həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.
Zərərçəkmiş qadınlar şikayətlərində yazıblar ki, Qönçə Məmmədova onlara “YouTube” və digər sosial şəbəkələrdə Qabil Məmmədov vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib.
Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar haqda rüsvayedici ifadələr işlədib.
Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib. Digər zərərçəkmiş F.Fərzəliyevanın şikayətinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etməyib, bu səbəbdən Qabil vasitəsilə onu rüsvay edib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb. Lakin sonradan qanunsuz tələblərindən bezərək prokurorluğa şikayət etmək qərarına gəlib.
Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qönçə Məmmədova özünü qismən təqsirli hesab edib. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib. G.Quliyeva haqda məlumatları da Qabilə göndərib ki, bu yolla onlara təsir etsin. Dediyinə görə, daha əvvəl G.Quliyeva barədə polisə şikayət edib. O, Qabil Məmmədovun xalası oğlu olmadığını, onunla digər şəxs vasitəsilə tanış olduğunu bildirib.
Bu işlə bağlı Qönçə Məmmədova ilə birgə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan edilməyib.
Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.
Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham elan edilib.//oxu.az
-
Правительственный борт Израиля прилетел на Крит на фоне напряженности с Ираном
Борт №1 Израиля “Крыло Сиона” – главный правительственный борт страны – прилетел на остров Крит 14 января на фоне возможной военной эскалации с Ираном.
Как передает Median.Az, это следует из данных сервиса отслеживания полетов Flightradar24.Согласно данным сервиса, самолет вылетел из израильского аэропорта Беэр-Шева и приземлился в кипрском Ираклионе.
Указывается, что полет составил 1 час и 47 минут.
Днем ранее президент США Дона Трамп призвал протестующих в Иране захватывать госучреждения в республике. Он добавил, что отменил все запланированные ранее контакты с иранскими властями “до тех пор, пока бессмысленное убийство протестующих не прекратится”. Американский президент также пообещал, что помощь митингующим “уже в пути”.
Пресс-секретарь Белого дома Кэролайн Ливитт 12 января заявила, что Трамп не побоится использовать американскую военную силу против Ирана, если этого потребуют обстоятельства. Она подтвердила, что один из представителей иранского правительства вышел на контакт со спецпосланником американского лидера Стивеном Уиткоффом и выразил позицию, существенно отличающуюся по тону от публичных заявлений Тегерана.
-
İsrailin hökumət təyyarəsi İranla gərginlik fonunda Yunanıstana uçub
İsrailin “Sion qanadı” adlanan ölkənin əsas hökumət təyyarəsi İranla mümkün hərbi eskalasiya fonunda yanvarın 14-də Yunanıstanın Krit adasına uçub.
Median.Az xəbər verir ki, bu, “Flightradar24” uçuş izləmə servisinin məlumatlarından aydın olur.
Servisin məlumatına əsasən, təyyarə İsrailin Beer-Şeva hava limanından havaya qalxıb və İraklion şəhərinə eniş edib.
Uçuşun 1 saat 47 dəqiqə davam etdiyi bildirilir.
-
Следственный комитет РФ установил все этапы подготовки теракта в “Крокусе”
Следственный комитет (СК) России в ходе расследования установил все этапы подготовки теракта в концертном зале “Крокус сити холл”.
Как передает Median.Az, об этом в интервью ТАСС сообщил председатель СК РФ Александр Бастрыкин.“Это преступление организовано спецслужбами Украины для дестабилизации деятельности органов власти и расшатывания внутриполитической обстановки в России. Следствием установлены все этапы планирования, подготовки и совершения теракта”, – сказал он.
Бастрыкин сообщил, что следователи и оперативные службы устанавливают местонахождение организаторов этого преступления. “Реализуется комплекс мероприятий, направленных на установление местонахождения организаторов преступления. В этих целях следователи и оперативные службы активно взаимодействуют с правоохранительными органами Таджикистана и других государств”, – ответил он.
Теракт в “Крокусе” в подмосковном Красногорске был совершен 22 марта 2024 года. По данным СК, его жертвами стали 149 человек. Террористы были вооружены тремя автоматами Калашникова, не менее 59 магазинами с более 1 300 патронами к ним и ножами. После теракта четверо исполнителей – Мухаммадсобир Файзов, Далерджон Мирзоев, Саидакрами Рачабализода и Шамсидин Фаридуни – скрылись, но были задержаны на территории Брянской области. Позднее были задержаны 15 соучастников террористов. По версии следствия, все они входили в подразделение “Исламского государства” – “Вилаят Хорасан”. Уголовное дело с лета 2025 года рассматривает Второй Западный окружной военный суд.
-
“Crocus”dakı terror aktına hazırlıqlar necə həyata keçirilib? – İstintaqın rəsmi açıqlaması
Rusiya İstintaq Komitəsi araşdırmaların gedişində “Crocus City Hall” konsert zalında terror aktına hazırlığın bütün mərhələlərini müəyyən edib.
Median.Az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a verdiyi müsahibədə bildirib:“Bu cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən Rusiyada dövlət qurumlarının fəaliyyətini pozmaq və daxili siyasi vəziyyəti sarsıtmaq üçün təşkil edilib. İstintaq terror aktının planlaşdırılması, hazırlanması və həyata keçirilməsinin bütün mərhələlərini müəyyən edib.
Cinayətin təşkilatçılarını tapmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Bu məqsədlə müstəntiqlər və əməliyyat xidmətləri Tacikistan və digər ölkələrin hüquq-mühafizə orqanları ilə fəal əməkdaşlıq edir”.
Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus” ticarət mərkəzində terror aktı 22 mart 2024-cü ildə baş verib. İstintaq Komitəsinin məlumatına görə, hadisə zamanı 149 nəfər öldürülüb.
-
Əminağa Sadıqov niyə professor adından məhrum edilib? – RƏSMİ
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini, Sumqayıt Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən Əminağa Sadıqovun professor elmi adından məhrum edilməsinin səbəbini açıqlayıb.
Median.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Ali Attestasiya Komissiyasının sədr müavini Sakin Cabbarov məlumat verib.Bildirilib ki, Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26.12.2025-ci il tarixli qərarı ilə Əminağa Bəhmən oğlu Sadıqov Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 8.3.2-ci yarımbəndinə əsasən elmi ad verilməsi proseduru pozulduğu səbəbindən professor elmi adından məhrum edilib.
Qeyd edək ki, bir müddət əvvəl Əminağa Sadıqovun professor elmi adından məhrum edilməsi ilə bağlı mediada məlumatlar yayılıb.//oxu.az









