Month: January 2026

  • Sumqayıtda silah-sursat tapıldı

    Sumqayıt şəhərində qanunsuz silah-sursat aşkar olunub.

    Polis əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı şəhərin 15-ci məhəlləsində 16 kalibrli “İJ-17” markalı tək lüləli ov tüfəngi tapılıb.

    Bundan başqa, Sumqayıtın 13-cü mikrorayonunda bir nəfərin üzərindən “Baykal” markalı odlu silaha bənzər pnevmatik tapança aşkar edilib.

    Polisin bu istiqamətdə profilaktik tədbirləri davam etdirilir.

  • Bakıda tikintidə FACİƏ – Ölən var

    Bakıda tikintidə ölüm hadisəsi baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə yanvarın 12-də saat 12 radələrində paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

    Həmin ünvanda aparılan tikintidə usta işləyən, 1986-cı il təvəllüdlü Əsgər Bəhruz oğlu Əsgərxanov binadan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Prezident Tərtərdə zavodun yenidənqurmadan sonra açılışında iştirak etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

    Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

  • Əhməddən yeni xəbər var: “Ata-anasının yolunu gözləyir” – Video

    Ailəsini xüsusi amansızlıqla qətlə yetirən Əhməddən yeni xəbər var.
     
    Median.Az xəbər verir ki,  “O, başa düşmür nə eliyib?” sualına sosial şəbəkədə “Əhmədovlar” adlı profil “Ata, anasının yolunu gözləyir. Deyir, yanıma niyə gəlmirlər?” cavabını verib.
     
    Sözügedən paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
     
    Qeyd edək ki, paylaşım qısa zamanda böyük rezonans doğuraraq istifadəçilər arasında ciddi fikir ayrılıqları yaradıb.//milli.az

  • Uraldakı Azərbaycan diasporunun keçmiş liderinə qarşı milyonluq təzminat tələbi

    Uraldakı (Rusiya) Azərbaycan diasporasının keçmiş lideri, hazırda həbsdə olan Şahin Şıxlinski yeni ittihamla üzləşib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, Yekaterinburq sakini Fehruz Şirinov Şahin Şıxlinski və digərlərinə qarşı milyonlarla dollarlıq məhkəmə iddiası qaldırıb. Bu barədə ilk xəbəri ura.ru saytı yayıb.

    İddia təkcə Şıxlinskiyə qarşı deyil. Şirinov hazırda istintaq təcridxanasında saxlanılan Səfərov qardaşlarını da məhkəməyə verib. İddiaçının bildirdiyinə əsasən, 2010-cu ildə Səfərovlar ona qarşı sui-qəsd planı hazırlayıblar.

    “Şirinovun adı cinayət işində zərərçəkmiş kimi keçir. O, 22 milyon rubldan çox mənəvi təzminat tələb edir”, – məlumatda qeyd olunur.

    Şahin Şıxlinski 2025-ci ilin yayında həbs edilib. İstintaqçılar onu Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirakda və 2001-ci ildə ticarətçi İkram Paşayevin qətlində əli olmaqda şübhəli bilirlər. Şirinov təsadüf nəticəsində sağ qalmağı bacarıb.

    Hadisədən on beş il sonra iş yenidən istintaqa qaytarılıb.

  • Türkiyənin məşhur aktyoru Oktay Kaynarca və müğənni Emel Müftüoğlu saxlanıldılar

    Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla, 6 nəfər saxlanılıb.

    İstanbul Baş Prokurorluğundan məlumat verilib.

    Məlumata görə, Oktay Kaynarca səhər saatlarında jandarmların müşayiəti ilə Vilayət Jandarm Komandanlığına aparılıb.

    İstanbul Baş Prokurorluğunun verdiyi açıqlamada bildirilir ki, Oktay Kaynarca və Emel Müftüoğlu ilə yanaşı, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya da saxlanılıblar.

  • “Kələm” kisələrində gizlədilmiş 19 kiloqram narkotik: Biləsuvar gömrüyündən uğurlu əməliyyat

    Biləsuvar Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, ölkəmizdən tranzit keçməklə İrandan Gürcüstana “kələm” yükü aparan nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib və xidməti it qoşqudakı 13 kisəyə reaksiya verib.

    Əsaslı yoxlama zamanı həmin kisələrdə fiziki görünüşcə “kələm” formasına salınaraq gömrük nəzarətindən gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 19 kiloqram 475 qram narkotik vasitə – marixuana aşkar edilib.

  • Tramp İranla əməkdaşlıq edən ölkələrə 25% rüsum tətbiq edəcək

    ABŞ Prezidenti Donald Tramp İranla iqtisadi əlaqələri olan istənilən ölkəyə 25% rüsum tətbiq olunacağını açıqlayıb.

    O, bu barədə özünün Truth sosial şəbəkəsində paylaşıb.

    Trampın sözlərinə görə, “İran İslam Respublikası ilə iş görən istənilən ölkə Amerika Birləşmiş Ştatları ilə aparılan istənilən və bütün işlərə 25% tarif ödəyəcək”.

    ABŞ liderinin qəti qərar olaraq vurğuladığı bu qanun dərhal qüvvəyə minir.

  • Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb

    Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə “Şəhidlər Xiyabanı”nda 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.

    Həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.

    Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, Xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Bundan əlavə ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib.

  • Vəziyyət sürətlə dəyişir: ABŞ öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı

    ABŞ Dövlət Departamenti İrandakı Amerika vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar ölkəni dərhal tərk etmək çağırışını ehtiva edən təcili xəbərdarlıq yayımlayıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın İrandakı səfirliyinin (maraqlar bölməsi) saytında dərc edilmiş məlumatda deyilir.

    Diplomatik qurumun müraciətində qeyd olunur ki, amerikalılar təxliyəni müstəqil şəkildə təşkil etməli və ABŞ hökumətinin dəstəyinə arxalanmamalıdırlar.
    “İranı dərhal tərk edin. ABŞ hökumətinin köməyini nəzərdə tutmayan çıxış planınız olsun”, — deyə bəyanatda bildirilir.

    Dövlət Departamentinin məlumatına görə, ölkədə vəziyyət sürətlə pisləşir:
    •kütləvi iğtişaşlar güclənir;
    •hakimiyyət interneti bloklayır;
    •yollar bağlanır;
    •ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılır.

    Amerika vətəndaşlarına tövsiyə olunur ki, əgər təhlükəsizlik vəziyyəti imkan verirsə, Ermənistan və ya Türkiyə vasitəsilə quru yolu ilə ölkədən çıxmağı nəzərdən keçirsinlər. İranı tərk etmək imkanı olmayan ABŞ vətəndaşlarına isə təhlükəsiz sığınacaq tapmaq, diqqət çəkməmək, su, qida və dərman ehtiyatı hazırlamaq və internetin tamamilə kəsilməsi səbəbindən alternativ rabitə vasitələrinə malik olmaq tövsiyə edilir.

    Bu cür təcili xəbərdarlıqlar və diplomatların təxliyəsi çox vaxt münaqişələrin kəskinləşməsindən və ya mümkün hərbi müdaxilədən əvvəl baş verir.

    HRANA qrupunun məlumatına görə, İranda hökumət əleyhinə etirazlar nəticəsində azı 500 nəfər həlak olmuş ola bilər. ABŞ-da yerləşən hüquq müdafiə qrupu bu rəqəmləri İran daxilindəki və xaricindəki fəallardan aldığı məlumatlara istinadən açıqlayıb.

    İki həftəlik iğtişaşlar ərzində ölkədə təxminən 10 600 nəfər saxlanılıb. İran hökuməti qurbanların sayı barədə rəsmi məlumat yaymayıb.

    Avropa diplomatiyasının rəhbəri Kaya Kallas rejimin etirazçıları amansızcasına sıxışdırmasına görə İrana qarşı əlavə sanksiyalar tətbiq etməyi təklif etməyə hazır olduğunu bildirib.

    ABŞ Prezidenti Donald Tramp isə İranla əməkdaşlıq edəcək ölkələrə qarşı yeni ticarət məhdudiyyətlərinin tətbiq ediləcəyini açıqlayıb.