Month: January 2026

  • İlham Əliyev Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib – FOTO (Yenilənib)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının (SES) açılışında iştirak edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına bu stansiya, həmçinin Qarabağda və Şərqi Zəngəzurda yerləşən Su Elektrik stansiyalarının vəziyyəti, Tərtərçay silsiləsinin mövcud və perspektiv hidroenerji potensialı barədə məlumat verdi.

    Bildirildi ki, işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 Su Elektrik Stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat yaşıl enerji istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb.

    Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES “Azərenerji” ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır.

    Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq Ağdərə rayonunda, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

    Stansiyanın ölkə enerjisisteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub.

    Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

    Qeyd edək ki, layihə çərçivəsində ətraf mühit amillərinə diqqət yetirilib. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması üçün xüsusi hidrotexniki qurğular tikilib. Bunlar, eyni zamanda, zərərli maddələrin suya qarışmasının qarşısını almaqla, onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.









    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Qozlukörpü kəndində “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • ETX sürücülük vəsiqələri ilə bağlı ÇAĞIRIŞ ETDİ

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinqlər nəticəsində “Instagram” sosial şəbəkəsində sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox fiziki şəxsə aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib.

    Median.Az ETX-ya istinadən xəbər verir ki, qeyd olunan hallarda vətəndaşların fərdi məlumatlarının yayılması onların üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və qanunsuz istifadəsi riskini artırdığı üçün ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət ünvanlayıb. Müraciətdə sürücülük vəsiqələrinin dərhal silinməsi və bu kimi halların təkrarlanmaması üçün zəruri texniki və təşkilati tədbirlərin görülməsi tələb edilib. Nəticədə qanunsuz paylaşılan məlumatların silinməsi təmin olunub.

    ETX bir daha vətəndaşlara müraciət edərək bildirir ki, fərdi məlumatların, o cümlədən sürücülük vəsiqəsi kimi rəsmi sənədlərin sosial şəbəkələrdə paylaşılması ciddi təhlükə yaradır. Belə məlumatlar yalnız etibarlı və səlahiyyətli qurumlara təqdim edilməli, qanun pozuntusu halları ilə rastlaşdıqda isə dərhal ETX-yə məlumat verilməlidir.

    Eyni zamanda sürücülük təlimi təşkil edən şəxslərə və müəssisələrə xəbərdarlıq edilir ki, vətəndaşların rəsmi sənədlərinin sosial şəbəkələrdə paylaşılması yolverilməzdir və “Fərdi məlumatlar haqqında” qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunmalıdır.

  • İş yerini dəyişmək istəyən müəllimlər üçün son mərhələnin vaxtı açıqlandı

    İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, 15-16 yanvar tarixlərində keçiriləcək prosesin sənədlərin yoxlanılması mərhələsinə ümumilikdə 156 müəllim dəvət edilib.

  • Kosmik əməkdaşlıq: “Azərkosmos” və “Starlink” texnologiyaları bir araya gəlir

    Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) təqdim etdiyi peyk rabitə xidmətləri çərçivəsində “Starlink” texnologiyası bəzi hallarda əlavə və ehtiyat rabitə həlli kimi nəzərdən keçirilir.

    Median.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq “Azərkosmos”dan bildirilib.

    Qeyd olunub ki, xüsusilə dənizçilik (maritime) layihələrində müştərilərə əsas peyk xidmətləri ilə yanaşı alternativ rabitə vasitəsi kimi təklif olunması rabitənin davamlılığının təmin edilməsinə töhfə verir.

    Bu yanaşma müxtəlif texnoloji həllərin bir-birini tamamlaması prinsipi əsasında müştərilərə daha etibarlı və fasiləsiz rabitə imkanlarının təqdim edilməsinə xidmət edir.

    Qeyd edilib ki, “Starlink” aşağı orbitli peyk qruplaşması üzərindən internetə çıxış imkanı yaradan yeni nəsil rabitə texnologiyalarından biridir. Bu həll xüsusilə yerüstü infrastrukturun məhdud olduğu və ya mövcud olmadığı bölgələrdə internetə çıxışın təmin edilməsi baxımından alternativ imkanlar təqdim edir.

    Xidmətin əsas üstünlükləri sırasında qlobal əhatə dairəsi, nisbətən yüksək sürət və aşağı gecikmə göstəriciləri yer alır. Bu xüsusiyyətlər real vaxt rejimində rabitə tələb edən tətbiqlər üçün əlavə imkanlar yaradır. Eyni zamanda, sistemin daşınabilən olması müvəqqəti və səyyar fəaliyyətlər zamanı internetə operativ çıxışı mümkün edir.

    Xatırladaq ki, ötən ilin mart ayında Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib. İyun ayında isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Starlink Azerbaijan” MMC-ni rəsmi olaraq uçota alıb.

  • Mərkəzi küçələrdə talançılıq: Uşaqları cinayətə cəlb edən qohumlar həbs olundular (Video)

    Paytaxtın mərkəzi küçələrində yetkinlik yaşına çatamayan iki nəfərin insanlara yaxınlaşaraq əl çantaları və qiymətli əşyalarını talamaları barədə polisə məlumat daxil olub. Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə həmin şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aparılan araşdırmalarla azyaşlıların yaxın qohumları tərəfindən qanunsuz əməllərə sövq edildiyi müəyyən edilib. Tədbirlərin davamı olaraq həmin şəxslər – 23 yaşlı İkram Bukavazin və 35 yaşlı Malik Bədirov də müəyyən olunaraq saxlanılıblar. Onların azyaşlıları qeyd olunan qanunsuz əməllərə yönəltdikləri aparılan istintaq hərəkətləri ilə sübuta yetirilib. Faktla bağlı cinayət işi başlanılıb.

    İ.Bukavazin və M.Bədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Araşdırma aparılır.

  • Naxçıvanda avtomobillər toqquşdu: Dörd nəfər xəsarət aldı

    Naxçıvan şəhərində baş verən avtomobil qəzasında dörd nəfər xəsarət alıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev prospektində qeydə alınıb.

    Məlumata görə, “Hyundai” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində Süleyman Bəylərov, İlkin Məmiyev, Ceyhun Talıbov, Səməd Bilalov xəsarət alıb.

    Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

    Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, fakt araşdırılır.

  • Polşa səfiri Rusiya XİN-ə çağırıldı

    Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və rus arxeoloqu Alexander Butyagin saxlanılması ilə əlaqədar ona qarşı etiraz bildirilib.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunur ki, Rusiya Federasiyası Rusiya vətəndaşının dərhal azad edilməsini və onun Kiyevə təhvil verilməsindən imtina edilməsini tələb edir.

    Xatırladaq ki, ötən ilin dekabrın 11-də Polşa tərəfi rusiyalı alim və Ermitaj Muzeyinin əməkdaşı Aleksandr Butyagini həbs edib.
    //unikal.az

  • İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • Один из главных исполнителей теракта в “Крокусе” дал первые показания

    2-й Западный окружной военный суд на выездном заседании в московском суде приступил к допросу Далерджона Мирзоева – одного из четырех главных фигурантов уголовного дела о теракте в “Крокус сити холле”, жертвами которого стали 149 человек. Всего по делу проходят 19 обвиняемых, ранее суд допросил главного фигуранта – Шамсидина Фаридуни, передает Median.Az со ссылкой на ТАСС.

    Как сообщил один из участников процесса, Мирзоев при даче показаний заявил, что в момент совершения теракта осознал, что станет целью для российских правоохранительных органов. По словам собеседника агентства, из показаний Мирзоева также следует, что при совершении теракта все боевики пользовались кнопочными телефонами.

    Кроме того, объявленный в розыск и находящийся за пределами РФ куратор террористов Сайфулло приказал Мерзоеву “во всем слушаться Фаридуни”. Как было установлено ранее в ходе следствия, Сайфулло занимался вербовкой боевиков, инструктировал их, в том числе где и каким образом им необходимо достать оружие, а также определял террористам объекты нападения и подготовил направления для их отхода после расстрела посетителей “Крокус сити холла”.

    Мирзоев в суде также подтвердил информацию о том, что перед терактом основной фигурант дела Фаридуни заставлял всех боевиков пить воду, куда им незаметно был добавлен наркотик. Один из основных допрошенных в понедельник фигурантов дела подтвердил все данные им ранее показания, при этом вспомнив, в том числе и о том, как и при помощи какого оружия он убивал посетителей “Крокуса”.

    35-летний Мирзоев – один из четырех террористов, непосредственно участвовавших в расстреле посетителей в “Крокусе”. За последние 15 лет фигурант несколько раз посещал Россию, при этом неоднократно нарушал миграционное законодательство, а также привлекался к административной ответственности и направлялся в центр временного содержания для последующей депортации.

  • “Crocus City Hall”da terror aktının əsas iştirakçılarından biri ilk ifadəsini verdi

    Rusiyada 2-ci Qərb Dairə Hərbi Məhkəməsi Moskva məhkəməsində keçirilən səyyar iclasda Dalercon Mirzoyevin dindirilməsinə başlayıb. Dalercon Mirzoyev 149 nəfərin öldüyü “Crocus City Hall”da terror aktına dair cinayət işində dörd əsas təqsirləndirilən şəxsdən biridir. Ümumilikdə iş üzrə 19 təqsirləndirilən şəxs var, daha əvvəl məhkəmə əsas təqsirləndirilən şəxs Şamsidin Faridunini dindirib.

    Bu barədə Median.Az TASS-a istinadən xəbər verir.

    Məhkəmə prosesi iştirakçılarından birinin sözlərinə görə, Mirzoyev ifadəsi zamanı bildirib ki, hücum edilən məqamda Rusiya hüquq-mühafizə orqanlarının hədəfinə çevriləcəyini dərk edib. Agentliyin mənbəsinin bildirdiyinə görə, Mirzoyevin ifadəsindən, həmçinin o da məlum olur ki, terror aktının törədilməsi zamanı bütün silahlılar düyməli telefonlardan istifadə ediblər.

    Bundan əlavə, axtarışa verilən və Rusiya hüdudlarından kənarda olan terrorçuların kuratoru Sayfullo Merzoyevə hər şeydə Fariduniyə qulaq asmağı əmr edib.

    Daha əvvəl istintaqın gedişatı zamanı müəyyən edildiyi kimi, Sayfullo silahlıların cəlb edilməsi ilə məşğul olub, onlara təlimatlar verib, eləcə də silahları haradan və necə əldə etmək barədə məlumatlandırıb, həmçinin terrorçuların hücum edəcəkləri obyektləri müəyyən edib və “Crocus City Hall” ziyarətçilərinin güllələnməsindən sonra terrorçuların qaçacağı istiqamətləri hazırlayıb.

    Mirzoyev, həmçinin məhkəmədə təsdiqləyib ki, hücumdan əvvəl işin əsas fiqurantı olan Fariduni bütün silahlıları su içməyə məcbur edib və bu suyun içinə gizli şəkildə narkotik vasitələr əlavə edilmiş olub. Dindirilən əsas şübhəlilərdən biri əvvəl verdiyi bütün ifadələri təsdiqləyib və eyni zamanda, “Crocus” ziyarətçilərini necə və hansı silahla öldürdüyünü xatırladıb.

    35 yaşlı Mirzoyev “Crocus City Hall” ziyarətçilərinin güllələnməsində birbaşa iştirak edən dörd terrorçudan biridir. Son 15 ildə fiqurant bir neçə dəfə Rusiyaya səfər edib və eyni zamanda, immiqrasiya qanunvericiliyini pozub, həmçinin inzibati məsuliyyətə cəlb edilib və sonrakı deportasiya üçün müvəqqəti saxlama mərkəzinə göndərilib.
    //oxu.az