Month: January 2026

  • Bakıda nadir hadisə: Qız sinif yoldaşının ailəsinə övladlığa verildi

    Bakıda sığınacaqda məskunlaşan 15 yaşlı qız övladlığa götürülüb.

    Bu barədə Qaynarinfo-ya “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova 2025-ci ilin övladlığa götürmə statistikasına aydınlıq gətirərkən məlumat verib.

    Onun sözlərinə görə, yeniyetmə qızı sinif yoldaşının valideynləri ailəsinə qəbul edib:

    “Müraciət proseduruna uyğun olaraq həyata keçirildi. Qeyd edim ki, yalnız övladı olmayanlar deyil, uşağı olanlar da övladlığa uşaq götürə bilər. Hətta qanunvericiliyin tələblərinə cavab verən subay şəxslər üçün də bu imkan yaradılıb”.

    Mehriban Zeynalova vurğulayıb ki, övladlığa götürülmə proseduru sadələşdirilməsə də, kifayət qədər şəffafdır:

    “Sənədləşmə prosesində ailənin vəziyyəti, iqtisadi imkanları, namizədin psixoloji durumu və uşaqla münasibət qurma bacarığı ciddi şəkildə yoxlanılır. Övladlığa uşaq götürən şəxslərə uzunmüddətli təlimlər keçirilir. Əvvəllər bu prosesə çox sayda qurum rəy verməli idi, hazırda isə məsələ ilə Sosial Xidmətlər Agentliyi məşğul olur və “bir pəncərə” sistemi tətbiq edilir”.

    Hüquq müdafiəçisi bu sahədə tendensiyanın dəyişdiyini də qeyd edib:

    “Əvvəllər daha çox yeni doğulmuş oğlan uşaqlarına üstünlük verilirdi, lakin indi yaş fərqinə o qədər də fikir vermirlər. Digər mühüm dəyişiklik uşağın məlumatlandırılması ilə bağlıdır. Əvvəllər valideynlər bu faktı uşaqdan gizlədirdilər, indi isə tələblərdən biri uşağın travma almaması üçün vəziyyətə uyğun məlumatlandırılmasıdır. Məxfilik ətraf şəxslər üçün qorunsa da, ailə daxilində uşağın həqiqəti bilməsi və qəbul etməsi önəmli şərtlərdən biridir”.

    Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin məlumatına görə, 2025-ci ildə cəmi 818 uşaq övladlığa verilib. Onlardan 13-ü subay şəxslər tərəfindən övladlığa götürülüb.

  • Акт об амнистии применен и к Олегу Бакинскому, будет рассмотрено дело Константина Кучеры

    Исполнение Акта об амнистии коснулось Олега Крапивина – украинского миллионера, обвиняемого в хулиганстве и известного в криминальных кругах как Олег Бакинский.

    Об этом AПA сообщила его адвокат Хейранса Бабаева.

    Согласно данным, ходатайство об этом было рассмотрено Хатаинским районным судом по представлению Службы пробации Министерства юстиции. Суд освободил его от условного наказания.

    Ожидается, что амнистия также распространится на Константина Кучеру, который обвинялся по делу наряду с Олегом Крапивиным. Представление Службы пробации по его делу также будет рассмотрено судом.

  • “Oleq Bakinski”yə amnistiya aktı şamil olundu: Konstantin Kuçerin işinə baxılacaq

    Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynaəsilli milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivinə amnistiya aktı şamil olunub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Xeyransa Babayeva məlumat verib.

    Məlumata görə, Ədliyyə Nazirliyi Probasiya Xidmətinin bununla bağlı təqdimatına Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmə onu şərti cəzadan azad edib.

    Oleq Krapivinlə birgə ittiham olunan Konstantin Kuçerin də amnistiyaya düşəcəyi gözlənilir. Onunla bağlı Probasiya Xidmətinin təqdimatına da məhkəmədə baxılacaq.

  • Azərbaycanla Latviya arasındakı komissiyanın həmsədri dəyişdi – SƏRƏNCAM

    Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, komissiyanın həmsədri kənd təsərrüfatı naziri olub.

    Bu dəyişikliyə qədər həmsədr ekologiya və təbii sərvətlər naziri idi.

  • Президент Азербайджана утвердил госпрограмму в связи с водоснабжением Баку и Абшеронского полуострова

    Президент Азербайджанской Республики (АР) Ильхам Алиев подписал распоряжение об утверждении “Государственной программы по совершенствованию систем водоснабжения, дождевых и сточных вод в городе Баку и на Абшеронском полуострове на 2026-2035 годы”.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктами 3 и 32 статьи 109 Конституции АР, в целях совершенствования инфраструктуры систем водоснабжения, дождевых и сточных вод в городе Баку и на Абшеронском полуострове постановляю:

    1. утвердить “Государственную программу по совершенствованию систем водоснабжения, дождевых и сточных вод в городе Баку и на Абшеронском полуострове на 2026-2035 годы” (далее – Государственная программа).

    2. Кабинету министров Азербайджанской Республики:

    2.1. координировать реализацию мер, предусмотренных в Государственной программе, и осуществлять контроль за их исполнением;

    2.2. раз в год информировать Президента АР о состоянии реализации мер, предусмотренных в Государственной программе.

    2.3. решить другие вопросы, вытекающие из настоящего распоряжения.

    3. мониторинг и оценку исполнения мер, предусмотренных в Государственной программе, осуществлять Центру анализа экономических реформ и коммуникации на основании постановления Кабинета министров Азербайджанской Республики.

    4. Министерству финансов и Министерству экономики АР в соответствии с механизмами финансирования мер, предусмотренных в Государственной программе, принять соответствующие меры для предусмотрения выделения необходимых финансовых средств в процессе ежегодного составления государственного бюджета и государственных инвестиционных программ Азербайджанской Республики, а также для привлечения средств из других источников”.

  • Prezident Bakı və Abşeronun su məsələləri ilə bağlı dövlət proqramını TƏSDİQLƏDİ

    “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncamla Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və icrasına nəzarət etməli, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

  • Avtobusda soyğunçuluq edən üç nəfər saxlanıldı – Video

    Yanvarın 8-də Nizami rayon sakini olan bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatda tanımadığı şəxslərin onu təqib etdiklərini və avtobusdan düşərkən onun mobil telefonunu alaraq hadisə yerindən uzaqlaşdıqlarını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan üç nəfər müəyyən olunaraq saxlanılıb.

    Həmin şəxslərin zərərçəkəni təqib etmələri və hadisəni törətməsi kameralar vasitəsilə də qeydə alınıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • İlham Əliyev: “Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib”

    “İyirimi il ərzində bir neçə regional inkişaf proqramı qəbul edilmişdir. Hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə çıxışında söyləyib.

    Dövlətimizin başçısı bildirib: “Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. İlk növbədə elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə etmişdir”.

  • İranlı narkotacirlərə kuryerlik edənlər Bakıda ƏLƏ KEÇDİLƏR

    Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu əməliyyatlar zamanı 57 yaşlı Rauf Əskəroğlu və 26 yaşlı İqbal Əhmədov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, onlardan ümumilikdə 5 kiloqram 42 qram narkotik vasitə marixuana, heroin, psixotrop maddə metamfetamin, 708 ədəd metadon, preqabalin və digər güclü təsiredici xassəyə malik həblər, eləcə də satış məqsədilə istifadə olunan elektron tərəzi aşkarlanaraq götürülüb.

    Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

  • Prezident hərbi qanunvericlikdə yeniliyi TƏSDİQLƏDİ

    Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

    Dəyişikliyə əsasən, ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar üçün bu müddət 1 il (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu müddət 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə yeni bağlaşma bağlanılır) olacaq.