Month: January 2026

  • Prezident İlham Əliyev Norveçin ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Norveç Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Andreas Qaarderin etimadnaməsini qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.




  • İcra başçısının möhtəkirlik etmiş sabiq nümayəndəsi məhkəmə zalında qandallandı

    Gəncə Apellyasiya Məhkəməsində rüşvət almaqda, dələduzluqda və digər cinayətlərdə təqsirləndirilən Elçin Abbasovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən protest və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya şikayəti rədd olunub, protest isə təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

    Belə ki, birinci instansiya məhkəməsinin hökmündən Cinayət Məcəlləsinin 70-ci (şərti tətbiqetmə) maddəsinin tətbiqinə dair müddəalar çıxarılıb.

    Beləliklə, E.Abbasov Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum olunub.

    Bununla yanaşı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilindiyi digər – CM-in 178.2.2, 178.2.3, 308.2 və 312-1.1-ci maddələri üzrə təyin olunmuş əsas və əlavə cəzalar da son qərara birləşdirilib. Nəticədə təqsirləndirilən şəxs qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

    Məhkəmə qərarında həmçinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Elçin Abbasovun 2022-2025-ci illərdə həbsdə saxlanıldığı 2 il 11 ay 21 gün müddətin ona təyin olunmuş cəzadan çıxılması nəzərdə tutulub. Yekun olaraq onun üzərində qəti olaraq 1 il 6 ay 9 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

    Apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə iclas zalında dərhal həbs edilib.

    Qərarla Elçin Abbasovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

    Qeyd edək ki, Elçin Abbasov Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi və “Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

    İttiham aktına görə, o, 2021-2022-ci illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat rüşvət alıb.

    Sabiq məmur eləcə də suvarma üçün suyun verilişini öz maraqlarına uyğun həyata keçirdiyi üçün bir çox torpaq istifadəçilərinin təsərrüfatlarına qəsdən ziyan vurub.

    Cinayət işi üzrə 21 nəfər zərərçəkmiş qismində tanınıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Abbasova şərti cəza verilmişdi.

  • Azərbaycan Prezidenti İndoneziyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da İndoneziya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminin etimadnaməsini qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.




  • Президент Ильхам Алиев принял верительные грамоты новоназначенного посла Греции в Азербайджане – ФОТО

    30 января Президент Азербайджанской Республики (АР) Ильхам Алиев принял верительные грамоты новоназначенного чрезвычайного и полномочного посла Греческой Республики в АР Марии К.Папаконстантинос.

    Об этом сообщает АЗЕРТАДЖ.




  • Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Yunanıstan Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinusun etimadnaməsini qəbul edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.




  • Azərbaycan “Roblox” a qarşı hansı addımı atacaq? – Video

    Uşaqlar arasında pis vərdişlərin yayılmasında “Roblox” kimi oyunların böyük təsiri var. Bunun qarşısını almaq vacib məsələdir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin Uşaq Məsələləri Şöbəsinin Baş məsləhətçisi Könül Tağızadə deyib. O bildirib ki, komitə bununla bağlı “Roblox” korporasiyasına rəsmi müraciət ünvanlayıb.

    Bildirildi ki, təxminən bir ay müddətinə rəsmi müraciətə cavab gəlməyəcəyi təqdirdə, aidiyyəti üzrə tədbirlər görüləcək. Komtə rəsmisi onu da vurğuladı ki, valideynlər bəzən övladlarına roblox və digər oyunları oynamaq üçün öz mobil telefonlarını verirlər. Bu isə internet məkanında uşaqlar üçün əsl rəqəmsal təhlükə mənbəyi olur.

    O da bildirildi ki, ümumilikdə Roblox platforması geniş oyun şəbəkəsinə malikdir və uşaqlar üçün demək olar ki, heç bir ciddi giriş məhdudiyyəti mövcud deyil. Uşaqlar orada öz ideyalarını sərbəst şəkildə reallaşdıra, həmin məzmunu dərhal ictimailəşdirə və digər uşaqları da bu prosesə cəlb edə bilirlər. Bu isə ciddi və zərərli nəticələr doğura bilər.

  • “Reket jurnalist”lə bağlı qərar verildi

    Gəncə Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Bəhruz Rəsulovun (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

    İttihama görə, Bəhruz Rəsulov özünü jurnalist və ya hüquq müdafiəçisi kimi təqdim edərək zərərçəkmişlərdən pul alıb, həmçinin rüsvayedici məlumatlar yaymaq hədəsi ilə şantaj edib.

    Məlumata görə, cinayətlər 2016-2023-cü illər aralığında Gəncə, Şəki, Göygöl və digər rayonlarda baş verib.

    Təqsirləndirilən şəxs 2017-ci ilin avqustunda zərərçəkmiş S.S. haqqında rüsvayedici məlumatlar (şəhid ailəsini aldadıb pul almaq) yaymaq hədəsi ilə 300 manat tələb edib və alıb. Daha sonra 2016-2023-cü illərdə “Gəzər-xəbər” “TikTok” və “YouTube” kanallarında şantaj materialları ilə aylıq orta hesabla 40 manat olmaqla ümumilikdə 3 320 manat alıb.

    2022-ci ilin mart-aprel aylarında Şəki şəhərində zərərçəkmiş T.T.-nin oğlunu Daxili İşlər Nazirliyində xidmətə qəbul etdirmək vədi ilə 600 manat alıb. 2022-ci ilin noyabrından 2023-cü ilin martınadək pensiyanın bərpası və müddətsiz edilməsi vədi ilə 1 900 manat alıb.

    Bəhruz Rəsulov 2023-cü ilin aprelində Göygöl Rayon Mərkəzi Xəstəxanasında gözətçi işləyən zərərçəkmiş A.A.-nın yatmış vəziyyətdə videosunu çəkib, “Gəzər-xəbər” kanalında yayımlamaq hədəsi ilə ondan 300 manat alıb. May-iyun aylarında oğlunu hərbi xidmətdən tərxis etdirmək və təqaüd təyin etdirmək vədi ilə 3 700 manat alıb. İyunda oğlunu həbsdən azad etdirmək vədi ilə 1200 manat alıb. 2023-cü ilin iyulunda “Sevimli Market”də şokoladdan qurd çıxması barədə yalan məlumat yayıb, silinməsi qarşılığında 100 manat alıb.

    Məhkəmədə təqsirləndirilən şəxs ittihamı qəbul etməyib və öz ifadəsində bildirib ki, pul köçürmələri dostlarından gəlib, bəzi hallarda isə zərərçəkmişlərə köməklik göstərmək məqsədilə hərəkət edib. O, şantaj və dələduzluq ittihamlarını rədd edərək, hadisələrin polis tərəfindən qurulduğunu iddia edib. Lakin məhkəmə istintaq materiallarını, şahid ifadələrini və sübutları nəzərə alaraq ittihamı təsdiqləyib.

    Bəhruz Rəsulovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Бизнесмен из Шеки пытался подбросить наркотики своим оппонентам: раскрыт план мести

    В Азербайджане известный предприниматель был арестован за попытку подбросить наркотические вещества в автомобиль своих оппонентов, чтобы спровоцировать их задержание.

    Как сообщает Report со ссылкой на пресс-службу Генеральной прокуратуры, в ходе расследования уголовного дела в Следственном управлении надзорного ведомства выяснилось, что директор ООО Azəri Kooperasiya, предприниматель из Шеки, Техран Лятифов, намеревался добиться ареста находящихся с ним в конфликте Севиль Селимовой и её сына Васифа путём предоставления сфабрикованных доказательств.

    С этой целью он отправил своих знакомых – Ильхама Вахаблы, Ниджата Гулиева и Гачая Мамедова – в Баку, где те приобрели у жителя посёлка Шувелян Амира Мустафаева крупную партию марихуаны. Согласно плану, указанные лица должны были доставить наркотическое вещество в город Шеки и подбросить его в автомобиль Васифа Селимова.

    Благодаря своевременному обращению противоположной стороны в правоохранительные органы и расследованию, проведённому Генеральной прокуратурой, вина подозреваемых была доказана.

    В результате Техран Лятифов и другие причастные к делу лица были задержаны.

    Им предъявлены обвинения по статьям 234.4.3, 234.4.1 (незаконный оборот наркотических средств в крупном размере) и 296.2 (искусственное создание доказательств обвинения в связи с обвинением лица в совершении тяжкого или особо тяжкого преступления) Уголовного кодекса АР.

    На основании представления Следственного управления Бинагадинским районным судом в отношении Техрана Лятифова и других фигурантов была избрана мера пресечения в виде ареста. Расследование продолжается.

  • Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu

    Tanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən “Azəri kooperasiyası” MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.

    Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.

    Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.

    Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.

    Nəticədə Tehran Lətifov və digərləri saxlanılıblar.

    Onlara Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib.

    Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

  • В Баку бездомные собаки напали на женщину с детьми посреди улицы – Видео

    В поселке Бакиханов Сабунчинского района Баку несколько бездомных собак напали на женщину с маленькими детьми.

    Видео с места происшествия распространилось в социальных сетях.

    На кадрах видно, как собаки подбегают к матери и детям, а затем внезапно нападают на них.
    //oxu.az