Month: January 2026

  • Этим летом будут запущены прямые рейсы из Баку в Абу-Даби

    Авиакомпания Etihad Airways (ОАЭ) летом 2026 года начнет выполнять прямые рейсы из Баку в Абу-Даби.

    Об этом в ответ на запрос Oxu.Az сообщили в Международном аэропорту Гейдар Алиев.

    Рейсы Баку – Абу-Даби начнутся 15 июня.

    Ранее Etihad Airways объявляла, что прямые рейсы между столицами двух стран будут производиться со 2 марта.

    В настоящее время прямые рейсы из Баку в Абу-Даби и обратно выполняет авиакомпания Air Arabia Abu Dhabi из ОАЭ. Рейсы выполняются ежедневно.

  • Bakıdan Əbu-Dabiyə BİRBAŞA UÇUŞLAR başlayacaq

    Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaq.

    Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan verilib.

    Qeyd olunub ki, uçuşları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” şirkəti həyata keçirəcək.

    “Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək”, – deyə məlumatda bildirilir.

    Xatırladaq ki, hazırda BƏƏ-nin “Air Arabia Abu Dhabi” şirkəti gündəlik olaraq Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir.

  • Ağcabədi və Xocavənddə ƏMƏLİYYAT: Saxlanılanlar var

    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahların əldə edilməsi və satışı ilə məşğul olan iki nəfər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, tədbirlərlə müəyyən edilib ki, Ağcabədi rayon sakini 25 yaşlı Sahil Kərimzadə və onunla qabaqcadan əlbir olan həmyerlisi 27 yaşlı İntiqam Rüstəmov qanunsuz odlu silahların satışını təşkil ediblər.

    Qrup üzvlərindən biri, S.Kərimzadə Bərdə rayonu ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olarkən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı yük yerindən pul müqabilində satmaq üçün gətirdiyi iki ədəd “Kalaşnikov” markalı avtomat, həmin silahlara aid iki ədəd patron darağı və 60 ədəd patron aşkar olunaraq götürülüb.

    Tədbirin davamı olaraq odlu silah-sursatı qanunsuz şəkildə əldə edərək saxlayan İ.Hüseynov da Xocavənd rayonu ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilib.

    Onlardan ümumilikdə dörd ədəd “Kalaşnikov” avtomatı, dörd patron darağı və 60 ədəd patron götürülüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

  • Arvadını təhqir edən qonşusunu qaynı ilə birgə döyən şəxsə hökm oxundu

    Sumqayıt Şəhər Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İsrafil Əsədov və onun qaynı Tağı Rəsulovun (hər ikisinin adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə İsrafil Əsədov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. Lakin Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməyib. Eyni zamanda İsrafil Əsədov barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.

    Zərərçəkmiş şəxsə qarşı vurulmuş mənəvi ziyana görə 7 000 manat məbləğində pul vəsaitinin, həmçinin ödənilmiş 90 manat məbləğində xərclərin tutulması barədə qaldırılmış mülki iddia baxılmamış saxlanılıb. Mülki iddia üzrə ödənilmiş 90 manat dövlət rüsumunun zərərçəkmiş şəxsə geri qaytarılması qərara alınıb.

    İttiham aktına görə, hadisə 26 noyabr 2022-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhərində yerləşən idman klublarından birinin qarşısında qeydə alınıb.

    Belə ki, zərərçəkmiş Namiq Hətəmov (adı, soyadı şərtidir) qonşusu İsrafil Əsədovun arvadı ilə mübahisə edib. İsrafil zərərçəkmiş tərəfindən qadının ünvanına səsləndirilmiş təhqiri bəhanə gətirərək ona irad bildirib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirən və zor tətbiqi ilə müşayiət olunan qərəzli hərəkətlər törədib.

    Belə ki, İsrafil qaynı Tağı ilə birlikdə bir qrup şəxs halında zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə əlləri və ayaqları ilə çoxsaylı zərbələr endirib. Nəticədə Namiqin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirilib.

  • Elşad Xose həbs edildi

    Məşhur reper Elşad Xose həbs edilib.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.

    Buna səbəb Elşad Xosenin Yasamal rayonu, Ş.Qurbanov küçəsində ünvansız nalayiq ifadələr işlətməsi olub.

    Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edərək köməklik olunmasını edib.

    Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

  • В Нахчыване освобождён от должности директор Музея Гейдара Алиева

    Освобождён от должности директор Музея Гейдара Алиева в городе Нахчыван.

    Как сообщает Report, соответствующий приказ подписал заместитель министра культуры Нахчыванской Автономной Республики, временно исполняющий обязанности министра Гасан Сеидов.

    Согласно приказу, Рамиль Оруджалиев, занимавший пост директора музея с 2007 года, уволен по собственному желанию.

  • Naxçıvanda Heydər Əliyev Muzeyinin direktoru vəzifəsindən azad edilib

    Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin direktoru vəzifəsindən azad olunub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) mədəniyyət nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən Seyidov bununla bağlı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, 2007-ci ildən muzeyin direktoru vəzifəsini tutan Ramil Orucəliyev öz ərizəsi əsasında vəzifəsindən çıxarılıb.

  • Azərbaycanda təhsil mərkəzinin vəzifəli şəxslərinin cinayət işinə xitam verildi

    Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib işləmiş Aynaxanım Babayevanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkmiş tərəf məhkəməyə dəymiş zərərin ödənildiyi və təqsirləndirilənlərlə barışıq əldə olunmaları barədə verdiyi məlumat elan edilib.

    Daha sonra hökm elan edilərək Mətləb Hüseynov və Aynaxanım Babayevanın təqsirləndirildikləri cinayət işinə xitam verilib.

    Qeyd edək ki, onlar barədə cinayət işini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.

    İttihama görə, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pullar köçürüb, sonradan həmin 175 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.

    Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.

    Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində “başqa yerə getməmək qətimkan tədbiri” seçilib.
    //oxu.az

  • Ушел из жизни легендарный хоккеист Гленн Холл

    В возрасте 94 лет ушел из жизни легендарный канадский хоккейный вратарь и создатель стиля “бабочка” Гленн Холл.

    Об этом сообщили на официальном сайте Национальной хоккейной лиги (НХЛ).

    Спортсмен по прозвищу “Мистер вратарь” умер в больнице Стоуни-Плейн в Альберте 7 января.

    “Гленн Холл был воплощением того, к чему стремятся все хоккейные вратари. Гленн, которого метко прозвали “Мистер вратарь”, был крепким, надежным и потрясающе талантливым игроком”, – отметил комиссар НХЛ Гэри Беттмэн.

    Гленн Холл дебютировал в НХЛ в сезоне 1952/1953 годов, совсем недолго поиграв за “Ред Уингз”. Вратари тогда использовали стиль игры стоя: отбивая шайбы перчатками, клюшками или коньками, ложась на лед только при крайней необходимости.

    Холл же опускался на колени и широко расставлял щитки в форме буквы V, чтобы закрыть углы ворот, спина постоянно оставалась прямой, чтобы быстро встать, а клюшка располагалась так, чтобы шайба не пролетела между ног. Позже этот стиль начал называться “бабочкой” и активно использоваться в хоккее.

    Гленн Холл также единственный вратарь, который провел рекордные 502 матча подряд без маски, ему наложили 300 швов.

  • Əfsanəvi hokkeyçi Qlenn Holl vəfat edib

    Əfsanəvi kanadalı hokkey qapıçısı və “kəpənək” üslubunun yaradıcısı Qlenn Holl 94 yaşında vəfat edib.

    Bu barədə Milli Hokkey Liqasının rəsmi saytında məlumat verib.

    “Cənab qapıçı” ləqəbli idmançı Alberta bölgəsindəki Stouni-Pleyn Xəstəxanasında ölüb.

    “Qlenn Holl bütün hokkey qapıçılarının can atdığı səviyyənin təcəssümü idi. Layiqli olaraq “Cənab qapıçı” ləqəbi verdiyimiz Qlenn möhkəm, etibarlı və inanılmaz dərəcədə istedadlı oyunçu idi”, – deyə Milli Hokkey Liqasının komissarı Qeri Bettmen bildirib.

    Qlenn Holl Milli Hokkey Liqasında debütünü 1952-53 mövsümündə “Red Uinqz”də qısa müddət oynadıqdan sonra edib. O vaxtlar qapıçılar ayaq üstə oyun üsulundan istifadə edirdilər: əlcəklər, hokkey çubuqları və ya konkilərlə şaybaları yayındıraraq, buz üzərinə yalnız zəruri hallarda uzanırdılar.

    Holl isə diz çökürdü və qapının künclərini örtmək üçün qalxanları V formasında geniş şəkildə açırdı, tez ayağa qalxmaq üçün beli hər zaman düz vəziyyətdə qalırdı, hokkey çubuğu isə elə yerləşirdi ki, şayba ayaqlarının arasından keçməsin. Daha sonra bu stil “kəpənək” adlandırıldı və hokkeydə geniş istifadə edilməyə başlanıldı.

    Qlenn Holl, həmçinin yeganə qapıçı idi ki, rekord sayda – 502 oyunu maskasız keçirmiş və ona 300 tikiş qoyulmuşdu.