Month: January 2026

  • Dünən işdən çıxarılan rəisə yeni vəzifə verildi – FOTO

    Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən polkovnik Sənan Şahbəndəyev yeni vəzifəyə təyin olunub.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, dünən rəis vəzifəsindən azad edilən S.Şahbəndəyev Sumqayıt Gömrük İdarəsinə rəis müavini təyin olunub.

    Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal faktları aşkarlanmışdı. Məhz bundan sonra idarə rəisinin vəzifədən azad edilməsi ilə bağlı qərar verilmişdi.

  • Пашинян: Демаркация армяно-азербайджанской границы нужна для реализации проекта TRIPP

    Демаркация армяно-азербайджанской границы необходима, чтобы реализовать проект транспортного коридора “Маршрут Трампа для международного мира и процветания” (TRIPP).

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом заявил премьер-министр Армении Никол Пашинян в ходе брифинга.

    “Сейчас идут определенные рабочие процессы, и при удобном случае процесс демаркации будет продолжен. Конечно, все произойдет и на земле, потому что для запуска коммуникаций и проекта TRIPP как минимум эти участки границы должны быть демаркированы”, – сказал Пашинян, отвечая на вопрос о том, на каком этапе находится процесс делимитации и демаркации границ.

    Он отметил, что сейчас на земле ведутся активные работы и, как только появятся новости, о них сообщат.

    “Это работы, требующие тонкого подхода. Сейчас ведется работа над подготовкой документов для учета этих тонкостей”, – сказал премьер.

    8 августа по итогам трехсторонней встречи с президентом США Дональдом Трампом в Вашингтоне Пашинян и Президент Азербайджана Ильхам Алиев подписали совместную декларацию о мирном урегулировании между Баку и Ереваном и создании транспортного сообщения между основной частью Азербайджана и Нахчываном. 18 декабря Армения обратилась к России с просьбой восстановить участки железных дорог на границах с Азербайджаном и Турцией.

  • Nikol Paşinyan: “Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası TRIPP layihəsinin həyata keçirilməsi üçün zəruridir”

    “ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi üçün Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası zəruridir”.

    Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinq zamanı deyib.

    “Hazırda müəyyən iş prosesi davam edir və fürsət yarandıqda demarkasiya prosesi davam edəcək… Əlbəttə ki, hər şey torpaq üzərində də həyata keçiriləcək, çünki ən azı sərhədin bu hissələri kommunikasiya və TRIPP layihəsinin işə salınması üçün demarkasiya olunmalıdır”, – deyə N.Paşinyan sərhədin delimitasiyası və demarkasiyası prosesinin hazırkı vəziyyəti ilə bağlı suala cavab verərkən bildirib.

    O qeyd edib ki, hazırda ərazidə aktiv işlər aparılır və yeni xəbər olan kimi ictimaiyyətə açıqlanacaq.

    “Bu işlər həssas yanaşma tələb edir. Hazırda bu detalları nəzərə almaq üçün sənədlər hazırlanır”, – deyə baş nazir vurğulayıb.

  • В некоторых районах Азербайджана ожидается снег – ПРЕДУПРЕЖДЕНИЕ

    С полудня 9 января до вечера 10 января в регионах Азербайджана ожидается дождь, а в горных и предгорных районах – снег.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В отдельных местах ожидаются интенсивные осадки.

    В некоторых горных районах ночью ожидается обледенение дорог.

  • Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir – XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

    Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

  • Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu

    Masallı rayonu Viləş bələdiyyəsinin sədri Alim Ələmovun ölkədən çıxışına “stop” qoyulub.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, buna Viləş bələdiyyəsi tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 71.62 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 21 978.58 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1 107.88 manat məbləğində borc səbəb olub.

    Ümumilikdə 23 158 manat borcun ödənilməsini təmin etmək məqsədilə bələdiyyə sədrinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilib.

  • В Баку 38-летний мужчина скончался от отравления алкоголем

    В Хазарском районе Баку зафиксирован случай отравления с летальным исходом.

    Как сообщает Oxu.Az, житель посёлка Бузовна Рашад Исмайылов (1988 г.р.) 7 января был доставлен в больницу из дома с симптомами интоксикации. Однако спасти его не удалось.

    Предположительно, мужчина отравился алкоголем.

    По данному факту ведется расследование.

  • 38 yaşlı kişi spirtli içkidən zəhərlənərək ölüb

    Bakıda 38 yaşlı kişi zəhərlənərək ölüb.

    Hadisə Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, Buzovna qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rəşad İsmayılov yanvarın 7-də yaşadığı evdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək olmayıb.

    R.İsmayılovun spirtli içkidən zəhərləndiyi iddia olunur.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Какие территории будут охватывать новые станции метро? (Видео)

    В бакинском метро осуществляются серьезные изменения.

    Как передает Median.Az со ссылкой на сюжет AzTV, в настоящее время самым слабо развивающимся направлением метро является “фиолетовая” ветка.

    Ветка, имеющая всего четыре станции, охватывает лишь 3% пассажиропотока.

    По этой причине развитие метро предусматривается в основном по “фиолетовой” ветке.

    Новые станции создадут пересечение с “зеленой” веткой на станции “Низами” и с “красной” – вблизи станции “Сахиль”.

    Это позволит гражданам, прибывающим со стороны Сумгайыта и Хырдалана, после входа в метро (на станциях “Ходжасан” и “Автовокзал” – ред.) менять маршрут, не выходя в город.

    Новые станции метро будут как на “фиолетовой”, так и на “зеленой” ветках.

    На “зеленой” ветке должны быть построены четыре станции, включая Агшехер, НЗС, территорию, называемую “Наргиля”, и “Ази Асланов-2”. По “фиолетовой” ветке после станции “B-04” планируется строительство шести новых станций с переходной функцией на станции “Низами”, “Сахиль”, “Хатаи”, а также вблизи больницы “Нефтчиляр” и на территориях, охватывающих проект Агшехер.

    Подробнее – в сюжете:

  • Yeni metro stansiyaları hansı əraziləri əhatə edəcək? – Xırdalan istiqamətindən gələnlərə müjdə (Video)

    Bakı metrosunda ciddi dəyişikliklər həyata keçirilir. AzTV xəbər verir ki, hazırda metronun ən zəif inkişaf edən istiqaməti “bənövşəyi” xətdir:

    Cəmi dörd stansiyası olan bu xətt sərnişin axınının cəmi üç faizini həyata keçirir.

    Bu səbəbdən metroda inkişaf əsasən “bənövşəyi” xətt üzrə nəzərdə tutulur.

    Yeni stansiyalar “Nizami”də “yaşıl” xətlə, “Sahil” stansiyası yaxınlığından isə “qırmızı” xətlə kəsişmə yaradacaq.

    Bu, Sumqayıt və Xırdalan istiqamətindən gələn vətəndaşların metroya (“Xocasən” və “Avtovağzal” stansiyalarında – red.) daxil olduqdan sonra şəhərin mərkəzində yer üstünə çıxmadan marşrut dəyişməsinə imkan verəcək.

    Yeni metro stansiyaları “bənövşəyi” xətlə yanaşı, “yaşıl xətt” istiqamətində də olacaq.

    Bildirilir ki, “yaşıl” xəttin üzərində Ağ şəhər, NZS, “Nargilə” adlanan ərazilərdə və “Həzi Aslanov-2” olmaqla 4 stansiya tikilməlidir. “Bənövşəyi” xətt üzrə “B-04” stansiyasından sonra “Nizami”, “Sahil”, “Xətai” stansiyalarına keçid funksiyalı, “Neftçilər” xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə isə 6 yeni stansiya inşası nəzərdə tutulur.