Month: January 2026

  • Dumanlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

    Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Median.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Qurumun əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

    Eyni zamanda, bütün tablolarda “dumanlı hava” xəbərdarlıq siqnalı işə salınıb. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Qardaşların duelində qalib müəyyənləşdi

    Güləş üzrə Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə 97 kiloqram çəki dərəcəsində final qarşılaşması baş tutub.

    Median.Az xəbər verir ki, “Neftçi” İdman Klubunun güləşçiləri Məhəmməd və Murad Əhmədiyev qardaşları finalda üz-üzə gəliblər.

    Qarşılaşma Murad Əhmədiyevin qələbəsi ilə başa çatıb. 3:1 hesabı ilə qələbə qazanan Murad Əhmədiyev qızıl medalın sahibi olub.

    Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yanvarın 11-də yekun vurulacaq. İlk üçlükdə yer alan güləşçilər milli komandaların tərkibinə daxil ediləcəklər.

  • Gəncədə aptekdən 1500 manatlıq dərman oğurlanıb

    Gəncədə fəaliyyət göstərən “Zeytun 60” aptekində oğurluq baş verib.

    Aptekdən 1511 manat dəyərində dərman və təzyiq ölçən aparat oğurlanıb.

    Aptekin sahibi hadisə barədə polisə məlumat verdikdən sonra cinayəti törətməkdə şübhəli bilinən Sahib Əsgərov (şərti) saxlanılıb. O, saxlanılarkən üzərindən təmiz çəkisi 0,732 qram psixotrop maddə olan metamfetamin götürülüb.

    Sahib Əsgərov saxlanıldıqdan sonra ona Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ttiham elan edilib. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Gəncə Şəhər Məhkəməsində Liza Xanməmmədovanın sədrliyi ilə baxılıb.

    Məhkəmə zamanı Sahib Əsgərov verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, iddia edib ki, hər dəfə sözügedən aptekdən nisyə dərman alır, daha sonra pulunu verirmiş. O, aptekdən oğurluq etmədiyini, sadəcə nisyə dərman götürdüyünü deyib.

    Lakin zərərçəkən ona nisyə dərman vermədiyini, ümumiyyətlə, bu şəxsin vaxtarışı aptekə gələrək dərman almadığını bildirib.

    Məhkəmənin hökmü ilə Sahib Əsgərov 4 il müddətinə azadlıqdan məhrum edilib.
    //qaynar.az

  • Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq

    Yanvarın 9-da Ağdərə rayonunun Aşağı Oratağ, Çapar, Heyvalı və Çıldıran kəndlərinə ilk köç olacaq.

    Ağdərə rayonunun 4 yaşayış məntəqəsinə 337 nəfərdən ibarət 89 ailə köçürüləcək.

    Belə ki, Aşağı Oratağ kəndinə 119 nəfərdən ibarət 31 ailə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 74 nəfərdən ibarət 19 ailə, Çıldıran kəndinə isə 48 nəfərdən ibarət 13 ailə köçürüləcək.

    Ailələr yaşadıqları ərazidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və aidiyyəti RİH-lərin nümayəndələri tərəfindən yola salınacaq, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq.

  • “Range Rover”ə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanıldı

    Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşayan sakinlərdən biri evinin qarşısında saxladığı “Range Rover” markalı avtomobilinin şüşələri və arxa işıqlarının sındırıldığı, həmçinin nəqliyyat vasitəsinin şinlərinin qəsdən yararsız hala salındığı barədə polisə məlumat verib.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, şikayətində hadisə zamanı əmlakına 11000 manat maddi ziyan dəydiyini bildirib.

    Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb. Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • На Земле 9 января ожидаются магнитные бури

    Слабые магнитные бури возможны на Земле 9 января из-за прохождения мимо планеты плазменного облака.

    Об этом сообщает лаборатория солнечной астрономии ИКИ РАН и ИСЗФ СО РАН.

    “Магнитные бури минимального уровня, G1, ожидаются завтра в середине дня из-за прохождения мимо планеты плазменного выброса среднего размера, покинувшего Солнце 6 января”, – говорится в сообщении.

    Уточняется, что прогноз является довольно неустойчивым из-за “сильного смещения плазменного облака вбок”.

    “При совсем небольшом отклонении выброса влево, последний пройдет мимо Земли без каких-либо геомагнитных последствий, тогда как при “ошибке” в другую сторону возможно заметное усиление геомагнитных колебаний по сравнению с расчетными”, – отмечается в сообщении.

    Кроме того, в сообщении говорится, что в течение двух ближайших суток возможно умеренное увеличение скорости солнечного ветра из-за появления на обращенной к Земле стороне Солнца корональной дыры.

  • Yer kürəsində maqnit qasırğaları ola bilər

    Planetin yaxınlığından plazma buludunun keçməsi səbəbindən yanvarın 9-da Yer kürəsində zəif maqnit qasırğalarının baş verməsi mümkündür.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

    “Yanvarın 6-da Günəşi tərk edən orta ölçülü plazma emissiyasının planetin yaxınlığından keçməsi səbəbindən sabah (yanvarın 9-da) günorta saatlarında minimal G1 maqnit qasırğaları gözlənilir”, – deyə məlumatda bildirilib.

    Qeyd edilib ki, “plazma buludunun güclü yana sürüşməsi” səbəbindən proqnoz olduqca qeyri-sabitdir.

    “Tullantının (emissiyanın) çox az sola doğru çəkilməsi ilə axırıncı hər hansı geomaqnit nəticələr olmadan Yer kürəsinin yanından keçəcək, eyni zamanda digər istiqamətdə “səhv” olduğu təqdirdə, hesablanmış göstəricilərlə müqayisədə geomaqnit dalğalanmalarında əhəmiyyətli dərəcədə güclənmə mümkündür”, – deyə əlavə edilib.

    Bundan əlavə, bildirilib ki, yaxın iki sutka ərzində Günəşin Yerə baxan tərəfində tac dəliyinin yaranması səbəbindən günəş küləyinin sürətində orta dərəcədə artım ola bilər.

  • Binədə marketlərə qənim kəsilən şəxs ələ keçdi

    Paytaxtın Xəzər rayonunda silsilə oğurluq hadisələri baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, naməlum şəxs müxtəlif vaxtlarda Binə qəsəbəsi ərazisində yerləşən dörd marketi talayıb:

    “Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı N.Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun gecə saatlarında marketlərin qapılarını sındıraraq içəri daxil olduğu və obyektlərdən nağd pul, tütün, eləcə də digər məhsulları taladığı məlum olub.

    Araşdırma aparılır”.

  • 30 yaşlı polkovnik Kənan Əsədova yüksək VƏZİFƏ VERİLDİ – Generaldan TƏYİNAT

    Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyinat olub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

    Əmrə əsasən, gömrük xidməti polkovnik-leytenantı Kənan Elmar oğlu Əsədov DGK-nin aparat rəhbəri təyin edilib.

    30 yaşlı K.Əsədov 2023-ci ilin oktyabr ayından aparat rəhbərinin müavini vəzifəsində işləyirdi.

  • Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    3. “3-cü mikrorayon” dairəsində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    6. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    7. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    12. Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

    13. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    14. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

    15. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.