Month: January 2026

  • “Nissan” satışları 30 ilin ən aşağı səviyyəsinə düşdü

    2025-ci ildə Yaponiyada “Nissan” satışları son 30 ildən çox müddətdə ən aşağı səviyyə olub.

    Median.Az bu barədə “Nikkei” portalına istinadən xəbər verir.

    Nəşr qeyd edir ki, “Nissan Motor”un Yaponiyada yeni avtomobil satışları 1993-cü ildə məlumatların dərc olunmağa başlamasından bəri 2025-ci ildə ən aşağı səviyyəyə çatıb və avtomobil istehsalçısının daxili bazardakı payı ilk dəfə 10%-dən aşağı düşüb.

    “Nissan” il ərzində Yaponiyada 403.000 avtomobil satıb ki, bu da 2024-cü illə müqayisədə 15% azdır. Yapon şirkətinin ötən ilki nəticələri də Yaponiya avtomobil sənayesinin yarımkeçirici çatışmazlığı ilə üzləşdiyi 2022-ci illə müqayisədə aşağı olub.

    Sənaye mütəxəssisləri avtomobil istehsalçısının zəif fəaliyyətini yeni məhsulların olmaması və maliyyə çətinlikləri və ictimai qalmaqallar səbəbindən Nissan-ın imicinə dəyən ziyanla əlaqələndirirlər.
    //qaynar.az

  • Sənədsiz evlərə amnistiya tətbiq ediləcək?

    Bakı şəhəri və Abşeron yarımadasında yüz minlərlə vətəndaşın yaşadığı sənədsiz fərdi yaşayış evləri yenidən gündəmə gəlib.

    Hesablamalar paytaxt və ətraf ərazilərdə təxminən 500 minə yaxın sənədsiz evin mövcud olduğunu göstərir.

    Bu evlərin əksəriyyəti 1990-cı illərin sonları və 2000-ci illərin sonlarında inşa edilib. Sözügedən tikililərin böyük hissəsi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində – kənd təsərrüfatı təyinatlı, mühəndis-kommunikasiya xətləri üzərində və ya planlaşdırılmamış ərazilərdə salınıb. Məhz bu səbəbdən minlərlə ailə illərdir hüquqi sənədlər olmadan evlərində yaşamaq məcburiyyətindədir.

    Müzakirə olunan əmlak amnistiyası tətbiq ediləcəyi təqdirdə, müəyyən meyarlara cavab verən bu evlərə hüquqi status verilə, sakinlər mülkiyyət sənədləri ilə təmin oluna bilər. Bu isə uzun illər qeyri-müəyyənlik şəraitində yaşayan vətəndaşlar üçün mühüm dönüş nöqtəsi hesab olunur.

    Qeyd edək ki, əmlak amnistiyası həyata keçirilərsə, vətəndaşlar evlərini rəsmiləşdirə, ipoteka və bank xidmətlərindən yararlana, əmlaklarını alqı-satqı və miras yolu ilə qanuni şəkildə ötürə biləcəklər. Eyni zamanda, dövlət üçün də bu addım daşınmaz əmlak bazarında şəffaflığın artmasına, şəhərsalma prosesinin daha planlı aparılmasına və vergi daxilolmalarının genişlənməsinə müsbət təsir göstərəcək. Mümkün əmlak amnistiyası həm sosial, həm hüquqi, həm də iqtisadi baxımdan minlərlə ailənin həyatında ciddi dəyişiklik yarada biləcək addım kimi dəyərləndirilir.

  • İranda polisə hücum nəticəsində iki nəfər ölüb, daha 30 insan yaralanıb

    İranın cənub-qərbindəki Lurdigan və Bəxtiyariyə şəhərlərində etirazçıların təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açması nəticəsində iki nəfər ölüb, daha 30 nəfər yaralanıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “Fars News Agency” məlumat yayıb.

    Qeyd edilir ki, bir neçə etirazçı odlu silahlardan istifadə edib və etirazın ən qızğın vaxtında onlar polisə atəş açmağa başlayıblar. Məlumata görə, etirazçılar bir neçə inzibati binaya da ziyan vurublar.

    İran hakimiyyəti əvvəllər əhalinin etiraz hüququnu tanıdıqlarını bildirsə də, etirazları iğtişaşlardan ayırmağın vacibliyini vurğulayıb.

    Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonlarında yerli valyuta olan rialın devalvasiyası səbəbindən başlayıb. Bundan sonra İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin istefa verib. Onun yerinə Əbdülnasir Hemmati təyin edilib.

    İranın bir neçə şəhərində etirazlar polislə toqquşmalara çevrilib və mövcud siyasi sistemə qarşı şüarlar səsləndirilib. Həm təhlükəsizlik qüvvələri, həm də etirazçılar arasında itkilər qeydə alınıb.

  • Leyla Əliyeva Qusarda “Kənd Həyatı” layihəsinin qonağı olub – Video

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yeni ilin ilk günlərində Qusar rayonuna səfər edib.

    Səfər çərçivəsində Leyla Əliyeva Qusar rayonunun Hil kəndində yaşayan Rəmixanovlar ailəsinin qonağı olub və “Kənd Həyatı” (Country Life Vlog) layihəsinin yeni buraxılışının çəkilişində iştirak edib.

    Çəkilişlər zamanı Leyla Əliyeva bölgəyə məxsus məşhur milli yeməklərdən biri olan skanın hazırlanması prosesində ailə üzvləri ilə birlikdə iştirak edib. O, ölkəmizin şimal bölgəsinə xas olan kənd həyat tərzi və milli mətbəx ənənələri ilə yaxından tanış olub.

    Leyla Əliyeva Azərbaycanın zəngin kulinariya mədəniyyətinin təbliğində, ölkəmizin dünyanın müxtəlif ölkələrində tanıdılması və sevilməsi istiqamətində gördükləri işlərə görə Rəmixanovlar ailəsinə təşəkkürünü bildirib, onların bu əhəmiyyətli layihəsinə uğurlar arzulayıb.

    Qeyd edək ki, “Kənd Həyatı” YouTube kanalı 8 milyondan çox izləyiciyə və 3 milyarda yaxın baxış sayına malikdir. Milli mətbəx nümunələrini və kənd həyatını əks etdirən paylaşımları ilə geniş populyarlıq qazanan Rəmixanovlar ailəsinin videoları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində geniş izləyici auditoriyası tərəfindən maraqla qarşılanır.

  • Bakı metrosunda faciə: Sərnişin stansiya yoluna düşdü, həlak oldu

    İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb.

    Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

    Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

    Allah rəhmət eləsin!

  • Из Азербайджана в Армению будет отправлена очередная партия нефтепродуктов

    8 января Азербайджан осуществит очередные поставки нефтепродуктов в Армению с железнодорожной станции Гюздек и Бакинской грузовой станции.

    Как сообщает Median.Az со ссылкой на Report, поставки включают 1 000 т бензина марки АИ-92, 1 000 т дизельного топлива и 1 800 т бензина марки АИ-95.

    Напомним, что в прошлом месяце из Баку в Армению был направлен первый грузовой состав с 1 300 т бензина марки АИ-95 азербайджанского производства.

  • Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək

    Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından 8 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.

    Xatırladaq ki, Azərbaycanın 1 300 ton 95 markalı benzinini daşıyan ilk yük qatarı ötən ay Bakıdan Ermənistana yola salınıb.

  • Bakıda qətl törədib meyitin hissələrini Ağsuya aparanlara ittiham elan edildi

    Nəsimi rayon sakininin yatdığı vaxt qətlə yetirildikdən sonra cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayırmaqda təqsirləndirilən Fazil Feyzullayev və Ülvi Abasovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə ittiham aktını elan edib. Təqsirləndirilənlərdən Fazil Feyzullayev özünü qismən, Ülvi Abasov isə özünü təqsirli bilməyib. Növbəti məhkəmə iclası fevralın 4-nə təyin olunub.

    Araşdırmalarla müəyyən edilib ki, avqustun 4-də gecə saat 4 radələrində Fazil Feyzullayev və Ülvi Abasov qabaqcadan əlbir olaraq tamah niyyəti ilə kirayədə birlikdə yaşadıqları İsgəndər Əliyevi yatarkən başına çəkiclə zərbələr endirməklə qətlə yetiriblər. Daha sonra onlar otaqda axtarış apararaq mərhuma məxsus 300 ABŞ dollarını ələ keçirərək mənimsəyiblər.

    Fazil Feyzullayev cinayəti gizlətmək məqsədilə meyiti hissələrə ayıraraq sellofan paketlərə yığıb və Ağsu rayonuna gedərək müxtəlif yerlərə atmaqda əsaslı şəkildə şübhəli bilinir.

    Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5-ci (tamah məqsədilə adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) və 245-ci (meyit üzərində təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi üzrə istintaq aparılır.

    Toplanmış sübutlar əsasında Fazil Feyzullayev və Ülvi Abasov təqsirləndirilən şəxs qismində cəlb olunub. İstintaq orqanının vəsatəti və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
    //oxu.az

  • Полковник Санан Шахбендаев освобожден от должности (ФОТО)

    Начальник Билясуварского таможенного управления полковник таможенной службы Санан Шахбендаев освобожден от должности.

    Как сообщает Median.Az со ссылкой на Unikal, соответствующий приказ подписал председатель Государственного таможенного комитета (ГТК) генерал-лейтенант Шахин Багиров.

    Отметим, что некоторое время назад в ходе оперативных мероприятий, проведенных ГТК в Билясуварском таможенном управлении, была обнаружена контрабанда в крупном размере.

  • Polkovnik Sənan Şahbəndəyev vəzifəsindən AZAD EDİLDİ (FOTO)

    Biləsuvar Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Sənan Şahbəndəyev vəzifəsindən azad edilib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

    Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi tərəfindən Biləsuvar Gömrük İdarəsində keçirilmiş əməliyyat tədbirləri zamanı külli miqdarda qaçaqmal aşkar edilib.