Month: January 2026

  • В Азербайджане выросли сборы по соцстрахованию, страхованию от безработицы и ОМС

    В Азербайджане в 2025 году поступления по обязательному государственному социальному страхованию составили 6,448 млрд манатов, что на 11,9% или 684,9 млн манатов больше по сравнению с 2024 годом.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную налоговую службу.

    Поступления от внебюджетных организаций выросли на 12,2% – до порядка 4,3 млрд манатов.

    Поступления по страхованию от безработицы увеличились на 10% – до 228,9 млн манатов, в том числе по внебюджетному сектору – на 10,5%, до 173,3 млн манатов.

    За год поступления по обязательному медицинскому страхованию выросли на 10,5% и достигли 1,1 млрд манатов. Из них 793,4 млн манатов (+10%) пришлись на внебюджетные организации.

  • Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

    2025-ci ildə Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 6 milyard 448,3 milyon manat olub.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, bu, 2024-cü illə müqayisədə 11,9 % və ya 684,9 milyon manat çoxdur. O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 12,2 % artaraq 4,3 milyard manata yaxın olub.

    Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 10 % artaraq 228,9 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,5 % artaraq 173,3 milyon manata çatıb.

    İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 10,5 % artaraq 1,1 milyard manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10 % artaraq 793,4 milyon manat təşkil edib.

  • Rusiyada helikopter qəzaya uğrayıb, iki nəfər ölüb

    Rusiyanın Perm diyarında özəl helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

    Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi məlumat yayıb.

    Hadisə Bardım dairəsindəki “Aşatli-park” istirahət mərkəzinin ərazisində baş verib.

    Hadisə yerinə nəticələrin aradan qaldırılması məqsədilə təxminən 40 nəfər və 14 texnika cəlb olunub.

  • İspaniyada qar fırtınası nəqliyyatın hərəkətini iflic edib

    İspaniyada yağan güclü qar 40 avtomobil yolunda nəqliyyatın hərəkətində fasilələrə səbəb olub, ağır nəqliyyat vasitələrinin və avtobusların hərəkətinə məhdudiyyətlər tətbiq edilib.

    Bu barədə EFE agentliyi məlumat yayıb.

    İspaniyada əlverişsiz hava şəraiti səbəbindən səkkiz avtomobil yolunun bəzi hissələri bağlıdır, Leon və Astorqadakı yollarda məhdudiyyətlər qüvvədədir.

    Qvadalaxara əyalətində (Kastilya-La Mança) şiddətli soyuqlar səbəbindən qırmızı təhlükə səviyyəsi elan edilib, minimum temperatur -14 dərəcəyə enib. Beş yaşayış məntəqəsində güclü qar səbəbindən sarı təhlükə səviyyəsi (aşağı risk) elan edilib.

  • Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan usta saxlanılıb

    Qaradağ rayonunda yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

    Bildirilib ki, gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Kamaz” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

    Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

    Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha iki yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

  • Zinəddin Zidanın oğlu yığmada unikal nailiyyətə imza atıb

    Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidanın oğlu Luka Zidan Əlcəzair millisində unikal nailiyyətə imza atıb.

    “Report”un “Stats Foot”a istinadən məlumatına görə, 27 yaşlı qapıçı Əlcəzair yığmasında meydana çıxdığı ilk üç matçda qol buraxmayan yeganə qolkiper olub.

    Bu, komandanın Afrika Millətlər Kubokunun 1/8 finalında Konqo millisini 1:0 hesabı ilə məğlub etdiyi görüşdə reallaşıb.

    Buna qədər Luka Zidan qrup mərhələsində Sudan (3:0) və Burkina-Faso (1:0) yığmaları ilə matçlarda da qapısını toxunulmaz saxlamışdı. III turda baş tutan Ekvatorial Qvineya (3:1) ilə matçda isə Əlcəzair yığmasının qapısını Antoni Mandrea qorumuşdu.

    Qeyd edək ki, Əlcəzair millisi 1/4 finalda Nigeriya ilə üz-üzə gələcək. Qarşılaşma yanvarın 10-da keçiriləcək.

  • Azərbaycandakı uşaq qidalarında təhlükə var?

    “Nestle” şirkətinin uyğunsuzluq aşkarlanan uşaq qidaları Azərbaycana idxal edilməyib.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin olunması, mövcud və potensial risklərin vaxtında müəyyənləşdirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Bununla yanaşı, idxal olunan qida məhsulları ilə bağlı yarana biləcək risklərin qiymətləndirilməsi üçün dünyada baş verən hadisələr gündəlik əsasda sistemli şəkildə təhlil edilir.

    Belə ki, “Nestle” şirkəti tərəfindən körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geriçağırma qərarı qəbul edilib. Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və bir neçə digər ticarət nişanı altında istehsal olunan məhsulların müəyyən partiyaları dövriyyədən geri çağrılıb. Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası mənşəli “Sereulid” toksini ilə çirklənmə ehtimalıdır.

    Bildiririk ki, dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən, ümumilikdə geri çağrılmış 123 məhsul partiyası Azərbaycan Respublikasının ərazisinə idxal edilməyib. Ehtiyat tədbiri olaraq “Nestle” şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə ərazisində satışda olan digər məhsul partiyalarından nümunələr götürülərək həmin göstərici üzrə müayinələrə cəlb edilib. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

  • Yeni il gecəsi kafedə hesaba görə dava saldılar – Üstəlik cərimələndilər

    Yeni il gecəsi Sabirabad rayonunda ictimai asayişi pozan 4 nəfər inzibati məsuliyyətə cəlb edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sabirabad şəhərində yerləşən “Darçın” kafesində qeydə alınıb.

    Bayram gecəsi Kürdəmirin Qoçulu kəndindən yaxınlıqdakı Sabirabad rayonuna gedən Əlizamin, Asiman, Ramid və Siyasət adlı gənclər orada hesabın çoxluğuna görə dava-dalaş salıblar. Nəticədə polis əməkdaşları həmin şəxsləri saxlayıb.

    Barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilən şəxslər dərhal məhkəməyə göndərilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə həmin şəxslərin hər biri 100 manat cərimə edilərək sərbəst buraxılıb.

  • Xırdalanda 12-ci mərtəbədən yıxılan qadın öldü

    Abşeron rayonu Xırdalan şəhərində faciəvi hadisə baş verib.

    Dünən saat 12 radələrində şəhərin Rəsulzadə küçəsi bina 6-da qadın 12-ci mərtəbədən yıxılıb. O, hadisə yerində həlak olub.

    Ölən şəxsin həmin binada yaşayan Masallı rayon sakini 1986-cı il təvəllüdlü Könül Əlibəyli olduğu müəyyənləşib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda maşın yolda uzanmış oğlanın üstündən keçdi

    Dünən paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.

    Saat 05:10 radələrində 1987-ci il təvəllüdlü Toğrul Firdovsi oğlu Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtüklü yolun üzərində uzanmış şəxsin üstündən keçib.

    Nəticədə 2003-cü il təvəllüdlü piyada Kənan Şəmsəddin oğlu Əmirov aldığı xəsarətlədən vəfat edib.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət iş başlanıb, istintaq aparılır.