Month: January 2026

  • Xırdalanda sosial eksperiment adı ilə vətəndaşın pulunu ələ keçirən şəxs saxlanılıb

    Abşeron rayonu ərazisində bir vətəndaş üzləşdiyi qeyri-adi dələduzluq hadisəsi ilə bağlı polisə müraciət edib.

    Zərərçəkən bildirib ki, naməlum şəxs Xırdalan şəhəri ərazisində ona yaxınlaşaraq ehtiyacı olduğu üçün 1 manat yardım istəyib.

    Ona pul verərkən zərərçəkənin cibində xeyli miqdarda maddi vəsait olduğunu görən həmin şəxs sosial eksperiment apardıqlarını iddia edib. O, veriliş üçün bir qədər də pul lazım olduğunu və çəkilişdən sonra geri qaytaracağını deyib. Bu yolla zərərçəkənin 1350 manatını alaraq ələ keçirib.

    Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı Elvin Əvəz oğlu Mehdiyev müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • В Гаджигабульском районе произошла цепная авария: пострадали пять человек

    На участке магистрали Гаджигабул – Бахрамтепе, проходящем через территорию города Гаджигабул, произошла цепная авария

    Как сообщает АПA, столкнулись автомобиль “ГАЗель” и две машины KIA.

    В результате аварии пять человек получили ранения и были помещены в Ширванскую больницу.

    По данному факту ведется расследование.

  • Hacıqabulda zəncirvari QƏZA: Beş nəfər xəsarət aldı

    Hacıqabulda zəncirvari qəza olub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

    “QAZel” markalı avtomobillə iki KIA markalı maşın toqquşub.

    Nəticədə beş nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • ASCO подготовило апелляционное обращение в связи с введением санкций против пяти своих кораблей

    В течение 2025 года в отношении в общей сложности пяти судов, принадлежащих и находящихся в совместной собственности ЗАО “Азербайджанское Каспийское морское пароходство” (ASCO), были введены международные санкции по обвинению в перевозке сырой нефти российского происхождения.

    Как сообщает AПА, два судна напрямую принадлежат ASCO, ещё три находятся в общей собственности через совместное предприятие компании – SA Maritime AFZECO. По этой причине они были включены в санкционные списки, введённые Европейским союзом, Великобританией и Канадой.

    По имеющейся информации, руководство ASCO начало юридическое разбирательство по данному вопросу и подготовило апелляционное обращение с целью доказать, что ни сама компания, ни её совместное предприятие не нарушали соответствующие санкционные требования.

    На данный момент результаты апелляционного процесса и его временные рамки остаются неопределёнными. Отмечается, что санкции могут оказать существенное влияние на будущую операционную деятельность и финансовое положение ASCO и его совместного предприятия.

    Также сообщается, что ASCO держит ситуацию под строгим контролем и, в зависимости от хода процесса, будут приняты соответствующие меры.

  • Azərbaycanın beş gəmisinin sanksiyaya məruz qalması ilə bağlı apellyasiya müraciəti hazırlanıb

    2025-ci il ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus və birgə sahiblikdə olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, sözügedən gəmilərdən ikisi birbaşa ASCO-ya məxsusdur, daha üç gəmi isə şirkətin birgə müəssisəsi olan “SA Maritime AFZECO” vasitəsilə birgə sahibliyindədir və bu səbəbdən Avropa İttifaqı, Böyük Britaniya və Kanada tərəfindən tətbiq edilən sanksiya siyahılarına daxil edilib.

    Məlumata görə, ASCO rəhbərliyi məsələ ilə bağlı hüquqi araşdırmaya başlayıb, həm şirkətin, həm də onun birgə müəssisəsinin müvafiq sanksiya tələblərini pozmadığını sübut etmək məqsədilə apellyasiya müraciəti hazırlanıb.

    Hələlik apellyasiya prosesinin nəticəsi və vaxt çərçivəsi qeyri-müəyyən olaraq qalır. Bildirilir ki, sanksiyalar ASCO və birgə müəssisəsinin gələcək əməliyyatlarına və maliyyə vəziyyətinə əhəmiyyətli təsir edə bilər.

    Əlavə olunub ki, ASCO vəziyyəti ciddi nəzarətdə saxlayır və prosesin gedişatından asılı olaraq müvafiq tədbirlər görüləcək.

  • На Камчатке произошло сильное землетрясение

    Землетрясение магнитудой 5 зарегистрировано в Камчатском крае (РФ).

    Об этом сообщили в Камчатском филиале Единой геофизической службы РАН.

    Землетрясение произошло в 72 км от Петропавловска-Камчатского. Эпицентр залегал на глубине в 63.2 км.

  • Kamçatkada zəlzələ olub

    Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsindən məlumat verilib.

    Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 72 km aralıda, ocağı 63.2 km dərinlikdə yerləşib.

  • Yük avtomobillərinin ehtiyat hissələrini oğurlayan maşın ustası saxlanıldı

    Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

    Gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “KamAZ” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

    Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

    Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • Hər gün içdiyimiz çay və qəhvə xərçəng yarada bilər? – Mütəxəssislərdən AÇIQLAMA

    Çay və qəhvə dünyanın ən çox istehlak edilən içkiləri sırasındadır. Azərbaycanda da günə çaysız, qəhvəsiz başlamağı təsəvvür etməyənlərin sayı az deyil. Lakin son illər sosial şəbəkələrdə və bəzi xarici mənbələrdə bu içkilərin xərçəng riski ilə əlaqələndirilməsi ictimaiyyətdə narahatlıq doğurur.

    Bəs doğrudanmı hər gün içdiyimiz çay və qəhvə sağlamlıq üçün təhlükəlidir?

    Median.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, çay və qəhvənin özü birbaşa xərçəng yaradan məhsullar siyahısına daxil deyil. Əksinə, bu içkilərin tərkibində antioksidant maddələr mövcuddur və düzgün istifadə edildikdə orqanizm üçün faydalı ola bilər. Problem daha çox onların çox isti halda və ya həddindən artıq miqdarda qəbul edilməsi ilə bağlıdır.

    Araşdırmalar göstərir ki, çox isti içkilərin (təxminən 65 dərəcədən yuxarı) mütəmadi qəbulu qida borusunun selikli qişasını zədələyə və uzun müddətdə risk yarada bilər. Bu risk çay və ya qəhvənin növündən çox, temperaturu ilə əlaqələndirilir.

    Dietoloqlar bildirirlər ki, gündə 2-3 fincan qəhvə və ya bir neçə stəkan çay normal sayılır. Lakin şəkərin normadan artıq əlavə edilməsi, keyfiyyətsiz məhsullardan istifadə və gec saatlarda çoxlu qəhvə içilməsi başqa sağlamlıq problemlərinə ürək döyüntüsü, yuxusuzluq və mədə narahatlıqlarına səbəb ola bilər.

    Onkoloqlar isə vurğulayırlar ki, xərçəng tək bir qida və ya içki ilə yaranmır. Genetik meyillilik, həyat tərzi, siqaret, alkoqol istifadəsi, stress və ümumi qidalanma vərdişləri daha həlledici amillərdir.

    Mütəxəssislər vətəndaşlara çay və qəhvədən tam imtina etməyi deyil, ölçülü, ilıq temperaturda və keyfiyyətli məhsullarla istifadəni tövsiyə edirlər. Sağlam həyat tərzi və balanslı qidalanma isə risklərin minimuma endirilməsində əsas rol oynayır.

  • Sürücülərin kabusuna son: Şüşədəki buz saniyələr içində təmizlənəcək

    Qışın soyuq günlərində səhər işə gedərkən avtomobilin şüşəsini buzdan təmizləmək həm vaxt aparır, həm də yorucu olur. Bir çox sürücü buzqıran alətlərdən və ya isti sudan istifadə edir, lakin bu üsullar həm şüşəni cıza bilər, həm də temperatur fərqi səbəbindən şüşənin çatlamasına yol aça bilər. Mütəxəssislər isə saniyələr içində nəticə verən daha təhlükəsiz bir üsul təklif edirlər.

    Median.Az xəbər verir ki, şüşədəki buzu anında əritmək üçün sizə cəmi iki maddə lazımdır: Tibb spirti (izopropil spirt) və su.

    Hazırlanma qaydası:

    Bir sprey şüşəsinin 3/2 hissəsini spirtlə, 3/1 hissəsini isə su ilə doldurun.

    Üzərinə bir neçə damcı qab yuyan maye əlavə etmək qarışığın təsirini daha da artıracaq.

    Şüşəni yaxşıca çalxalayın.

    Buzlanmış şüşənin üzərinə bu qarışığı püskürdün. Spirtin donma temperaturu sudan çox aşağı olduğu üçün buz saniyələr içində əriməyə başlayacaq. Sizə sadəcə rezin fırça və ya yumşaq bir bezlə əriyən buzu kənara itələmək qalacaq.

    Bu üsul mexaniki təmizləmə zamanı yaranan cızıqların qarşısını alır.

    Şüşəni təmizləmək üçün dəqiqələrlə gözləməyə və ya fiziki güc tətbiq etməyə ehtiyac qalmır.

    Spirt şüşədə nazik bir təbəqə yaradaraq şüşənin yenidən tez buz bağlamasının qarşısını alır.

    Donmuş şüşəyə qaynar və ya isti su tökmək şüşənin anidən partlamasına səbəb ola bilər.

    Ən yaxşı nəticə üçün 70%-lik və ya daha yüksək dərəcəli spirtə üstünlük verin.