Month: January 2026

  • Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

    Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir.

    Median.Az-ın xəbərinə görə, nüfuzlu “Reuters” agentliyinin, ABŞ-ın “US News”, “The Straitstimes”, “Econotimes” qəzetlərinin, “Global Banking and Finance” internet resursunun, habelə beynəlxalq analitik portal olan “Al-Monotor”un dərc etdiyi “Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək” sərlövhəli xəbərlərdə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib. Materialda bununla bağlı yanlış məlumatları təkzib edən dövlətimizin başçısının sözləri sitat gətirilir: “Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.

    Türkiyənin aparıcı media orqanları da Azərbaycan Prezidentinin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb. Qardaş ölkənin televiziya kanalları, xəbər agentlikləri və qəzetləri Azərbaycan liderinin Türk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə əməkdaşlığının vacibliyi ilə bağlı fikirlərinə, eləcə də Prezident İlham Əliyevin Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi ilə bağlı açıqlamalarına diqqət yetiriblər.

    Azərbaycan Prezidentinin türk dövlətləri ilə münasibətlərin inkişafı ilə bağlı mövqeyi də diqqət mərkəzində olub.

    Xəbərlərdə və reportajlarda dövlətimizin başçısının qlobal proseslər, Zəngəzur dəhlizinin işə salınması və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.

    Gürcüstan mediası da Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibəni geniş şəkildə işıqlandırıb.

    Nüfuzlu “resonancdaily.com”, “bpn.ge”, “interpress.ge”, “qafqazturk.com”, “aktual.ge”, “24news.ge”, “realnews.ge” informasiya portalları, eləcə də “1tv.ge” televiziyası və onun rəsmi internet saytı mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.


    Əksəriyyəti AZƏRTAC-a istinadla yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Qəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyi, Zəngəzur dəhlizinin işə salınması, Çindən və Orta Asiyadan yüklərin bu dəhliz vasitəsilə daşınması, eləcə də qlobal proseslər və Ermənistanla münasibətlərin normallaşdırılması da daxil olmaqla müxtəlif cari məsələlərə dair fikirləri də yer alıb.

    Yaxın Şərqin ortaq portalı olan “Salem”, həmçinin “Europa Press” qəzetinin materiallarında qeyd olunur ki, Prezident İlham Əliyev Bakıda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Fələstinin səfirliyinin də fəaliyyət göstərdiyini qeyd etməklə yanaşı, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özlərinin həll etməli olduğunu bildirib. Prezident əlavə edib: “Yaxın Şərqdə hansısa fəaliyyətlərdə mümkün iştiraka gəldikdə, ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın razılıq verməsi ilə bağlı bəyanatı bizi təəccübləndirdi. Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz”.

    Nüfuzlu “əş-Şarq əl-Avsət”, “əl-Quds əl-Arabi”, “əl-Dustur”, “əl-Şuruq”, “samanyus”, eləcə də Fələstinin informasiya portalları, bir sıra televiziya kanalları mövzu ilə bağlı silsilə xəbərlər yayımlayıb.

    Ərəb mediasında yayılan xəbərlərdə və reportajlarda dövlətimizin başçısının Azərbaycanın Qəzzada sülhməramlı qüvvələrin tərkibində iştirakla bağlı mövqeyi, eləcə də qlobal proseslər və ABŞ-la münasibətlər əsas diqqət mərkəzində olub.

    İspandilli “Demcrata”, “Notimersa”, “Portaltela”, “Teleprensa”, “İtongadol”, “İnfobae” agentlik və portallarında dərc olunan xəbərlərdə də Azərbaycanın dövlət başçısının Qəzzada hər hansı əməliyyatlarda iştirak etməyin qeyri-mümkün olması ilə bağlı fikirləri yer alıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının əvvəllər Kosovo və Əfqanıstanda sülhməramlı missiyalar zamanı da heç bir hərbi əməliyyatda iştirak etmədiyini diqqətə çatdırıb.


    Beynəlxalq iqtisadiyyat portalı “İnvesting.com”, İsrailin “The Jerusalem Post”, “Israelhayom”, “Time of Israel” qəzetləri, rus dilində nəşr olunan “Vesti İzrail” portalı, Bolqarıstanın “Dnevnik” nəşri, Yunanstanın “Skai” internet resursu da Azərbaycan Prezidentinin Yaxın Şərqdə münaqişələrə dair fikirlərini dərc edib. Materiallarda qeyd olunub ki, Prezident İlham Əliyev Qəzza zolağına sülhməramlıların göndərilməsi ilə bağlı yayılan yanlış məlumatları təkzib edib və bu xəbərlərin ilk mənbəyi olan ABŞ tərəfinə diplomatik kanallarla 20 sualdan ibarət müraciət çatdırdığını, həmçinin bununla bağlı təəssüfləndiyini bildirib.


    Prezident İlham Əliyevin müsahibəsindəki əsas məqamlara Pakistanın “Ummat”, “Dawn”, Hindistanın “Shafaqna India”, İranın “Mehr” agentliyi, “Tahlil İran” və “Vista” portallarının dərc etdikləri materiallarda da geniş yer verilib. Qeyd olunub ki, Azərbaycanın dövlət başçısı öz ölkəsinin Fələstinlə bağlı İslam Əməkdaşlıq Təşkilatının qərarlarına qoşulduğunu bildirib, amma Qəzzada, ümumiyyətlə, hər hansı xarici məkanda heç bir əməliyyatlarda iştirakın nəzərdə tutulmadığını bəyan edib.

  • Дорожная полиция обратилась к водителям в связи с туманной погодой

    Туманная погода создает серьезную опасность на дорогах.

    Как сообщает Median.Az, Главное управление Государственной дорожной полиции распространило предупреждение в связи с ухудшением погодных условий.

    Отмечается, что в настоящее время в ряде регионов страны наблюдается туман, который значительно снижает видимость и повышает риск дорожно-транспортных происшествий. В таких условиях жизненно важное значение имеет внимательное и ответственное поведение как водителей, так и пешеходов.

    Водителям рекомендуется перед началом движения проверять исправность противотуманных фар и осветительных приборов, выбирать скорость с учетом ограниченной видимости, избегать резких маневров и обгонов, а также соблюдать безопасную дистанцию с транспортным средством, следующим впереди.

    Подчеркивается, что при отсутствии острой необходимости поездки в туманную погоду целесообразно отложить. В случае остановки или аварии следует включать аварийную сигнализацию и использовать предупреждающие знаки.

    Пешеходам советуют переходить проезжую часть исключительно в установленных местах, отдавать предпочтение светлой или светоотражающей одежде в темное и туманное время суток, а также не выходить на дорогу внезапно. Отмечается, что в условиях тумана водителям сложнее своевременно заметить пешеходов.

    “Главное управление Государственной дорожной полиции в очередной раз призывает всех участников движения быть внимательными. Мгновенная неосторожность может привести к необратимым последствиям. Безопасность на дорогах – общая ответственность”, – говорится в сообщении.

  • Yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etdi

    Dumanlı hava yollarda ciddi təhlükə yaradır.

    Median.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib.

    Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

    Eyni zamanda sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamaq, sürəti görünüş məsafəsinə uyğun seçmək, qəfil manevrlərdən və ötmələrdən çəkinmək, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamaq tövsiyə edilib. Zərurət olmadıqca dumanlı hava şəraitində səfərlərin təxirə salınmasının məqsədəuyğun olduğu vurğulanıb. Dayanma və ya qəza hallarında isə qəza işıqları və xəbərdaredici nişanlardan istifadə olunması tövsiyə edilib.

    Piyadalara yolun yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmək, qaranlıq və dumanlı havada açıq və ya işıq əks etdirən geyimlərdən istifadə etmək, yolun hərəkət hissəsinə qəfil çıxmamaq tövsiyə olunub. Həmçinin vurğulanıb ki, dumanlı havada sürücülərin piyadaları vaxtında görməsi çətinləşir.

    “Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırır. Bir anlıq ehtiyatsızlıq geridönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol – birgə məsuliyyətdir”, – məlumatda qeyd olunub.

  • Мехрибан Алиева поделилась публикацией по случаю Рождества

    Первый вице-президент Азербайджанской Республики Мехрибан Алиева на своей официальной странице в Instagram поделилась публикацией по случаю Рождества.

    Как передает Median.Az, в публикации говорится:

    “Выражаю солидарность со всеми молитвами и пожеланиями, вознесенными в праздник Рождества. Прошу Всевышнего ниспослать всем здоровье, нашему миру – благополучие!”

  • Mehriban Əliyeva Milad bayramı münasibətilə təbrik paylaşımı edib

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milad bayramı münasibətilə təbrik paylaşımı edib.

    Median.Az xəbər verir ki, təbrikdə deyilir:

    “Milad bayramı günündə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Uca Tanrıdan hər kəsə cansağlığı, dünyamıza əmin-amanlıq diləyirəm”.

  • Tramp Baydenin şəxsən imzaladığı yeganə sənədi açıqladı

    ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin şəxsən imzaladığı yeganə sənədin oğlu Hanterin əfvi barədə fərman olduğunu bildirib.

    Median.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bunu ABŞ Nümayəndələr Palatasında Respublikaçı qanunvericilərə müraciətində bəyan edib.

    Trampın sözlərinə görə, qalan sənədlər bilavasitə Bayden tərəfindən deyil, avtomatik qələmlə imzalanıb.

    Qeyd edək ki, Bayden oğlu Hanteri 2 dekabr 2024-cü ildə əfv edib.

  • Qara dəliklərin daxilində əslində nə baş verdiyi ilk dəfə məlum oldu

    Beynəlxalq astrofiziklər qrupu ulduz kütləli qara dəliklərin maddə udma prosesini indiyədək ən detallı şəkildə göstərən kompüter simulyasiyalarını təqdim edib.

    Araşdırmanın nəticələri The Astrophysical Journal (AstroJournal) jurnalında dərc olunub.

    Qara dəliklərin sərhədləri kainatın ən xaotik sahələrindən biri hesab olunur: bu zonada maddə eyni anda hadisələr üfüqünə doğru çəkilir, həm də güclü axınlar və radiasiya partlayışları şəklində kənara atılır.

    Lakin burada baş verən fiziki proseslərin – məkan-zamanın əyriliyi, işığın, plazmanın və maqnit sahələrinin qarşılıqlı təsiri – son dərəcə mürəkkəb olması bu hadisələri tam proqnozlaşdırmağı indiyədək mümkünsüz etmişdi.

    Əvvəlki modellərdən fərqli olaraq, alimlər bu dəfə sadələşdirici fərziyyələrdən imtina ediblər, hansı ki, əvvəllər hesablama gücü məhdudiyyətləri səbəbindən zəruri idi. İki superkompüterin köməyi ilə tədqiqatçılar astronomik müşahidələri, qara dəliklərin fırlanma məlumatlarını və onların maqnit sahələrinin quruluşunu birləşdiriblər.

    Bu, Eynşteynin ümumi nisbilik nəzəriyyəsini, plazma fizikası, maqnitohidrodinamika və radiasiyanın yayılma qanunlarını eyni anda nəzərə alan modelin yaradılmasına imkan verib.

    Simulyasiyalar göstərib ki, sürətlə fırlanan qara dəliklərdə sıx akkresiya diski formalaşır və bu disk radiasiyanın böyük hissəsini udur.

    Enerji birbaşa yox, güclü küləklər və maqnit sahələri tərəfindən istiqamətləndirilən dar nisbilik axınları (relyativistik jetlər) vasitəsilə kosmosa yayılır.

    Bundan əlavə, “voronka”ya bənzər struktur yaranır: maddə oradan son dərəcə yüksək sürətlə hadisələr üfüqünə düşür, radiasiya isə dar şüa şəklində çıxır və yalnız müəyyən baxış bucağında müşahidə edilə bilir.

    Məlum olub ki, burada maqnit sahəsinin konfiqurasiyası xüsusi rol oynayır – o, təkcə qaz axınını hadisələr üfüqünə istiqamətləndirmir, həm də maddə və enerjinin bir hissəsinin yenidən kosmosa qayıtma formasını müəyyən edir.

    Tədqiqat müəlliflərinin fikrincə, bu nəticələr qara dəliklərin müşahidələrinin təhlilini xeyli asanlaşdıracaq. Xüsusilə, “kiçik qırmızı nöqtələr” adlandırılan və gözləniləndən az rentgen radiasiyası yayan obyektlərin təbiətini anlamağa kömək edə bilər.

    Elm adamları gələcəkdə bu modelləri Məşhur Süd Yolu qalaktikasının mərkəzində yerləşən Strlec A* kimi superkütləvi qara dəliklərə də tətbiq etməyi planlaşdırırlar.
    //Baku.ws

  • Nazir 10 il rəis işləyən polkovniki təqaüdə göndərdi

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğindan Mühafizə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi işdən çıxarılıb.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə 2015-ci ildən sözügedən qurumun rəisi olan polkovnik Mahmudov Sədi Əliağa oğlu vəzifəsindən azad olunaraq, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

    Nazirin digər əmri ilə Xidmətinin Mingəçevir Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq mayor Elşad Məmmədova tapşırılıb.

  • AZAL təyyarəsinin qəzası ilə bağlı məktub üzə çıxdı: Məsuliyyət daşıyanlar cəzasız qalacaqlar? (FOTO)

    “2025-ci ilin dekabrında Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiya ərazisində eniş edə bilməyib. Bu əsasla da Rusiya Federasiyasının İstintaq Komitəsi cinayət işinə xitam vermək qərarına gəlib”.

    Bu barədə anonim istifadəçi tərəfindən “BT News” “Telegram” kanalına göndərilən sənəddə bildirilir.

    Sənədin, əslində, Rusiya İstintaq Komitəsi tərəfindən Azərbaycan Baş Prokurorluğuna ünvanlanan məktub olduğu iddia edilir.

    Məktubun məzmunu faciəyə görə məsuliyyətdən yayınmaq cəhdi kimi görünür: Rusiya İstintaq Komitəsi, əslində, günahı “hava şəraiti”nin üzərinə yıxır və bu əsasla cinayət işinə xitam verir. Niyə görə onlarla insanın ölümünə görə məsuliyyət daşıyanlar cəzasız qalmalıdırlar? Axı faciəyə görə məsuliyyət daşıyan Rusiya tərəfidir.

    AZAL təyyarəsi “Pantsir-S1” hava hücumundan müdafiə sisteminin işə düşməsi nəticəsində zədə alıb və sonradan Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

    Bu sənədin məzmunu Vladimir Putinin oktyabrın 9-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqe ilə birbaşa ziddiyyət təşkil edir. Həmin vaxt Putin AZAL mülki təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində qəzaya uğradığını etiraf etmiş və “bu cür vəziyyətlərdə nə lazımdırsa, onu etməyə” hazır olduğunu bildirmişdi.

    Lakin “nə lazımdırsa”, ilk növbədə, günahkarların müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi deməkdir. Cinayət işinə xitam verilməsi isə açıq şəkildə bu yanaşmaya uyğun gəlmir.

    Qeyd edək ki, bu sənədin həqiqi olub-olmaması müəyyən edilməyib.


    ///Oxu.Az

  • Əfqanıstanda kişi libasında cadugərlər mühakimə olunacaq

    Əfqanıstanda iki cadugər saxlanılıb. Onlar uzun illər şəriət qanunlarını pozmaqda, kişi geyimi geyinməkdə və batil inanclar yaymaqda ittiham olunur.

    Qaynarinfo xəbər verir ki, bu barədə Əfqanıstanın Fəzilətin Təşviqi və Pisliklərin Qarşısının Alınması Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    “Paktika vilayətinin Barmal dairəsində uzun illər kişi kimi geyinmiş, kişi saç düzümü saxlamış və şəriətə zidd olan cadugərliklə məşğul olmuş iki qadın saxlanılıb”, deyə məlumatda bildirilir.

    Mətbuat xidmətinin məlumatına görə, pozuntularla bağlı əhali tərəfindən şikayətlər daxil olub. Saxlanılan qadınlardan cadugərliklə bağlı kitablar və müvafiq alətlər aşkar edilib. Hakimiyyətin versiyasına görə, bu, insanların aldadılması və ailələrdə anlaşılmazlıq yaratmaq planlarına işarə edir.

    Araşdırmadan sonra təqsirləndirilənlər məhkəmə orqanlarına təhvil verilib və işləri şəriət qanunlarına uyğun araşdırılacaq. İslam hüququ cadugərliyi ağır günahlardan biri hesab edir. Yerli KİV yazır ki, ölkədə ezoterik xidmətlərə tələbat hələ də yüksəkdir.