Month: January 2026

  • Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar

    “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri və daha iki əməkdaşı saxlanılıblar.

    Median.Az “Report”a istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev tutulublar.

    Onlara Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrumetmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham verilib.

    Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb.

    Lakin qeyd olunur ki, cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur.

  • Прокурор Абшеронского района освобожден от должности – ФОТО

    Прокурор Абшеронского района Габиль Гасымов освобожден от занимаемой должности.

    Как сообщает Qafqazinfo, соответствующий приказ подписал генеральный прокурор Кямран Алиев.

    Срок полномочий Габиля Гасымова истек вчера. В ближайшие дни ожидается назначение нового прокурора района.

  • Abşeron rayonunun prokuroru vəzifəsindən azad edildi – FOTO

    Abşeron rayonunun prokuroru Qabil Qasımov vəzifəsindən azad edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, baş prokuror Kamran Əliyev bununla bağlı əmr imzalayıb.

    Q.Qasımovun səlahiyyət müddəti ötən gün başa çatıb.

    Yaxın günlərdə rayona yeni prokuror təyin olunacağı gözlənilir.

  • 21 yaşlı oğlan faciəli şəkildə öldü

    Şəmkir rayonunda 21 yaşlı oğlan dəm qazından boğulub.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Ruhlan Etibar oğlu Məmmədov yaşadığı evin yataq otağında dəm qazından zəhərlənərək ölüb.

    Yaxınları onun meyitini yataq otağında aşkar ediblər.

    Faktla bağlı araşdırma aparılır.

  • Davamlı olaraq nəvəyə baxmaq yaşlı insanlarda depressiyaya səbəb ola bilər

    Yeni bir araşdırma mütəmadi şəkildə nəvələrinə baxan nənə və babalarda depressiya riskinin arta biləcəyini ortaya qoyub. 

    Median.Az xəbər verir ki, xüsusilə altı yaşdan kiçik uşaqlara qulluq edən yaşlı nənə və babalar üçün bu riskin daha yüksək olduğu bildirilir.

    Nəvəyə baxmaq bir çox ailə üçün həm emosional, həm də praktik dəstək deməkdir. Lakin son araşdırmalar bu məsuliyyətin hər zaman müsbət nəticələr doğurmadığını göstərir. Mütəxəssislərin fikrincə, uzunmüddətli və tez-tez nəvəyə baxmaq yaşlı insanların psixi sağlamlığına mənfi təsir göstərə bilər.

    İngiltərə mərkəzli yardım təşkilatı “Age UK”nin məlumatına görə, təxminən 5 milyon nənə və baba mütəmadi olaraq nəvələrinə baxmağa kömək edir. Onların təxminən 90 faizi həftədə ən azı bir dəfə, hər on nəfərdən biri isə hər gün nəvələrinin qayğısına qalır. Bəzi ailələrdə bu məsuliyyət beş il və ya daha uzun müddət davam edə bilir.

    “Age UK” nəvəyə baxmağın yaşlı insanları həm zehni, həm də fiziki baxımdan aktiv saxladığını, eyni zamanda tənhalıq hissini azaltdığını da vurğulayır. Ancaq son tədqiqatlar göstərir ki, bu təsir hər kəs üçün eyni olmur.

    İrandakı Şəhid Beheşti Tibb Elmləri Universitetinin psixoloqları tərəfindən aparılan araşdırmada 400-dən çox yaşlı cütlük tədqiq edilib. İştirakçılara nəvələrinə nə qədər tez-tez baxdıqları və əhval-ruhiyyələri ilə bağlı suallar verilib.

    Araşdırmanın nəticələrinə görə, 50 yaşlarında olan nənə və babalar arasında nəvəyə baxmaqla depressiya arasında əhəmiyyətli əlaqə aşkarlanmayıb. Lakin 60 yaşlarında olan iştirakçılar arasında, xüsusilə nəvələr altı yaşdan kiçik olduqda, depressiya riskinin nəzərəçarpacaq dərəcədə artdığı müəyyən edilib.

    Tədqiqatçılar bildiriblər ki, bu yaş qrupunda nəvəyə baxmaq daha çox emosional və fiziki təzyiq yaradır, vaxt və enerji tələbatı isə psixi sağlamlığı çətinləşdirə bilir.

    Mütəxəssislərin fikrincə, nəvəyə baxmaq pensiya dövrü və gəlirin azalması ilə birlikdə nəzərdən keçirildikdə, bəzi nənə və babalar üçün əlavə maliyyə yükü də yarada bilər. Bu amilin mövcud psixoloji problemləri daha da dərinləşdirə biləcəyi qeyd olunur.//qaynarinfo.az

  • ABŞ-da Tarixi Qış Fəlakəti: Ölənlərin sayı artdı

    ABŞ tarixində nadir rast gəlinən qış fəlakətlərindən birini yaşayır. Güclü qar fırtınası və kəskin soyuq hava ölkə üzrə həyatı demək olar ki, tam iflic edib.
     
    Median.Az bildirir ki, həddindən artıq soyuq və əlverişsiz hava şəraiti nəticəsində azı 30 nəfər həyatını itirib. Xüsusilə Nyu-York şəhəri ağ örtüyə bürünərək diqqətçəkən mənzərələr yaratsa da, ölkə üzrə 550 mindən çox insan elektrik enerjisiz qalıb.
     
    Tarixi xarakter daşıyan qar yağışı və rekord səviyyədə aşağı temperatur ABŞ-ın böyük hissəsini təsiri altına almaqda davam edir. Bəzi bölgələrdə qarın hündürlüyü 30 santimetri keçib, güclü qar və buzlanma səbəbindən nəqliyyatın hərəkəti dayanıb, çoxsaylı məktəblər müvəqqəti bağlanıb.
     
    ABŞ Milli Meteoroloji Xidməti Pensilvaniyanın şimalında qar qalınlığının bəzi ərazilərdə 50 santimetrə çatdığını, hiss edilən temperaturun isə mənfi 31 dərəcəyədək endiyini açıqlayıb.

    Missisipi ştatında isə 1994-cü ildən bəri ən güclü qar fırtınası qeydə alınıb. Fəlakətdən sonra əhali üçün xüsusi “istiləşmə mərkəzləri” yaradılıb. Ştat üzrə evlər, iş yerləri və yollar ciddi zərər görüb.

    Səlahiyyətlilər bildiriblər ki, ölüm halları əsasən yol qəzaları, qar təmizləyən texnikalarla baş verən hadisələr və uzun müddət soyuğa məruz qalma səbəbindən qeydə alınıb. Ölkə ərazisinin təxminən üçdə ikisini əhatə edən soyuq dalğanın yaxın günlərdə də davam edəcəyi gözlənilir.

    Elektrik kəsilmələrini izləyən onlayn platformaların məlumatına görə, hazırda 554 mindən çox abonent işıqsız qalıb. Uçuş izləmə sistemləri isə ölkə daxilində 12 mindən artıq reysin ləğv edildiyini və ya təxirə salındığını göstərir.

    Meteoroloqlar çovğunun bir neçə gün davam edəcəyini, daha sonra isə çox aşağı temperatur, güclü buzlanma və təhlükəli yol şəraitinin yaranacağını bildirərək əhalini ehtiyatlı olmağa çağırıblar.

  • Xanım sahibkarın ölkədən çıxışına “stop” qoyuldu: 800 minlik borc

    Vergi borcu 800 min manata yaxınlaşan şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, “Şəmkir” MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 780 991 55 manat vergi borcu yaranıb.

    İdarə tərəfindən şirkətin qanuni təmsilçisi İlhamə Nizam qızı Lətifova barəsində Gəncə Kommersiya Məhkəməsinə müraciət edilib.

    Məhkəmənin qərarı ilə borc ödənilənədək İlhamə Lətifovanın ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

  • Leyla Əliyeva Qretel Agilarla görüşdü – FOTOLAR

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib.
     

    Median.Az xəbər verir ki, görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
     
    Bildirilib ki, 2014-cü ildən etibarən IUCN-in tamhüquqlu üzvü olan IDEA İctimai Birliyi təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və bu sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verir. IUCN-in ötən il Əbu-Dabidə keçirilən Ümumdünya Mühafizə Konqresində təqdim olunmuş birgə pavilyon və bir sıra digər layihələrə toxunan görüş iştirakçıları qazanılan müsbət təcrübəni qeyd edərək, qarşılıqlı əməkdaşlığın uğurla davam edəcəyinə inandıqlarını ifadə ediblər.
     
    Həmçinin görüş çərçivəsində Azərbaycanda IUCN ilə yüksəksəviyyəli regional dialoqun təşkili, beynəlxalq tədbirlər çərçivəsində birgə iştirak, o cümlədən Dünya Şəhərsalma Forumu (WUF13), Ümumdünya Ətraf Mühit Günü və COP31 çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
     
    Görüşün yekununda IUCN-in Azərbaycanda ölkə ofisinin açılması istiqamətində fəaliyyətlərin, eləcə də əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutan Niyyət Bəyannaməsi imzalanıb.
     
    Tərəflər aparılan müzakirələri IDEA İctimai Birliyi ilə IUCN arasında uzunmüddətli və çoxtərəfli əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi dəyərləndiriblər.
     
    Qeyd edək ki, 1948-ci ildən etibarən fəaliyyət göstərən IUCN ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, eləcə də dayanıqlı inkişaf sahəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarından biridir. IUCN 1964-cü ildə nəsli kəsilmək təhlükəsi altında olan canlı və bitki növlərinin vəziyyətini əks etdirən Qırmızı Kitabı yaradaraq qlobal səviyyədə ekoloji qiymətləndirmə və qərarvermə proseslərinə mühüm töhfə verib

  • Toydan sonra dava düşdü — Vəzifəli şəxsin köməkçisi qonağı döydü: MƏHKƏMƏ

    Balakən rayonunda 1992-ci il təvəllüdlü Siyavuş toy məclisində sonra şadlıq sarayının həyətində həmkəndlisi Elbəyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
     
    Median.Az demokrat.az-a istinadla bildirir ki, hadisə 2024-cü ilin oktyabrın 1-də rayonunun Kortala kəndində yerləşən “Ruslan” şadlıq sarayının həyətində baş verib. 
     
    Siyavuş həmin gün, gecə saat 23 radələrində alkoqol sərxoşluğu vəziyyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmkəndlisi Elbəyin baş nahiyəsinin sol tərəfinə yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib. 
     
    Siyavuşun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə ifadə verən Siyavuş bildirib ki, dövlət qurumlarından birində nəzarətçi köməkçisi işləyir:
     
    “Oktyabrın 1-də, saat 18 radələrində qohumum Elmanın toy mərasiminin keçirildiyi şadlıq sarayında spirtli içki qəbul etdim. Həmin vaxt əvvəldən tanıdığım həmkəndlim Elbəyin sərxoş vəziyyətdə zalda əyləşdiyi masadan bir neçə dəfə qalxaraq mənim əyləşdiyim masada oturmaq üçün bizə yaxınlaşdı. Lakin Elbəy sərxoş olduğuna görə ona fikir vermədim. Həmin tarixdə, təxminən saat 23 radələrində evə getmək üçün masadan qalxdım və şadlıq sarayının həyətinə çıxdım. Bu zaman Elbəy həyətdə mənə yaxınlaşaraq əl-qol hərəkətləri ilə danışmağa başladı. Mübahisə vaxtı Elbəyin saymazlıq etməsinin səbəbini soruşdum və onu itələdim. Məndə ürək ritmini tənzimləyən xüsusi cihazının olduğunu və ona dəyməməsini bildirdim, onu özümdən kənara itələdim. Bu zaman Elbəy ünvanıma nalayiq ifadələr işlətdi, həmin yeri tərk etdi. Şadlıq sarayının 2-ci həyət qapısından küçəyə çıxmaq istədiyim zaman Elbəy mənə tərəf gəldi, ünvanıma nalayiq ifadələr işlətdi. Mən isə buna əhəmiyyət vermədim. Lakin Elbəy yenidən nalayiq ifadə işlətdi. Mən geri qayıdaraq onun baş nahiyəsinə bir yumruq zərbəsi vurdum. Nəticədə o, yerə yıxıldı. Bu zaman Elbəy daha ünvanıma nalayiq ifadə işlətmədi. Daha sonra isə həmin yeri tərk etdim. Özümü təqsirli bilirəm, törətdiyim əmələ görə peşmanam”.
     
    Balakən Rayon Məhkəməsinin hökmü ilə Siyavuş 2 il 11  ay 29 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
     
    Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalında həbs edilib. Onun cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 15 may 2025 ci il tarixdən hesablanması qərara alınıb. 
     
    Hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti verib. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin barəsində seçilmiş azadlıqdan məhrum etmə cəzasının ev həbsi ilə əvəz olunması istənilib. 
     
    Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. 

  • Şeyx Əbdül xəstəxanaya yerləşdirildi

    Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun səhhəti pisləşib.
     
    Median.Az xəbər verir ki, aktyor xəstəxanaya yerləşdirilib.
     
    Aktyorun vəziyyətinin orta olduğu bildirilir.