Month: January 2026

  • Almaniya səfiri İran XİN-ə çağırıldı

    Tehranın keçən həftə sonu İsrailə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumundan sonra İranın səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

    Median.Az AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in mətbuat katibi brifinqdə deyib.

    “Sizə məlumat verə bilərəm ki, İran səfiri bu gün səhər saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb və hazırda görüş davam edir”, – sözçü əlavə edib.

    Qeyd edək ki, bu gün Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib ki, İsrailin İran üzərində “müdafiə qələbəsi” diplomatik vasitələrlə təmin edilməli və bütün tərəflər gərginliyin qarşısını almaq üçün çalışmalıdır.

    “İsrail güclü hava hücumundan müdafiə sistemi və ABŞ, Britaniya və ərəb dövlətlərinin səyləri sayəsində müdafiədə qalib gəlib. İndi biz regionda eskalasiyanın qarşısını almalıyıq”, Berbok bildirib.

    Xatırladaq ki, Tehran da İranın İsrailə raket və PUA hücumuna Almaniya, Fransa və Böyük Britaniya verdiyi reaksiyaya görə bu ölkələrin diplomatlarını XİN-ə çağırmışdı.

  • Azərbaycanın ən gənc generalı oldu

    Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin general-mayor ali xüsusi rütbəsi verilən əməkdaşı Fuad Elxan oğlu Məmmədov ölkənin ən gənc generalı olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Fuad Elxan oğlu Məmmədov (34 yaş) – uzun illər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

    2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.

    Ondan əvvəl isə ən gənc generallar Babək Ələkbərovla Fərid Əliyev idi. Hər ikisinin hazırda 39 yaşı var.  
    Qeyd edək ki, Fərid Əliyevlə Babək Ələkbərova 36 yaşında general rütbəsi verilmişdi.

  • “Avroviziya”nın aparıcıları onlar olacaq

    “Avroviziya 2026” müsabiqəsinin aparıcılarının kimliyi bəlli olub.

    Median.Az xəbər verir ki, bu il yarışmanın aparıcılığı Viktoriya Svarovski və Maykl Ostrovskiyə həvalə edilib.

    Qeyd edək ki, V.Svarovski televiziya aparıcısı, model, dizayner və müğənnidir. M.Ostrovski isə aktyor və aparıcı kimi fəaliyyət göstərir.

    Onu da qeyd edək ki, ötən il müsabiqədə 436 balla Avstriya – “JJ” ləqəbi ilə tanınan Yohannes Piç adlı müğənni “Wasted love” mahnısı ilə birinci olub. “Avroviziya” müsabiqəsi 2026-cı il mayın 12, 14 və 16-da planlaşdırılıb. Musiqili tədbirin ev sahibi Vyana olacaq.

  • Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var

    Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, 2002-ci il təvəllüdlü E.Babayevin idarə etdiyi “VAZ 21010” ilə 1991-ci il təvəllüdlü N.İsmayılovanın idarə etdiyi “VAZ 2106” markalı minik maşınları toqquşub. Qəzada bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Kamran Əliyev prokuroru vəzifəsindən azad etdi

    Tərtər rayon prokuroru Əli Qurbanov vəzifəsindən azad edilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
    K.Əliyevin digər əmri ilə Tərtərin hərbi prokuroru vəzifəsinin icrası Əli Qurbanova həvalə edilib.

  • Yüksək vəzifəyə təyin edilən Tural Feyzullayevlə bağlı MARAQLI MƏLUMATLAR

    Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinat olub.
     
    Median.Az E-huquq.az-a istinadən xəbər verir, Tural Feyzullayev AMB-yə baş direktor təyin edilib.
     
    Qeyd edək ki, T.Feyzullayev 1990-cı ildə Ağcabədidə anadan olub, 2011-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasını “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2013-cü ildə Fransanın Tuluz Universitetini “Beynəlxalq və Avropa hüququ”, 2014-cü ildə isə həmin universiteti “Beynəlxalq biznes hüququ” ixtisasları üzrə magistr dərəcələri ilə bitirib.
     
    O, əmək fəaliyyətinə 2011-ci ildə “Azərsun Holdinq” MMC-də Araşdırma departamentində araşdırma mütəxəssisi vəzifəsi ilə başlayıb, 2015-2016-cı illərdə AMB-nin Hüquq departamentinin Bank nəzarətinin hüquqi təminatı şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyib, 2016-2019-cu illərdə Maliyyə Bazarlarına Nəzarət Palatasında hüquqşünas, aparıcı hüquqşünas, böyük hüquqşünas, Hüquqi təminat idarəsinin rəisi olub, 2018-ci ilin noyabr ayında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib, 2020-2021-ci illərdə AMB-nin Hüquq departamentində direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi, 2021-2022-ci illərdə “AccessBank” QSC-də Hüquq və komplayens departamentinin rəhbəri vəzifəsində işləyib, 2021-ci ildə Birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub, 2022-2025-ci illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Hüquqi təminat və təhlil sektorunun müdiri vəzifəsində işləyib.
     
    Xatırladaq ki, baş direktorun müavinlərindən biri olan Rəna Məlikova sədrin müşaviri vəzifəsinə təyin edilib./

  • Ən yüksək maaşlı vakansiyalar bu sahədədir…

    Son iki gündə əmək bazarında ən çox xidmət və satış sahələri üzrə vakansiyalar üstünlük təşkil edib.
     
    Median.Az yeniavaz.com-a istinadən xəbər verir ki, ölkənin ən aparıcı iş elanı saytlarında 27 və 28 yanvar tarixlərində yerləşdirilən vakansiyalar arasında ən aşağı maaş təklifi əsasən xidmət və yardımçı sahələrə aiddir.
     
    Belə ki, xadimə, ofisiant, kassir, katibə, kamera nəzarətçisi, dezinfektor və tibb bacısı kimi vakansiyalarda əməkhaqqı 300–500 manat arasında dəyişir.
     
    Aşağı maaşlı işlər sırasında mühafizəçi, fəhlə, köməkçi fəhlə, anbar işçisi və piyada kuryer vakansiyaları da yer alır. Bu sahələrdə təklif edilən əməkhaqqı əsasən 500–700 manat təşkil edir.
     
    Orta maaşlı vakansiyalar sırasında mühasib, elektrik, mexanik, texniki servis işçisi, anbardar, aşpaz və komputer ustası kimi peşələr üstünlük təşkil edir. Bu sahələrdə maaşlar əsasən 700–1100 manat aralığında təklif olunur.
     
    Satış və marketinq sahəsində isə maaşların nisbətən yüksək olduğu görünür. Satış təmsilçisi, tibbi nümayəndə, optik tibbi nümayəndə və korporativ satış meneceri vakansiyalarında əməkhaqqı 1000–1500 manat arasında dəyişir. Alış meneceri və logistika üzrə əməliyyat meneceri vakansiyalarında isə maaş 1200 manata qədər yüksəlir.
     
    Əmək bazarında ən yüksək maaş təklif edilən vakansiyalar səhiyyə və idarəetmə sahəsində qeydə alınıb. Maliyyə direktoru vakansiyasında maaş 2000–2500 manat, stomatoloq-terapevt vakansiyasında 1000–1500 manat, stomatoloq-cərrah vakansiyasında isə 4000–10000 manat aralığında maaş təklif olunur.

  • Bakıda marketin qarşısında kameralar önündə bıçaqlanma: “Oğlunu narkotikə qurşandırdığımı dedi”

    Bakının Xəzər rayonunda dostunun atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Zahid Bayramovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

    Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror təqsirləndirilən şəxsə ittiham aktını elan edib.

    İttiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

    Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

    Zahid Bayramov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hakim təqsirləndirilən şəxsə xatırladıb ki, ona ittiham olunduğu maddələrin sanksiyasına əsasən 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

    Məhkəmədə ifadə verən Z.Bayramov özünü ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, bu vaxta qədər şəxsiyyətini təsdiq edən sənədi olmayıb və bu səbəbdən atası Ədalət Bayramovla dəfələrlə mübahisə edib. Onun sözlərinə görə, uşaqlıqdan özünə qarşı doğma münasibət hiss etmədiyi üçün bir müddət həmin şəxsin onun bioloji atası olmadığına dair şübhələri yaranıb.

    Hadisə ilə bağlı danışan təqsirləndirilən şəxs vurduğu adamın dostunun atası olduğunu bildirib. O qeyd edib ki, İnqilab Bayramov ona məhəlləyə çıxmaması barədə xəbərdarlıq edib, onu xuliqanlıqda və oğlunu narkotik vasitələrə cəlb etməkdə ittiham edib. Zahid Bayramov isə narkotik vasitələrdən əvvəllər istifadə etdiyini, lakin sonradan bundan imtina etdiyini deyib.

    Onun sözlərinə görə, bu məsələ ilə bağlı aralarında dəfələrlə mübahisə yaşanıb və qarşı tərəf ünvanına nalayiq ifadələr işlədib. Hadisə günü sənədlə bağlı evdə atası ilə mübahisə etdikdən sonra atası küçəyə çıxıb, o da onun ardınca gedib. Marketin qarşısında mübahisə davam edərkən İnqilab Bayramov yaxınlaşaraq əlindəki çubuqla onu vurub və söyüş söyüb. Bundan sonra o, üzərindəki bıçaqla zərərçəkmişə bir neçə zərbə endirib.

    Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.

    Qeyd edək ki, Zahid Bayramov barəsində Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq ittiham irəli sürülüb.

  • В Азербайджане в 2025 году трудоустроены 5,8 тыс. лиц с инвалидностью

    В Азербайджане в 2025 году трудоустроены 5 800 человек с инвалидностью.

    Как сообщает Median.Az со ссылкой на Министерство труда и социальной защиты населения, меры реализованы в рамках государственной политики занятости.

    В ведомстве отметили, что в течение года Государственное агентство занятости создало 1 284 малых семейных хозяйства для людей с инвалидностью в рамках специальных программ.

    Кроме того, за последний год около 500 человек с инвалидностью были привлечены к профессиональным курсам.

  • Ötən il işlə təmin edilən əlilliyi olan şəxslərin sayı açıqlanıb

    Ötən il Azərbaycanda əlilliyi olan daha 5800 şəxs işlə təmin edilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, 2025-ci ildə Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1284 şəxs üçün proqram çərçivəsində kiçik ailə təsərrüfatları yaradıb.

    Ümumilikdə son bir ildə əlilliyi olan 500-dək şəxs peşə kurslarına cəlb olunub.