Month: January 2026

  • İlham Əliyev: “D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm”

    “D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılıb və yarandığı gündən yeni üzv qəbul etməyib”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

    Müsəlman dünyasının ən böyük ölkələrini birləşdirən D-8 təşkilatının yeganə yeni üzvünün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib:

    “Bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilər. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq”.

  • Limon qabıqlarını atmayın: Ev təmizliyində güclü və qənaətcil üsul

    Hər gün zibilə atılan limon qabıqları ev təmizliyində güclü vasitəyə çevrilə bilər. Bir neçə sadə inqrediyentlə hazırlanan bu təbii qarışım mətbəxdən sanitar qovşaqlarına qədər bir çox səthdə effektiv nəticə verir və bahalı deterjanlara alternativ hesab olunur.

    Qaynarinfo xəbər verir ki, mütəxəssislər qeyd edib ki, limon qabıqlarında olan təbii yağlar və limon turşusu yağları parçalayır, kirəci yumşaldır və xoş qoxu yaradır. Duz, karbonat, alma sirkəsi və qabyuyan maye ilə birləşdirildikdə isə ortaya qatılığı yüksək, xoş ətirli və büdcəyə uyğun təmizlik konsentratı çıxır.

    Ev hazırlaması təmizləyici niyə effektlidir?

    Təmizlik məhlulunda istifadə olunan hər bir komponentin ayrıca funksiyası var. Limon qabıqları yağ həlledici və dezinfeksiyaedici xüsusiyyət göstərir. Duz təbii aşındırıcı rolunu oynayaraq bərkimiş çirklərin yumşalmasına kömək edir. Karbonat pis qoxuları neytrallaşdırır və səthləri daha rahat təmizləməyə imkan yaradır. Alma sirkəsi antibakterial və antifungal təsir göstərir. Qabyuyan maye isə yağ təmizləmə gücünü artıraraq qarışıma jeləbənzər qatılıq verir.

    Bu qarışım qazan və tavalar, əl üz yuyan və kranlar, kafel səthlər, plitə və paslanmayan polad məmulatların təmizlənməsində geniş istifadə oluna bilər.

    Təbii təmizləyici necə hazırlanır?

    Reseptə əsasən, bir litr suya beş limonun qabığı əlavə olunur və qarışım qızdırılır. Daha sonra duz və karbonat qatılaraq qarışdırılır. Qaynama həddinə çatdıqda məhlul süzülür və üzərinə alma sirkəsi ilə qabyuyan maye əlavə edilir. Nəticədə bir neçə şüşəlik hazır məhsul əldə olunur ki, bu da ailə büdcəsinə ciddi qənaət deməkdir.

    Harada və necə istifadə edilməlidir?

    Hazırlanan təmizləyici yanmış qazan və tavaların üzərində, paslanmayan polad səthlərdə, əlüz yuyan və kranlarda, həmçinin kafel və mətbəx tezgahlarında təsirli nəticə verir. İnadkar yağ ləkələri olan yerlərdə isə məhlul durulaşdırılmadan istifadə oluna bilər.

    Mütəxəssislər xəbərdarlıq edir ki, təbii daş səthlərdə, xüsusilə mərmər və qranit üzərində bu qarışımın istifadəsi məsləhət görülmür. İstifadədən əvvəl həssas səthlərdə kiçik bir sahədə sınaq aparmaq tövsiyə olunur.

  • Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq? (Video)

    Nazirlər Kabinetinin qərarı ilə hərbi qulluqçular və ədliyyə orqanlarında çalışan şəxslərin işdən çıxarılarkən alacaqları birdəfəlik müavinətlərin yeni hesablanma mexanizmi müəyyən edilib. Yeni qaydalar müavinətin neçə aylıq olacağını və hansı maaşlar əsasında hesablanacağını dəqiqləşdirir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əvvəlki dövrdə bu sahədə müxtəlif hallarda qeyri-müəyyənlik yaranırdı.

    Qərara əsasən, xidmətdə son yaş həddinə çatdığı üçün işdən azad edilən şəxslərə daha yüksək məbləğdə birdəfəlik müavinət ödəniləcək. Bu müavinət son vəzifə və rütbə maaşları əsasında hesablanacaq. Beləliklə, şəxsin xidməti başa çatdıqdan sonra sosial təminatı konkret mexanizm əsasında həyata keçiriləcək.

    Yeni qaydalara görə, hərbi xidmətdən məhkəmə qərarı istisna olmaqla, başqa əsaslarla azad edilən şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində müavinət ödəniləcək. Əgər şəxs xidmətdə olmanın son yaş həddinə çatdığı üçün işdən çıxarılırsa, bu halda beş aylıq birdəfəlik müavinət nəzərdə tutulur. Yaş həddinə çatmadan xidmətdən azad edilənlər isə iki aylıq müavinətlə təmin olunacaqlar.

    Yeni qaydalar müavinətlərin verilməsi ilə bağlı bütün əsas halları sistemləşdirir və hüquqi boşluqları aradan qaldırır. Bu isə gələcəkdə oxşar məsələlərlə bağlı mübahisələrin qarşısını almağa imkan verəcək.

    Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi bu qaydalar daxili işlər orqanlarının əməkdaşlarına şamil edilmir. Daxili işlər sistemində çalışan şəxslərin sosial təminatı mövcud xüsusi qanunvericilik əsasında tənzimlənir.

  • İlham Əliyev: “Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib”

    “Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

    “Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”, – deyə dövlətimizin başçısı bildirib.

  • Ильхам Алиев: В 2025 году с политической точки зрения был положен конец войне между Азербайджаном и Арменией

    Прошлый год действительно может считаться историческим. Потому что именно в минувшем 2025 году с политической точки зрения был положен конец войне между Азербайджаном и Арменией, и мы уже несколько месяцев живем в условиях мира.

    Как сообщает АЗЕРТАДЖ, об этом 5 января сказал Президент Азербайджана Ильхам Алиев в интервью местным телеканалам.

    “Мы учимся тому, что означает жить в условиях мира”, – отметил глава государства, подчеркнув, что Азербайджан закрепил одержанную на поле боя блестящую Победу в политической плоскости и в офисе номер один в мире.

    “Это, конечно же, станет одним из запоминающихся событий в истории нашей независимости, я бы сказал, одним из главных событий. С этой точки зрения, минувший год можно считать очень успешным и историческим для нашей страны, для нашего народа, и я уверен, что отныне азербайджанский народ будет жить в условиях мира”, – добавил Президент Азербайджана.

  • İlham Əliyev: “2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu”

    “Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq”.

    Median.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

    “Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik”, – deyən dövlətimizin başçısı Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və dünyanın bir nömrəli ofisində siyasi möhür vurulduğunu bildirib. “Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

  • Nigeriyada bazar qan gölünə çevrildi – Onlarla insan öldürüldü

    Nigeriyada silahlı dəstə üzvləri Niger əyalətinin Demo bölgəsindəki Kasuwan-Daji bazarına hücum edib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 50 nəfər həlak olub. Çox sayda insan hücumçular tərəfindən qaçırılıb. Ölənlər üçün kütləvi dəfn mərasimi keçirilib, yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb.

    Prezident Bola Əhməd Tinubu hücumla bağlı verdiyi açıqlamada silahlı dəstə üzvlərinin tutulmasını əmr edib və onların ölkənin qətiyyətini sınağa çəkdiklərini və cinayətkar əməllərinin bütün nəticələri ilə üzləşməli olduqlarını vurğulayıb. Tinubu təhlükəsizlik qüvvələrinə qaçırılan bütün şəxslərin dərhal xilas etməyi tapşırıb.

  • Bu il maaş və pensiyalar nə qədər artırılacaq? – AÇIQLAMA

    “Sosial istiqamətdə bir sıra artımlar qanunvericiliklə tənzimlənir. “Əmək pensiyaları haqqında” qanuna əsasən, 2026-cı ildən etibarən əmək pensiyalarının əvvəlki ildə orta aylıq əməkhaqqındakı artım faizinin indeksləşdirilərək artırılması nəzərdə tutulub”.

    Bunu “Unikal”a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ondan xəbər verir ki, bu il əmək pensiyaları orta hesabla 9,2% indeksləşdirilərək artırılacaq:

    “Artım bütün növ əmək pensiyalarını əhatə edəcək. Belə ki, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlar olacaq. Təxminən 1 milyon 100 mindən artıq vətəndaşımızın pensiya məbləğlərində artımların olacağı gözlənilir. Eyni zamanda ehtiyac meyarının artırılması nəticəsində ünvanlı sosial yardımın məbləği artacaq. Ünvanlı sosial yardımın məbləğində artımların olacağı gözlənilir. Bu, yeni ünvanlı sosial yardım alacaq vətəndaşlarımıza şamil olunacaq”.

    Deputat bildirib ki, maaşlardakı artımlar birbaşa sərəncamlarla tənzimlənir: “2025-ci ildə minimum əməkhaqqının artırılaraq 400 manata çatdırılması baş verdi. Eyni zamanda bir sıra sektorlarda əməkhaqqı artımları oldu. Nazirlər Kabineti tərəfindən vəzifə maaşlarının uyğunlaşdırılması ilə bağlı əməkhaqqılarının artırılması reallaşdı. O baxımdan 2026-cı ildə də sosial istiqamətdə baş verən dəyişikliklərlə bağlı izahatlar təqdim olunacaq. Bütövlükdə dövlət büdcəsindən sosial istiqamətə 17,1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da büdcə xərclərinin 41 faizindən çoxdur. 2026-c ildə sosial təminat tədbirləri prioritet olaraq qalmaqdadır”.

  • Транслируется интервью Президента Ильхама Алиева местным телеканалам ( ПРЯМОЙ ЭФИР)

    Президент Азербайджанской Республики Ильхам Алиев дал интервью местным телевизионным каналам.

    Median.Az представляет трансляцию этого интервью.

  • Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi yayımlanır (CANLI)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.

    Median.Az müsahibəni təqdim edir: