Month: January 2026

  • Молдавская армия начала поэтапный отказ от автомата Калашникова

    Военные в Молдове намерены отказаться от автоматов Калашникова в рамках начавшегося поэтапного перехода на стандарты НАТО.

    Об этом сообщил министр обороны страны Анатолий Носатый в эфире радио “Молдова 1”.

    “Мы окончательно перейдем на вооружение, используемое на Западе, на калибр НАТО, который дает нам доступ к логистической базе, боеприпасам и запасным частям. Мы делаем это постепенно. 4-5 подразделений уже отказались от автоматов Калашникова: полк Генерального штаба, Военная академия”, – сказал Носатый.

    Ранее правительство Молдовы приняло новую военную стратегию, которая подразумевает увеличение военных расходов до 1% ВВП, а также численности Вооруженных сил на 30%, до 8 500 военнослужащих и 2 000 гражданских лиц. В документе также говорится о перевооружении и переходе на стандарты военной подготовки ЕС и НАТО, укреплении сотрудничества в военной сфере с Украиной.

  • Moldova ordusu Kalaşnikov avtomatından imtina edir

    Moldova ordusu NATO standartlarına mərhələli keçid çərçivəsində Kalaşnikov avtomatından imtina etmək niyyətindədir.

    Bunu müdafiə naziri Anatoli Nosatıy Moldova 1 Radiosunda bildirib.

    “Nəhayət, Qərbdə istifadə edilən silahlara, NATO kalibrlərinə keçəcəyik ki, bu da bizə logistika, sursat və ehtiyat hissələrinə çıxış imkanı verir. Biz bunu tədricən edirik. Dörd-beş bölmə artıq Kalaşnikov avtomatlarından imtina edib: Baş Qərargah Alayı, Hərbi Akademiya və s.”, – Nosatıy qeyd edib.

    Xatırladaq ki, Bu il Moldova hökuməti Rusiyanı ölkənin əsas təhlükəsi kimi müəyyən edən yeni bir hərbi strategiya qəbul edib. Sənəddə hərbi xərclərin artırılması, yenidən silahlanma, Aİ və NATO hərbi təlim standartlarına keçid nəzərdə tutulur.

  • Məktəblərdə 5 gün dərs olmayacaq

    Orta ümumtəhsil məktəblərində 5 gün dərs olmayacaq.

    Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir.

    2025-2026-cı tədris ilində də qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək.

    Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.

  • В Азербайджане приостанавливается перевод учащихся

    В связи с завершением первого полугодия 2025/26 учебного года с 15:00 8 января будет приостановлен процесс подачи новых заявок родителями через систему электронного перевода учащихся.

    Об этом сообщили в Государственном агентстве дошкольного и общего образования.

    Учитывая приближение выпускных экзаменов по полному среднему уровню образования, перевод учащихся XI классов не будет активным с 8 января 2026 года до конца учебного года. Дополнительная информация о дате возобновления процесса перевода для дошкольных групп и I-X классов будет предоставлена общественности позже.

    Отмечается, что родители должны представить в общеобразовательные учреждения соответствующие документы, необходимые для одобрения запросов, до 15:00 13 января 2026 года. Заявки и очереди, не завершенные к указанной дате, будут автоматически аннулированы системой.

  • Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

    Yanvarın 8-də saat 15:00-dan etibarən 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

    Bildirilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq 11-ci siniflər üzrə yerdəyişmə prosesi 8 yanvar 2026-cı il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və 1-10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

    Qeyd olunub ki, 13 yanvar 2026-cı il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

  • Sürücülərin tez-tez etdiyi bu səhvlər avtomobilin xərclərini artıra bilər – ARAŞDIRMA

    Maşına hər dəfə minərkən fərqində olmadan edilən bəzi vərdişlər uzun müddətdə avtomobilin ən bahalı hissələrinə ciddi zərər vura bilər.

    Median.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə transmissiya, kondisioner, akkumulyator və təhlükəsizlik sistemləri bu cür səhvlərdən daha çox təsirlənir.

    Avtomobili saxladıqdan sonra yalnız ötürücünü “P” rejiminə salıb əl əyləcindən istifadə etməmək transmissiyanın daxili mexanizminə əlavə yük yaradır. Günəş altında qızmış avtomobilə minən kimi kondisionerin maksimum rejimdə işə salınması isə kompressora zərər verə bilər. Mütəxəssislər əvvəlcə pəncərələri açaraq isti havanı çıxarmağı tövsiyə edirlər.

    Qış aylarında daxili hava dövranının uzun müddət aktiv saxlanılması rütubətin artmasına, pəncərələrin dumanlanmasına səbəb olur. Avtomobil tam dayanmadan “irəli” və ya “geri” ötürücüsünə keçmək isə transmissiyanın tez sıradan çıxması ilə nəticələnə bilər.

    Yağışlı havada kruiz-kontrol sistemindən istifadə, həmçinin dartma nəzarətini söndürmək qəza riskini artırır. Bundan başqa, avtomobili söndürərkən elektrik istehlakçılarının açıq qalması akkumulyatora əlavə yük yaradır.

    Mütəxəssislər sürücüləri bu cür gündəlik vərdişlərə diqqət yetirməyə çağırır və bildirirlər ki, kiçik səhvlər sonradan böyük təmir xərclərinə səbəb ola bilər.

  • Uşaqlara kolbasa və sosis verməyin – Pediatrdan valideynlərə çağırış

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kolbasa və digər emal olunmuş ət məhsullarının sağlamlığa təsirini spirtli içkilər və tütün məmulatları ilə eyni səviyyədə qiymətləndirir. Mütəxəssislərin fikrincə, bu məhsulların müntəzəm istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

    Qeyd edək ki, kolbasa, sosis kimi məhsulları təkcə böyüklər yox, uşaqlar da çox yeyir. Bu baxımdan kolbasanın uşaqlar üçün hansı təhlükəsi var?

    Median.Az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr-infeksionist Həmid Hacıağayev bildirdi ki, kolbasa məhsulları uşaqların orqanizmi üçün ciddi risklər yaradır:

    “Kolbasa və oxşar məhsullar yüksək miqdarda duz, yağ, istiot və digər ədviyyatlar ehtiva edir. Bu maddələr uşağın bədəninə əlavə yük yaradır və sağlam inkişaf prosesinə mənfi təsir göstərir. Hazırda ət sənayesində məhsulun dadını, görünüşünü və saxlanma müddətini artırmaq üçün çoxsaylı qida əlavələrindən istifadə olunur. Xüsusilə dondurulmuş ət xammalından hazırlanan məhsullarda müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr hazır məhsulun orqanoleptik xüsusiyyətlərini yaxşılaşdırsa da, uşaqların orqanizmi üçün təhlükəlidir.”

    Həkimin sözlərinə görə, kolbasa məhsullarının uşaqların qida rasionunda yer alması bir sıra metabolik dəyişikliklərə səbəb olur və bu, gələcəkdə ciddi xəstəliklərin inkişaf riskini artırır:

    “Bu məhsullar piylənməyə, maddələr mübadiləsinin pozulmasına, mədə-bağırsaq sistemi və dayaq-hərəkət aparatında patologiyaların artmasına gətirib çıxara bilər. Erkən yaşlardan uşaqlarda duzlu və ədviyyatlı yeməklərə alışqanlıq formalaşır ki, bu da sağlam qidalanma vərdişlərinin yaranmasına ciddi maneə törədir. Uşaqlar üçün nəzərdə tutulan ət məhsullarında fosfatlar, dad artırıcılar (qlutamatlar), süni rəngləyicilər, konservantlar (benzoik və sorbin turşuları və onların duzları) kimi maddələr olmamalıdır. Bu maddələrsiz kolbasa istehsalı faktiki olaraq mümkün deyil. Valideynlər bilməlidir ki, “sağlam kolbasa” və ya “uşaqlar üçün zərərsiz kolbasa” anlayışı mövcud deyil. Bu məhsulların uşaqların qida rasionuna daxil edilməsi düzgün deyil”.

    Sonda pediatr valideynlərə çağırış edərək qeyd etdi:

    “Uşaqların sağlam gələcəyi üçün kolbasa və bu kimi emal olunmuş ət məhsullarından uzaq durmaq lazımdır. Hətta böyüklər üçün də bu məhsulların istifadəsi tövsiyə edilmir”.

  • Azərbaycanda maye qaz da bahalaşdı – 5 qəpik – FOTO

    Azərbaycanda maye qazın qiyməti bahalaşıb.

    Median.Az-ın “Sitat.info”ya istinadən məlumatına görə, SOCAR-ın yanacaqdoldurma məntəqələrində LPG (Maye qaz) qazın qiyməti bu saatlarda bahalaşıb. LPG qazın bir litrinin qiyməti 65 qəpikdən 70 qəpiyə qaldırılıb.

  • Azərbaycan əhalisi ən çox bu sosial şəbəkə hesablarından istifadə edir

    Azərbaycanda əhalinin mobil sosial şəbəkələrdə fəallığını əks etdirən yanvar-dekabr ayı üzrə statistika açıqlanıb.

    Hesabatda Azərbaycan əhalisinin mobil tətbiqlər üzərindən sosial şəbəkələr üzrə fəallığı əks olunub.
    Sözügedən dövr ərzində mobil platformalarda ən aktiv istifadə edilən sosial şəbəkə “İnstagram” olub. Platformanın payı 44,96% təşkil edib. Qeyd edək ki, “İnstagram” üzrə ən yüksək aktivlik ötən ilin noyabr ayında qeydə alınıb və bu göstərici 52,91%-ə çatıb.

    İkinci sırada “YouTube” qərarlaşıb. Yanvar-dekabr ayları üzrə “YouTube”un payı 25,7% olub. Platformada ən yüksək aktivlik isə may ayında müşahidə edilib – 37,7%.

    Üçüncü yerdə “Facebook” qərarlaşıb. Sosial şəbəkənin yanvar-dekabr göstəricisi 19,21% olub. “Facebook” üzrə pik aktivlik aprel ayında qeydə alınıb və 49,92% təşkil edib.

    Digər sosial şəbəkələr üzrə göstəricilər isə belədir:

    “Pinterest” dekabr ayında 3,93% payla təmsil olunub. Platformada ən yüksək aktivlik fevral ayında qeydə alınıb – 13,12%.
    “Twitter” (X) üzrə dekabr göstəricisi 3,5% olub. Ən aktiv dövr isə oktyabr ayı olub -24,86%.
    “LinkedIn” dekabr ayında 2,1% payla siyahını tamamlayıb. Bu platforma üzrə ən yüksək aktivlik məhz dekabr ayında qeydə alınıb – 2,09%.
    //valyuta.az

  • Şəhid atası vəfat etdi

    Vətən müharibəsi şəhidi leytenant Murtuz Abbasovun atası Çingiz Abbasov vəfat edib.
     
    Median.Az-ın məlumatına görə, Çingiz Abbasov Lerik rayonun Soru kəndində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
     
    Azərbaycan Ordusunun leytenantı olan Murtuz Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murtuz Abbasov oktyabrın 28-də Zəngilan döyüşləri zamanı Mincivan istiqamətində şəhid olub. Doğjlduğu Lerik rayonun Soru kəndində dəfn olunub./ modern.az