Month: January 2026

  • Tramp Maduronun tutulduqdan sonra şəklini dərc edib – FOTO

    ABŞ Prezidenti Donald Tramp Venesuela əməliyyatından sonra ölkə Prezidenti Nikolas Maduronun şəklini dərc edib.

    Ağ Evin rəhbəri fotonu “Truth Social” şəbəkəsində paylaşıb.

    Şəkil “Iwo Jima” ABŞ gəmisində çəkilib.

    Kadrda Venesuela prezidentinin idman geyimində və əlində su şüşəsi olduğu görünür. O, maska və qulaqcıq taxıb ki, bu da Maduronun ətrafında baş verənləri anlamaması üçündür.

  • Qaz sayğaclarında yaranan problem aradan qaldırılıb

    Yanvarın 1-dən etibarən smart-kart tipli qaz sayğaclarında balansın artırılması ilə bağlı vətəndaşların üzləşdiyi çətinliklər aradan qaldırılıb.

    Yaranmış texniki nasazlıq bu gün həll edilib. Hazırda həm əvvəldən problem yaşayan abonentlər, həm də balansını yeni artıran vətəndaşlar heç bir maneə olmadan vəsaiti karta, oradan isə qaz sayğacına köçürə bilirlər.

  • Şabranda mənzilin tavanı çöküb, xəsarət alanlar var

    Şabranda mənzilin tavanı çöküb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, şəhərin dəmir yolu stansiyası ətrafında olan ikimərtəbəli çoxmənzilli binalardan birində mənzilin tavan hissəsi sakinlərin üzərinə çöküb. Bir neçə nəfərin yüngül xəsarətlər aldığı bildirilir.

    Şabran Rayon İcra Hakimiyyətindən bildirilib ki, hadisə istismar dövrünü başa vuran binalardan birində baş verib. Həmin bina İH-nin balansında deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Bəzi yerlərdə yollar buz bağlayacaq

    Avtomobil yollarında vəziyyət açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvarın 4-də gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

  • Karakasda prezident sarayının görüntüsü (Video)

    Karakasdakı Miraflores prezident sarayının yaxınlığındakı vəziyyət lentə alınıb.

    Median.Az RT-yə istinadən xəbər verir ki, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. Həmçinin nəzarət məntəqələri və mühafizəçilər də müəyyən edilib.

    Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp ABŞ-nin Venesuelaya qarşı ikinci hücum dalğasına hazır olduğunu bildirmişdi.

    Eyni zamanda, Amerika Birləşmiş Ştatları Prezidenti Venesueladakı əməliyyatı Florida ştatındakı Mar-a-Laqodakı iqamətgahından izlədiyini bildirib.

  • Xüsusi icra məmurlarına hansı haqlar ödəniləcək? – Yeni qanun

    Prezident İlham Əliyevin təsdiqlədiyi yeni “Xüsusi icra məmurları haqqında” Qanun 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minib.

    Trend-in məlumatına görə, Qanuna əsasən, xüsusi icra məmurunun haqqı standart haqq və əlavə icra haqqından ibarətdir.

    Standart haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin, xüsusi icra məmurunun və onun işçilərinin əməyinin ödənilməsi üçün verilir.

    Əlavə icra haqqı qarşılıqlı razılığa əsasən icranın tam və ya qismən təmin olunmasına görə ödənilir.

    Xüsusi icra məmurunun haqlarına dair məlumatlar xüsusi lövhədə xüsusi icra məmurunun ofisində görünən yerdən asılmalı, Ədliyyə Nazirliyi və Xüsusi İcra Məmurlarının Palatasının rəsmi internet səhifələrində yerləşdirilməlidir.

    Xüsusi icra məmurunun standart haqqının hesablanması meyarları və hədləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub.

    Pul tələbinə dair icra sənədləri üzrə standart haqq tələbkarın xeyrinə tutulmalı olan məbləğlə eyni vaxtda borcludan tutulur. Borcludan tutulmuş vəsait standart haqqın və icra sənədi üzrə tələbin tam ödənilməsinə kifayət etmədikdə ilk növbədə standart haqqın ödənilməsinə yönəldilir. Pul tələbi olmayan icra sənədləri üzrə standart haqq icra sənədi tam icra olunduqdan sonra borcludan tutulur. Birgə borclular standart haqqın ödənilməsi üçün müştərək məsuliyyət daşıyırlar.

    Xüsusi icra məmuru icra icraatına başlamaq haqqında qərarla eyni vaxtda standart haqqın tutulması barədə qərar çıxarır və onu 3 (üç) iş günü müddətində tərəflərə göndərir. Həmin qərarda xüsusi icra məmuru standart haqqın məbləğini qeyd edir. Standart haqqın tutulması barədə xüsusi icra məmurunun qərarı icra sənədi hesab olunur.

    Standart haqq borclu tərəfindən ödənilməzsə, xüsusi icra məmuru standart haqqın tutulması barədə qərarını həmin icraat çərçivəsində məcburi icraya yönəldir. Xüsusi icra məmurunun fəaliyyətinə xitam verildiyi hallar istisna olmaqla, bu qərarın icrası həmin xüsusi icra məmuru tərəfindən həyata keçirilir. Məcburi icra tədbirlərinə baxmayaraq borcludan tutulması mümkün olmadıqda icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tələbkar tərəfindən ödənilməlidir.

    İcra sənədi könüllü icra müddəti bitənədək borclu tərəfindən icra olunarsa, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər istisna olmaqla, borclu standart haqqı ödəməkdən azad edilir.

    Zərurət olmadan çəkilmiş və əsaslandırılmamış xərclər xüsusi icra məmurunun standart haqqına daxil edilə bilməz. Belə xərclər xüsusi icra məmurunun özünə aid edilir. Standart haqqın tutulması barədə qərardan tərəflər onu əldə etdikləri gündən 10 gün müddətində inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər. Haqqın qanunsuz tutulması və ya artıq məbləğdə ödənilməsi məhkəmə tərəfindən təsdiq edilərsə, xüsusi icra məmuru bu barədə məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən 10 iş günü müddətində həmin məbləği geri qaytarmalıdır.

    Əlavə icra haqqının hesablanması meyarları və hədləri Nazirlər Kabineti tərəfindən müəyyən olunub.

    Əlavə icra haqqının tələbkar tərəfindən ödənilməsi şərtləri icraata başlanmazdan əvvəl xüsusi icra məmuru ilə tələbkar arasında yazılı razılıqla müəyyən olunur. Əlavə icra haqqı icra icraatının bütün müddəti ərzində ödənilə bilər.

    Xüsusi icra məmuru tərəfindən standart haqqın və əlavə haqqın məbləğinin bu Qanuna uyğun olaraq müəyyən edilən hədlərdən artıq müəyyən edilməsinə, əlavə icra haqqının borcludan tutulmasına yol verilmir.

  • Ürək sağlamlığı üçün nə yemək lazımdır? – 3 faydalı toxum növü açıqlandı

    Toxumlar ürək sağlamlığı üçün vacib olan omeqa-3 də daxil olmaqla bir çox faydalı xüsusiyyətlərə malikdir. Bütün toxumlar müəyyən miqdarda bu faydalı yağ turşularını ehtiva etsə də, omeqa-3 baxımından əsl xəzinə hesab olunan bir neçə növ var.

    Qaynarinfo xəbərə verir ki, bu barədə “Today” yazıb.

    Diyetoloq Natali Ritstsonun sözlərinə görə, toxumlarda, qoz-fındıqda, paxlalılarda və balıqda olan yağlar sağlamlığı yaxşılaşdıra bilən xüsusiyyətlərə malikdir. O, omeqa-3 tərkibi ən yüksək olan 3 toxum növünü açıqlayıb.

    Çia toxumu

    Ritstsonun sözlərinə görə, omeqa-3 baxımından ən yaxşı seçim çia toxumudur. Təxminən 2 xörək qaşığına bərabər olan 28 qram çia toxumu 5 qramdan bir qədər çox alfa-linolen turşusu (ALT) ehtiva edir.

    Çia toxumu həmçinin yüksək lif tərkibi ilə tanınır – bu, əksəriyyətimizin rasionunda çatışmayan qida maddəsidir. Eyni porsiya 10 qram lif təmin edir ki, bu da qadınlar üçün tövsiyə olunan gündəlik normanın təxminən 40 faizidir. Bundan əlavə, 6 qram zülal və sümüklərin sağlamlığını dəstəkləmək üçün müəyyən miqdarda kalsium da əldə edirsiniz.

    Kətan toxumu

    İkinci yerdə kətan toxumu qərarlaşıb. Ritstsonun qeyd etdiyinə görə, bu toxum da omeqa-3-ün əla mənbəyidir. Cəmi 1 xörək qaşığı kətan toxumu təxminən 2,4 qram ALT ehtiva edir.

    Kətan toxumunda antioksidant və iltihabəleyhinə birləşmələr də mövcuddur ki, bu da onun ürək üçün faydasını daha da artırır. Eyni zamanda, müəyyən miqdarda zülal və bağırsaqlar üçün faydalı liflə zəngindir.

    Çətənə toxumu

    Bu toxumun 3 xörək qaşığı təxminən 3 qram omeqa-3 yağ turşusu ehtiva edir. Bu porsiya eyni zamanda təxminən 10 qram zülal, maqneziumun gündəlik normasının yarısını və bir çox digər qida maddələrini təmin edir.

  • Toya gedənlər qəzaya düşdü: 2 ölü, 5 yaralı var

    Astarada mikroavtobusun aşması nəticədində iki nəfər ölüb.

    APA-nın yerli bürosunun xəbərinə görə, qəzada ölənlərin 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva və 1961-ci il təvəllüdlü Səyyarə Həsənova olduğu bildirilir.

    Qəzada 5 nəfər xəsarət alıb. Məlumata görə, onlar toya gedirmiş.

  • “Crocus” terroru ilə bağlı yeni detal məlum olub

    Moskvadakı “Crocus City Hall” konsert zalında baş vermis terror aktının təşkilatçısı Şəmsidin Fəriduni cinayət əməlindən öncə digər üç həmkarına onların xəbəri olmadan narkotik maddə verib.

    Bu barədə TASS məlumat yayıb.

    Məlumata görə, istintaq zamanı götürülən qan analizində narkotik əlamətləri olmayan yeganə şəxs Fəriduni özü olub. O, digər üç həmkarının su şüşələrinə gizli şəkildə mefedron əlavə edib və onlara içməyi tapşırıb.

    Hüquq-mühafizə orqanları Fəridunini “Crocus” hücumunun ən qəddar və hiyləgər iştirakçısı hesab edir. Qeyd edilir ki, o, konsert zalında güllələdiyi insanların gözlərinə baxaraq onları öldürüb.

  • СМИ: Венесуэла закрыла границу с Бразилией

    Власти Венесуэлы закрыли границу с Бразилией после начавшейся атаки США на Боливарианскую Республику.

    Об этом сообщила газета O Globo со ссылкой на бразильскую полицию.

    “Федеральная полиция зафиксировала сокращение миграционного потока. <…> Сегодня Венесуэла закрыла свои границы”, – приводит издание слова главы ведомства Андре Родригеса.