Month: January 2026

  • İtkin düşmüş 3 nəfər tapıldı

    İtkin kimi axtarılan 3 nəfər tapılıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumata görə, yanvarın 2-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

  • Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanıldı

    Azərbaycanda yanvarın 2-də cinayət törətməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, həmçinin ötən gün ölkə ərazisində qeydə alınan 21, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    Axtarışda olduğuna görə ümumilikdə 2, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

  • Azərbaycanda Ramazan ayının başlama tarixi açıqlandı

    Fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır.

    “Report”un əldə etdiyi məlumata görə, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir.

    Qeyd edək ki, Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq.

    Xatırladaq ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

  • Narkotikə görə tutulan şəxs azyaşlı qızına qarşı əxlaqsız hərəkətlər edirmiş

    Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan şəxsin daha ağır cinayətinin üstü açılıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sabunçu rayonu Buzovna qəsəbəsində saxlanılan 1995-ci il təvəllüdlü Şakir Səlimovun (ad-soyad şərtidir) telefonuna baxış keçirilərkən onun azyaşlı qıza qarşı etdiyi əxlaqsız hərəkətləri əks etdirən videolar üzə çıxıb.

    Müəyyən edilib ki, narkotik aludəçisi olan şəxsin iyrənc hərəkətlər etdiyi qız onun 2020-ci il təvəllüdlü doğma övladıdır. Ş.Səlimovun 2024-2025-ci illərdə mütəmadi olaraq narkotikin təsiri altında əxlaqa sığmayan hərəkətlər etdiyi məlum olub.

    Faktla bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü (14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə iş açılıb.

    O, ifadəsində törətdiyi əməlləri etiraf edib. Həmin videoları narkotikin təsiri altında olarkən çəkdiyini deyib. Onun həyat yoldaşı isə baş verənlərdən xəbərsiz olduğunu, görüntülərin üzə çıxmasından sonra bunları bildiyini söyləyib.

    Həmçinin vurğulanıb ki, Ş.Səlimov müharibə iştirakçısıdır. Müharibədən sonra parkların birində bağban işləyirmiş.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə ona 15 il həbs cəzası verilib. Hökmdə Şakir Səlimovun narkomaniyadan məcburi müalicəyə təyin olunması və narkoloji dispanserdə qeydiyyata alınması da qeyd edilib.

  • İlham Əliyev qızı və nəvələri ilə xizək sürdü – FOTO

    Azərbaycan Prezidenti İlham Əliyev qızı Leyla Əliyeva, nəvələri Əli və Mikayıl Ağalarovla birlikdə “Şahdağ” Turizm Mərkəzində xizək sürüb.

    Bununla bağlı Leyla Əliyeva “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • İsmayıllıda içərisində turistlərin olduğu avtomobil AŞDI – Xilasetmə GÖRÜNTÜLƏRİ (Video)

    İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, qəza nəticəsində vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar.

    “Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması səbəbindən “Toyota” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşdığı və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

    Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə köməksiz vəziyyətdə qalan vətəndaşların xilas olunması təmin edilib”, – məlumatda qeyd olunub.

    Aşan avtomobildəki hər üç şəxs xarici ölkə vətəndaşları olublar.

  • Рождественский план: стали известны некоторые детали в связи с военной операцией США против Венесуэлы

    Вооруженные силы США первоначально планировали начать военную операцию против Венесуэлы 25 декабря, в католическое Рождество, однако она была перенесена на более поздний срок.

    Об этом со ссылкой на собственные источники сообщил американский телеканал CBS News.

    По его данным, военные чиновники обсуждали проведение операции в Рождество, но приоритет был отдан авиаударам США по объектам террористической группировки “Исламское государство” (ИГИЛ) в Нигерии. Позже сроки вновь переносились, так как военное руководство ожидало улучшения погодных условий для получения преимущества.

    Как указали собеседники телеканала, президент США Дональд Трамп одобрил нанесение наземных ударов по меньшей мере за несколько дней до их начала.

    При этом, как сообщает CNN, комитет Сената США по вооруженным силам не получил предварительного уведомления о военных действиях на территории Венесуэлы.

  • Milad planı: ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatı ilə bağlı BƏZİ DETALLAR

    ABŞ silahlı qüvvələri əvvəlcə Venesuelaya qarşı hərbi əməliyyatı dekabrın 25-də, katolik Milad günündə başlatmağı planlaşdırıb, lakin daha sonrakı tarixə təxirə salınıb.

    Bu barədə ABŞ-nin “CBS News” telakanalı öz mənbələrinə istinadən məlumat verib.

    Kanalın məlumatına görə, hərbi rəhbərlik əməliyyatın Milad günündə keçirilməsini müzakirə edib, lakin prioritet ABŞ-nin Nigeriyadakı İŞİD terror qruplaşmasının hədəflərinə qarşı hava hücumlarına verilib. Daha sonra tarix yenidən təxirə salınıb, çünki ABŞ üstünlük qazanmaq üçün hava şəraitinin yaxşılaşmasını gözləyib.

    Həmçinin CNN bildirib ki, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Venesuela ərazisində hərbi əməliyyatlar barədə əvvəlcədən xəbərdarlıq almayıb.

    Qeyd edək ki, Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores hərbi əməliyyatlar nəticəsində ABŞ hərbçiləri tərəfindən ələ keçirilib və ölkədən çıxarılıb.

  • Azərbaycanda tonlarla yanacağı mənimsəyən vəzifəli şəxs və maşinistin həbsinə dair RƏSMİ AÇIQLAMA

    “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də vaxtilə mövcud olmuş struktur bölməsinin – Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli magistral lokomotivlərinin idarə edilməsi sahəsinin maşinisti Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ADY tərəfindən ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib. ADY-nin iki il öncə həyata keçirdiyi nəzarət tədbirləri öz nəticəsini verib”.

    Bu barədə QSC-dən məlumat verilib:

    “ADY törədilmiş qanunsuz əməl barədə tədbirlər görülməsi üçün Baş Prokurorluğa müraciət edib və buna əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

    Müəyyən edilib ki, Eldəniz Sadıqov və Famil Soltanov 15 yanvar 2022-ci il – 06 iyun 2023-cü il tarixləri aralığında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş marşrutlar qeyd edərək təminat məntəqəsindən yanacaq və yağı götürməklə mənimsəyib, bununla da ADY-yə külli miqdarda ziyan vurublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs həbs edilib.

    Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə olunaraq mənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsi və qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib.

    Həmçinin görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslər tərəfindən ADY-yə aid sahələrdə oğurluq və oğurluğa cəhd hadisələri 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb. Bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 faizinin, 2024-cü ildə isə 70 faizinin qarşısı vaxtında alınıb.

    ADY bu cür qanunsuz hallarla mübarizə tədbirlərini gücləndirməyə davam edəcək”.

    Xatırladaq ki, hökmə əsasən, Eldəniz Sadıqov altı il, Famil Soltanov isə beş il altı ay müddətinə azadlıqdan məhrum ediliblər.

  • Bakıda usta iş yerində öldü

    Bakıda usta iş yerində ölüb.

    Hadisə yanvarın 2-si paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsindəki avtotəmir sexində baş verib.

    Orada usta işləyən 1961-ci il təvəllüdlü Məhəmməd Qasımov avtomobil təmir edərkən halı qəfil pisləşib. O. hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, M.Qasımov ürək çatışmazlığından ölüb.

    Faktla bağlı araşdırmalar aparılır.
    //oxu.az